Məhkəmə qərarları › İş №1(012)-310/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-310/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-310/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “Həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 79 nömrəli binanın həyətində yerləşən mühafizə otağına qanunsuz daxil olaraq, oradan həmin binanın mühafizəçisi işləyən Zərərçəkmiş şəxs məxsus 329 manat dəyərində “Samsung A12” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızma bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,181 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülümüş həmin 0,181 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ilkin məhkəmə proseslərində özünü təqsirli bilməsə də sonda özünü təqsirli bilməklə ifadəsində göstərmişdir ki, əməlindən peşmandır,dəymiş ziyan tərəfindən ödənilmişdir,yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Hüseynə çatası hədiyyəlik əşyanı vermək üçün dostu Raufla birlikdə onun idarə etdiyi «Toyota» markalı avtomobillə Xırdalan şəhəri, “Təzə bazar”ın yanında yeni tikilmiş binanın həyətinə gəlmişlər. Çünki Hüseyn orada olacağını demişdir. Rauf narkotik maddə qəbul etmək üçün binaya daxil olmaq üçün binanın həyətinə keçmiş və o, binanın həyətinin girişində gözləmişdir. Orada çöldə mühafizə otağının qarşısında əyləşən yaşlı kişidən Hüseynin orada yaşayıb-yaşamadığını soruşmuş və yaşlı kişi «bilmirəm» deyə cavab vermişdir. Bu zaman bir nəfər binanın mühafizəçisi olan yaşlı kişiyə yaxınlaşıb blokun qapısını açmağını xahiş etmişdir. Mühafıəzəçi əyləşdiyi yerdən qalxıb binanın blokunun qapısına tərəf getmiş, o, da həmin vaxtı binanın mühafizə otağında mobil telefonunun cərəyana taxılı olduğunu görüb otağın qapısına yaxınlaşmış və açıq qapıdan mühafizə otağına daxil olub cərəyana taxılaraq stolun üstünə qoyulmuş Samsung markalı telefonu götürüb Raufu çağırmışdır. O, qaçaraq Raufun avtomobilinə əyləşmiş və Raufda arxasınca gəlib avtomobilə əyləşmiş, onlar biz oradan çıxıb getmişlər. Rauf onu Bakı şəhərinə 3-cü mikrorayon dairəsinə aparmış və onu orada düşürdükdən sonra çıxıb getmişdir. O, 3-cü mikrorayon dairəsində telefon mağazasına daxil olub telefonu satmaq istədiyini bildirmişdir. Mağazada ondan sənəd tələb olunmuş və sənədi olmadığı üçün o, mağazadan çıxıb telefonu orada tanımadığı bir nəfər şəxsə 80 manata satmışdır. Əldə etdiyi 80 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Lakin xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları yaşadğı evə gəlib onu Abşeron RPİ-nə gətirmişlər və onu döyərək üzərinə narkotik qoymuşlar. Sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini və həmin vaxtı narkotik vasitənin özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. Buna görə də xx.xx.2022-ci il tarixdə video çəkilişlə üzərinə şəxsi axtarış keçirlən zaman o, narkotik vasitənin özümə məxsus olduğunu bildirmişdir. Halbuki narkotik vasitə ona məxsus olmamışdır, polis əməkdaşları özləri ona həmin narkotik vasitəni vermişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun mühafizə otağından mobil telefonu oğurlamağından Raufun əvvəlcədən xəbəri olmamış və onlar həmin ünvana oğurluq üçün getməmişlər. O, Raufun xəbəri olmadan telefonu oğurlamış, əldə etdiyi puldan Raufa verməmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində telefonu oğurlanması ilə bağı bildirdiklərini əyani olaraq göstərərək təstiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 5 ildir Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə, Qalubiyyə küçəsi 79-da yerləşən "xxxx" MTK-da mühafizəçi işləyir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində MTK-da işdə olan zaman Samsung Al2 markalı mobil telefonunu mühafizə otağında cərəyana taxıb çöldə otağın qarşısında əyləşmişdir. Həmin vaxtı bir nəfər gənc oğlan kənarda dayanıb binada hazırda adını xatırlamadığı şəxsin yaşayıbyaşamadığını soruşmuş və o, həmin oğlana bu barədə bilmədiyini demişdir. Bu zaman sakinlərdən bir nəfər binanın blokunun qapısını açmağını xahiş etmişdir. O, blokun qapısını açıb geri qayıdan zaman bir nəfər şəxsin mühafizə otağının qarşısından qaçıb getdiyini görmüşdür. O, həmin şəxsin mobil telefonunu oğurlamasından şübhələnmiş, mühafizə otağına gəlmiş və cərəyana taxdığı mobil telefonunun olmadığını aşkar etmiş və həmin şəxsin arxasınca qaşmışdır. Səhəri gün binanın müşahidə kamerasına baxdıqda həmin ondan sakin soruşan şəxsin mobil telefonunu oğurladıqdan sonra binanın həyətindən qaçıb getdiyini görmüşdür. O, qeyd etmişdir ki, telefonunun talanması nəticəsində ona 329 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində yaşamış, Təqsirləndirilən şəxs tanıyır, o, Umudun idarə etdiyi taksiyə müştəri kimi əyləşmiş və aralarında münasibət yaranmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Umudu Xırdalan şəhəri, Qalubiyyə küçəsi 79-da yerləşən binanın həyətinə gətirmiş, belə ki, orada Umud tanışı ilə görüşəcəkdir. O, həmin vaxtı maşından düşüb mağazaya gedib su alıb maşına qayıtmış, narkotik maddə qəbul etmək üçün binaya daxil olmamış və Umudun oğurluq etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində xidməti ərazidə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-yə gəlmiş və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin gümüşü kağızma bükülü narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli kətan şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 15 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalandı və bu barədə protokol tərtib olundu, o, da protokolda yazılanların doğru olduğunu imzamla təsdiq etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç kim döyməmiş, sonuncunun qeyd olunan narkotik vasitəni kimdən və hansı məqsədlə alması istiqamətində müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində xidməti ərazidə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirib özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Abşeron RPİ-yə gəlmiş və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin gümüşü kağızma bükülü narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli kətan şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızma bükülmüş narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 15 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalandı və bu barədə protokol tərtib olundu, o, da protokolda yazılanların doğru olduğunu imzamla təsdiq etmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç kim döyməmiş, sonuncunun qeyd olunan narkotik vasitəni kimdən və hansı məqsədlə alması istiqamətində müəyyən tədbirlər keçirilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-255/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 6/4982 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 56” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0,181 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Heroinin təmiz çəkisi: 0,181 qr, sərf edildi: 0,05qr, qalıq:0,131qr. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 6277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostmulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2883 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs hal- hazırda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs götürülmüş 0,181 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və qalıq qalan 0,131 qram heroin saxlanılmasından ötrü Abşeron RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 79-da yerləşən "xxxx" MTK-dan götürülmüş həmin ünvanın xx.xx.2022-ci il tarixdə saat 23:00-da olan video müşahidə görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə iş üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmə istintaqında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir nəfər əynində ağ köynək olan, arıq bədən quruluşlu gənc oğlan telefonla danışır, sonra ikinci qovluqda olan görüntüdə həmin şəxs əlində sellofan torbalarla qaçıb gedir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə məhkəmədə baxış keçirən zaman müəyyən edildi ki, əynindəki qara rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində qara rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün almış və özü ilə Abşeron rayonu ərazisində daşımışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD formatlı disk və "xxxx" MTK-dan götürülmüş videoçəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,131 qram narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, cinayət işinin 217-ci vərəqində olan 20 yanvar 2023- cü il tarixli diskə baxış keçirilməsi haqqında “Protokol”un aşağı hissəsində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Mədkəmə Təqsirləndirilən şəxs əməlində residiv olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 216 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,131 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,131 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 216 (iki yüz on altı) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar