Məhkəmə qərarları › İş №1(012)-31/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-31/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-31/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şuliyə oğlunun, təqsirləndirilən şəxs (mərhum) Təqsirləndirilən şəxs1 müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi5, Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə 29.05.1974-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmuş və yaşamış, 19.04.2020-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə, xx.xx.1993-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1978-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödəniməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx.xx.1972-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 həyətdə hasarın küncündə dayanıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hasarın çölündə dayanıb ətrafa nəzarət etmiş, özü isə həyətdəki hində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 8 manat olan ümumi 920 manat dəyərində 115 ədəd cücəni əvvəlcədən özü ilə götürdüyü kisələrə yığarkən, həmin vaxt evdə qonaq olan gəlini Zərərçəkmiş şəxs1 Sərdar qızının həyətdəki ayaqyolundan çıxaraq onları görməsi səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş və həmin vaxt Zərərçəkmiş şəxs1 onları görməməsi məqsədi ilə arxadan saçından tutub kürək nahiyyəsindən yumruqla və əli ilə vuraraq yerə yıxmış, nəticədə sonuncuya sağ ayağın 5-ci barmağının əsas falanqasının natamam sınığı, sağ bazu, sol bazu, sağ said və sağ baldır nahiyyələrinin sıyrıqları, sağ ayağın və sol bud nahiyyələrin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən o, həyətdə hasarın küncündə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hasarın çölündə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həyətdəki hində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 8 manat olan ümumi 920 manat dəyərində 115 ədəd cücəni əvvəlcədən özü ilə götürdüyü kisələrə yığarkən, həmin vaxt evdə qonaq olan gəlini Zərərçəkmiş şəxs1 Sərdar qızının həyətdəki ayaqyolundan çıxaraq onları görüb qışqırmasına görə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 Şuriyə oğlunun yaşadığı fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 həyətdə hasarın küncündə, o isə Təqsirləndirilən şəxs4 ilə birlikdə hasarın çölündə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həyətdəki hində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 8 manat olan ümumi 920 manat dəyərində 115 ədəd cücəni əvvəlcədən özü ilə götürdüyü kisələrə yığarkən, həmin vaxt evdə qonaq olan gəlini Zərərçəkmiş şəxs1 Sərdar qızının həyətdəki ayaqyolundan çıxaraq onları görüb qışqırmasına görə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs4 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 Şuriyə oğlunun yaşadığı fərdi yaşayış evinin həyətinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 həyətdə hasarın küncündə, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə hasarın çölündə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həyətdəki hində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 8 manat olan ümumi 920 manat dəyərində 115 ədəd cücəni əvvəlcədən özü ilə götürdüyü kisələrə yığarkən, həmin vaxt evdə qonaq olan gəlini Zərərçəkmiş şəxs1 Sərdar qızının həyətdəki ayaqyolundan çıxaraq onları görüb qışqırmasına görə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 29,1772.1 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,1772.1 və 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair 1(012)-222/2020 nömrəli cinayət işi 07.02.2020-ci tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxslər gəlmədiyinə görə təxirə salınmış, 26.08.2020-ci il tarixdə məhkəmə hazırlıq iclası təqsirləndirilən şəxs (mərhum) Təqsirləndirilən şəxs1 müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi5, Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə keçirilmişdir. Məhkəmənin 08.09.2020-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 19.04.2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs1 qardaşı (yaxın qohumu) X2 məhkəmə istintaqda “ölmüş şəxsin yaxın qohumu (nümayəndəsi) kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin yaxın qohumunun və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin yaxın qohumu” (hüquqi varisi) qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs1 hüquqi varisinin (yaxın qohumunun) cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs1 törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 29,1772.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 xalası nəvəsinin gəlinidir. Onların yaşadığı evin yaxınlığında yaşayır, Zərərçəkmiş şəxs1 qaynatasının evinə naməlum şəxslərin oğurluq məqsədi ilə daxil olmaları barədə məlumatı olub, lakin həmin evin həyətinə oğurluq məqsədi ilə daxil olmamışdır. Heç vaxt oğurluq etməmiş, amma narkotik vasitə istifadəçisidir, təxminən 2 il olar ki, narkotik vasitə olan kakosdan istifadə edir. Təqsirləndirilən şəxs2 kənd adamı kimi tanıyır və onunla hər hansı yaxın dostluq münasibəti yoxdur, o hadisə yerində olmamışdır, həmçinin Təqsirləndirilən şəxs3 dedikləri yalandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. İntiqam, Eldənizi və Raufu tanıyır. Heç vaxt oğurluq etməmişdir. Özünü CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi ilə olan ittihamı qəbul etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etdiyinə görə də məhkum olunmuşdur. Eldəniz, Nasir və İntiqamı tanıyır, onların hər üçü ilə münasibəti vardır. 11.08.2019-cu il tarixdə gecə saat 02 radələrində OBA marketin qarşısında dayanmış, həmin vaxt marketin qarşısı ilə qabaqcadan tanıdığı Eldəniz, Nasir və İntiqamın kəndin aşağı istiqaməti üzrə getdiklərini görmüş, bu zaman Nasir ona bildirmişdir ki, oğurluğa gedir və o da onlarla getsə ona pul verərlər, oğurluq edəcəkləri evin həyətindən toyuqlar oğurlayacaqlar. Sonuncularla təxminən 10 dəqiqə piyada gemiş, yolboyu Eldəniz və Nasir qabaqda getmiş, sonuncular onlar öz aralarında söhbət etmişlər. Sonra Eldənizin evindən 2 ev kənara kənd adamı Şulunun evi kimi tanıdığı evin yanına çatdıqda Nasir ona və İntiqama bildirmişdir ki, “siz çöldə gözləyin, biz həyətə girib qayıdırıq. X13 hasarın dibi ilə gedən qaz turbasına çıxaraq təxminən 1,5 metr hündürlüyü olan hasara çıxaraq həyətə daxil olmuş, onlar İntiqamla hasarın yanında dayanmışlar. İntiqam ondan təxminən 5-6 metr aralıda dayanmış, onlar yola baxmışlar ki, kimsə gələrsə Eldənizlə Nasirə xəbər etsinlər. Təxminən 3-5 dəqiqə sonra həyətdən qadın qışqırtısı eşitmiş, oqadının səsini eşidən kimi oradan qaçaraq evə gəlmişdir. Hasarın çölündə dayandığı üçün həyətin içərisini görə bilməmiş, ona görə həyətdə olan qadına kimin necə xəsarət yetirməsindən məlumatı yoxdur, onunla gedən şəxslərin heç birində hər hansı bir alət olmamışdır. Sonradan aralarında olan söhbət əsnasında Eldəniz özü ona demişdir ki, yaxşı ki, qadın onu görməyib və bildirmişdir ki, narahat olma bu işdə problem ola bilməz. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Raufu, Eldənizi və Nasiri tanıyır. Heç vaxt oğurluq etməmişdir. Özünü CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi ilə olan ittihamı qəbul etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Sərvan qızı onun gəlinidir. Zərərçəkmiş şəxs1 2017-ci ildə oğlu Vüqarla ailə həyatı qurmuş və onların birgə nigahlarından bir övladları vardır. X15 ailə həyatı qurduqdan sonra Sumqayıt şəhərində yaşamağa başlamışlar. 10 avqust 2019-cu il tarixdə oğlu Vüqarın evinə getmiş və gəlini Şəbnəmi yaşıdığı evə gətirmişdir. Həmin gecəni gəlini Şəbnəm onlarda qalmış, gecə təxminən saat 03 radələri olardı, səsə oyanmış, Şəbnəmin otağına keçmiş, lakin sonuncu yerində olmamış, bundan sonra evin həyətinə çıxmış, həmin səsin Şəbnəmin səsi ola biləcəyini başa düşmüşdür. Lakin səsin haradan gəldiyini dəqiq bilmədiyi üçün əvvəlcə küçəyə çıxmaq istəmiş, lakin sonra səsin həyətdə gəldiyini dəqiqləşdirib həyətə daxil olmuş, həmin vaxtı Şəbnəmin yerdə uzanıqlı olduğunu görmüş, ona köməklik edib ayağa qaldırmışdır. Şəbnəm ona tanımadığı şəxsin onu vurduğunu bildirmiş, belə olduqda baş vermiş hadisə barəsində polisə məlumat vermişdir. Hadisə zamanı onun həyətindən hər hansı əmlakı oğurlanmamış, lakin sonradan ona məlum olmuşdur ki, həyətinə soxulmuş şəxslər onun ev quşlarını oğurlamağa cəhd göstərmişlər, lakin gəlini Şəbnəmin təsadüfən həyətə çıxması onların iradələrinə zidd olmuş, bu səbəbdən də gəlinini döyüb xəsarət yetirmiş, həyətindən ev quşlarını oğurlaya bilməyib qaçıb getmişlər. Həyətində 115 ədəd cücə və 50 ədəd ev quşu göyərçini olmuşdur. Cücə olan hin həyətin axrında yerləşdiyi üçün həmin şəxslər cücələri oğurlamağa cəhd etsələr də göyərçinin saxlandığı qəfəs dəmirdən olmaqla qapısı qıfılla bağlı olmuş və evə yaxın yerdə yerləşir. Ona görə də həmin şəxslər göyərçinləri oğurlaya bilməmişlər. Həmin 50 ədəd göyərçinin dəyəri isə 1250 manat təşkil edir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Sərvan qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həftənin altıncı və bazar günləri həyat yoldaşım ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinə qaynatasının evinə qonaq gedir. 10 avqust 2019-cu il tarixdə saat 17 radələrində qaynatası Telman onların yaşadığı evə gəlmiş və onları Novxanı kəndində evinə aparmışdır. Qaynatasının evi həyət evidir. Həmin həyət iki hissəyə bölünüb, birində yaşayış üçün ev vardır, digər hissəsində isə təsərrüfat üçün nəzərdə tutulub. Təsərrüfat üçün nəzərdə tutulmuş həyətdə toyuq hini vardır, həyətə ayıran hasar vardır, həmin hasardan həyətlərə keçmək üçün yerdə vardır, həmin günü gecə, yəni 11 avqust 2019-cu il tarixdə saat 02 radələrində yuxudan oyanıb ayaqyoluna getmiş, ayaqyolu evin həyətində həyəti ayıran hasarın yanında yerləşir. Ayaqyonundan çıxarkən bir nəfər tanımadığı şəxs təsərrüfat olan həyətin girişində onun arxa tərəfdən saçından tutub həyətə salmış, bu an iki nəfərin hasarın üzərində dayanmış, bir nəfər ağ köynəkli, qara şalvarlı şəxs qaça-qaça onun üstünə gəlmiş, hasarin üzərində dayanan iki nəfər şəxslərindən biri geri çölə tərəf yerə düşmüş, saçını tutan şəxsdən xahiş etmişdir ki, ona heç nə etməsin. Qarşısında dayanan ağ köynəkli şəxs saçını tutan şəxsə demişdir ki, «səni tanıdısa onu vur». Hətta həmin şəxs yumruğunu onun üstünə sıxaraq demişdir ki, «sakit dur, zırıldama». Həmin vaxt qorxmuş və qışqıracağı tədqirdə onu döyəcəklərini zənn etmişdir. Saçını tutana çevrilib yalvarmaq istəyərkən sonuncu kürəyindən yüngül vurmuşdur ki, ona tərəf çönməsin. Qarşısında dayanan ağ köynəkli şəxs hasara tərəf getmiş və hasardan tullanıb getmişdir. Hasarda dayanan orta yaşlı şəxs saçını tutan adama demişdir ki, «uşaqdır, yüngülvari vur qaçaq». Saçını tutan şəxs arxa kürəyindən qəfil möhkəm vurmuş və o «ay mama» deyərək yerə yıxılıb özündən getmişdir. Saat təxminən 04 radələrində ayılmış, həmin vaxtı qorxudan ayaqları tutulmuş, hətta danışa da bilməmişdir. Sürünə-sürünə evə tərəf getmiş, orada qışqıraraq ailə üzvlərini çağırmışdır. Səsinə qaynatası Telman çölə çıxmış və onu evin qarşısında olan stulda əyləşdirmişdir. Qaynatası nə baş verdiyini soruşduqda, baş verənləri danışmışdır. Qaynatası polisə məlumat vermiş və təcili yardıma zəng vurmuş, bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş və ona tibbi yardım göstərmişdir. Onun zənnincə həmin şəxslər həyətə oğurluğa gəlmişlər, belə ki, həmin şəxslərin üzünü görə bilməsə də onlar konkret olaraq ondan sakit olmasını tələb etmiş, hətta onlar qaçanda hasarda olan şəxs saçından tutan şəxsə demişdir ki, «cavandır, yüngülvari vur qaçaq». Bu onu deməyə əsas verir ki, həmin şəxslərin həyətə girməkdə məqsədi oğurluq etmək olmuşdur. Həyətə daxil olan şəxslər ondan hər hansı qiymətli əşya tələb etməmiş, hətta həmin günü qulağında qızıl sırğası da olmuş, həyətdə işıq yanmış, sonuncular onun qulağında sırğa olmasını görmüşlər. Həmin şəxslərdən yalnız saçından tutan şəxs bir dəfə sakit olması üçün kürəyindən yüngülvari vurmuş, sonra qaçanda həmin şəxs möhkəm kürəyindən vurub qaçmış, başqa digərləri ona qarşı heç bir müqavimət göstərməmişlər. Həmin şəxsin onu vurmasından hiss etmişdir ki, onu əli ilə vurmuşdur, həmdə bir əli ilə onun saçından tutmuş, bu səbəbdən həmin şəxsin əlində hər hansı bir deşici kəsici alətin olmasını görməmişdir. Yalnız həmin şəxslərdən birini polis şöbəsində üzləşmə zamanı göstərdiyi Nasir adlı şəxsin olduğunu görmüşdür. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin (zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 16.09.2019-cu il tarixli, 41Ə №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın yumşaq toxumalırının əzilməsi, sağ ayağın 5-ci barmağının əsas falanqasının natamam sınığı, sağ bazu sol bazu, sol said və sağ baldır nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənmiş, müddəti 11.08.2019-cu il tarixinə xarakterik olmaqla dava dalaş zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş AZ-İİ 077160 №-li ölüm haqqında haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 19.04.2020-ci il tarixdə dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnuzu ilə vəfat etmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qardaşı X2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs1 barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. 01.12.2019-cu il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 01.12.2019cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. 03.12.20219-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 03.12.2019-cu il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. 12.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 01.12.2019-cu il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs2 01.12.2019cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. 03.12.20219-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 03.12.2019-cu il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. 12.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 02.12.2019-cu il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs3 Hacıbala oğlu 02.12.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 04.12.20219-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Hacıbala oğlu 04.12.2019-cu il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Yusifov X10 Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.04.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 04.12.2019-cu il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs4 04.12.2019cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 06.12.20219-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Hacıbala oğlu 06.12.2019-cu il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 20.02.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci, maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.04.2016-cı il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Mütəxəssis rəyinə əsasən 2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 15-dək olan müddət ərzində 01 ədəd çolpanın bazar qiyməti 08 manat bir ədəd qarabaş göyərçinin qiyməti isə 25-30 manat təşkil edir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinin köçürüldüyü iki ədəd CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, həmçinin ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə onların ifadələrində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ifadələrində onlara qarşı verilmiş ittihamla razı olmadıqlarını, 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətində baş vermiş oğurluqla bağlı məlumatlarının olmadığını bildirmişlər. Cinayət işində olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduğu zaman onların özlərinin yazdığı ilkin izahatlarında, təqsirləndirilən şəxs qismində ifadə verdikləri zaman 11.08.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətinin qarşısına gəldiklərini, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 həyətdə hasarın küncündə dayanıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hasarın çölündə dayanıb ətrafa nəzarət etdiklərini, Təqsirləndirilən şəxs1 isə həyətdəki hində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus cücəni əvvəlcədən özü ilə götürdüyü kisələrə yığarkən, həmin vaxt Zərərçəkmiş şəxs1 Sərdar qızının həyətdəki ayaqyolundan çıxaraq onları gördüyünə görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 onları görməməsi məqsədi ilə arxadan saçından tutub kürək nahiyyəsindən yumruqla və əli ilə vuraraq yerə yıxdığını təsdiq etmişlər. Həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin üzləşdirilməsi zamanı Təqsirləndirilən şəxs3 bir daha ifadəsində göstərilənləri təsdiq edərək, 10.08.2019-cu il tarixdə, saat təxminən 22.00 radələrində Novxanıkəndində yerləşən “Oba” marketin yanında Nasir, Eldənizlə söhbət edərkən Eldənizin kəndin aşağı başında evin həyətində saxlanılan çoxlu ev quşlarını oğurlayib satmağı təklif etdiyini, ev quşları saxlanılan yerdə yaşayışın olmadığına əmin etdiyini, onların hər biri Eldənizin təklifinə razı olduqlarını, hadisə yerində hər birinə düşən rolları yerindəcə bölüşüb icra edəcəklərini razılaşdırdıqlarını, Nasir hasarın çölündə dayanıb kənarı müşahidə etməli olduğunu, özü İntiqamla hasarın içəri və digər küncündə dayanıb başqa istiqamətlərə nəzarət etməli olduğunu, Eldəniz isə içəri keçib özləri ilə hazırladığı iki kisəyə ev quşlarını yığıb çölə çıxarmalı olduğunu, gecə saat 02.00 radələrində görüşdükdə Eldəniz özü ilə 2 ədəd kisəni əynindəki canlıq deyilən paltarın altında gizlətdiyini, həmin ünvana çatdıqda evin 1,5 metr hündürlüyündə olan daş hasarına yaxınlaşdıqda hasarın divarı ilə çəkilmiş qaz borusunun üzərinə çıxıb oradan həyətə keçdiklərini, Eldənizin kisələrlə birlikdə ev quşlarını yığmaq üçün həyətin baş tərəf tinində yerləşən hinə doğru hərəkət etdiyini, təxminən 3-5 dəqiqə sonra gözlənilmədən hin və ayaqyolu olan tərəfdən cavan qadının həyəcanlı qışqırıq səsini eşitdiyini, həmin vaxtı Eldənizin də danışıq səsini eşitdiyi üçün ev sahiblərindən kiminsə Eldənizi gördüyünü başa düşdüyünü, bundan sonra oradan qaçıb evinə getdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində 10.08.2019-cu il tarixdə, saat təxminən 22.00 radələrində Novxanı kəndində yerləşən “Oba” marketin yanında İntiqam, Rauf, Eldənizlə söhbət edərkən Eldənizin kəndin aşağı başında evin həyətində saxlanılan çoxlu ev quşlarını oğurlayib satmağı təklif etdiyini, ev quşları saxlanılan yerdə yaşayışın olmadığına əmin etdiyini, onların hər biri Eldənizin təklifinə razı olduqlarını, hadisə yerində hər birinə düşən rolları yerindəcə bölüşüb icra edəcəklərini razılaşdırdıqlarını, özünün isə hasarın çölündə dayanıb kənarı müşahidə etməli olduğunu, İntiqamla Rauf isə hasarın içəri və digər küncündə dayanıb başqa istiqamətlərə nəzarət etməli olduğunu, Eldəniz isə içəri keçib özləri ilə hazırladığı iki kisəyə ev quşlarını yığıb çölə çıxarmalı olduğunu, gecə saat 02.00 radələrində görüşdükdə Eldəniz özü ilə 2 ədəd kisəni əynindəki canlıq deyilən paltarın altında gizlətdiyini, həmin ünvana çatdıqda evin 1,5 metr hündürlüyündə olan daş hasarına yaxınlaşdıqda hasarın divarı ilə çəkilmiş qaz borusunun üzərinə çıxıb oradan həyətə keçdiklərini, Eldənizin kisələrlə birlikdə ev quşlarını yığmaq üçün həyətin baş tərəf tinində yerləşən hinə doğru hərəkət etdiyini, təxminən 3-5 dəqiqə sonra gözlənilmədən hin və ayaqyolu olan tərəfdən cavan qadının həyəcanlı qışqırıq səsini eşitdiyini, həmin vaxtı Eldənizin də danışıq səsini eşitdiyi üçün ev sahiblərindən kiminsə Eldənizi gördüyünü başa düşdüyünü, sonuncuların olduqları yerə yaxınlaşdıqda Eldənizin yaşı 22-23 olan qızın saçından tutduğunu, qadının həyəcandan ağladığını, sonunculara yaxınlaşdıqda Eldənizin ona “qadın bizi tanıdı, onu döyümmü? dediyini, o isə qadının onları tanımadığını əminliklə dediyini, Eldənizin qadına qarşı artıq hərəkətlər etməməsi üçü özü guya acıqlı formada qadının alın nahiyyəsindən əli ilə yavaşca geriyə itələdiyini, Eldəniz onu eşidərək qadının saçlarını buraxdığını, sonra oradan uzaqlaşdıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, ekspertin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özlərini müdafiə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 29,1772.1 və 29,177.2.3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,1772.1 və 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 128, 29,1772.1 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,1772.1 və 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bunula yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göyərçinlərin oğurlanması hissəsi sübutlarla öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarında göyərçinlərin oğurlanmasına qəsdi təsdiq edən heç bir sübut yoxdur. İbtidai istintaq tərəfindən ibtidai araşdırma zamanı göyərçinlərin yerləşdiyi yerə baxış keçirilməmiş, sübutlar götürülməmiş, ekspertiza keçirilməmişdir. Baxış keçirilməsi haqqında protokolda isə hadisə yerində göyərçinlərin saxlanıldığı qəfəsə müdaxilə yəni oğurlanmasına cəhd edilməsinə dəlalət edən heç bir maddi sübut aşkar edilməsi göstərilməmişdir. Eyni zamanda göyərçinlərin saxlanıldığı qəfəsə baxış keçirilməmiş və göyərçinlərin sayı müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin ifadəsindən də göründüyü kimi göyərçinlərin saxlanıldığı dəmir qəfəs qapısı qıfılla balğı olmaqla evə yaxın yerdə yerləşmişdir və göyərçinlərin saxlanıldığı qəfəsin açılmasına heç bir cəhd edilməyib, müdaxilə olunmamışdır. İbtidai istintaq zamanı göyərçinlərin saylarını müəyyən edilməsi üçün hər hansı araşdırma aparılmamış, iş materiallarında buna dair akt, protokol və ya qərar mövcud deyildir. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin göyərçin saxlanılan qəfəsə müdaxilə edilməməsi barədə verdikləri ifadələri təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs1 barəsindəki cinayət təqibinə xitam veriməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01.12.2019-cu il tarixdən 03.12.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs4 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 04.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-in 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-in 62ci maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halı, onun cinayət törətdikdən sonra davranışını, zərərçəkmiş şəxsin xahişini, onun ailəsinin həyat şəraitinə təsirini, göstərilən cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, X7, CM-in 65.3-cü maddəsinə əsasən CM-in 65.2ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 02.12.2019-cu il tarixdən 04.12.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi4 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, müdafiəçi X8 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Müdafiəçi5 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, müdafiəçi X9 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçi vəkil X3 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi5 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi4 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 19.04.2020-ci il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01.12.2019-cu il tarixdən 03.12.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs3 Hacıbala oğlu Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Hacıbala oğlunun 02.12.2019-cu il tarixdən 04.12.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Hacıbala oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Hacıbala oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 Hacıbala oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 04.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbir seçilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsinlər və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi4 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, müdafiəçi X8 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Müdafiəçi5 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, müdafiəçi X9 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçi vəkil X3 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi5 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi4 58 saat göstərdiyi hüquqi yardıma görə 348 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar