Məhkəmə qərarları › İş №1(012)-309/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-309/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-309/2025 11.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zahid oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşılır, evlidir, orta təhsillidir, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri Fərid Əhmədov küçəsi ev 30 C-də qeydiyyatdadır, Sumqayıt şəhəri Ş.Nizami küçəsi 19 məhəllə 6-da yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-735/2024 saylı, 03 aprel 2025-ci il tarixli hökmü ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə verdiyi elan əsasında tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 4/6,mənzil 24 nömrəli mənzilinə mətbəx və yataq mebelləri, dəhliz şkafı, palıd ağacından parket və 08 ədəd otaq qapıları düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 04 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Baksol adlanan yerdə 8000 manat, 02 dekabr 2023-ci il tarixdə Bakı şəhəri,Nərimanov rayonu ərazisində yerləşən 21 saylı natoriat ofisində 6000 manat, 07 dekabr 2023-cü il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən mebel sexində 4000 manat olmaqla, cəmi 18.000 pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldıqdan sonra 07 ədəd hər biri 250 manat olan ümumi dəyrəi 1750 manat dəyərində otaq qapılarını Zərərçəkmiş şəxs götürdükdən sonra qalan 16.250 (on altı min iki yüz əlli) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə sosial şəbəkədə tanış olmuşdur. Daha sonra həm onun istehsalat rəisi, həm də icra götürdüyü obyektin sahibi Səfər ilə birlikdə Həsənxanın evinə getmişlər və müəyyən ölçüləri götürmüşdürlər. İlkin ödəniş kimi qarşılıqlı razılığa əsasən 8000 manat pul almışdırlar. Daha sonra Səfər rəhmətə getmiş və o iş yerini dəyişdirmişdir. Ona görə də işləri gecikmiş və üst-üstə düşmüşdür. İş yerini dəyişdirməzdən öncə Həsənxan ona parket işini də görməsini təklif etmiş və 2500 manat ödəniş etmişdir. Daha sonra ləvazimatlar üçün 5200 manat məbləğində pul ödəmişdir. Bundan sonra Həsənxanın parketdən xoşu gəlməmiş və pulunu geri tələb etmişdir. O, Həsənxana pulunun olmadığını bildirsə də Həsənxan ona hardansa borc tapıb qaytarmasını bildirmişdir. O, notairal qaydada 5200 manat pulu vermişdir. Həsənxandan götürdüyü 8000 manatın müqabilində ona iş gördüyünü, Həsənxanın plintusunu, mətbəx mebelinin qapaqlarını, qapı çərçivələrini, qapı taclarını və s. materialları təhvil verdiyini bildirmişdir. Təxminən 17 fevral 2024-cü il tarixdə Həsənxan onun işlədiyi müəssisəyə gəlmişdir. Həmin vaxt onun özü orada olmamışdır. Həsənxan fabrikə gələrək oradan onun üçün hazırlanan 7 qapını aparmış, apara bilmədiyi digər əşyalara ziyan vermiş, dağıtmışdır. O, özü fabrikə gəldikdən sonra malların dağıldığını görmüş və bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək Həsənxandan şikayətçi olaraq onun fabrikdə apara bildiyi malları apardığını, apara bilmədiklərini isə dağıtdığını bildirmişdir. Hadisədən 1-2 gün sonra o, X2 çağırılmış və həmin vaxt Həsənxan da orada olmuşdur. Təhqiqatçının otağında olarkən o, hətta hadisə gününə aid video-görüntüdə təqim etmişdir. Təhqiqatçı ona nə səbəbə Həsənxanın işlərini görmədiyini soruşmuşdur. O, da işlərin yubandığı üçün gecikdiriyini bildirmiş, lakin bu hal Həsənxanın onun işlədiyi müəsissəyə gələrək oranı dağıtmasına əsas olmadığını, şikayətinə düzgün baxılmasını xahiş etmişdir. Həsənxan çıxanda ona “mənim maşınımın təkəri sənin evindən bahadır” kimi sözlər işlətmiş və polis bölməsindən çıxıb getmişdir. Lakin onun şikayətinə baxılmamış, sonra Həsənxanın şikayəti əsasında onun barəsində cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Həsənxanla 15 fevral tarixində işi təhvil verməsi ilə barədə razılaşmış, həmin tarixdə Həsənxana video göndərərək 3-4 qapının ikiüzlü tam hazır olmasının, digərlərinin bir tərəfinin qalmasını, qapı çərçivələri, qapı taclarının hazır olmasını, 2-3 gündə gözləməsini bildirmişdir. Həsənxan da ona fevral ayının 15- i zəng edərək ona artıq işinin lazım olmadığını bildirmişdir. Daha sonra Həsənxan onun işlədiyi sexə gəlmiş və həmin sexdən 7 qapı aparmış və digər qapının balaca olanı sexdə qaldığı üçün görməmiş və o qapı sexdə qalmış, həmçinin kuxna mebelinin qapaqlarını, 150 metr uzunluğunda plintusu da aparmışdır. Həsənxanın evində kuxna mebelinin korpusunu quraşdırmış, qarderobun korpsunu quraşdırmışdır. Məhkum olunduğu iş üzrə onun barəsində qətimkan tədbiri seçildikdən sonra müştərilərini itirmişdir. Həm işçisi həm də icarəyə götürdüyü yerin sahibi olan Səfər rəhmətə getdikdən sonra onun istehsalat işlərini aparan olmamış və bütün işlərdə gecikmə baş vermişdir. 8000 manatın müqabilində 7 qapı, 150 metr uzunluğunda plintus, kuxna mebelinin korpusu, qapaqlarını yığmışdır. Həmin işləri 04 noyabra kimi görməmişdir. O, heçkəsə sexinin sahibinin özü olmasını deməmişdir. 6000 manata münasibətdə isə Həsənxanla notarial qaydada müqavilə bağladıqdan sonra həmin 6000 manatdan 5200 manat hissəsini yerində Həsənxana qaytardığını, 200 manatı da müqavilə haqqı ödədiyini bildirdi. Həmin puldan ona 600-800 manat qalmışdır. Həsənxana qarşı dələduzluq etmədiyini, işlərin gecikdiyi üçün edə bilmədiyini, verdiyi pulun müqabilində müəyyən işlər gördüyünü,lakin hesab kitab işlərini düzgün apara bilmədiyi üçün bu hala düşdüyünü bildirərək barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildən sosial şəbəkə üzərindən tanımışdır. 2023-cü ilin sentyabr ayının 11-də mobil telefon vasitəsilə Təqsirləndirilən şəxslə danışmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun Nərimanov metro stansiyasının yaxınlığında olan, “MetroPark” ticarət mərkəzi ilə üzbəüz yerləşən mənzilinə mebel yığmalı idi. Danışdıqdan sonra onun evinə Təqsirləndirilən şəxs və rəhmətə getmiş Səfər adlı şəxs gəlmişdi. Onlar ölçü götürdükdən sonra sabahı günü kafedə görüşmüşdürlər. Kafedə Təqsirləndirilən şəxs məbləğ olaraq 18000 manat pul istəmişdir. O, da pulu bütöv verə bilməyəcəyini iki mərhələli olaraq verə biləcəyini bildirmiş və qarşılıqlı razılıq əsasında Təqsirləndirilən şəxs yerində 8000 manat pul vermişdir. Təqsirləndirilən şəxs noyabrın 4-ü evi təhvil verməli idi. Həmin müddətə çox az qalmışdı, lakin mənzilində heç bir iş görülməmişdi. 30 oktyabrda Təqsirləndirilən şəxs işlədiyi və Biləcəridə yerləşən sexə getdi. Lakin Təqsirləndirilən şəxs orada tapmamışdır. Hadisədən 1-2 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, evin parket işini də ona həvalə etsin. O parketi başqasına gördürəcəyini bildirsə də sonradan fikrindən daşınmış, parket işini də Təqsirləndirilən şəxs də gördürmək istəmiş və ona 4000 manat məbləğində pul vermişdir. Lakin yenə heç bir iş görülməmişdir. O yenidən Təqsirləndirilən şəxs işlədiyi sexə getmiş, lakin başqa şəxs onu qarşılamış və sexin ona məxsus olduğunu, həmçinin Təqsirləndirilən şəxs burada işləmədiyini bildirmişdir. Hadisədən sonra o, Təqsirləndirilən şəxs xəbər ala bilməmişdir. Sonradan onu Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin yaxınlığında sexdə tapmışdır. Təqsirləndirilən şəxs sifarişinin hazırlanması üçün pula ehtiyacının olduğunu bildirmiş və o, ona notarial qaydada 6000 manat pul vermişdir. Daha sonra o Təqsirləndirilən şəxs sexdə parketə baxmış və parketin çat verdiyini görmüş, Təqsirləndirilən şəxs ona pulu kompensasiya edəcəyini bildirmişdir. Bir gün Təqsirləndirilən şəxs ona zəng edərək bu gün mebelin iç hissələrinin quraşdırılacağını və sürücünün onunla danışmaq istədiyini bildirmişdir. O, sürücü ilə danışmış, sürücü ona 1770 manat verməsini bildirmiş, əks halda yükü boşaltmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs zəng edərək sürücünün nə səbəbə pul istədiyini soruşmaq istəmiş, lakin o açmamışdır. O məcbur qalaraq pulu onlara vermişdir. Sabahı günü onlar da zəngi açmamışdır. Sonradan onlardan biri götürərək ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara sifariş verir, lakin pulunu vermir, Təqsirləndirilən şəxslə aralarında pul haqq-hesabı var. Daha sonra o, Təqsirləndirilən şəxs işlədiyi sexə getmiş, yenə başqa şəxs onu qarşılayaraq sexin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs orada olmasa da onun işçiləri bir qadın və bir oğlan orada olmuşdur. Onlar ondan qapıların rəngələnməsi üçün 800 manat pul istəmişdir. Təqsirləndirilən şəxs isə ortada yox idi. Ona bildirdilər ki, 2 günə qurtaracaq işlər. 03 yanvar tarixdə Maksimin sexinin sahibi və Maksim görüşmüşdürlər. Maksim ona 10 günə işləri təhvil verəcəyini bildirmişdir. Lakin yenə Maksim işini təhvil verməmişdir. Daha sonra o Maksimə demişdir ki, özünün işindən başqa heçkəsin işini görməsin. O sonra yenə Maksimin işlədiyi sexə getmiş, Maksim orada olmasa da onun işçilərinin başqa işi gördüyünü müəyyən etmişdir. Həmin vaxt da onun evinə düzəldilməli olan 6 ədəd qapı da orada qoyulmuşdu. O, əsəbiləşmiş və qapılarla kantları özü ilə aparmışdır. Yolda Maksim ilə qarşılaşmışdır. O, Maksimdən pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs işi görmədiyini və onu aldatdığını bildiyi üçün evə başqa usta çağırmışdır. Usta ona qapıların pis olduğunu bildirmişdir. O işini həmin ustaya gördürdü. Hadisədən 2-3 gün sonra polis bölməsindən zəng gəldi və onu X2 çağırdılar. Bölmədə Təqsirləndirilən şəxs ondan şikayətçi olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona malların hazır olması ilə bağlı və ya gördüyü işlərlər heç bir video göndərməmişdir. Ona yazan Rican olmuşdur, Maksim ümumiyyətlə heçnə göndərməmişdir. Təqsirləndirilən şəxs işlərini görməsi üçün 6000 manat məbləğində pulu 8000 manatdan sonra notarial qaydada vermişdir. Həmin gün Maksim ona heç bir məbləğdə pul qaytarmamışdır. Ümumiyyətlə o pulu verməkdə məqsədi Jabinə borc vermək olmamış,onun sifarişini yerinə yetirməsi üçün vermişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs sexindən ona heç nə gəlməmişdir. Gələn mallar da başqa sexdən gəlmiş və o yerindəcə sürücüyə həmin gətirdiyi malların pulunu vermişdir. Həmin mallar onun Maksimə verdiyi pullarla alınmamış, əlavə öz cibindən 1770 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 6000+4000+8000 manat olmaqla ümumilikdə 18000 manat pul vermişdir. 1750 manat dəyərində qapıları özü gedib götürməyə məcbur olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin o, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını, onunla barışdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sexinin bir hissəsini icarəyə vermişdir. Maksim onun avadınlıqları ilə müştərilərin sifarişlərin qəbul edib hazırlayırdı. Əvvəllər də Təqsirləndirilən şəxs sifarişlərini gec təhvil verməsi ilə digər şəxslər də sexə gəlmişdir. Zərərçəkmiş şəxs şəxsən tanımır. Təqsirləndirilən şəxs Həsənxanın sifarişini təhvil verməməsindən xəbəri olmuşdur. Belə ki, Həsənxan tez-tez sexə gələrək sifarişini tələb etmişdir, lakin Təqsirləndirilən şəxs işi təhvil verəcəyini bildirsə də təhvil verməmişdir. 2-3 dəfə onun iştirakı ilə də Həsənxanla Maksim arasında görüş olmuşdur. Sonuncu görüşdən sonra Təqsirləndirilən şəxs həbs olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İzzət oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs işlədiyi mebel sexində fəhlə işləyir. Onlar Məmmədli kəndində işləyəndə oraya Həsənxan adlı şəxs gəlib getmiş, o, Maksimə mebel sifariş vermişdir. Həsənxan dəfələrlə sexə gələndə Maksimdən sifarişini tələb etmiş, Maksim isə hər dəfə sifarişi yaxın günlərdə yerinə yetirəcəyini demişdir.O, Məmmədli kəndində işlədiyi müddətdə Həsənxanın sifarişini Maksim yerinə yetirə bilməmişdi. Daha sonra onlar başqa sexə köçmüşlər. Oraya köçəndən sonra Həsənxan bir neçə dəfə həmin sexə gəlib getmiş və sifarişin yerinə yetirilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, uzun müddətdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə işləyir. 2024-cü ilin təxminən fevral ayında Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs işlədiyi sexə getmişlər. Sexdə Həsənxana aid olan qapıları aparmaq istəyirdilər. Ora çatdıqdan sonra Həsənxan dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də sonuncu zəngi açmamışdır. Bundan sonra onlar sexdən Həsənxana aid olan qapıları və plintusları sexdən çıxarıb aparmışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 16 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə, saat 18:40 dəqiqədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan müddətinə məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-735/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1250/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-735/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs dəymiş zərərin məbləği 16250 manat olması qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 800 manat pulun verilməsi görüntüsünü əks etdirən”CD” formatlı disk sübut növu kimi qəbul edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir şikayət və tələbi yoxdur. Barışmışdır. - Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş bir ədəd “CD”diskdə olan videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 8000 manat pul verir - Borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 02 dekabr 2023-cü ildə Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixədək qaytarmaq şərti ilə 6000 manat pul vermişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında bildirilən xüsusatların özünü müdafiə xarakteri daşıdığını, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verdiyi ifadə kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsindən də aydın olduğu kimi cinayət əməli üzrə borc münasibətlərindən və ya mülki xarakterli münasibətlərdən söhbət belə gedə bilməz, habelə təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmaması fikrinə dəlalət edəcək heç bir hal müəyyən edilməmişdir. Belə ki, ilk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında xidmət müqaviləsinə dair heç bir sübuta rast gəlinmir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi mebel ustası qismində tanımışdır və buna görə də işlərin görülməsi üçün təqsirləndirilən şəxsə müəyyən miqdarda pul vermişdir. Təqsirləndirilən şəxs isə həmin işi qarşılıqlı razılığa əsasən müəyyən edilmiş vaxtda təhvil verəcəyinə dair vəd etsə də həmin vədinə dəfələrlə əməl etməmiş, hətta yenidən Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək ondan vahid niyyətlə yenidən müəyyən məbləğlərdə pul vəsaitlərini almışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişdən aldığı 6000 manat məbləğində pulun notarial qayada təsdiq olunmuş müqavilə əsasında verilməsini, həmin puldan 5200 manatını Həsənxana qaytarmasını, 200 manat müqavilə üçün verməsini və bu epizod üzrə cinayət tərkibinin əlamətlərinin mövcud olmadığı barədə verdiyi ifadəyə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun müdafiə hüququ kimi qiymətləndirilsə də, xüsusilə nəzərə alınmalıdır ki, qeyd olunan vəsaitin alınması təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən formalaşmış aldatma niyyəti və etibardan sui-istifadə yolu ilə törədilən dələduzluq cinayətinin ayrılmaz tərkib hissəsidir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Yuxarıda istinad edilən qərarın məzmununa istinad edərək məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bağlanılmış borc müqaviləsinə münasibətdə qeyd etməyi zəruri hesab ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında bağlanmış borc müqaviləsinin məzmununu məhkəmə istintaqında da tədqiq edilmiş sübutlardan da göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə sifarişinin hazırlanması üçün pula ehtiyacının olduğunu bildirmiş, zərərçəkmiş şəxs də bunun qarşılığında Təqsirləndirilən şəxs 6000 manatı notarial qaydada vermişdir. Buradan da aydın olduğu kimi, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında “borc” müqaviləsinin bağlanmasında əsas məqsəd həmin pulun sonradan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs nağd formada qaytarılması olmamış, Təqsirləndirilən şəxs öhdəlik götürdüyü iş üzrə Zərərçəkmiş şəxs sifarişini yerinə yetirmək məqsədi olmuşdur. Lakin həmin işin də görülməməsi yenə də təqsirləndirilən şəxsin niyyətini açıq-aydın göstərir. Bundan başqa Təqsirləndirilən şəxs aldığı 6000 manatdan 5200 manatı Zərərçəkmiş şəxs qaytarması faktı isə məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Lakin Zərərçəkmiş şəxs ifadəsi iş materialları ilə uyğunluq təşkil etmişdir. Belə ki, keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs həmin puldan 5200 manatı qaytarmasını bildirmiş, lakin keçirilmiş çarpaz sorğu zamanı bu hal öz təsdiqini tapmamış, təqsirləndirilən şəxsə zərərçəkmiş tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə sual vermək imkanı yaradılsa da, onun tərəfindən verilən ifadənin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır Bu səbəbdən də həmin epizodun "borc münasibətləri" və ya "mülki hüquq münasibətləri" çərçivəsində qiymətləndirilməsi qəbul olunmazdır. Məhkəmə iclasında bir daha təsdiq olunmuşdur ki, ittihamda qeyd olunan məbləğlərin guya borc kimi alındığını göstərən notarial sənəd formal xarakter daşımaqla yanaşı təqsirləndirilən şəxsin hüquqi məsuliyyətdən yayınması üçün istifadə etdiyi əsas vasitə olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən aldığı 8000 manat pul vəsaitinin əvəzində müəyyən işlərin görüldüyünə və bu işlərin həmin məbləğə ekvivalent dəyər təşkil etdiyinə dair irəli sürdüyü iddiaya münasibət bildirərək qeyd edir ki, bu hal məhkəmə iclasında heç bir sübutla təsdiq olunmamış, təqdim edilən materiallar arasında belə bir işlərin görülməsini əsaslandıran hər hansı sənəd və ya şahid ifadəsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin sexindən götürülən qapıların və plintusun qiyməti isə 8000 manata bərabər deyil və həmin malların qiyməti “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən təqsirləndirilən şəxsin vurduğu maddi ziyandan çıxılmışdır, həmçinin onun bildirdiyi digər mətbəx mebelinin korpuslarının yığılması ilə bağlı da məhkəmə iclasında həmin malların Təqsirləndirilən şəxs sifarişi əsasında hazırlandığı müəyyən edilsə də Zərərçəkmiş şəxs həmin mallara görə onu gətirən şəxslərə Maksimə verdiyi puldan əlavə olaraq 1770 manat ödədiyi müəyyən edilmişdir. Göründüyü kimi həmin mallar üzrə ayrıca ödəniş edilmiş və Təqsirləndirilən şəxs ona verilən pul üzrə öhdəlik götürdüyü iş üçün hazırlanan mallarını pulunu yenidən Zərərçəkmiş şəxs ödəmişdir. Ümumiyyətlə məhkəmə bütün epizodlara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əgər təqsirləndirilən şəxsin zərərçəkmişin etibarından sui-istifadə edərək aldatmaq niyyəti əvvəlcədən yox idisə vədinə əməl edə bilmədiyi halda zərərçəkmişin pulunu geri qaytarmalı və ya zərərçəkmişlə razılaşdıraraq işin görülməsində əngəl yarandığı halda əngəli başqa yolla aradan qaldırmalı idi, lakin təqsirləndirilən şəxs zərərçəkmişin ona verdiyi pulu ümumi işinə sərf etmiş və vədinə əməl etməmişdir, zərərçəkmiş bir neçə dəfə ona işin tamamlanması üçün vaxt versə də, hər dəfəsində zərərçəkmişə verdiyi vədə əməl etməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını hal kimi zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, ziyanlığın ödənilməməsini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-735/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-735/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 26 may 2023-cü il tarixdən barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi cəzaçəkmə müddətinə daxil olduğu üçün, həmin 02 gün müddət isə ev dustaqlığı müddətinə təsadüf etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmamalıdır.Belə ki, cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 26 may 2023-cü il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci,mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsna Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-735/2024 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin,mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar