Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-308/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1956-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində çalışmış, halhazırda işləməyən, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2000-ci il tarixli 794 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Abşeron rayonu Qobu bələdiyyəsinin xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2014- cü il tarixədək olan dövrdə bələdiyyə sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş « Abşeron rayonu Qobu bələdiyyəsinin Nizamnaməsi»nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının x xxxx 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olması, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olması və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X1»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, Qobu bələdiyyəsi ərazisində fərdi ev tikintisi üçün 0,08 hektar torpaq sahəsi ayrılması ilə bağlı şifahi surətdə özünə müraciət edən Zərərçəkmiş şəxs4 bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin yetərsayı təmin edilərək bələdiyyənin ümumi yığıncağı təşkil edilmədən rəsmi sənəd olan “Zərərçəkmiş şəxs4 torpaq sahəsinin satılması haqqında” xx xxxx 2014-cü il tarixli, 13 nömrəli Qobu bələdiyyəsinini qərarının təsviri hissəsinin məzmununa bilə-bilə yalan, yəni mövcud olmayan guya Zərərçəkmiş şəxs4 2007-ci il tarixli ərizəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı rəyini əsas kimi 2014-cü ilin iyul ayında istintaqa məlum olmayan gündə Qobu qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən Abşeron rayonu, Qobu Bələdiyyəsinin inzibati binasında şəxsi, yəni özünü təkbaşına qərar vermək səlahiyyətinə malik nüfuzu olan şəxs kimi göstərmək, qanunsuz hərəkətlərini həyata keçirmək məqsədi ilə əlverişli şərait yaratmaq niyyəti ilə qeyd etməklə həmin torpaq sahəsi Abşeron rayonu X16 xx xxxx 2007-ci il tarixli, 16 nömrəli “Zərərçəkmiş şəxs3 torpaq sahəsinin satılması barədə” və xx xxxx 2007-ci il tarixli, 16 nömrəli “Zərərçəkmiş şəxs2 torpaq sahəsinin satılması barədə” qərarlarına əsasən sonuncuların sahibliyinə verildiyi halda Ehtibar Babayevdən aldığı 800 manat torpaq alqı-satqı haqqını sədri olduğu bələdiyyənin “xxxxxxxxxxxxxx” ASC-nin Abşeron rayon filialında olan ******************** nömrəli hesablaşma hesabına xx xxxxx 2014-cü il tarixi 48 nömrə;! qəbz əsasında ödəyərək yuxarıda qeyd olunan şəxslərin sahibliyinə verilmiş Qobu bələdiyyəsinini sərəncamında olan torpaq sahəsini qanunsuz olaraq sonuncuya satmaqla və Zərərçəkmiş şəxs4 tərəfindən həmin torpaq sahəsində 2014-cü ilin dekabr ayından başlayaraq fərdi yaşayış evinin tikintisinə şərait yaratmaqla Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qanuni sahibliyində olan torpaq sahələrindən, Zərərçəkmiş şəxs4 isə inşa etdiyi fərdi yaşayış evindən istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə, eləcə də yerli özünüidarə və bələdiyyə mülkiyyətinin idarə edilməsi sahəsində Abşeron rayonu, Qobu Bələdiyyəsinin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənəd olan “Zərərçəkmiş şəxs4 torpaq sahəsinin satılması haqqında” xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarın məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs4 tanıyır. Belə ki, 2014-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 atası X24 bələdiyyəsinə gələrək xəstə olduğunu, ev tikmək üçün torpaq istədiyini, lakin cəmi 600 manat pulu olduğunu bildirmiş, o, əvvəl Ehtibara Abşeron rayonu, Qobu qəsəbəsinin sakini olmadığına görə bələdiyyənin perspektiv inkişaf fondundan torpaq sahəsi ayıra bilməyəcəyini bildirmiş, lakin sonuncu üzrxahlıq etdikdən sonra kömək etmək qərarına gəlmiş, hətta torpaq sahəsinin dəyəri 800 manat olduğundan X20-ın Abşeron filialından həmin pulu Qobu Bələdiyyəsinin hesabına keçirməsi üçün 200 manat da özü vermiş, 2014-cü ilin iyul ayında X16 iclasını keçirmədən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsindən rəy almadan X6 Babayevə torpaq sahəsinin satılması haqqında xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarı özü tərtib etmiş, həmin qərar qanuni olmuş, tərtibində heç bir saxtakarlığa yol verməmiş, həmin qərarı Ehtibara verməkdə məqsədi Ehtiramın özünə ev tikib yaşaması və hər hansı bir orqandan gəlib torpağa aid sənəd tələb etsələr göstərməsi olmuşdur. X21 Qobu qəsəbəsində ildən artıq yaşamadığı üçün bu qaydada ona torpaq satmağın düzgün olmadığını, bunun üçün Qobu Bələdiyyəsinə ərizə yazmasını, hərrac vasitəsilə torpaq sahəsi almasını izah etsə də, pulu olmadığına görə bu qayda ilə torpaq ala bilməyəcəyini bildirmiş, təxminən 2015-ci ildə Ehtibarın oğlu Ehtiram ona torpaq sahəsinin xəritəsini çıxartdırmaq istədiyini bildirdikdə sonuncuya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin İlkin adlı əməkdaşının telefon nomrəsini vermiş, bir müddət sonra Ehtiram Qobu bələdiyyəsinə gələrək onlara verilən torpaq sahəsinin Zərərçəkmiş şəxs2 adlı bir şəxsə məxsus olduğunu bildirmiş, 3 xəritədə sürüşdürmə olduğundan bu kimi hal baş verdiyini düşünmüş, təxminən 2015-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs4 birlikdə Qobu Bələdiyyəsinə gələrək sənədləri təqdim edib Zərərçəkmiş şəxs4 ev tikdiyi torpaq sahəsinin onun həyat yoldaşı Zərərçəkmiş şəxs3 verildiyini bildirmiş, onlar orada Çingiz öz torpaq sahəsini Zərərçəkmiş şəxs4 verməsi və əvəzində o, Zərərçəkmiş şəxs2 başqa ərazidən torpaq verməsi barədə razılığa gəlmişlər, sonradan Zərərçəkmiş şəxs2 təklif etdiyi torpaq sahəsini bəyənmədiyi üçün narazılıq yaranmış, o, Ehtibar Babayevdən rüşvət kimi pul tələb etməmiş və sonuncu ona 12000 manat pul verməmiş, Ehtiram onunla Ehtibar Babayevin görüşlərində iştirak etməmiş, həmçinin cinayət işi materiallarında olan “xxxxxxxxxxxxxx” ASC-nin Abşeron rayon filialında olan ******************** nömrəli hesablaşma hesabına xx xxxxx 1014-cü il tarixli, 48 nömrəli qəbzi nə Ehtirama, nə də Ehtibara o verməmiş, həmin pulu sonuncular özləri banka ödəmişlər və surətini ona təqdim etmişlər. Zərərçəkmiş şəxs4 2007-ci il tarixdə ərizə yazıb-yazmamasını xatırlamamışdır. Sonda o, xəstəliyini, yaşını, zərərçəkmiş şəxslərin onunla barışıb şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs4ifadəsində göstərdi ki, o, xx xxx 1988-ci il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, 1994-2005-ci illərdə İsmayıllı şəhər 2 saylı orta məktəbdə təhsil almış, 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra tanışı Nurəddin adlı şəxsə məxsus nərd-taxta sexində fəhlə kimi işləmiş, bir müddət Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki yataqxanalarda o, qardaşı, ata və anası kirayə tutduqları otaqda yaşamışlar, 2014-cü ilin əvvəlində atası Ehtibar Babayev və qardaşı İntiqam Babayevlə məsləhətləşib torpaq sahəsi alaraq özünə ev tikmək qərarına gəlmiş, həmin vaxt Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində işlədiyi üçün həmin qəsəbəyə bir qədər bələd olmuş, bu səbəbdən 2014-cü ilin fevral ayının sonlarında atası Ehtibarla birlikdə Abşeron rayonu, Qobu bələdiyyəsinə getmiş, sonuncunu qeyd edilən Bələdiyyənin inzibati binasına yola saldıqdan sonra özü işlədiyi nərd-taxta sexinə getmiş, axşam işdən evə qayıtdıqdan sonra atası Ehtibar Babayev ona Qobu bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki kərpic zavodunun yaxınlığında “Yeni məhəllə” adlanan ərazidə 8 sot torpaq sahəsi satmağı təklif etdiyini bildirmiş, təxminən bir həftə sonra atası Təqsirləndirilən şəxsla görüşərək təklif etdiyi torpaq sahəsinə baxmış və qeyd edilən torpaq sahəsini almaq qərarına gəlmiş, təxminən 2014-cü ilin aprel ayının 2-si tarixində səhər saatlarında atası X17 rayonu, Qobu bələdiyyəsinə gedib Ehtibar Babayevlə birlikdə Qobu bələdiyyəsinin inzibati binasına daxil olsa da, sonuncu Təqsirləndirilən şəxs xidməti otağına tək girmiş, o atasını dəhlizdə gözləmiş, təxminən 40 dəqiqə gözlədikdən sonra atası Təqsirləndirilən şəxs xidməti otağından çıxmış və onlar birlikdə Qobu bələdiyyəsinin inzibati binasını tərk etdikdən sonra sonuncudan işin nə yerdə olduğunu soruşduqda, atası ona cavab olaraq Təqsirləndirilən şəxs pulu aldığını, hətta istəsə sabahdan tikintiyə başlaya biləcəyini bildirmiş, sonradan Ehtibar Babayev onu həmin əraziyə apararaq qeyd edilən torpaq sahəsini göstərərək Ənvərin məhz bu yeri ona satdığını bildirmiş, 2014-cü ilin iyul ayında Təqsirləndirilən şəxs atası Ehtibar Babayevə onun adına torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarını və onun adından “xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialında Qobu Bələdiyyəsinə 800 manat ödənilməsi barədə xx xxxxx 2014-cü il tarixli, 48 nömrəli bank qəbzini vermiş, təxminən bir həftə sonra o, Təqsirləndirilən şəxs yanına gedərək torpaq sahəsinin xəritəsini tələb etdikdə sonuncu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsinin İlkin adlı əməkdaşının nömrəsini verərək danışmasını bildirmiş, o, İlkinlə əlaqə saxlayaraq görüşüb birlikdə qeyd edilən əraziyə gedərək torpaq sahəsini sonuncuya göstərmişdir. Bir neçə gün sonra İkinlə Xırdalan şəhəri ərazisində görüşüb torpaq planını götürdükdə Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus torpaq sahələrinin bir hissəsini satdığı məlum olmuş, bu barədə atası Ehtibar Babayevə məlumat verdikdə sonuncu Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs ona narahat olmamasını, İlkinin səhv etdiyini, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus torpaq sahəsinin başqa yerdə yerləşdiyini bildirmiş, o, Təqsirləndirilən şəxs sözünə inanaraq 2014-cü ilin dekabr ayında o, həmin torpaq sahəsində tikinti işlərinə başlamış, 2015-ci ilin aprel ayında Qobu qəsəbəsindəki nərd-taxta sexində iş gördüyü vaxt bir nəfər onu çağıraraq Zərərçəkmiş şəxs2 olduğunu, onun sonuncuya məxsus torpaq sahəsində nə üçün tikinti işləri gördüyünü soruşmuş, həmin vaxt o, Çingizə qeyd edilən torpaq sahəsinin Qobu bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs aldığını bildirmiş, sabahı gün Zərərçəkmiş şəxs2lə birlikdə Qobu Bələdiyyəsinə gedərək Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 də öz sənədlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs torpaq sahəsinin Çingizin olsa da, onun artıq tikinti işləri apardığına qörə Çingizə başqa yerdən torpaq verməyi təklif etmiş və Çingiz sonuncunun bu təklifi ilə razılaşmış, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 torpaq sahəsi verməmiş, Ehtibar Babayevin verdiyi 12000 manat pulu geri qaytarmamış, Təqsirləndirilən şəxs verdiyi onun adından “xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialında Qobu Bələdiyyəsinə 800 manat ödənilməsi barədə xx xxxxx 2014-cü il tarixli, 48 romrəli bank qəbzindəki ödəyən şəxsin yerinə çəkilmiş imza ona məxsus olmamış, o, 2007-ci ildə hərbi xidmətdə olmuş və ümumiyyətlə Abşeron rayonu, Qobu qəsəbəsini tanımamış, işlədiyi nərd-taxta sexi əvvəllər Binəqədi rayonu ərazisindəki Çermet adlanan ərazidə, 2010-cu ildən isə Qobu qəsəbəsində fəaliyyət göstərmiş, 2007-ci ildə Abşeron rayonu, Qobu bələdiyyəsinə hər hansı bir ərizə verməmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs Tofiq oğluna qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2014-cü il 23 dekabr tarixli Bələdiyyə seçkilərində Abşeron rayonu, Qobu bələdiyyəsinə üzv seçilmiş, 2015-ci ilin yanvar ayında təsdiq edilmiş, 2017-ci ilədək sədr müavini, 2017-ci ildən bugünədək sədr vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs4 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs4 dəfələrlə Qobu bələdiyyəsinə gələrək şifahi şikayət edib Təqsirləndirilən şəxs ondan pul aldığını və başqasının torpaq sahəsini ona satdığını bildirmişdir, o, Zərərçəkmiş şəxs4 sənədi ilə tanış olaraq sonuncuya torpaq sahəsinin satılması haqqında xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərar qanunsuz olduğundan X16 xx xxxxxx 2019-cu il tarixli 09 saylı iclasının 09/2 nömrəli qərarı ilə ləğv edilmişdir. Qeyd edilən dövrdə o, Qobu bələdiyyəsinin üzvü olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs Tofiq oğlundan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, X16 xx xxxx 2007-ci il tarixli, 16 nömrəli qərarına əsasən öz adına və həyat yoldaşı Zərərçəkmiş şəxs3 adına hər biri 800 m2 olmaqla ümumilikdə 1600 m2 torpaq sahəsi almış, 2015-ci ilin aprel ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki qeyd edilən torpaq sahəsinə gəldikdə arvadı Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş torpaq sahəsində yarımtikili olduğunu görərək qonşulardan həmin yerdə tikinti işlərini kimin apardığını soruşduqda Qobu qəsəbəsindəki mebel sexində işləyən fəhlənin olduğunu bildirmişlər. O, qeyd edilən sexə gedərək orada Zərərçəkmiş şəxs4lə tanış olmuş, sonuncudan hansı səbəbə onun torpaq sahəsində tikinti apardığını soruşduqda qeyd edilən torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş, sabahısı gün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsinin əməkdaşlarından birini gətirərək torpaq sahəsinin yerini dəqiqləşdirdikdən sonra Ehtiramla görüşərək Qobu Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs yanına getmiş, orada Təqsirləndirilən şəxs sənədlərlə tanış olduqdan sonra səhvinin olduduğunu bildirərək ondan arvadı Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş torpaq sahəsində Zərərçəkmiş şəxs4 ev tikdiyindən qeyd edilən torpaq sahəsini sonuncuya verməsini xahiş etmiş və bunun əvəzində ona başqa ərazidən torpaq sahəsi verəcəyini bildirmiş, o, Ehtirama pislik etmək istəməyərək Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, Ehtirama verilmiş torpaq sahəsinin yarısı onun adına olan, digər yarısı isə Zərərçəkmiş şəxs3 adına olan torpaq sahəsinə düşmüş, bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilmiş torpaq sahəsini Zərərçəkmiş şəxs4 verməsini, həmin torpaq sahəsinin arxa tərəfindəki uçurum olan sahədən ona yer verəcəyini dedikdə o, bu təkliflə razılaşmayaraq başqa yerdən torpaq verməsini xahiş etmiş, qeyd edilən ərazini ona Təqsirləndirilən şəxs kürəkəni Elnur göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs dələrlə ona torpaq sahəsi təklif etsə də, sonradan həmin yerləri rəsmiləşdirmək mümkün olmamış, o, Ehtiramın və ya atasının Təqsirləndirilən şəxs pul verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs Tofiq oğlu tərəfindən ona dəymiş zərərin tamamilə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2lə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs Tofiq oğluna qarşı şikayət və tələbinin olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2009-2014-cü və 2014-2019-cu illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinə üzv seçilmiş, 2009-2014-cü illəri əhatə edən dövrdə bələdiyyənin sədri Təqsirləndirilən şəxs olmuş, Zərərçəkmiş şəxs4 tanımır, həmçinin bələdiyyə üzvü olduğu dövrdə Zərərçəkmiş şəxs4 torpaq sahəsi ayrılması barədə hər hansı bir iclas keçirilməmiş, həmçinin Zərərçəkmiş şəxs4 torpaq sahəsinin satılması haqqında xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarı ilk dəfə istintaq zamanı görmüş, lakin Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs3 qəsəbə sakinləri kimi tanımış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun bələdiyyə üzvü olduğu dövrdən əvvəlki dövrdə bələdiyyədən torpaq sahəsi almışlar. Bələdiyyənin inzibati işləri ilə məşğul olmadığına görə Qobu Bələdiyyəsində ərizə, protokol və qərarların qeydiyyatı kitablarının olub-olmaması barədə hər hansı bir məlumatı olmamış, həmçinin o, daimi olaraq Bələdiyyənin inzibati binasında olmamış, lakin bütün iclaslarda və tədbirlərdə iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin sabiq üzvü Şahid3 Şahid2la oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs4lə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. X19 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X19 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və məhkəmə mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4894 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Abşeron rayonu, bu Bələdiyyə şurasının xx xxxx 2014-cü il tarixli 13 nömrəli qərarında “Sədr” fasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur, ekspertizaya təqdim edilmiş xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialında Qobu bələdiyyəsinə 800 manat ödənilməsi barədə xx xxxxx 2014-cü il tarixli, 48 nömrəli bank qəbzində “Ödəyənin imzası” qrafasındakı imzanın Zərərçəkmiş şəxs4 və ya Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 özünə və arvadı Zərərçəkmiş şəxs3 torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli 16 nömrəli qərarları, “xxxxxxxxxxx” ASC-nin Abşeron filialında Abşeron rayonu, Qobu ədiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs3 1200 manat pul ödəməsi barədə xx xxxxxxxx 2008-ci il tarixli, 120 nömrəli və “xxxxxxxxxxx” ASC- nin Abşeron filialında Abşeron rayonu, Qobu Bələdiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs2 1200 manat ödəməsi barədə xx xxxxxx 2008-ci il tarixli, 33 nömrəli bank qəbzləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin Zərərçəkmiş şəxs2 800m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014-cü il tarixli 2356 nömrəli və Zərərçəkmiş şəxs3 800m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014- cü il tarixli 2347 nömrəli rəyləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx xxxxxx 2014-cü il tarixdə 1770/14 və 1779/14 nömrə ilə qeydə alınmış torpaqların alqısatqısına dair aktlar, habelə Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışların surətləri ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qeyd edilən torpaq sahələri üzərində əmlak hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Qobu Bələdiyyəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 50 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 09 saylı iclasının protokoluna baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sədrliyi, habelə bələdiyyə üzvləri-Şahid2, X12, X7, X4, X2 və X8 iştirakı ilə keçirilmiş iclasda Zərərçəkmiş şəxs4 torpaq sahəsi ayrılarkən torpaq qanunvericiliyinin tələblərinin pozulması müəyyən edildiyindən Zərərçəkmiş şəxs4 torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərar ləğv edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Qobu Bələdiyyəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 54 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Abşeron rayonu, Qobu Bələdiyyəsinin üzvü olmuşdur. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivindən daxil olmuş xx xxxx 2020ci il tarixli, H-62 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2010-cu il tarixli 01 saylı iclasının protokolundan görünür ki, Təqsirləndirilən şəxs səlahiyyət müddətinin sonunadək Abşeron rayonu, Qobu Bələdiyyəsinin sədri seçilmişdir. İş üzrə maddi sübut olan X5 ifadəsinə əlavə etdiyi torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarı, üzərində torpaqların yerləşmə planı çəkilmiş A4 formatlı vərəqi, xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialında Qobu Bələdiyyəsinə 800 manat ödənilməsi barədə xx xxxxx 2014-cü il tarixli, 48 nömrəli bank qəbzi və AO ******* nömrəli hərbi biletinin surəti, Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə etdiyi özünə və arvadı Zərərçəkmiş şəxs3 torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli 16 nömrəli qərarları, xxxxxxxxxxx” ASC-nin Abşeron filialında Abşeron rayonu, Qobu Bələdiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs3 1200 manat ödəməsi barədə xx xxxxxxxx 2008-ci il tarixli, 120 nömrəli və “xxxxxxxxxxx” ASC-nin Abşeron filialında Abşeron rayonu, Qobu Bələdiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs2 1200 manat ödəməsi barədə xx xxxxxx 2008-ci il tarixli, 33 nömrəli cank qəbzləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin Zərərçəkmiş şəxs2 800m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014-cü il tarixli 2356 nömrəli və Zərərçəkmiş şəxs3 800m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014- cü il tarixli 2347 nömrəli rəyləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx xxxxxx 2014-cü il tarixdə "770/14 və 1779/14 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktlar, habelə Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışların surətləri ilə Abşeron rayonu, Qobu Bələdiyyəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 50 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 09 saylı iclasının protokolunu, Abşeron rayon Dövlət Arxivindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, H-62 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2010-cu il tarixli 01 saylı iclasının protokolu cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci və 313-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri,ekspert rəyləri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin təsdiq olunmuş halları ilə təkzib olunduğundan məhkəmə tərəfindən onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Göründüyü kimi, cinayətin törədildiyi gündən 5 (beş) ildən çox müddət keçmişdir, yəni Təqsirləndirilən şəxs həmin cinayəti 2014-cü il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsini xahiş etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 309.1, 313-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham çıxarılmalı, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından və Abşeron RM-nin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1 -ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilib törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 320.1-ci maddələrinə tövsif edilmiş, habelə 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 09 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən apellyasiya baxışına təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə 320.1-ci maddəyə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilərək törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4-ci maddələrinə tövsif edilmiş və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Habelə Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1 -ci maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 1(012)-206/2018 nömrəli xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzası ödənilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona təyin olunmuş 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həmin tarixə 01 il 01 ay 23 günü isə çəkilməmiş qalmışdır. Beləliklə, məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə ona Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona təyin olunmuş 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 04 gün müddəti çəkilməmiş qalmışdır. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasından 01 il 04 ay 05 gün müddəti çəkilməmiş qalmışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünürki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasınıyüngülləşdirən hallardan hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıranhalyoxdur. İşmateriallarındangörünür ki, xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CM-nin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsSumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 06 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 gün müddəti yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona hazırki hökmlə təyin olunmuş islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmalıdır. Qanunun bu tələbləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmlə təyin edilmiş 2500 manat cərimə cəzası hazırki hökmlə təyin olunan cəza ilə tamamilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının 01 il 04 ay 05 gün və azadlığın məhdudlaşdırılması əsas cəzasının 01 il 04 gün çəkilməmiş hissələri qəti cəza müddətinə qismən hesablanmaqla qəti cəza təyin edilməli, 2500 manat cərimə cəzası və 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə gecə saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini və Bakı şəhəri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs aid hissədə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 34 (otuz dörd) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 204 (iki yüz dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayətMəcəlləsinin309.1-ci maddəsiilənəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası qəti cəza müddətinə tamamilə hesablansın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının 01 il 04 ay 05 gün və 01 il 06 ay 14 gün azadlığın məhdudlaşdırılması əsas cəzasının 01 il 04 gün çəkilməmiş hissələri qəti cəza müddətinə qismən hesablamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3 və 68.3.1-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla, ona qəti olaraq 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) aymüddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə gecə saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini və Bakı şəhəri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs aid hissədə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan X5 ifadəsinə əlavə etdiyi torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli, 13 nömrəli qərarı, üzərində torpaqların yerləşmə planı çəkilmiş A4 formatlı vərəqi, xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialında Qobu Bələdiyyəsinə 800 manat ödənilməsi barədə xx xxxxx 2014-cü il tarixli, 48 nömrəli bank qəbzi və AO ******* nömrəli hərbi biletinin surəti, Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə etdiyi özünə və arvadı Zərərçəkmiş şəxs3 torpaq sahəsinin satılması barədə Abşeron rayonu, X16 xx xxxx 2014-cü il tarixli 16 nömrəli qərarları, xxxxxxxxxxx” ASC-nin Abşeron filialında Abşeron rayonu, Qobu Bələdiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs3 1200 manat ödəməsi barədə xx xxxxxxxx 2008-ci il tarixli, 120 nömrəli və “xxxxxxxxxxx” ASC-nin Abşeron filialında Abşeron rayonu, Qobu Bələdiyyəsinin **********0001 saylı hesabına Zərərçəkmiş şəxs2 1200 manat ödəməsi barədə xx xxxxxx 2008-ci il tarixli, 33 nömrəli cank qəbzləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin Zərərçəkmiş şəxs2 800m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014-cü il tarixli 2356 nömrəli və Zərərçəkmiş şəxs3 800 m2 torpaq satılmasının qanunamüvafiqliyi barədə xx xxxxxx 2014cü il tarixli 2347 nömrəli rəyləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx xxxxxx 2014-cü il tarixdə "770/14 və 1779/14 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktlar, habelə Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışların surətləri ilə Abşeron rayonu, Qobu Bələdiyyəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 50 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 09 saylı iclasının protokolunu, Abşeron rayon Dövlət Arxivindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, H-62 nömrəli məktuba əlavə edilmiş Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2010-cu il tarixli 01 saylı iclasının protokolu cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 34 (otuz dörd) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 204 (iki yüz dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-308/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-308/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver