Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-311/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 70-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2”, bina 9, mənzil 29-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tədbiq olunması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19 noyabr 2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətin yüksək olması ilə əlaqədar “Covid-19” virus daşıyıcısı olubolmamasını aydınlaşdırmaq məqsədilə 01 dekabr 2020-ci il tarixdə tibb müəssisəsində verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 02 dekabr 2020-ci il tarixdə saat 15:47-də istifadəsində olan ***-***-**-** saylı cin mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbərdarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyərək 05.12.2020-ci il tarixdə yaşayış yerini yəni yaşadığı ünvan 1 ünvanını tərk edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kristal adlı aptekdən dərman almaq üçün gedib orada olan digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 26.10.2020-ci il tarixdə Qusar rayonuna istirahət etmək üçün getmişdir, orada olarkən özünü pis hiss etmişdir, üşütməsi olmuşdur, qoxu hiss etməmişdir və 28.10.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə qayıtmışdır. Korona xəstəliyindən şübhələr olduğu üçün 02.12.2020-ci il tarixdə «Bonadera» xəstəxanasında Covid-19 xəstəliyindən analiz vermişdir. 03.12.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefona «Bonadera» xəstəxanasından sms gəlmiş ki, onun analizləri pozitiv çıxıb, yəni o, koronoa virus xəstəliyinə yoluxmuşdur. O, özlüyündə fikirləşmiş ki, artıq 9 gündür ki, korona xəstəsidir. 03.12.2020-ci il tarixdə qeydiyyatda olduğu, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən poliklinikadan ona sahə həkimi zəng vurub demiş ki, 14 gün ərzində yaşadığı ünvandan çölə çıxmasın, o, həmin şəxsə bildirmiş ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-2 yaşayış kompleksində yaşayır. Təxminən 30 dəqiqə sonra istifadəsində olan mobil telefona tanımadığı şəxs zəng vuraraq bildirmiş ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən poliklinika işləyən Lalə yada ki, Nailədir həkimdir, o, həkimdən soruşmuşdur ki, hansı dərmanlardan istifadə edim ki, tez sağalım, həkimdə ona bir neçə dərmanların adını demişdir. Bundan sonra o, yaşadığı kompleksdə yerləşən aptekə dərman almaq üçün getmişdir və dərmanları alıb yaşadığı evə qayıtmışdır. 14.12.2020-ci il tarixə kimi evdə müalicə almışdır. 14.12.2020-ci il tarixdən sonra mütamadi olaraq küçəyə çıxaraq, hesab etmişdir ki, artıq sağalmışdır və bu səbəbdən də küçəyə çıxmışdır. Sonda o, tutduğu əməldən peşmançılıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclaında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Azərbaycan Respublikası DİN-də xidmət edir, 2020-ci ildən Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 05.12.2020-ci il tarixdə xidmətdə olduğu zaman rəhbərlik tərəfindən ona Covid-19 koronavirus xəstələrinin siyahısı təqdim edilmişdir və həmin şəxslərin istifadəsində olan mobil telefonlara zəng vurub onların harada olması barədə məlumat almağı bildirilmişdir. Bundan sonra istifadəmdə olan ***-***-**-** saylı mobil telefon nömrəsindən korona xəstələrinin siyahısında olan Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-2 bina 9 mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub özünü təqdim etmişdir və ondan yaşadığı evi tərk edib-etmədiyini soruşmuşdur. Həmin şəxs səmimi olaraq ona bildirmiş ki, o, bir neçə dəfə yaşadığı ünvanı tərk edərək yaxınlıqda yerləşən aptekə dərman almaq üçün getmişdir. Bundan sonra o, müvafiq raportla rəhbərliyə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 12 ilə yaxınıdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən poliklinikada sahə həkimi işləyir, ona Şəfiqə Axundzadə küçəsi, X10, H. Əliyev prospekti və digər ərazilər təhkim edilmişdir. 04.12.2020-ci il tarixdə işlədiyi poliklinikaya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi ev 70-də qeydiyyatda olan Abşeron rayonu, Xırdalan şəhəri Kristal Abşeron 2 bina 9 mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs koronavirus “Covid-19” xəstəliyinə yoluxması barədə məlumat daxil olmuşdur. O, məlumatlar tanış olduqdan sonra istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurmuş, telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, xəstənin vəziyyəti haqqında məlumat almışdır. Təqsirləndirilən şəxs ona bildirmiş ki, xəstəliyi normal keçir, vəziyyəti ağır deyil, bunun o, xəstənin ambulator şəraitdə müalicə alması üçün kompleks vitaminlərdən, paracetamol, aritromecin və digər dərmanlardan istifadə etməsini məsləhət görmüşdü və 14 gün müddətində yaşadığı ünvanı tərk etməməsini bildirmişdir. O, bir neçə dəfə xəstə ilə telefon əlaqəsi yaratmışdır və Təqsirləndirilən şəxs özünü yaxşı hiss etdiyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı Bakcell mobil telefon nömrəsi ilə istifadə olunan «Samsung Galaxy 8+» markalı mobil telefonunun SMS bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, SMS bölməsində 22.11.2020-ci il tarixdə saat 18:58-də daxil olan məktubda “Təqsirləndirilən şəxs Sizin 01.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Karonavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Abşeron rayonu, Xırdalan şəhər poliklinikasına sorğu edilmiş və sorğuya alınmış cavabdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2, bina 9 mənzil 29-da yaşayan Təqsirləndirilən şəxs Xırdalan şəhər poliklinikasında “Covid-19” testinin pozitif olması barədə məlumat daxil olmuşdur. Sahə prinsipinə uyğun olaraq xəstə Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradılmış, karantin qaydalarının tələblərinə əməl edilməsi məsləhət görülmüş və tibbi məsləhətlər verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya idarəsinə sorğu verilmiş, sorğuya alınmış 02.03.2021-ci il tarixli 020-2456- 1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs (AA 1559934) “Covid-19” virusuna yoluxduğu və 01.12.2020-ci il tarixdən saat 16:25:07-dən 15.12.2020-ci il saat 16:25:07-dək yaşayış yerini tərk etməməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 02.12.2020-ci il tarixdə saat 04:59:16-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. X4 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X8 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, X4 ilk dəfə aza ağır cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs X4 himayəsində bir azyaşlı 26.11.2012-ci il təvəllüdlü Tunç Duygu adlı uşaqı vardır. Təqsirləndirilən şəxs X5 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, X4 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. X4 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 15.03.2021-ci il tarixdə barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, nəzərə alınmalıdır ki, iş üzrə mülki iddia verilməmişdir, görüntülərin olduğu və maddi sübut qismində tanınmış iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs X5 müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs X9 müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X6 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənova
Məhkəmə qərarları › İş №1(012)-311/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-311/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver