Məhkəmə qərarları › İş №1(012)-309/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-309/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-309/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X8 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhər, Səttərxan küçəsi ev 185-də qeydiyyatda olmaqla, ünvan 1 7 ünvanda yaşayır X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində, yaşadığı ünvan 2 7 ünvanda olan zaman yol pulu istəyərkən vermədiyinə görə aralarında yaranmış mübahisə zamanı anası Zərərçəkmiş şəxs əlindən tutub qolunu buraraq, ona sol əlin birinci barmağının əsas falanqasının, həmin falanqa oynağının və sol əlin arxa səthini əhatə edən, oynaq yarığının daralması ilə nəticələnən açma və bükmə hərəkətlərinin məhdudlaşması ilə müşayiət edilən qançır-şişkinliyindən ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə X7 həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2015-ci ildə atası vəfat etdikdən sonra anası Bacıxanımla, qardaşı Cavad atası Bahadıra məxsus, Lənkəran rayonunda yerləşən evi satıb, Bakı şəhərində ev almaq qərarına gəlmişlər. Lakin ailə üzvlərinin bu qərarına etiraz etdiyindən onlar arasında mübahisələr yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində yaşadıqları evdə olan zaman anasından Lənkəran şəhərinə qayıtmaq üçün yol pulu istəmiş, lakin anası kobud şəkildə ona pulu olmadığını bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı anası Bacıxanımın qollarından tutub onu dartışdırmağa başlamışdır. Həmin vaxt anası onun üzünə sillə vurmaq istəyən zaman sonuncunun əlini tutub qolunu buraraq, onu kənara itələmişdir. Bundan sonra anası ondan uzaqlaşmış, yenidən mübahisə yaranmamasına görə evdən çıxıb getmişdir. Bir müddətdən sonra evə qayıtdığında isə qardaşı Cavadın anasını döyməsi ilə bağlı DİN-in «102» xidmətinə məlumat verdiyini öyrənmişdir. Aralarında yaranmış mübahisə 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Bahadır 2015-ci ildə vəfat etdikdən sonra övladları Cəlal və Cavad ilə birlikdə ünvan 1 7 ünvanda yaşayırlar. Lakin əri öldükdən sonra oğlu Cəlal Lənkəran şəhərində yerləşən ərinə məxsus evi öz adına rəsmiləşdirmək istədiyindən onlar arasında narazılıqlar yaranmış və bu səbəbdən sonuncu mütəmadi olaraq mübahisələr yaratmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində, yaşadıqları evdə olan zaman Cəlal Lənkəran rayonuna getməli olduğunu bildirmiş və ondan yol pulu istəmişdir. Öz növbəsində pulu olmadığını dediyindən Cəlal bir daha pul istəyərək təkid etmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Cəlal onu qollarından tutub silkələdiyi üçün sonuncunu sillə zərbəsi ilə vurmaq istəmiş, lakin Cəlal onun qolundan tutub buraraq kənara itələdiyi üçün buna müvəffəq ola bilməmişdir. Bundan sonra kobud və sərt şəkildə evi tərk etməsini tələb etdiyi üçün Cəlal oradan çıxıb getmişdir. Bir müddətdən sonra onun digər oğlu Cavad evə gəldiyində onun qolunun sarıqlı olduğunu görüb nə baş verdiyini soruşmuş, öz növbəsində baş verənləri Cavada danışmışdır. Buna görə də Cavad DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Cəlal ilə aralarında yaranmış mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxt evdə başqa heç kimin olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir Məhkəmə iclasında, ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, atası 2015-ci ildə vəfat etdikdən sonra qardaşı Cəlal Lənkəran şəhərində yerləşən ata evini öz adına keçirmək istəmiş, lakin özü və anası ailə üzvləri kimi buna etiraz etdiklərindən Cəlal evdə mütəmadi mübahisələr yaratmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 23:20-də evə gələn zaman anası Bacıxanımın əlinin sarıqlı olduğunu görmüş və nə baş verdiyini xəbər almışdır. Anası Bacıxanım isə 10-15 dəqiqə əvvəl Cəlalın ondan Lənkəran şəhərinə getmək üçün yol pulu istədiyini, vermədikdə isə onunla mübahisə edib qolunu burduğunu danışmışdır. Buna görə də DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermiş, bir qədər sonra evə gələn qardaşı Cəlalı isə danlamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 560 nömrəli rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol əlin birinci barmağının əsas falanqasının, həmin falanqa oynağının və sol əlin arxa səthini əhatə edən, oynaq yarığının daralması ilə nəticələnən açma və bükmə hərəkətlərinin məhdudlaşması ilə müşayiət edilən qançır-şişkinliyi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs X2 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil X5 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil X5 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar