Məhkəmə qərarları › İş №1(012)-311/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-311/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-311/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də nəzarətçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə saat 09 radələrində özünə məxsus idarə etdiyi “Mercedes Benz S430” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saray-Sumqayıt yolu ilə Abşeron rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək məqsədilə hərəkət istiqamətlərini ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı əks hərəkət zollağına çıxaraq qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi X5 markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X5 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 4-cü bel fəqərə cisminin onurğa kanalına sirayət etməyən yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs2 Seyfəli qızına cüzi sol tərəfli hemitoraksala (döş boşluğuna qanın toplanması) və dərialt enfizema ilə müşayiət olunan sol tərəfli Vİ, Vİİ, Vİİİ, İX qabırğaların bəzilərinin yerdəyişmə ilə qapalı sınıqları, sol qasıq büküşünün və sol bud nahiyəsinin əzilmiş cırılmış yaraları, sol dizin menisklərin travmatik yırtıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs3 sağ qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, ikili, yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 25.11.2021-ci il tarixdə səhər saat 08:45 radələrində idarə etdiyi «Mersedes-Bens S430» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray-Sumqayıt yolunda üzü Abşeron rayonu istiqamətində 50-60 km/saat surətlə hərəkətdə olarkən, onun idarə etdiyi avtomobildən qarşıda hərəkət edən evakuator markalı avtomobilin yanından ötmə əməliyyatı edərkən, evakuator markalı avtomobilin sürücüsü onun ötmə əməliyyatına maneçilik yaratmış, o, idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə keçmiş, həmin vaxtı qarşıdan yüksək surətlə hərəkət edən «Mersedes Benz-Viano» markalı avtomobil ilə toqquşmamaq üçün bacardığı qədər yolun sol istiqaməitinə hərəkət edib həmin qarşıdan gələn avtomobilin sağına çıxmaq istəmiş, lakin qaşıdan hərəkət edən Mersedes markalı avtomobilin surəti yüksək olduğu üçün yolun hərəkət hissəsində, Mersedes-Viano markalı avtomobilin hərəkət zolağında qarşı-qarşıya toqquşmuşlar. Hadisə nəticəsində o, sağ qolundan xəsarət almış, yəni qolu sınmışdır. Onun idarə etdyi avtomobildə sərnişin və əlavə yük olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. X6 Viano markalı avtomobildə sürücüdən başqa təxminən 5 nəfər vardır, həmin şəxslərdə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. O, xəsarət aldığına görə Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Bundan sonra qolundan Sumqayıt Hospitilında əməliyyat olunmuşdur. Hadisə vaxtı və ondan əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25.11.2021-ci il tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərində yerləşən X3 işçilərini işə aparırmış. O, idarə etdiyi X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində 60 km/saat sürətlə hərəkətdə olarkən, həmin vaxtı əks istiqamətdə qarşıdan yüksək sürətlə hərəkətdə olan Mercedes Benz S430 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən ötmə əməliyyatı aparmış və idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, həmin vaxtı avtomobillər arasında ara məsafəsi az olduğundan o, hadisənin qarşısını ala bilməmiş, lakin idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsinə doğru hərəkət etdirsə də əks istiqamətdən hərəkət edən və onun idarə etdiyi avtomobilin hərəkət zolağına çıxan Mercedes Benz S430 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yolunda qarşı-qarşıya toqquşmuşdur. Həmin avtomobillərin toqquşması nəticəsində o və avtomobilində olan sərnişinlər müxtəlif bədən xəsarətləri aldıqları üçün onları xəstəxanaya aparmışlar. O, isə Sumqayıt şəhərində yerləşən Unikal Xəstəxanasına müraciət etmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdr. İdarə etdiyi avtomobillə öz yolunda 60 km/saat sürətlə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən qarşıdan hərəkət edən Mercedes Benz S430 markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ötmə əməliyyatına başlamış, avtomobillər arasında olan məsafə təxminən 5-6 metr olmuş, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib idarə etdiyi avtomobili yolun sağına doğru hərəkət etdirmiş, lakin yolun soluna doğru hərəkət etdirdiyi üçün avtomobillər yolun solunda qarşı-qarşıya toqquşmuş, ona görə də hadisənin qarşısını ala bilməmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə saat 08 radələrində iş yoldaşı Vüsal Əmirasalnovun idarə etdiyi X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərində yerləşən X3 işçiləri ilə birlikdə işə getmiş, Vüsal idarə etdiyi Bakı- Sumqayıt yolunun Abşeron rayonu Saray qəsəbəsi ərazisindən keçən hissəsində təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, həmin vaxtı əks istiqamətdə qarşıdan yüksək sürətlə hərəkətdə olan Mercedes Benz S430 markal ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən ötmə əməliyyatı aparmış və idarə etdiyi avtomobil ilə Vüsalın idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, həmin vaxtı avtomobillər qarşıqarşıya toqquşmuşdur. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra həmin yerə gələn vətəndaşların köməyi ilə onu avtomobildən yerə düşürmüşlər. Özünə gələndən sonra onu Unikal xəstəxanasına aparmışlar. O, xəstəxanada bilmişdir ki, qabırğaları sınıb, sol dizindjə yırtığı və digər xəsarətlər almışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə ondan başqa üç nəfər sərnişin olmuşdur. Həmin sərnişinlərdən bir nəfər Bəxtiyar adlı iş yoldaşı ayağından sınıq xəsarəti almışdır. Qalan iki nəfər isə tibbi yardım aldıqdan sonra evə buraxılmışlar, yəni ciddi xəsarət almamışlar. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 25.11.2021-ci il tarixində işlədiyi şirkətin müqaviləsi əsasında Vüsal adlı şəxsə məxsus olan «X5» markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhərindən Sumqayıt şəhərinə gedərkən Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində 60 km/saat sürətlə hərəkətdə olarkən əks yolla hərəkət edən «Mercedes Benz» markalı avtomobil əyləşdiyi avtomobilin hərəkət yoluna çıxaraq Vüsalın idarə etdiyi X5 markalı avtomobili lə toqquşmuşdur. Hadisə zamanı avtomobildə sürücü ilə birlikdə 5 nəfər olmuşlar. Sürücü və qalan 4 nəfər sərnişin xəsarət almışlar. Onun sağ ayağı dizdən aşağı sınmışdır. Hadisə baş verdikdən dərhal sonra onu tanımadığı bir nəfər şəxs Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışdır. Daha sonra Bakı şəhərində «City Hospital»da əməliyyat olunmuşdur. Hadisə zamnı Vüsalın idarə etdiyi «X5» markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Mayıs oğlu ifadəsində göstərmişdir ki, 25.11.2021-ci il tarixdə müqavilə əsasında Vüsal adlı şəxsin idarə etdiyi X5 markalı avtomobillə Masazır qəsəbəsindən Sumqayıt şəhərində yerləşən iş yerinə gedərkən Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində 60 km/saat sürətlə hərəkətdə olarkən əks yola çıxan Mercedes Benz markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Haldisə nəticəsində onun sağ əli və döş qəfəsinin alt hissəsi əzilmiş və ayağının diz qapağında sıyrıq yaranmışdır. Hadisə zamanı Vüsalın idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Vüsal hadisə zamanı avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş və Vüsal sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 07.01.2022-ci il tarixli 2983 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Seyfəli qızının bədəni üzərində olan xəsarətlər cüzi sol tərəfli hemitoraksala (döş boşluğuna qanın toplanması) və dərialtı enfizema ilə müşayiət olunan sol tərəfli Vİ, Vİİ, Vİİİ, İX qabırğaların bəzilərinin yerdəyişmə ilə qapalı sınıqları, sol qasıq büküşünün və sol bud nahiyəsinin əzilmişcırılmış yaraları, sol dizin menisklərin travmatik yırtıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 25.11.2021-ci il tarixdə onun salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 10.02.2022-ci il tarixli 07Ə №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər 4-cü bel fəqərə cisminin onurğa kanalına sirayət etməyən yerdəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, 25.11.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 26.02.2022-ci il tarixli 10Ə №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarətlər sağ qamış sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, ikili, yerdəyişən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, 25.11.2021-ci il tarixdə onun salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sərхоşluq vəziyyətinin tibbi düаyinəsinin 25.11.2021-ci il tarixli 10495 nödrəli аktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs оğlunun аyıq оlduğu düəyyən еdildişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 fevral 2022-ci il tarixli, 8/134 saylı rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz S430 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-in məktubundan müəyyən edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 07.06.2018-ci il tarixdə (07.06.2028-ci il tarixədək müddətə etibarlı olan) AE seriyalı 038414 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim etdiyi bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, həmçinin maddi sübut kimi tanınmış, Mercedes Benz S430 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs, X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Zərərçəkmiş şəxs1 qаytаrılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. "xxxx" ASC-dən alınmış 05 yanvar 2022-ci il tarixli 01 nömrəli qüsur aktından məlum olur ki, yol-nəqliyyat hadisəsi nəticəsində X5 markalı ** RM *** dövlət qeydiyyat nişanldı avtomobilin əzilməsi nəticəsində 15656 manat zərər dəymişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Bens S430» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən «Evakuator» tipli avtomobili soldan ötərək qarşı yola çıxıb qarşıdan əks istiqamətdə öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mersedes-Bens Viano» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşması müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayətləri və maddi tələbləri yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işində saxlanılmalı, Mercedes Benz S430 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs, X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işində saxlanılsın. Mercedes Benz S430 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs, X5 markalı ** RM *** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Zərərçəkmiş şəxs1 qаytаrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar