Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-308/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bərdə rayonu, Arabaçılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 08 radələrində BA 056721 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz E 280 Minik” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsi ilə 10 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə “təcili tibbi yardm” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olması tələblərinə əməl etməklə onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib həmin küçədə onun hərəkət istiqamətində yolun sağı ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı hissəsi ilə vuraraq nəticədə, ehtiyyatsızlıqdan sonuncunun sağ daban sümüyünün qapalı sınığı, sağ aşıq baldır oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan həmin oynağın oynaq yarığının genişlənməsi ilə müşayət olunan qançır şişkinliyi, başın alın nahiyyəsinin əzilmiş-çırılmış yarası, sağ əlin arxa səthinin və sağ dizoynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş və Zərərçəkmiş şəxs aparıb evinə qoyaraq qarşı tərəfə özü barədə heç bir məlumat vermədən hadisə yerindən yayınaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, hadisə baş verən gün avtomobil texniki cəhətdən saz vəziyətdə olmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 13 noyabr 2023-cü il tarixdə saat 08:00 radələrində atası X7 ilə birlikdə idarə etdiyi “Mersedes Benz E 280 Minik” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliyağa Vahid küçəsi ilə üzü Xırdalan şəhəri istiqamətində hərəkətdə olduğu zaman Masazır qəsəbəsi, “Şok” marketin qarşısında sola dönərək şəhid Afıq Abdulhüseynov küçəsi ilə 5-10 km/saat sürətlə hərəkət edərkən üzünə gün düşdüyündən bir nəfər şəxsin onun hərəkət istiqaməti ilə yolu piyada getməsini görməyib həmin piyadanı idarə etdiyi avtomobilimin sağ yan hissəsi ilə vurmuşdur. Sonra avtomobildən düşüb həmin şəxsi atası ilə birlikdə avtomobilə əyləşdirərək həmin şəxsə onu xəstəxanaya aparmasını bildirmişdir. Həmin şəxs etiraz etmiş və onu yaşadığı mənzilə aparmasını bildirmişdir. O, həmin şəxsi yaşadığı evə aparmışdır. Həmin şəxsi evə düşürdükdə həmin şəxsin ailə üzvüləri onu xəstəxanaya aparması ilə bağlı narazılq etmişlər. O, avtomobilinə əyləşmiş, atası da ona bildirmişdir ki, “xəstəxanaya getmir getməsin”. Onlar oradan çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxs polisə məlumat vermişdir. Həmin vaxt bilmişdir ki, avtomobillə vurduğu şəxs X3r. Bildirmişdir ki, o, həmin şəxsə təklif etmişdir ki, onu xəstəxanaya aparsın, lakin həmin şəxs etiraz etmiş, o da həmin şəxsi yaşadığı mənzildə düşürdüb özü haqda həmin şəxsə heç bir məlumat verməyərək öz işi ilə məşğul olmuş heç bir tibb müəssəsinə aparmamış, bununla heç bir hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 13 noyabr 2023-cü il tarixdə saat 08 radələrində evdən çıxaraq səhhəti ilə əlaqədar olaraq küçəyə gəzməyə getmişdir. Bir az gəzdikdən sonra yaşadığı evə qayıdarkən bu zaman yolun sağ hissəsi ilə evinə doğru hərəkət edən zaman bu anda arxadan gələn “Mersedes Benz E 280” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sağ ayğından vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin sürücü onu oradan avtomobilinə qoyaraq evinə gətirmiş, bundan sonra ona demişdir ki, “gedirəm sınıqçı gətirməyə” sonradan isə gəlməməişdir. O da həmin şəxsi gözləmiş və görmüşdür ki, həmin şəxs gəlmədiyini görüb oğlu Feyruz onu Sumqayıt şəhərində yerləşən Travmatalogiya xəstəxanasına aparmışdır. Orada həkimlər ona ilk tibbi yardım göstərmişlər. Sonra isə oğlu Feyruz DİN-nin “102” xidmətinə zəng vuraraq bununla bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, səhər saatlarında yoldaşı gəzməyə getmişdir. Bir qədər sonra yoldaşı gəlib qızından kömək istəmişdir. Həmin vaxt özü yuxulu olmuşdur. Ata bala evə gələrək çarpayının üstünə uzanmışdır, ayağından qan gəlirdi. Yoldaşı ondan kağız qələm istədi, paltarını dəyişdi, oğluna zəng elədi ki, vəziyyəti yaxşı deyil. Xəstəxanaya apardılar. Ayağına gips qoydular, sarıdılar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatəti əsasında telefon vasitəsilə dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Vavid Yusifov verdiyi ekspert rəylərini müdafiə etmiş və bildirmişdir ki, ilk dəfə ekspertiza keçirilərkən zərərçəkən şəxsin sağ ayağının baldır hissəsində gips oluduğundan sağlamlığa vurulan zərərin dərəcəsinin müəyyən edilməsi mümkün olmamış, ona görə də, zərərçəkən şəxsin müalicəsi başa çatdıqdan və təkrar müayinəsi aparıldıqdan sonra yenidən ekspertiza keçirilərək sağlamlığa vurulan zərərin dərəcəsi müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. xx.xx.2023-cü il tarixli yol-nəqliyyatı hadisəsi yerinə baxış keçirilməsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Abşeron rayonu, Masazır qəsəbəsi, şəhid A.Abdulhüseynov küçəsi, “Şok” marketin yaxınlığıdır. Yolun işlək hissəsi düzdür, yolun örtüyünün növü asfalt/betondur, yolun örtüyünün vəziyyəti qurudur, yol örtüyünün eni 5 metrdir, hərəkət zolaqlarının işlək hissəsinin eni 5 metrdir. İşlək hissədə yol məhlə arası yoldur, həm gedişli, həm gəlişlidir, yolun hətrəkət hissəsində heç bir üfüqi nişanlama xətləri aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2480 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın nahiyəsinin əzilmişcırılmış yarası, sağ əlin arxa səthinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları, sağ ayaq pəncəsinin əzilməsi, sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı piyadahərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür, ağırlıq dərəcəsi zərərçəkən şəxsin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra əlavə olaraq təyin ediləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 15Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ daban sümüyünün qapalı sınığı, sağ aşıq baldır oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan həmin oynağın oynaq yarığının genişlənməsi ilə müşayət olunan qançır şişkinliyi, başın alın nahiyyəsinin əzilmiş- çırılmış yarası, sağ əlin arxa səthinin və sağ dizoynağı nahiyəsinin sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/1734 nömrəli ekspert rəyindən görünür ki, “Mercedes Benz E 280” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol, MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsindən təqdim edilmiş ekspert rəyləri, Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 8/1734 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs CM-in 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd ediləndərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qədir oğlu təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi üzrə üzrə təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Qədir oğluna cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Qədir oğluna cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini böyük ictimai təhlükə törətməyən cinayət olmasını, təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Qədir oğluna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Qədir oğluna təqsirli bilindiyi CM-in 264-cü maddəsinin sanksiyası həddində müəyyən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin ona 01(bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Qədir oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(012)-308/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-308/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver