Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-31/2020 24.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Tovuz rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X5 və istintaqla müəyyənləşdirilməyən Samir adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “xxx” MMC-nin 1-ci binasının anbarına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 900 manat olan 17 ədəd “AVK” markalı su bağlayıcını gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 15300 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində kirayədə yaşamışdır. Samir adlı şəxs Tovuz rayonu, Düz Qırıxlı kəndinə yaşayır. Samiri təxminən uşaqlıq illərindən tanıyır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə Samir saat təxminən 17 radələrində ona məxsus olan mobil telefon nömrəsinə zəng vuraraq onların əvəllər işlədikləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “xxx” MMC-nin 1-ci binasının anbarında su kranlarının olduğunu, gedib həmin su kranlarını oğurlayıb Şamaxinka deyilən yerdə satıb pulunu öz aralarında bölməyi təklif etmişdir. O da yanında olan Əflatuna bu barədə dedikdə Əflatun onunla razılşamış və onlar Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Orada Samir ilə yeni tikilmiş binanın qarşısında görüşmüş, Samirlə liftlə zirzəmiyə düşmüş, Əflatun isə çöldə gözləmişdir ki, adam gəlsə onlara xəbər versin. O, Samirlə oradan 4 ədəd su kranlarını götürüb bayıra çıxmışlar. Həmin kranların iki ədədini o, iki ədədini isə Samir götürmüşdür. Onlar Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən yola çıxmış və taksi avtomobili saxlamaq istəyərəkən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onlara yaxınlaşmış, həmin vaxtı Samir əlində olan iki ədəd su kranlarını yerə atıb qaçmış, o Əflatunla polis əməkdaşlarının qanuni tələblərinə əməl edərək oğurladıqları dörd ədəd su kranları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişlər. Həmin dörd ədəd su kranlarını könüllü olaraq istintaqa təqdim etmişlər.Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəyərək onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı hər hansı şikayətinin olmadığını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “xxx” MMC-də müdir müavini vəzfəsində işləyir. “xxx” MMC Abşeron rayonu Ceyranbatan qəsəbəsində 9 mərtəbəli 2 bloklu hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur və şirkətdə 15-20 nəfər fəhlə işləyir. İşlədiyi şirkətin anbarına bir ədədinin qiyməti 1100 manat olan 17 ədəd su kranı alıb qoymuşdur. Həmin su kranları ona məxsus olmasına baxmayaraq saxlamağa yeri olmadığından şirkətin anbarında saxlamışdır. xx.xx.2018-ci il tarixdə “xxx” MMC-də nəzarətçi vəzifəsində işləyən X8 ona mobil telefon vasitəsi ilə zəng edərək anbardan 17 ədəd su kranı oğurlandığını xəbər verdikdə bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. O, şirkətin anbarına gəlmiş və şirkətin anbarından ona məxsus 17 ədəd su kranının oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 18700 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyanın bir hissəsi 1000 manatı təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis X10 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2018-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində polis serjantı Şahid ilə birlikdə xidmət aparmışlar. Abşeron rayonu Saray qəsəbəsindən Abşeron rayonu Ceyranbatan qəsəbəsi istiqamətində avtopatrulla xidmət apardıqları zaman orada təzə tikilmiş binanın qarşısında 3 nəfər şəxsin əllərində su karanları apardıqlarını gördüklərindən həmin şəxslərdən şübhələnib onlara yaxınlaşarkən həmin şəxslərdən biri qaçmağa başlamış və onlar digər iki nəfər şəxsi saxlayıb əllərində olan su karanları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə gətirmişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X4r. Onlar raport yazıb həmin şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslər etiraf edərək tanışları Samir adlı şəxslə birlikdə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “xxx” MMC-nin anbarına qanunsuz daxil olaraq oradan 17 ədəd su kranı oğurladıqlarını bildirmişlər. Bundan sonra idarə rəhbərliyinin göstərişi ilə həmin şəxslər istintaq şöbəsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə verən Abşeron Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri polis serjanı Şahid məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 məhkəmə baxışında iştirak etmədiyinindən, məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi yeni məhəllədə valideyinləri ilə birlikdə yaşayır. “xxx” MMC-də nəzarətçi vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “xxx” MMC-nin 1-ci binanın anbarına nəzər yetirdikdə naməlum şəxs və ya şəxlərin anbardan 17 ədəd hər birinin dəyəri 1100 manat olan su filtirlərini oğurladığını görmüşi, hadisə barədə Abşeron Rayon Polis İdarəsinə və “xxx” MMC-nin direktoru Natiq Məmmədova məlumat vermişdir. “xxx” MMC Abşeron rayonu Ceyranbatan qəsəbəsində 9 mərtəbəli 2 bloklu hündür mərtəbəli bina tikintisi ilə məşğul olmuşdurr. Həmin anbarın açarı onda olmuşdur. O gündüz vaxtı işçilər oradan tikinti əşyaları götürdükləri üçün anbarı açıq vəziyyətdə qoymuşdur. Ümumilikdə onların şirkətinə 18700 manat maddi ziyan dəymişdir. Onların MMC-də təxminən 15-20 nəfər fəhlə işləyir. Oğurluğu kimin törətməsi barədə heç bir məlumatı yoxdur. Cinayət işi materiallarında olan götürmə aparılması haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd su kranı iş üzrə əhəmiyyət kəsd etdiyi üçün götürülmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 32570 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “AVK” markalı su bağlayıcının (qidrant) 2018-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 900 manat, 4 ədədi 3600 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işi materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndiriməsi, əşyanın maddi sübut kimi tanınaraq təhvil verilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə xx xxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işindən X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni nömrə altında cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 4 ədəd su kranı maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİnin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əxxxlanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əxxxlar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əxxxən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın bir hissəsi, 1000 manatı ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti yoxdur. Cinayət işi materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 3505 saylı, xx xxxxxx 2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyətin vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Nərgiz, xx.xx.2011-ci il təvəllüdlü İgid və Murad adlı iki azyaşlı və bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əxxxən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı qismən ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əxxxən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əxxxən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 4(012)-316/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduğu andan Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə Tovuz rayonu ərazisində tutularaq xx xxx 2019-cu il tarixdə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-359/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhər ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Bakı İstintaq Təcridxanasının xx xxxx 2020-ci il tarixli, xx/xx-5470 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Abşeron RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və xx xxxx 2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işi materiallarından göründüyü kimi ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək, xx xxx 2019-cu il xx xxx 2019-cu il tarixədək tutma altında saxlanmış, məhkəmə istintaqından yayındığı üçün, barəsində axtarış elan edilmiş və xx xxxx 2020-ci il tarixdən tutularaq həbsə alınmışdır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 gün tutma altında saxlanıldığı və xx xxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı 01 ay 19 gün, ümumilikdə 01ay 21 gün həbsdə saxlanıldığı müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 03 ay 12 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əxxxən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Cinayət Məcəllənin 52-1.1-ci maddəinə əxxxən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əxxxən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əxxxən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş 04 ədəd su kranı sahibi Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əxxxən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əxxxən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əxxxən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cümaddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əxxxən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı ümumilikdə 01 (bir) ay 21 (iyirmi bir) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 03 (üç) ay 12 (on iki) gün müddət hazırki hökmdə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılmasıcəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə axşam gecə saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini və Tovuz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş 04 ədəd su kranı sahibi Zərərçəkmiş şəxs geri qaytarılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əxxxən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əxxxən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim :Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-31/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-31/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver