Məhkəmə qərarları › İş №1(012)-308/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-308/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-308/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzində xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayon Qobu qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsindəndə cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətin yüksək olması ilə əlaqədar “Covid-19" virus daşıyıcısı olub olmamasını aydınlaşdırmaq məqsədilə 30.11.2020-ci il tarixdə tibb müəssisəsində verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 01 dekabr 2020-ci il tarixdə saat 11:06 radələrində istifadəsində olan ***-***-**-** saylı nar mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejim qaydalarına əməl etməyərək 08.12.2020-ci il tarixdə saat 16 radələrində yaşayış yerini, yəni yaşadığı Abşeron rayon Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evini tərk edərək Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsinə gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 22 noyabr 2020-ci il tarixdə xəstələnmiş, bədənində hərarət olmuşdur. O soyuqladığını və xəstələyinin keçib gedəcəyini fikirləşdiyi üçün ilk günlər həkim getməmiş, lakin get-gedə səhhəti pisləşdiyi üçün 30 noyabr 2020-ci il tarixdə «Koronavirus infeksiyasına (Covid-19) qarşı analiz vermək üçün Bakı şəhərinə gedib analiz vermiş, 01.12.2020-ci il tarixdə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə xəstəxanadan mesaj gəlmiş və mesajda “Covid-19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu və yaşayış yerini tərk etməməsi bildirilmişdir. Bundan sonra o da Qobu qəsəbəsində yerləşən xəstəxananın həkimi Şahid2 zəng edib xəstəliyi barədə məlumat vermiş, həkim xəstəliyi ilə bağlı ona müəyyən dərmanlar və sistem qoşdurması barədə göstərişlər vermiş, o da həkimin həmin göstərişlərinə əməl edərək ev şəraitində müalicə almışdır. 08 dekabr 2020-ci il tarixdə o, həyat yoldaşı Rasim Ağayevlə birlikdə kredit ödəmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedərək həmin krediti ödəyəndən sonra qayıdıb evinə gəlmiş, 10 dekabr 2020-ci il tarixdə evində olarkən əvvəlcə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna Abşeron RPİ-nin Qobu PB-dən zəng gəlmiş, daha sonra isə həmin bölmənin əməkdaşı olan Şahid1 onun Qobu qəsəbəsində yaşadığı ünvana gəlmiş, söhbət zamanı polis əməkdaşı Şahid1 ona Covid-19 xəstəsi olması, yaşayış yerini tərk etməməsi barədə onun mobil telefonuna mesaj gəlməsini ona bildirdikdə o da bunu səmimi etiraf etmiş, bundan sonra Şahid1 ondan 08.12.2020-ci il tarixdə harada olmasını soruşduqda o da, qeyd olunan tarixdə yaşayış yerini tərk edərək həyat yoldaşı Rasim Ağayevlə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsinə kredit ödəməyə getdiyini bildirmişdir. Sonda o, tutduğu əməldən peşmançılıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 10 dekabr 2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nə həvalə olunmuş «Covid-19» xəstələrinin siyahısında olmuş xx.xx.1961 -ci il təvəllüdlü Abşeron rayonu Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə telefon əlaqəsi saxlamış və onun yaşadığı ünvanında olmuşdur. Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdə «Covid- 19» ilə bağlı verdiyi testin pozitiv olmasını bildirmiş, lakin 08 dekabr 2020-ci il tarixdə ev şəraitində müalicə aldığı zaman kredit ödəmək məqsədi ilə həyat yoldaşı Rasim Ağayevlə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinə getdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra o, geriyə qayıdıb bu barədə Abşeron RPİ-nin Qobu PB-nin rəsinə raportla məruzə etmiş, daha sonra isə bu barədə toplanımş material aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2008-ci il tarixdən Qobu xəstəxanasında həkim vəzifəsində çalışır. 30 noyabr 2020-ci il tarixdə Qobu qəsəbə sakini Təqsirləndirilən şəxs Covd-19 xəstəsi olması barədə Qobu qəsəbə xəstəxanasına müraciət etmiş, eləcədə qeyd olunan tarixdən onun Covid-19 xəstəsi olması barədə TƏBİB-dən də xəstəxanaya məlumat daxil olmuşdur. O da bir həkim kimi tibbi protokol qaydasına uyğun olaraq telefon vasitəsi ilə Təqsirləndirilən şəxs zəng edib bu barədə sonuncunu məlumatlandırmış, eləcə də həmin vaxt Təqsirləndirilən şəxs da da bu barədə ona mesaj gəldiyini və ona görə də da bu barədə məlumatlı olduğunu demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq müalicəsi üçün sonuncuya telefon vasitəsi ilə göstərişlər vermiş, eyni zamanda Təqsirləndirilən şəxs karantin qaydalarına əməl edib yaşayış yerini tərk etməməsini, əgər karantin qaydalarını pozub yaşayıb yerini tərk edərsə, o halda cərimə olunacağı, eləcə də məsuliyyətə cəlb oluna biləcəyini izah etmişdir. Onun mütəmadi olaraq müşahidəsi altında Təqsirləndirilən şəxs ev şəraitində özünü müalicə etmişdir. 14 gündən sonra isə sonuncu mobil telefonu ilə onunla əlaqə saxlayaraq tam müalicə olub sağaldığını və adının da portaldan çıxarıldığını bildirmişdir. İş materiallarında olan İTS.GOV.AZ tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə göndərilmiş ismarıcda Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiz testin nəticəsinin pozitiv olduğu bildirilmiş, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi xahiş olunmuş, karantin rejimini pozduğu təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. İş materiallarında olan Abşeron rayon X5 qəsəbə xəstəxanasının 24.01.2021 -ci il tarixli, 114 saylı məktubundan göründüyü kimi xx.xx.1961 -ci il təvəllüdlü Abşeron rayon Qobu qəsəbə sakini Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdə «Covid-19» xəstəsi kimi qeyldiyyata alınmış, xəstəxana tərfəindən o, ev müşahidəsində olmuşdur. Ev müşahidəsində olduğu 14 gün müddətində evdən çıxmamağı haqqında məlumatlandırılmış və 13.12.2020-ci il tarixdə ev müşahidə bitmişdir. İş materiallarında olan DİN-nin X4 Xidmətindən daxil olmuş bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumat cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs 08.12.2020ci il tarixdə saat 16:00 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Shabandağ ərazisi adlanan ərazidə fərdi yaşayış evini tərk edərək 3.1 km məsafə qət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 393 saylı, 15.03.2021-ci il tarixli arayışından görünür ki, Ağayeva X3 rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni İsmayıllı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar