Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-31/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi, 19-cu məhəllə ev 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdə, saat 22 radələrində X5 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən yaşayış evinin həyətinə hasarı aşmaqla, sonra isə yeni tikilmiş yaşayış evinə qanunsuz daxil olmuş və oradan 280 manat dəyərində 6 top elektrik naqili, 40 manat dəyərində 5 ədəd sveıio, 130 manat dəyərində 1 ədəd su qızdırıcısı, 40 manat dəyərində bir ədəd alüminium qazan, 30 manat dəyərində 2 ədəd alminium profilləri, 40 manat dəyərində 2ədəd ləyən, 40 manat dəyərində 1 ədəd güldan, 170 manat dəyərində 17 ədəd pəncərə çərçivəsini gizli olaraq talayıb oğurlamaqla, ümumilikdə zərər çəkmiş şəxsə 770 (yeddi yüz yetmiş) manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2014-cü il tarixdə Qobustan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 05 fevral 2022-ci il tarixdə saat 22 radələrində Mehdiabad qəsəbəsindən yaşadığı evə gələrkən piyada Novxanı bağlar massivindən keçən zaman yolun kənarında boş bağ sahəsinə, oradan isə həyətində ev və yarımtikili olan bağ evinə oğurluq məqsədilə hasardan evin həyətinə daxil olmuşdur. Evin həyətində darvazadan sol tərəfdə olan hamam otağının içərisinə daxil olmuş və oradan su qızdırıcını, həmin evin girişində olan təxminən 5 top misdən olan elektrik naqillərini, 1 ədəd vint açan, 1 ədəd kəsici aləti (rezak) oğurlayaraq gəldiyi yerdən qayıdıb çıxıb getmişdir. O, elektrik naqillərini Sumqayıt şəhərinə gedən yolda su kanalının kənarında əritmiş və 2 kq 300 qram mis təşkil etmişdir. Həmin oğurlanmış əşyaları 1-ci mikrorayon ərazisində metal qəbulu yerinə ümumilikdə 45 manata satmışdır. Oğurlnmış əşyaları Sumqayıt şəhəri, 1- ci mikrorayon ərazisində satarkən həmin malların özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən ona məxsus yarımtikilidən dəyəri dəyəri 280 manatlıq top elektrik naqillərin, 5 ədəd dəyəri 40 ədəd sverloların, 1 ədəd dəyəri 130 manatlıq su qızdırıcını, 1 ədəd dəyəri 40 manatlıq alminium dəmir ləyən, 30 manat dəyərində 2 ədəd alminiym profillər, 40 manat dəyərində 2 ədəd ləyən, 1 ədəd dəyəri 40 manatlıq güldan, 17 ədəd dəyəri 170 manatlıq pəncərə çərçivəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin Saray polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə işdə növbədə olduğu zaman Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən yaşayış evinin hasarından həyətinə daxil olaraq həyətdə olan hamamdan bir çox əşyaların oğurlanması ilə bağlı 770 manat məbləğində ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsində təhqiqatçı tərəfindən araşdırma aparılmış və idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən yuxarıda qeyd olunan əşyaları oğurlayan şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirilsin. Bununla bağlı əməliyyat qrupu yaradılmış, sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən yaşayış evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs inşa etdirdiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətindəki hamam otağının içərisinə daxil olaraq orada su qızdırıcısını və həmin evin girişində olan təxminən 5 top misdən olan elektrik naqillərini, 1 ədəd vint açan, 1 ədəd kəsici aləti (rezak) talayıb oğurlamış və tanımadığı şəxslərə satmışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs izahatının alınmasından ötrü təhqiqat şöbəsinə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur.. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozaraq, ona təyin olunmuş cədvəl üzrə Abşeron RPİ-də qeydiyyatdan keçməyərək istintaqdan yayınmağa, qaçıb gizlənməyə cəhd etdiyindən barəsində axtarış elan edilmiş və 15 mart 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 14 may 2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ MSY-yə təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ MSY-dən azad olunaraq barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirlimədən öz qüvvəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozaraq, məhkəmə çağrışlarından yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirlimədən öz qüvvəsində saxlanılmışdır. Şahid tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərkəmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün olmaqla cəmi 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün olmaqla cəmi 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-31/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-31/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver