Məhkəmə qərarları › İş №1(012)-309/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-309/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-309/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Laçın rayonu Arduşlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Laçın rayonu Arduşlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Hökməli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən üzərində N-4443 zavod nömrəsi və istehsalçı zavodun emblemi həkk edilmiş nişangah qurğusu olan 01 ədəd 385 Jsfu-1 i keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş yivli odlu silah olan 5,6 mm kalibirli, Toz - 8 modelli ov tüfəngini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində divanın altında saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, mərhum atası X3 “Toz- 8'' markalı silahı olmuş, 2006-cı ildə atasının vəfatından sonra silahı yadigar olaraq özündə saxlamış, lakin ondan istifadə etməmiş, həmin silahı evində saxlamışdır. Bundan başqa özünə məxsus olan və rəsmi qaydada sənədləşdirilmiş1950-ci il istehsalı olan 1 dəd Toz markalı 16 çaplı lüləsi kəsilmiş tək lülə ov silahı vardır. Həmin silahın lüləsinin uc hissəsi deformasiyaya uğradığı üçün kustar üsulla kəsdirmişdir. Polis əməkdaşları onunla birlikdə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman mənzildə saxladığı bir ədəd Toz markalı 16 çaplı lüləsi kəsilmiş tək lülə odlu silahı və bir ədəd Toz 8 markalı 5,6 çaplı yivli odlu silahı təqdim etmişdir. Həmin silahlar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda o, məhkəmədən Laçın rayonundan məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını, oğlu Cabbarov Raufun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 2253 saylı və 24 iyun 2021-ci il tarixli, 2720 saylı sərancamları ilə ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki. 2004-cü ildən DİO-da, tutduğu vəzifədə 2021 - ci ilin mart ayından xidmət edir, polis mayorudur. xx.xx.2021 -ci il tarixdə, xx.xx.1980-cı ildə Laçın rayonunda anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplckt hissələrini əldə etməsi, saxlaması və daşıması ilə barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərara əsasən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət tərkibdə əməliyyat qurupu yaradılmışdır. xx.xx.2021 -ci il tarixdə saat 23 radələrində onlar Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində olduğunu görüb sonunucuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs X16 dəvət etmişlər. Dayanndur Cabbarov heç bir etiraz etmədən onlarla birlikdə X16 getmiş, orada Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşularkən sonuncu üzərində hər hansı bir əşyanın olmadığını, lakin Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evində iki ədəd silah saxladığını və öz razılığı ilə onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib orada baxış keçirilən zaman mənzildə saxladığı 1 ədəd Toz markalı 16 çaplı lüləsi kəsilmiş tək lülə odlu silahı və 1 ədəd Toz 8 markalı 5,6 çaplı yivli odlu silahı təqdim etmişdir. Həmin silahlar təhqiqatçı tərəfındən qablaşdırılaraq götürülmiişdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı dindirilən şahidlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İstintaq zamanı, 12 iyul 2021 -ci il tarixdə Abşeron rayon Pİ-nin TŞ-nin təhqtqatçısı Sabit Yusifov tərəfindən keçirilmiş, «şəxsi axtarış və götürmə», «baxış» istintaq hərəkətlərinin 1 ədəd «CD» formatlı disk köçürülsmüş video görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 2 ədəd video tay 1 olduğu aşkar edilmişdir. 1 -ci fayladkı 6 dəqiqə 20 saniyədən ibarət görüntü Abşeron RPİ-nin X14 qeydə alınaraq, Abşeron RPİ-nin Qobu PB-nin C A üzrə əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakları ilə Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunması, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşyanı könüllü təqdim etməsinin təklif olunması, Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya oladığını lakin yaşadığı evdə iki ədəd ov silahı olduğunu vo həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirməsi müşahidə edilmişidr. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 12 iyul 2021 -ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Abcron rayonu Hökməli qəsəbəsi yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evə baxış zamanı, mənzilin mətbəx otağındakı söykənəcəyi ağ rəngli, oturacağı narıncı rəngli divanın əşyalar saxlanılan yerindən 1 dəd Toz. markalı 16 çaplı lüləsi kəsilmiş tək lülə odlu silahı və 1 ədəd Toz 8 markalı 5,6 çaplı yivli odlu silah aşkar edilərək götürülmüşdür. İkinci fayldakı 9 dəqiqə 03 saniyəlik görüntülərdə Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakları ilə Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin yaşadığı evə baxış keçirilməsi və bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin mətbəxində divanın altında saxladığı iki ədəd odlu silah olan bir ədəd 1950-ci il istehsallı, “Toz" markalı, 16 çaplı, lüləsi kəsilmiş tək lülə ov silahını və bir ədəd 1956-cı il istehsallı, “Toz-8v markalı, 5,6 çaplı yivli və odlu silahını baxışa təqdim etməsi, silahların təhqiqatçı tərəfindən açılıb baxılıb sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülməsi müşahidə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik tədqiqatlar İdarəsindən alınmış 14 iyul 2021-ci il tarixli, 21/450R nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd, üzərində N-4443 zavod nömrəsi və istehsalçı zavodun emblemi hək edilmiş nişangah qurğusu olan 385N9-1İ silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı istehsal olunmuş 5,6 mm kalibrli, TOZ- 8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Həmin silah quşv ə xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Silahın konstruktiv əlamətlərinə və kriminalistik ədəbiyyatlardakı xarakterik xüsusiyytələrinə əsasən patron yuvasına patronların yalnız tək-tək yerləşdirilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş 01 ədəd, üzərində N-4443 zavod nömrəsi və istehsalçı zavodun emblemi hək edilmiş nişangah qurğusu olan 385JN9-1İ silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1956-cı istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 19 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Y.Yasamal küçəsi 14 saylı evin145 saylı mənzilində üç nəfər övladı və həyat yoldaşı ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi yaşamaqla yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan 1-1959 saylı və 7304 saylı Azərbaycan Respublikası medalın vəsiqələrindən görünür ki, X8 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 2253 saylı və 24 iyun 2021-ci il tarixli, 2720 saylı sərancamları ilə ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Laçın rayonundan məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını, oğlu Cabbarov Raufun 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 2253 saylı və 24 iyun 2021-ci il tarixli, 2720 saylı sərancamları ilə ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhəri Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhəri Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1950-ci il istehsallı, “Toz" markalı, 16 çaplı, lüləsi kəsilmiş tək lülə ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 ay (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1950-ci il istehsallı, “Toz" markalı, 16 çaplı, lüləsi kəsilmiş tək lülə ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar