Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-31/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X6, onun müdafiəçisi Bakı şəhəri “Faiq Nagıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Aşağı Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzili təmir etdirəcəyinə dair sonuncuya yalandan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə 1000 (min) manat, Zərərçəkmiş şəxs satıcı işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində “28 May” metrostansiyasının yaxınlığında yerləşən şirniyyat sexində xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, 01,07.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 130(yüz otuz) manat, xx.xx.2022-ci il tarixdə 200(iki yüz) manat, xx.xx.2022-ci il tarixdə 100(yüz) manat, xx.xx.2022-ci il tarixdə 100(yüz) manat, xx.xx.2022-ci il tarixdə 500(beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 170(yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə 500(beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 340(üç yüz qırx) manat olmaqla ümumilikdə 7040 manat, əlavə olaraq ünvan 2 ünvanında yerləşən mənzildə 01,10.2022-ci il tarixdə pəncərənin (cam balkonun) alınması üçün 960 manat, internet xəttinin çəkilməsi üçün 100 manat, kombinin çəkilməsi üçün 146 manat, kombi seti üçün 692 manat, kafelin fərqi üçün 440 manat, həşaratlardan qorunmaq üçün pol altına dərman vurulması ilə bağlı 140 manat, pilintus üçün 150 manat, duş kabina üçün 360 manat, boya üçün 60 manat, karniz üçün 40 manat, pəncərəyə vurulan qoruyucu setka üçün 42 manat, spot gizli işıq üçün 296 manat, qapını dəyişmək üçün 380 manat, oboyu dəyişmək üçün 45 manat, elektrik enerjisinin verilməsi ilə bağlı avtomat mexanizimə 43 manat, pəncərələr üçün xamilon şüşə almaq üçün 600 manat və əlavə spot işıq almaq üçün 28 manat olmaqla cəmi 4522 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 12562 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və izahatında göstərdi ki,təxminən 10 ildir ki, təmir-tikinti sahəsində çalışır. Şifahi və ya yazılı razılaşma əsasında təmirsiz evlərin ümumi təmir-tikinti işini həyata keçirir. Zərərçəkmiş şəxs isə təxminən 2022-ci ilin may ayından tanıyır. Belə ki, həmin vaxtlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “28 May” metrostansiyasının yaxınlığında təmir işi ilə əlaqədar Esmiranın işlədiyi şirniyyat sexindən bir neçə dəfə şirniyyat almışdır və tanışçılıqları yaranmışdır. Daha sonra Esmira ona Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir otaqlı mənzilini təmir etdirmək istədiyini bildirmişdir. Buna görə də təxminən 2022-ci ilin May ayının sonlarında Esmira ilə birlikdə həmin mənzilə getmişlər. Orada o, mənzilə baxdıqdan sonra təxminən 10000 manat müqabilində evin təmirinin baş tutacağını bildirmişdir. Lakin qiymətlərin cüzi dəyişə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Esmira ona iş yerində ilkin olaraq 1000 manat pul vermişdir. Daha sonra Esmira bu barədə özündə olan dəftərdə qeydiyyat aparmış və o imzalamışdır. Daha sonra həmin 1000 manatla təxminən 100 kisə giper və usta avadanlıqları almışdır. Bir neçə gün sonra o, Esmiradan 500 manat daha almışdır. Həmin pulla da təmir üçün lazım olan avadanlıqlar almışdır. Daha sonra ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs ümumilikdə 12532 manat almış və həmin pulun təxminən 9000 manatını həmin mənzilin təmir işlərinə xərcləmişdir.Belə ki, santexnik işlərini görmüş, isti pol vurub, dəhliz, hamam,ayaqyoluya beton qatı verilib,qara suvaq vurulub,pataloka alçipan vurulub,üzləmə işləri görülüb, oboy vurmağa hazır vəziyyətə gətirilib, pol, üstündən dik vurulub, elektrik karobka qoyulub, mərmər podokonnik qoyulub bütün pəncərələrə.Bu qədər işə 8000 manatdan çıx pul xərclənib.Esmira dedi ki, işi uzatma evi satacam, pulumu qaytar,müxtəlif adamlar mənə zəng vurdu ki, pulu qaytar, vaxt veririk. O, Esmiraya təmir işlərinin 2022-ci ilin sentyabr ayında başa çatacağına söz versə də şəxsi problemləri olduğu üçün təmir işləri biraz ləngimişdir. Buna görə də Esmira narazıçılıq etməyə başlamış və onun təmiri başa çatdırmağına imkan verməmişdir.Onu da qeyd edir ki, məhkəmədə zərərçəkənin mülki iddiasını qismən qəbul edir, aralarında olan razılaşma üzrə zərərçəkənə dəyən ziyanı mülki iddianın hesabından ödəmişdir. Barəsində ədalətli məhkəmə qərarı qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 təxminən bir il olar ki, hansısa şirkət rəhbəri kimi tanıyır. Belə ki, 2022-ci ilin yanvar ayında onun Bakı şəhəri, Nəsimi rayonunda işlədiyi şirniyyat sexinə müştəri kimi gəlib-getmişdir. Dəqiq xatırlamadığı tarixdə o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus birotaqlı mənzilin təmiri ilə bağlı məsləhət üçün Hüseynə yaxınlaşmış və mənzilini təmir etdirmək istədiyini demişdir. X10 danışdıqdan sonra birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində olan evinə getmiş və Hüseyn evin təmir işlərinə və mal-materiallara çəkiləcək xərcləri hesablayaraq mənzilin ümumi təmir tikintisi üçün 10000 (on min) manat pul xərclənəciyini demişdir. Onlar Hüseynlə ona məxsus olan evin təmiri üçün xx.xx.2022-ci il tarixdə Hüseynin öz imzası ilə tərtib edilmiş iltizam əsasında koridorun, hamamın isti pol olması, qapıların hər birinin qiyməti 250 manat olmasına, kafel, metlaxın 30 kvadratadək, patalokun və alçipanın, fiqurların və eyni zamanda oboyun hər kvadratının 25 manatadək olmaqla onunla razılığa gəlmişlər. Aralarınnda olan razılaşma günü, yəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ona məxsus mənzildə ilkin olaraq X5 öz imzası ilə təsdiq olunmaqla 1000 (bir min) manat pul vermişdir. Daha sonra isə Bakı şəhəri, Nəsimi rayonunda satıcı işlədiyi şirniyyat sexində Hüseynə xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci tarixdə 1000 (bir min) manat,xx.xx.2022-ci il tarixdə 500(beş yüz) manat. xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat,xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022- ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 170 manat xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 340 manat olmaqla ümumilikdə 7040 manat pul vermişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixdə Hüseyn ondan əlavə olaraq pəncərənin (cam balkonun) alınması üçün 960 manat, internet xəttinin çəkilməsi üçün 100 manat, kombinin çəkilməsi üçün 146 manat, kombi seti üçün 692 manat, kafelin fərqi üçün 440 manat, həşaratlardan qorunmaq üçün pol altına dərman vurulması ilə bağlı 140 manat, pilintus üçün 100 manat, duş kabina üçün 360 manat, boya üçün 60 manat, karniz üçün 40 manat, pəncərəyə vurulan qoruyucu setka üçün 42 manat, spot gizli işıq üçün 296 manat, qapını dəyişmək üçün 380 manat, oboyu dəyişmək üçün 45 manat, elektrik enerjisinin verilməsi ilə bağlı avtomat mexanizimə 43 manat, pəncərələr üçün xamilon şüşə almaq üçün 600 manat və əlavə spot işıq almaq üçün 28 manat olmaqla cəmi 4522 pulu isə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ona məxsus mənzildə almışdır. Beləliklə, X6 onun ümumilikdə 12532 manat pulunu ələ keçirərək ona 12532 manat maddi ziyan vurmuşdur.Qasımov Hüseyn aldığı pulun müqabilində bir neçə təmir adı ilə işlər görmüş,hansıki, çox bərbad vəziyyətdədir,məcbur olub, yenidən ustalar tutumuş və mənzili təmir elətdirmişdir. Həmin təmir işlərini 2022-ci ilin dekabr ayında qohumlarının köməkliyi ilə özü elətdirmişdir. Belə ki, o, uzun müddətdir ki, kirayədə yaşayır. Həmin vaxt qohumları müəyyən məbləğdə pul yığaraq evin təmirini qurtarıb orada yaşaması üçün ona vermişdir. Bu məqsədlə təxminən 4000-5000 manat pul yığılmış və o da qadın olduğu üçün həmin pulu qohumu İlqara vermişdir.Divara və tavana şpakyovkanın vurulmuş, tavana kips künclüyün vurulmuşdur. Sonradan maddi imkanı çatmadığı üçün 2023-cü ilin yanvar ayında həmin təmir işləri də yarımçıq qalmışdır. Ona görə də hələ də kirayədə yaşayır.Bildiyinə görə Qasımov Hüseyn ondan aldığı pulların hesabına arvadına gözəllik salonu açıb. Odur ki, ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda zərərçəkən şəxs-mülki iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam şəkildə ödənildiiyini, ona qarşı hazırda şikayəti-tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Esmira övladı ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. Esmira özü üçün Masazır qəsəbəsində bir otaqlı mənzil almışdır. 2022-ci ilin dekabr ayında X11 adlı şəxs tərəfindən evi təmir etdirmək adı ilə aldadıldığnı və həmin şəxsin 12500 manat pulunu ələ keçirdiyini ona demişdir. Onlar digər qohumlarla birlikdə həmin mənzildə təmiri başa çatdırıb kirayədən çıxması üçün Esmiraya köməklik etmişlər,2000 manat şəxsən özü vermişdi. Esmira isə ondan təmir işlərində köməklik etməyini xahiş etmişdir və Esmira da ona pul vermişdir. O, həmin pulla alçı, sement, profil, alçıpan, qum və başqa təmir materialları alıb həmin evə aparmış, daha sonra Bakı şəhəri, 3-cü mikrorayon dairəsindən üç nəfər usta taparaq onları bir neçə dəfə həmin evdə işlətmişdir. Sonradan pul qurtardığı üçün təmir işləri də yarımçıq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Cəlal qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır. Belə ki, Esmira onun xadimə işlədiyi dəmiryolu vağzalında yerləşən şirniyyat mağazasında işləyir. Onların yaxın münasibəti olduğu üçün tez-tez söhbət edirlər. Söhbətlərinin birində Esmira ona Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir otaqlı mənzilini təmir etdirmək istədiyini və bu məqsədlə bir nəfər adam tapdığını demişdir. O, Esmiraya ehtiyatlı olmağını, əks halda aldadılacağını dedikdə Esmira həmin şəxsin şirkətinin olduğunu buna görə də etibarlı olduğunu bildirmişdir. Buna görə o, Esmiranın işinə qarışmaq istəməmişdir. Esmira həmin şəxsin işlədiyi şirniyyat mağazasına gəlib-getdiyini dedikdə o, Esmiradan həmin şəxsi ona da göstərməsini xahiş etmişdir. Buna görə də bir dəfə Esmira Hüseyini ona göstərmiş və o vaxtdan sonra Hüseyini tanımışdır. Daha sonra, Esmira hər dəfə Hüseyinin gəlib pul aldığını demişdir. O, Esmiranı qınadıqda Esmira ona Hüseyinin tikinti materiallarının qalxması ilə əlaqədar lazım olan materialları tez almaq istədiyini bildirmişdir. Bundan təxminən dörd-beş ay sonra Esmira ona Hüseyn tərəfindən aldadıldığını dedikdə o, Esmiraya bu barədə şikayət etməyi məsləhət görmüdür. Əlavə olaraq Hüseyn adlı şəxsin son zamanlar Esmiranın telefonunu açmadığını, Esmiradan qaçıb gizləndiyini, Hüseyni bir neçə dəfə dəmiryolu vağzalında gördüyü üçün Esmiraya zəng elədiyini, hər dəfə Esmira gələnə qədər Hüseynin qaçıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır. Belə ki, Esmirayla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında yerləşən şirniyyat mağazasında birlikdə işləyirlər. Hüseyn Qasımov isə onların mağazasının daimi müştərisi olmuşdur. Demək olar ki, hər gün gəlib onların mağazasında çay içmişdir. Həmin vaxtlar Hüseyn onlara özünü təmir işlərinə baxan təşkilatçı kimi təqdim etmiş, şirkət rəhbəri olduğunu bildirmişdir. Bundan başqa, Hüseyn onlara həm də SOCAR şirkətində işlədiyini demişdir. xx.xx.2022-ci il tarixdə iş yoldaşı Esmira Masazır qəsəbəsində yerləşən özünə məxsus bir otaqlı evini təmir etdirmək məqsədi ilə Hüseyindən məsləhət istəmişdir. Hüseyn evə baxmaq istədiyini və bir ay müddətinə təmir edib təhvil verəcəyini Esmiraya söz vermişdir. Bundan sonra, Esmira və Hüseyn birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə baxmağa getmişlər. Bir saatdan sonra Esmira işə qayıtdıqda o, Esmiradan nəticənin nə olduğunu soruşduqda Esmira ona ümumi 10000 manat müqabilində evi təmir etdirmək üçün Hüseyinlə razılaşdığını və iikin olaraq Hüseynə 1000 manat verdiyini demişdir. Bundan sonra bir neçə dəfə Hüseyn Qasımov onların işlədiyi mağazaya gəlib Esmiradan xatırladığı məbləğdə pullar alıb getmişdir. Hətta bir dəfə xx.xx.2022-ci il tarixdə Hüseyn pul almaq üçün mağazaya gəldikdə Esmira orada olmadığı üçün o, Esmira ilə telefonla əlaqə saxladıqdan sonra Hüseyinə 200 manat pul vermişdir. Hüseyn tez-tez sexə gələrək Ukranya-Rusiya müharibəsi ilə əlaqədar olaraq tikinti materiallarının qalxmasını bəhanə edərək Esmiradan pul tələb etmiş, Esmira işlərin yekunlaşması barədə maraqlandıqda müxtəlif bəhanələr gətirərək Esmiranı aldatmış, Esmira evə baxmaq istədikdə maneə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti ilə əlavə şahid qismində dindirilən Musayev Ruslan ifadəsində bildirdi ki, Qasımov Hüseynin dəvəti ilə mənzilin təmirində iştirak etmiş, beton verilib, hamam, ayaqyoluya isti pol vurulub, elektrik işləri görülüb,Elektrik işinə görə 350 manat, santexnikaya görə 350 manat,beton işinə görə 250 manat pul verilib. İşdə olan Məhkəmə tikinti- texniki ekspertizasının 01 may 2023-cü il tarixli 10/1267 saylı rəyindən müəyyən edilir ki, ünvan 3 ünvanında inşa edilmiş “C” binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 40,5 kvadratmetr olan 01 otaqlı 13 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar dəyəri təqribən 5297 manat təşkil edir. Məhkəmə onu da qeyd edir ki, ekspertiza tədqiqatında qeyd edilən təmir işlərinin bir qismi sonradan zərərçəkənin öz vəsaiti hesabına aparılan təmir işləridir. Yəni, zərərçəkənin ifadəsinə görə divara və tavana şpakyovkanın vurulması, tavana gips künclüyün vurulması sonradan onun öz vəsaiti ilə aparılmışdır ki, həmin xərclər ekspertiza rəyinə görə cəmi 895 manat təşkil edir ki, həmin məbləğ də ümumi təmir məbləği 5297 manatdan çıxılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20.01,2023-cü il tarixli tələbnamədən görünür ki, X3 barəsində 11.11,2020-ci il tarixdə Qazax rayon Məhkəməsi tərəfindən Azəraycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə cinayət işinə baxılmış və cinayət işi üzrə icraata xitam verilmişdir. 15 fevral 2023-cü il tarixdə X6 tutularaq Abşeron rayon polis idarəsinin X7 təhvil verilmişdir. 23 iyun 2023-cü il tarixdə X6 tutularaq Abşeron RPİ-nin X8 təhvil verilmişdir.25 iyun 2023-cü il tarixdə təqsirləndirilən X6 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Beləliklə, təqsirləndirilən X6 barəsində istintaq dövründə 03 gün tutma olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki,təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs 12532 manat pul aldığını, lakin həmin pulun 8-9 min manatını evdə aparılmış təmir işlərinə xərclədiyini, Zərərçəkmiş şəxs günahı ucbatından təmir işlərini başa çatdıra bilmədiyini bildirsə də,təqsirləndirilən şəxs X3 ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıdığından, habelə toplanmış sübutlarla, o cümlədən zərərçəkmiş və şahid ifadələri, məkəmə tikinti-texniki ekspertizasının 01 may 2023-cü il tarixli ekspert rəyi, baxış protoklu, üzləşdirmə və digər istintaq hərəkəti protokolları və digər sənədlərlə tam təkzib edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə X6 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini və 1-ci Qarabağ müharbəsi iştirakçısı- müharibə veteranı olması olmasını cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda, cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə X6 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini,zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını, 1-ci Qarabağ müharibəsi iştirakçısı-müharibə veteranı olması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə X5 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X6 üzərinə yaşadığı ünvan 1 ünvanını saat 22:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 ibtidai istintaq zaman tutulduğu 03 gün müddət CM-nin 69.3-cü və 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan tutulduğu 03 gün 06 günə bərabər hesab edilməli və təyin edilən cəzasından 06 gün çıxılmalıdır. X6 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkənin mülki iddia ilə bağlı ziyaının ona təqsirləndirilən şəxs təərəfindən ödənildiyi nəzərə alınaraq onun iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş üzrə məhkəmə xərci 100(yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cümaddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1 maddəsinə əsasən istintaq dövründə tutulduğu 03 gün müddət 06 günə bərabər hesab edilsin, və təyin edilən cəzasından 06 gün çıxılsın ,üzərində qəti olaraq 01(bir) il 03(üç)ay 24(iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 1 ünvanını saat 22:00dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. X6 barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-31/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-31/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver