Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-311/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi», 40-cı giriş, 48-ci mənzildə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində tanışı Nümayəndə Abşeron rayonu. Aşağı Güzdək qəsəbəsi “Cənnət park” yaşayış kompleksi, 1 saylı evin 16 saylı mənzilində olarkan onun yataq otağında yatmasından istifadə edərək mənzilin qonaq otağında divanın üzərində qoyulmuş çantanın içərisindən sonuncunun arvadı X3 məxsus 932 (doqquz yüz otuz iki) manat dəyərində, ümumi çəkisi 8,88 qram olan 1 cüt üzərində gül formalı elementi, sarı və bənövşəyi rəngli qaşı olan sırğadan və üzərində «QRAZİELLA 750» adlıq əyar damğası həkk olunmuş üzükdən ibarət 1 ədəd qızıl dəstini, 1440 (min dörd yüz qırx) manat dəyərində, 13,71 qram çəkidə, üzərində «QRAZİELLA 750» adlıq və əyar damğası həkk olunmuş 1 (ədəd) qızıl qolbağını, 813 (səkkiz yüz on üç) manat dəyərində, 9,56 qram çəkidə, üzərində «585» əyar damğası həkk olunmuş, üzərində gümüşü rəngli metal muncuqları olan 1 ədəd qızıl qolbağını 619 (altı yüz on doqquz) manat dəyərində, 7,28 qram çəkidə, üzərində «14K» əyar damğası həkk olunmuş, metalı «585» əyarlı qızıla uyğun, kulonu üzərində sarı rəngli şəffaf qaşları olan 1 ədəd boyunbağını, 1098,0 manat dəyərində, 12,92 qram çəkidə, üzərində «585» əvar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan 1 ədəd qızıl boyunbağını, 350 manat dəyərində, 4,24 qram çəkidə, metalı «585» əyarlı olan 1 ədəd qızıl üzüyii, 1000 (min) manat dəyərində 1 ədəd 10-luq qızıl sikkəni və bir ədəd 50 (əlli) manat dəyərində istifadə olunmuş «iydə» adlı qadın ətrini gizli olaraq talayaraq X3 cəmi 6302 (altı min üç yüz iki) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin dekabr ayının ortalarında Eldar onun istifadəsində olan 099 ***-**-** nömrəsinə öz istifadəsində olan 050 ***-**-** mobil nömrədən zəng vurmuş və onlar telefonda danışmaqla tanış olmuşlar. Eldar ona telefonda Bərdə rayonunda yaşadığını, Xırdalan şəhərində evi olduğunu, görüşmək üçün Xırdalan şəhərinə gələndə ona xəbər verməyi bildirmişdir. Bundan sonra Eldar ona mütəmadi zəng vurub, hal-əhvalını soruşmuşdur. 2021-ci ilin dekabr ayının 26-da Eldar ona zəng vurub, Bakı şəhərində olduğunu bildirmiş və ona Bayıla kimi gəlməyi, orada qohumunun onu qarşılayıb götürəcəyini bildirmiş, o da Bakı şəhərinə Bayıl qəsəbəsinə kimi gəlmiş, orada onu nömrəsini və adını bilmədiyi bir taksi avtomobil qarşılayıb götürüb Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yeni «Cənnət park» yaşayış massivində Eldarın evinə aparmışdır. Eldarın evi üç otaqdan ibarətdir. Həmin vaxtdan etibarən o, Eldarla mütəmadi olaraq görüşmüşlər. 29 sentyabr 2022-ci il tarixdə Bayıl qəsəbəsindəki kirayədə qaldığı bir otaqlı evdə olarkən, axşam təxminən saat 20 radələıində Eldar ona telefonla zəng vurub, taksi ilə Xırdalan şəhərində olan «Meh» restoranına gəlməyi və orada onu gözləməyi demişdir. O, taksi sifariş verib Xırdalan şəhəri ərazisində olan «Meh» restoranına gəlmiş, Eldar onu restoranın qabağında qarşılamış və birlikdə restoranın həyətində oturub çörək yemişlər. Eldardan başqa üç nəfər də yanında olmuş, bir masada oturmuşlar. Onların biri Eldarın dostu Vüqar olmuş, digərlərini tanımamışdır. Birlikdə «Meh» restoranında çörək yeyib qurtarandan sonra Vüqar çıxıb getmiş, dörd nəfər isə X12 qəsəbəsindəki «Cənnət park» yaşayış massivindəki evinə gələndə yolda Eldar və yanında olan tanımadığı şəxslər avtomaşından düşüb bazarlıq etmişlər. Eldarla birlikdə onun yaşadığı evə Eldarın dostları ilə birlikdə gəlmiş, evə gələndən sonra da evdə oturub çörək yeyib, hər üçü spirtli içki qəbul etmişlər, o, isə spirtli içki qəbul etməmişdir. Həmin iki nəfər şəxs və o,Eldarın mənzilində gecələmişlər. 30 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində yuxudan duranda artıq Eldarın tanışlarının getdiyini görmüş, o, yatdığı yerdən duranda Eldar yatmış vəziyyətdə olmuş, o, qonaq otağına girib, divanın üzərində qara sadə idman əl çantası olduğunu görmüş, çantanın ağzı açıq olmuş, çantada Eldarın paltarları və qırmızı rəngli plasmasdan qızıl qabı var idi. O, həmin qızıl qabı açıb, içərisindən bir dəst qızıl sırğa və üzük (komplekt), iki ədəd qızıl bilərzik (qolbağı), bir ədəd sadə boyunbağı, bir ədəd boyunbağı üzərində aralıqlı setkalı kulon olmasını, bir ədəd də «İdeal» qadın ətiri olmuşdur. O, qızılları və ətri (duxunu) götürüb, çantasımı qoymuş, çay dəmləmiş, həmin vaxt Eldar yuxudan durmuş, birlikdə oturub səhər yeməyi yemişlər. Eldar ona 100 (yüz) manat pul verib yola salmişdir. O, taksi sifariş vermiş, Eldardan ayrılıb öz evinə getmişdir. 01 oktyabr 2020-ci il tarixdə Eldarın evindən götürdüyü qızılları Bakı şəhərində Nizami metrosu ilə üzbəüz köhnə avtovağzal tərəfdən Nizami metrostansiyasına tərəf düşəndə sol tərəfdə olan İombarda getmiş, əvvəllər də həmin lombarda öz qızıllarından qoyub, pul götürmüşdür. O,Eldarın evindən oğurladığı qızılları lombardın işçisinə göstərmiş, lombardda işləyən həmin oğlan onun şəxsiyyət vəsiqəsini istəmiş, o, şəxsiyyət vəsiqəsini vermiş. lombardın işçisi qızıllara baxıb sonra qızılları tərəziyə qoyub çəkmiş, qramı ona bildirməmiş, lakin sənəddə çəkisini yazılmış və qızılların hamısına 2300 (iki min üç yüz) manat verəcəyini söyləmiş, o da qızılları verib pulu və qızılların qəbzini almış və sonra oradan çıxıb getmişdir. Qızılları lombarda verdiyi çek kirayədə yaşadığı evində ağ rəngdə olan əl çantanın içərisinə qoymuş və həmin çantanı evinə baxış keçirilən zaman təqdim etmiş, əldə etdiyi puldan Şirvan şəhərində «Gülarə» mağazasının yanında Lombarda 500 (beş yüz) manat vermiş, özünə məxsus olan sırğaları oradan götürmüş, həmin özünə məxsus sırğaları Neftçilər metrosuna yaxın lombarda qoyub, oradan 250 manat pul götürmüş, hər ay həmin lombarda 16 manat pul verməlidir. Bundan başqa kirayədə qaldığı ev sahibinə kirayə pulu olan 500 (beş yüz) manat vermiş, bundan başqa Şirvan şəhərində bir neçə paltar mağazasına olan borclarına vermiş, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Təxminən 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Eldar onun telefonuna zəng edib evində qonaq otağında olan çantadan qızıllarının yoxa çıxdığını demiş, o da Eldara telefonda qızıllarının onun götürdüyünü, lombarda verdiyini, pul götürüb borclarına ödədiyini demiş, istəyirsə gedib pulu verib lombardda qızılları götürməyi, hər ay Lombarda verməli olduğu 274 manat pulu ona verəcəyini bildirmiş. Eldar onunla razılaşmamış və polisə şikayət edəcəyini bildirmişdir. Qızılları lombarda verib pul alanda qızılların oğurluq olduğunu bildirməmiş, Eldarın evindən qızıllardan başqa heç nə götürməmiş, qeyd etdiyi oğurluqdan başqa heç bir oğurluq etməmiş, qızılların oğurluğunda əldə etmiş olduğu pulların hamısını öz ehtiyaclarına xərcləmiş, həmçinin oğurladığı bir ədəd qızıl üzüyü də, Səbail rayonunda lombarda qoyub 205 manat pul götürmüş və həmin pulu da öz ehtyaclarına xərcləmişdir. Sonda əməlindən peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, o, Abşeron rayonu Xırdalan şəhəri, Aşağı Güzdək qəsəbəsi ərazisində olan «Cənnət park» yaşayış kompleksində Kəlbəcər rayonundan məcburi köçkün olduğuna görə təxminən beş il bundan qabaq ev almış, hərdən bir rayondan gələndə həmin evdə qalmış, belə vaxtlarda evdə heç kim qalmır, ev boşdur. Həmin ev üç otaqdan ibarətdir, bina 10 mərtəbəli olmaqla, onun evi binanın 4-cü mərtəbəsində yerləşir. O, əvvəllər Şirvan şəhərində “Socar”da işləmişdir. Ceyhunənin Şirvan şəhərindəki evində kirayədə qalırmış və həmin vaxtdan onu tanıyır, Ceyhunənin mobil telefonu 055 377-93-99-dur. O, Ceyhunənin evində təxminən 6-7 il bundan qabaq kirayədə qalanda evi təmizləməkdən ötrü ona bır nəfər qadın tapmasını xahiş etmiş, Ceyhunə də ona demişdir ki, bir nəfər qadın tanıyır, ona deyər, qadın gəlib evi təmizləyər. Ceyhunə bir qadın tapmış, həmin qadın gəlib kirayədə qaldığı evi bir neçə dəfə təmizləmış, evi təmizlədiyinə görə hər dəfə qadına 30-40 manat pul vermiş, lakin həmin qadınla aralarında heç bir söz-söhbət olmamış, evi təmizləyən qadının adı yadında qalmamışdır. Təxminən 3 ay bundan qabaq o, Bərdə rayonunda olanda Ceyhunə onun mobil telefonuna zəng vurub ona Ülviyyə adlı qadının telefon nömrəsini verəcəyini bildirmiş, o da Cevhunənin dediyi ilə razı olmuş və Ceyhunə ona 099 ***-**-** mobil telefon nömrəsini vermiş, həmçinin ona onun da mobil telefon nömrəsini həmin dediyi Ülviyyə adlı qadına verdiyini bildirmiş, o, Ülviyyənin istifadəsində olan 099 ***-**-** mobil nömrəsinə zəng vurmuş, onunla telefonla danışıb tanış olmuşlar. Danışıq zamanı Ülviyyə ona Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə kirayədə yaşadığını demiş, Bakı şəhərinə gələndə zəng edib onunla əlaqə saxlamağı və görüşməyi bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayında Bakı şəhərinə gəlmiş, Ülviyyə ilə telefonla əlaqə saxlamış, ona maşın göndərəcəyini və onu götürüb gələcəyini bildirmiş, o, taksi sifariş verib Ülviyyənin yaşadığı 20-ci sahəyə göndərmiş və onu götürüb Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində «Cənnət park» yaşayş kompleksindəki evinə gətirmiş, orada onunla görüşüb, evində onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Bakı şəhərinə gələndə zəng edib və ya rayonda olanda Ülviyyə ona zəng edib,ona məxsus olan Abşeron rayonu, Aşağı Güzdəək qəsəbəsindəki «Cənnət park» adlanan yaşayış kompleksindəki evimdə görüşmüşlər. O, Ülviyyə ilə hər dəfə görüşəndə onunla cinsi əlaqədə olaraq, gedəndə ona 100 manat pul vermiş, sonuncu dəfə 26 sentyabr 2022-ci il tarixdə Bərdə rayonundan Abşeron rayonu Aşağı Güzdək qəsəbəinin ərazisində olan «Cənnət park» yaşayış kompleksindəki evinə gəlmiş, onun arvadı Şüküfə Musayeva da 28 sentyabr 2022-ci il tarixdə rayondan oğlu ilə birlikdə Aşağı Güzdək qəsəbəsindəki evinə gəlib, toyda iştirak etmişlər, sonra da Bərdə rayonuna yaşadığı evə qayıtmışlar, arvadı Şükufə Musayeva toyda iştirak edəndən sonra çantanı qonaq otağında qızılları da çantada qoyub oğlu ilə rayona qayıtmışlar. 29 sentyabr 2022-ci il tarixdə Ülviyyə onun telefonuna zəng edib onunla danışmış, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi «Cənnət park» yaşayış kompleksindəki evində görüşməyi qərara almışlar. Ülviyyə taksi avtomobili ilə Xırdalan şəhərində, Qafqaz universitetinin yanında olan «Meh» restoranına gəlmiş, restoranın qarşısında onu qarşılamış, restroranın həyətində onunla birlikdə olan dostu Vüqar, Akif və Ülviyyə oturub çörək yemişlər, orada spirtli içki qəbul etmişlər, Ülviyyə spirtli içki içməmişdir. Çörək yeyəndən sonra Vüqar çıxıb getmiş, o, Ülviyyə və Akif onun tanışına məxsus olan 10- 032 nömrəli, “Lexus” markalı avtomobillə evinə gəlmişlər, evə gələndən sonra Akif evinə gedib yemək gətirmiş, sonra qonşu Nuru da gəlmiş və birlikdə oturub onun evində çörək yemişlər, avtomobilin sahibi getmiş, evdə o, Akif, Nuru və Ülviyyə olmuş, çörək yeyəndən sonra Akif və Nuru da çıxıb getmişlər, o, Ülviyyə ilə evdə qalmış, elə həmin gecə o, Ülviyyə ilə bir otaqda qalmış. Ülviyyə ilə cinsi əlaqədə olmuşdur. 30 sentyabr 2022-ci il tarixdə səhər Ülviyyə durub çay qoymuş, birlikdə oturub çay içib, çörək yemişlər, sonra o, Ülviyyəyə 100 manat pul vermiş, Ülviyyəni yola salıb, çıxıb getmiş, Ülviyyə gedəndən sonra ona zəng vurub evə çatıb-çatmamasını soruşmaq istəyəndə, Ülviyəyə zəng çatmamışdır. 01 oktyabr 2022-ci il tarixdə qonaq otağında olan həyat yoldaşına məxsus çantaya baxanda, çantanın içərisində üstdən paltarların olduğunu, altda isə arvadına məxsus qızıl zinət əşyalarının qoyulduğunu hesab etmiş, o, çantaya baxanda, paltarlar yerində olmuş, paltarların altında onun arvadına aldığı qızılların yerində olmadığını və həmin qızılların Ülviyyə tərəfindən oğurlandığı qənaətinə gəlmiş, qızılların yerində olmadığını gördükdən sonra Ülviyyəyə zəng vurub, onunla danışmış, Ülviyyə ona qızılları çantadan götürməyini boynuna almamış, sonrakı zəng etdiyi vaxtlarda onun telefonuna zəng çatmamış, Ülviyyə telefonu koda qoymuşdur. Nəhayət Ülviyyə ilə telefonla danışıb, ona qızılları gətirib verməyini, pul lazımdırsa verəcəyini bildirmiş, lakin Ülviyyə onunla razılaşmamış, qızılları götürmədiyini demiş və onu şərlədiyini bildirmişdir. Bundan sonra o, Ülviyyəni axtarmış, telelonla danışanda hər dəfə ona bir yerdə olmasını bildirmiş, Ülviyyənin dediyi yerə gedib onu həmin yerdə tapa bilməmiş, Ülviyyəni tapa bilmədiyi üçün məcbur olub 18 oktyabr 2022-ci il tarixdə Abşeron rayon Pİ-nin Qobu Polis bölməsinə şikayət ərizəsini verib və polis bölməsinin əməkdaşları Ülviyyəni axtarmağa başlamışlar. Ona təxminən 10 000 (on min) manat ona ziyan vurulmasını ilkin ifadəsində göstərmişdir. Qızıllar arvadına məxsus olsa da, qızılları o, arvadına almış, qızılların pulunu o vermiş və ona ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən lombardın müdiri X4 tabeçiliyində işləyir. 30 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində işdə olduğu zaman sonradan adını bildiyi Ülviyyə adlı qadın lombarda gəlib ona bir ədəd qızıl üzük göstərmiş və pula ehtiyacı olduğu üçün həmin üzüyü qoyub pul götürmək istədiyini bildirmiş, o, Ülviyyədən şəxsiyyət vəsiqəsini tələb etmiş, Ülviyyə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb götürmüş, sonra onun lombarda girov qoymaq istədiyi qızıl üzüyü çəkmiş və üzüyün çəkisi 4,27 qram, əyarı 585 prob olmuş, həmin üzüyün girovu müqabilində ona 205 (iki yüz beş) manat pul vermiş, həmin üzüyün lombarda götürülməsi barədə «Girov bileti» yazmış, Girov biletində qızıl üzüyün çəkisini və əyarını göstərməklə Təqsirləndirilən şəxs 205 manat pul vermişdir. Həmçinin o, Təqsirləndirilən şəxs 1 (bir) ay 10 (on) gündən sonra əmlakını götürməsə, əmlak satıldığını, gecikən bir gün üçün isə 1 (bir) manat cərimə verməli olduğunu izah etmiş, Təqsirləndirilən şəxs qeyd olunan müddət ərzində gəlmədiyi üçün girov qoyduğu üzük satılmış və borcuna ödənilmiş, o və lombardın müdiri X2 Axundovanın oğurluq etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nümayəndə və Şahid4 həmyerlisi kimi tanıyır. Nümayəndə həmkəndli olmaqla bərabər qohumdurlar və dostuq münasibətləri var. Nümayəndə ailəsi ilə birlikdə Bərdə rayonunda yaşayır. Abşeron rayonu. Xırdalan şəhəri “Cənnət park” yaşayış komleksində yeni yaşayış binasında evi var. Abşeron rayonuna gəldikdə zəngləşib görüşürlər, çox vaxtlar da oturub çörək yeyirlər. 29 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Eldar ona zəng edib Abşeron rayonunda, Xırdalan şəhəri, Qafqaz Universitetinin yanında yerləşən “Meh” kafesində olduğunu demiş və onu görüşmək üçün kafeyə dəvət elmiş, o, Eldarın olduğu kafeyə getməmiş, lakin ona evə gəldikdən bir-iki saatdan sonra gələcəyini bildirmiş, daha sonar o, Eldarın yaşadığı binanın həyətinə getmiş, Eldar həyətə çatanda görüşmüşlər, Eldarın yanında sonradan adını bildiyi Ülviyyə adlı qadın və Akif olmuş, onlarla görüşəndən sonra Ülviyyə, Akif, Eldar və o, birlikdə Eldarın evinə qalxmışlar. Sonra da Akif evinə gedib evdən çörək, yemək gətirmiş birlikdə çörək yeyib və bir qədər spirtli içki qəbul etmişlər. Eldarın evində təxminən bir saat olduqdan sonra saat 24 radələrində o, və Akif evlərinə çıxıb getmişlər. Eldarla tanışı Ülviyyə isə evdə qalmışlar. Eldarın evində qonaq otağında olarkən Ülviyyə digər otaqlara və mətbəxə keçərkən X10 digər otaqlara keçməsinə görə narahatlığını bildirmiş, Eldar narahat olmamağı demiş o və Akif Eldarın evindən getdikdən bir gün sonra Eldar ona zəng etmiş və evindəki çantadan arvadına məxsus qızıl əşyalarının oğurlandığını, oğurluqda Ülviyyədən şübhələndiyini demiş, o da Eldar ilə görüşüb, birlikdə Ülviyyəni telefonla axtarmışlar, Ülviyyənin telefonuna zəng çatmamış ondan sonra Eldara polisə şikayət etməyi məsləhət vermiş, Nümayəndə də, Abşeron RPİnin Qobu polis bölməsinə oğurluqla bağlı şikayət etmiş, onun şikayəti araşdırılarkən həmin oğurluq cinayətini Eldarın tanışı Ülviyyənin törətdiyi məlum olmuşdur. O Akiflə Eldarın evinin yaxınlığında olan evinə getmişdir. Ülviyyənin onların Eldarın evində qalmağı barədə bildirdikləri yalan olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nümayəndə onun həmyerlisi və dostudur. Eldar Bərdə rayonunda yaşayır. Abşeron rayonu, «Cənnətpark» yaşavış komleksində veni yaşayış binasında evi var. Abşeron rayonuna gəldikdə zəngləşib görüşürlər. 29 sentyabr 2022-ci il tarixdə axşam vaxtı Eldar ona zəng edib Abşeron rayonunda Xırdalan şəhəri, Qafqaz Universitetinin yanında yerləşən "Meh kafesində olduğunu, görüşmək üçün onu dəvət etdiyini bildirmiş, o da həmin yerə gedib və Eldarla birlikdə çörək yemişlər. Eldarla çörək yeyərkən kafeyə Eldarın başqa bir dostu Vüqar da gəlmiş, birliklə çörək yeyərkən Eldara zəng gəlmiş, Eldar həmin şəxsi də kafeyə, birlikdə yemək yeməyə dəvət etmiş, təxminən on beş dəqiqədən sonra adını sonradan bildiyi Eldarın tanışı Ülviyyə adlı qadın gəlmiş, kafedə oturub bir qədər vaxt keçirdib, yemək yeyib az miqdar spirtli içki qəbul etmişlər. Sonra Eldarın maşını ilə onun yaşadığı Xırdalan şəhəri,“Cənnət park" yaşayış komleksindəki mənzilinə gəlmişlər. Binanın həyətinə çatarkan həmyerlisi və Eldarın dostu Nuru həyətdə onları gözləmiş. Vüqar isə, restoranda onlardan ayrılıb evinə getmiş, birlikdə Eldarın mənzilinə o, Ülviyyə və Nuru, Eldarla birlikdə qalxmışlar. Eldarın evində bir qədər də çörək yeyib və bir qədər spirtli içki qəbul etmişlər. Eldarın evində təxminən bir saat olduqdan sonra saat 24 radələrində çıxıb getmişlər, orada Eldarla Ülviyyə qalmışlar. Eldarın evində qonaq otağında olarkən Ülviyyə digər otaqlara və mətbəxə keçmiş, həmin vaxt Eldara Ülviyyənin digər otaqlara keçməsinə görə narahatlığını bildirdikdə Eldar narahat olmamağı demiş, Eldarın evindən getdikdən bir gün keçdikdən sonra Eldar ona zəng edib və evindəki çantadan arvadına məxsus qızıl əşyalarının oğurlandığını, oğurluqda Ülviyyədən şübhələndiyini demiş, ona polisə şikayət etməyi məsləhət vermiş, Nümayəndə də Qobu polis bölməsinə oğurluqla bağlı şikayət etmiş,onun şikayəti araşdırılarkən həmin oğurluq cinayətini Eldarın tanışı Ülviyyənin törətdiyi məlum olmuşdur. Onun Eldarın evinin yaxınlığında öz evi var. Nurunun da evi qonşu məhəllədədir, ona görə də, gecə öz evlərinə getmişlər, Ülviyyənin onların Eldarın evində qalmaları barədə bildirdikləri yalandır. Eldarın evində olarkən Eldarla, Nuru ilə və Ülviyyə ilə birlikdə çörək yeyib söhbət etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş X5 məhkəmə baxışında elan olunmuş ifadəsindən görünur ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, işlədiyi "xxxx" MMC Bakı şəhəri,Yasamal rayonu, C.Cabbarlı küçəsi. 6/8 ünvanında fəaliyyət göstərir. Təqsirləndirilən şəxs işlədiyi Lombardın müştərisi olaraq tanıyır. Təqsirləndirilən şəxs dəfələrlə onun işlədiyi Lombarda qızıl əşyaları girov qoyub kreditə pul götürmüş, həmçinin Təqsirləndirilən şəxs işlədiyi lombarda xx.xx.2022-cıil tarixdə xx.xx.2022-ci il tarixli, 438567 saylı girov bileti əsasında 8.8 qr çəkidə1 ədəd qızıl dəsti, 13,4 qram çəkidə 1 ədəd qızıl qolbağı, 9,59 qram çəkidə 1 ədəd qızıl sep, 12,9 qram çəkidə 1 ədəd qızıl sep aralığı girov qoyaraq 2300 manat, xx.xx.2022-ci il tarixdə 438591 saylı girov bileti əsasında 3,6 qram çəkidə 1 cüt qızıl sırğa,2.5 qram çəkidə 1 cüt qızıl sırğa girov qoyaraq 300 manat, xx.xx.2022-ci il tarixdə 438628 saylı girov bileti əsasında 5.4 qram çəkidə 1 ədəd qızıl sep girov qoyaraq 300 manat pul kredit şəkildə almışdır. Göründüyü kimi pullardan bir ay ,cəmi 274 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs həmin qızıl əşyaları götürülərkən həmin qızıl əşyalarını cinayət yolu ilə əldə etməsi ona və işçilərinə məlum olmamışdır. Lombard Təqsirləndirilən şəxs qızıl əşyalarını girov müqaviləsi əsasında qəbul etmiş və qızıl əşyaları lombardın saxlancında saxlanılır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 noyabr 2022-ci il tarixli 6/6575-9\8274 nömrəli rəyindən görünür ki; -1 ədəd sarı rəngli metaldan, üzərində gül formalı elementi və sarı və bənövşəyi rəngli qaşı olan sırğa cütü üzük dəsti -üzərində «GRAZİELLA-750» adlıq və əyar damğası həkk olunmuşdur, metallı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,88 qramdır,qaşları qiymətli qaşlara aid deyil, rəyin təsviri hissəsində qiyməti 932,0 manat; (təsviri hissədə göstərilib) -1 ədəd sarı rəngli metaldan qolbaq-üzrində «GRAZİELLA 750» adlıq və əyar damğası həkk olunmuşdur,metallı 750 əyarlı qızıla uyğundur, çəkisi 13.71 qramdır, qiyməti 1440,0 manat, (təsviri hissədə göstərilib) -1 ədəd sarı rəngli metaldan, üzərində gümüşü rəngli metal muncuqları olan qolbaqüzərində «585» əyar damğası həkk olunmuşdur, metallı 585 əyarlı qızıla uyğundur, çəkisi 9,56 qramdır, qiyməti 813.0 manat; (təsviri hissədə göstərilib) -1 ədəd sarı rəngli metaldan, kulonu üzərində sarı rəngli şəffaf qaşları olan boyunbağı- üzərində «14k» əyar damğası həkk olunmuşdur, metallı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,28 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qiyməti 619.0 manat,(təsviri hissədə göstçrilib) -1 ədəd sarı rəngli metaldan, boynbağı- üzərində «585» əyar damğası həkk olunmuşdur, metallı 585 əyarlı, qızıla uyğundur, çəkisi 12,92 qramdır,qiyməti 1098,0 manatdır(təsyiri hissədə göstərilib). Məmulatlar kustar üsulla hazırlandğı üçün istehsal yerini və ilini müəyyən etmək mümkün olmamışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2022-ci ilin sentyabr ayna olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4902.0 (dörd min doqquz yüz iki) manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZ İİ № 096694 saylı doğum haqqında şəhadətnamənin surətinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü, X6 adlı övladı var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci tarixdə isə MSY-dan azad edilərək onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Şirvan şəhəri ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Şirvan şəhər üzrə İcra və Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Şirvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Şirvan şəhəri hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Şirvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-311/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-311/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver