Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-312/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Abşeron rayonunda anadan olmuş, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu Saray qəsəbəsinin ərazisindən keçən üçüncü dairəvi yolun mühafizə sahəsindən 0,07 hektar torpaq sahəni Zərərçəkmiş şəxs göstərib və həmin torpaq sahəni onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırıb 30000 manata satacağınını yalandan vəd edib aldadaraq, 2015ci ilin sonunda Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbristanlıqdakı daş sexində 4000 manat pulunu, 2017-ci ilin aprel ayında həmin daş sexində 12000 manat pulunu, 17 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 3 saylı notariat konturunda Zərərçəkmiş şəxs 30000 manat borc almasına dair kredit müqaviləsi bağlayaraq 10000 manat pulunu, 2017-ci ilin dekabr ayında Abşeron rayonu Saray dairəsində 2000 manat pulunu və 2018-ci ilin yanvar ayında Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbirastanlıqdakı daş sexində hissə-hissə 900 manat, cəmi 28900 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvaninda ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayon məhkəməsinin 20.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra məhkəmə ona təyin olunmuş cəzanı dəyişdirərək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etmişdir. O, 2015-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Saray qəsəbəsində satmağa torpaq sahəsi olduğunu Saray qəsəbəsində olan tanışlarına, həmçinin əmisi Rahilə, eyni zamanda birlikdə torpaq satmaq işi ilə məşğul olduğu əmisi Nasirə, qəsəbədə yaşayan Əliağayada demişdir. 2017-ci ilin əvvəllərində əmisi Rahil qəsəbədə yaşayan Ağasinın Saray qəsəbəsində yaşayan Şəmsəddin adlı şəxsin torpaq sahəsi almaq istədiyini ona bildirmiş, ona görə o, əmisi Rahil ilə Şəmsəddinin sexinə getmiş və həmin vaxt Ağası da sexdə olmuş, o, Şəmsəddinə özünə məxsus Saray qəsəbəsində 7 sot torpaq sahəsinin olduğunu, lakin torpaq sahəsinin sənədlərinin olmadığını, torpaq sahəsini 30000 manata sənədləşdirib satmağını bildirmişdir. Həmin vaxt o, Şəmsəddin və Rahil ilə birlikdə gedib torpaq sahəsinə baxdıqdan sonra Şəmsəddin torpaq sahəsini almağa razılaşmış, o, Şəmsəddinə torpaq sahəsinin özünün olduğunu və onun adına sənədləşdirəcəyini bildirmiş, Ağasının iştirakı ilə Şəmsəddin ona həmin torpaq sahəsini almaq üçün 4000 manat beh vermiş, bundan sonra o, əmisi Rahil ilə oradan çıxıb getmişlər. Həmin vaxt o, Abşeron rayonu, Saray bələdiyyəsinə getmiş və bələdiyyə sədri Natiqin otağına girib Natiqə torpaq sahəsini almaq istədiyini bildirmiş, Natiq ona torpaq sahəsinə mütəxəssisin baxmalı olduğunu, əgər torpaq sahəsi boşdursa hərrac yolu ilə satıla biləcəyini demiş, həmin ərəfələrdə o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi və Abşeron rayonu ərazisində torpaq sahələrinin xəritəsini çəkmək işlərini görən Fikrətlə danışmış və Fikrət həmin torpaq sahəsinə baxıb həmin ərazinin boş olduğunu bildirmiş, Şəmsəddindən aldığı pulu isə şəxsi ehtiyaclarına xərcləmiş, aradan bir neçə ay keçdikdən sonra o, Şəmsəddindən torpaq sahəsinin qalan pulunu istəmiş, lakin Şəmsəddin ona pul vermək istəməmiş və ona ağsaqqalını çağırmağı dedikdə o da Şəmsəddinin ona pul vermək istəmədiyini görüb ona Əliağanı və əmisi Nasiri çağırmış, Saray qəsəbəsində yerləşən "Dostlar" adlanan kafedə Şəmsəddin ilə birlikdə oturub söhbət etdikdə o, Nasir və Əliağaya da torpaq sahəsini sənədləşdirib Şəmsəddinə satacağını demiş, Nasir ilə Əliağa da Şəmsəddin ilə söhbət etmiş və torpağın qiymətinin yaxşı olduğunu, yəni həmin yerdə torpağın baha olduğunu bildirmişlər. Həmin vaxt Əliağa ilə Nasir ondan həqiqətən torpaq sahəni sənədləşdirib Şəmsəddinə sata biləcəyini soruşanda o, onlara da həqiqətən torpaq sahəsini Şəmsəddinin adına sənədləşdirib ona satacağını bildirmiş, hətta orada olan söhbət zamanı Şəmsəddin ona torpaq sahəsini hasarlamaq istədiyini və buna da icazə lazım olduğunu demiş, Əliağa da 500 manat pul müqabilində torpaq sahənin hasarlanmasına Abşeron rayon İcra Hakimiyyətindən icazə ala biləcəyini söyləmiş, həmin söhbətdən sonra Şəmsəddinin Saray qəsəbəsində olan sexində 12000 manat ona torpaq sahəsinə, 500 manat da torpaq sahəsinə hasar çəkməyə icazə alınmasına gorə vermişdir. O, da 500 manat pulu aparıb Əliağaya vermiş, bir neçə gün sonra Əliağa ona 500 manat pulu qaytarıb torpaq sahəsinin hasar çəkilməsinə icazə ala bilmədiyini demiş, ondan sonra da onun problemləri olmuş, yenə torpaq sahəsinin sənədləşməsi işini həll edə bilməmişdir. Hətta Şəmsəddin ilə də Saray bələdiyyəsinə getmiş, bələdiyyədə işləyən Şahlar onlarla danışmış və birlikdə torpaq sahəsinə də gedib baxmışlar. Şahlar da Şəmsəddinə torpaq sahəsinə mütəxəssis baxmalı olduğunu, əgər torpaq sahəsi boş olarsa hərrac yolu ilə satıla biləcəyini demiş, ondan sonra o, Nasir ilə gedib Şəmsəddinlə görüşmüş və Sumqayıt şəhərində 17 sentyabr 2017-ci il tarixdə 30000 manat borc müqaviləsi bağlamış, Nasirin yanında Şəmsəddin ona 10000 manat pul vermiş, ondan sonra da 2017-ci ilin dekabr ayında Saray qəsəbəsində Şəmsəddindən 2000 manat. 2018-ci ilin yanvar ayında da torpaq sahəsinin sənədlərinin hazırlanması üçün Saray qəsəbəsində Şəmsəddinə məxsus daş sexində hissə-hissə olmaqla 900 manat pul almış, lakin yenə də torpaq sahəsinə sənəd ala bilməmiş və Şəmsəddinin pulunu da artıq xərcləmişdir. Sonda o, himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ilin sentyabr-oktyabr aylarında özünə avtomobil təmir emalatxanası inşa etdirmək məqsədi ilə torpaq sahəsi almaq üçün Saray qəsəbəsində yaşayan tanışı Ağasıya müraciət edərək Abşeron rayonu Saray qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün ona köməklik etməyini xahiş etmiş, bir neçə gündən sonra Ağası onu Saray qəsəbəsində yaşayan Rahil Tayirov adlı şəxslə tanış etmiş, Rahil qardaşı oğlu Elşənin Saray qəsəbəsində satmaq üçün 7 sot torpaq sahəsi olduğunu bildirdikdə o, həmin torpaq sahəsinə baxmaq istədiyini demiş, səhəri gün Rahil Elşənlə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ona məxsus qəbir daşları sexinə gəlmişlər, onlar birlikdə Elşənin ona satacağı Saray- Novxanı yolunun kənarında yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsini bəyəndiyi üçün Elşəndən həmin 7 sot torpaq sahəsini 30000 manat müqabilində almağa razılaşmış, yenidən öz daş sexinə qayıtdıqdan sonra orada, 2015-ci ilin axırlarında Ağasınin iştirakı ilə Elşənə həmin torpaq sahəsini almaq üçün 4000 manat beh vermiş, Elşən 3 ay müddətində sözügedən torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdıracağını və torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyini, bundan sonra qalan pulu da ona verəcəyi barədə razılaşmışlar. Onların bu razılaşmasından 6 ay keçsə də, Elşən sözügedən torpaq sahəsini onun mülkiyyətinə keçirmədiyi üçün 2016-cı ilin təxminən aprelmay aylarında Elşənlə görüşüb nəyə görə torpağı adına keçirtmədiyini soruşmuş, Elşən torpaq sahəsinin sənədləşmə işlərini həyata keçirmək üçün əlavə olaraq 12000 manat pul lazım olduğunu demiş, bu zaman o, ilkin razılaşmanı xatırladaraq 12000 manatı Elşənə verməkdən imtina etmiş və torpaq sahəsini rəsmi qaydada onun mülkiyyətinə keçirdikdən sonra qalan pulu da verəcəyini, həmçinin ona özünün bir ağsaqqalını, ya da valideynini dəvət etməsini və onlarla bununla bağlı söhbət etmək istədiyini bildirmiş, Elşən çıxıb getmiş və təxminən yarım saatdan sonra ona zəng edərək, əmisi Nasir və Əliağa adlı tanışı ilə birlikdə onunla görüşmək istədiyini bildirdikdə o, Saray qəsəbəsində yerləşən “Dostlar" adlanan kafeyə gedib orada Nasir, Əliağa və Elşənlə görüşmüş, Əliağa ona Elşənin ona satmaq istədiyi torpaq sahəsinin qiymətinin Elşənlə razılaşdığı məbləğdən qat-qat baha olduğunu, ancaq həmin torpaq sahəsini sənədləşdirmək üçün Elşənin pulu olmadığı üçün Elşənin sözügedən torpaq sahəsini ucuz qiymətə satmağa razılaşdığını demiş, Əliağa torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdırmaq üçün onun 12000 manat pulu Elşənə verməyini istəmiş, həmçinin Əliağa guya ona satılacaq torpaq sahəsini hasara alınmasına icazə almaq üçün 500 manatı da Elşən vasitəsi ilə ona göndərməyini demiş, eyni zamanda Nasir də Əliağanın dediklərini təsdiq etmiş, o, Nasir və Əliağaya Elşənə inanmadığını, ancaq Əliağa və Nasirin sözünə etibar etdiyi üçün 12000 manatı və hasar çəkmək üçün 500 manatı Elşənə verəcəyini onlara bildirmiş, Əliağa və Nasir narahat olmamağını, Elşənin torpaq sahəsini yaxın vaxtda sənədləşdirərək onun mülkiyyətinə keçirəcəyini bildirmişlər. Həmin gün, yəni 2017-cı ilin aprel ayının axırlarında, saat təxminən 16:00 radələrində Elşən onun iş yerinə, yəni Saray qəsəbəsində yerləşən qəbir daşı sexinə gəlmiş və torpaq sahəsinə görə 12000 manat və həmin torpaq sahəsini hasara alınması üçün 500 manat pulu ona məxsus qəbir daşı sexində gözətçi işləyən Ağasının yanında Elşənə verərək həmin 500 manat pulu aparıb Əliağaya verməsini demiş, təxminən 10 gündən sonra 2018-ci ilin may ayının əvvəllərində Elşən ona satacağı torpaq sahəsinin sxeminin hazırlanması üçün 300 manat lazım olduğunu dedikdə o, həmin tarixdə Elşənə 300 manat pulu sayıb vermiş, Elşən pulu aldıqda 10 gün müddətinə torpaq sahəsinin sxemini ona verəcəyini, təxminən bir ay müddətində torpağın sənədləşmə işlərini yekunlaşdıracağını və sözügedən torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyini bildirmiş, yenə də altı ay müddət keçsə də Elşənin sözügedən torpaq sahəsinin alqı-satqısını həyata keçirmədiyi üçün o, 2017ci ilin sentyabr ayında Elşənlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu, nə üçün torpaq sahəsini onun adına rəsmiləşdirmədiyini soruşmuş, həmin gün axsam saatlarında Elşən əmisi Nasirlə birlikdə onun iş yerinə gəlmiş, Nasir ona Elşənin ondan torpaq sahəsinə görə aldığı 16000 manat pulu torpağın sənədləşmə işlərinə deyil, öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmiş, Nasir Elşənin sənədləşmə işlərini həyata keçirməsi üçün, alacağı torpaq sahəsinə ödəməli olduğu 30000 manat puldan yerdə qalan 14000 manatını da Elşənə verməsini xahiş etmiş və Elşənin məlum məsələ ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməsinə Nasirin özü nəzarət edəcəyini bildirmiş, hətta Nasir ona inanmadığı təqdirdə onunla borc müqaviləsi bağlaya biləcəyini təklif etmiş, o, Nasirin təklifi ilə razılaşmış və səhəri gün, yəni 17 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən notariat kontorunun qarşısında öz avtomobilində Elşənə 10000 manat pulu Nasirin yanında ona vermiş, sonra oradakı notariat kontoruna gedib, Elşənə 30000 manat borc verməyi barədə müqavilə bağlamışlar. O, borc müqaviləsini imzalamaq istəməmiş, ancaq Elşənin əmisi Nasirin təkidi ilə bu müqaviləni imzalamağa razı olmuş, bir neçə gündən sonra yenə də Elşəndən xəbər olmadığını görüb Elşənə zəng edib onu yanına çağırmış, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Saray dairəsi” adlanan yerdə Elşənlə görüşüb verməli olduğu pulun yerdə qalanını, yəni 2000 manatı 2017-ci ilin dekabr ayının axırlarında Elşənə vermiş, Elşənə 2000 manat pulu verdikdə yanlarında heç kim olmamış, Elşən ona bir ay müddətinə torpaq sahəsini adına keçirəcəyinə və sənədlərini ona verəcəyinə söz vermiş, o, yenə də Elşənə inanmış. Elşənin dediyi vaxtdan bir ay müddətindən çox keçməsinə baxmayaraq Elşəndən xəbər olmamışdır. 2019-cu ilin yanvar ayında da Elşən sənədlərin hazırlanması adı ilə ondan hissəhissə 900 manat pulu Saray qəsəbəsində yerləşən daş sexində almış, buna görə o, dəfələrlə Elşənlə əlaqə saxlayıb rəsmi alqı-satqı edərək, sözügedən torpaq sahəsini onun mülkiyyətinə keçirməsini tələb etsə də, Elşən hər dəfə sənədləşmə işlərinin yekunlaşmadığı üçün alqı-satqı edə bilmədiyini, yaxın vaxtlarda onunla alqı-satqı edəcəyini deyərək onu aldatmışdır. Bundan sonra Elşənin onu aldatığım başa düşüb, pulunu qaytarmasını tələb etdikdə Elşən ondan aldığı pulu ona satacağını söz verdiyi torpaq sahəsinin sənədləşmə işinə xərclədiyini bildirmişdir. O, Elşənin əmisi Nasir və Əliağa onu inandırdığı üçün Elşənə 29400 manat pul verdiyini bildirmiş və pulunun qaytarılmasını tələb etmiş, Nasir və Əliağa Elşənə inandıqları üçün və Elşəndən belə yalançı hərəkət gözləmədikləri üçün onu inandıraraq Elşənə pul verməyini xahiş etdiklərini bildirmişlər. Bu günə kimi Elşən onun pulunu qaytarmamış, nə də sözügedən torpaq sahəsini onun mülkiyyətinə keçirməmişdir. Qeyd etmişdir ki. Nasir və Əliağa onu inandırdıqları üçün, onlara etibar etdiyinə görə Əliağaya da göndərdiyi 500 manat daxil olmaqla Elşənə ümumilikdə 29.400 manat pul vermiş, bundan sonra o, Elşənin ona satdığı torpaq sahəsinin kimin adına olmasını dəqiqləşdirmək üçün Saray bələdiyyəsinin sədri Natiq Tayirovun yanına gedib bu barədə ona demiş, Natiq Tayirov həmin torpaq sahəsini kartotekadan yoxladıqdan sonra Elşənin adına həmin yerdə heç bir torpaq sahəsinin olamdığını, həmin torpaq sahəsinin əhalinin əmlak payı olduğunu, yol tikinti idarəsinin sonradan həmin torpaq sahələrini əhalidən aldığını bildirmiş, o, Elşənlə görüşüb onun adına torpaq sahəsi olmadığını öyrəndiyini, onu aldatdığını Elşənə demiş. Elşən bu xəbərin yalan olduğunu ona demiş, təxminən 3 aydan sonra Elşən bələdiyyənin sədrinin müavini Şahlarla zəngləşib onunla Saray qəsəbəsində görüşdüyünü, Şahların ona torpaq sahəsinin bir sxemini göstərib yolun kənarında bələdiyyənin 6 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin hərraca qoyulmaqla ona 10.000 manata sata biləcəyini demiş, o da razılaşmış. Elşən də 10.000 manatı verib həmin bələdiyyə torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini demiş, sonra Elşən yenə də onu aldatmış, həmin torpaq sahəsini ala bilməmiş, hazırkı vaxta qədər Elşən ondan aldığı ümumilikdə 29400 manat pulu qaytarmamış və torpaq sahəsini də ona verməmişdir. Sözügedən torpaq sahəsinin kadastr şəklindən başqa Elşən ona heç bir sənəd göstərməmiş, həmin kadastr şəklində heç bir möhür olmamış, adi kserosurət olmuş, onu da Elşəndən heç almamışdır. Sonda o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təxminən 10 il əvvəl torpaq alqı-satqısı işi ilə məşğul olmuş, X6 onun qardaşı oğludur. Təxminən 2015-ci ilin qış aylarında Elşən zəng edərək onu Saray qəsəbəsində yerləşən Əliağanın oğlunun işlətdiyi Saray qəsəbəsində yerləşən “Dostlar” kafesinə yanına çağırmış, o, həmin kafeyə gəldikdə Elşənlə görüşmüş və Elşən orada tək olmuş, ona Əliağanı ora dəvət etməyi demiş, o da Əliağaya zəng edib ora gəlməyini demiş və aradan bir qədər sonra Əliağa da kafeyə gəlmiş, aradan 5-10 dəqiqə sonra qəsəbədə yaşayan Şəmsəddin də ora gəlmiş və orada olan söhbət zamanı X1 rayonu, Saray qəsəbəsində 6-7 sot torpaq sahəsini 28000-30000 manata aldığını söyləmiş, Əliağa da Şəmsəddinə həmin yerdə dediyi qiymətə torpaq sahəsini yaxşı aldığını bildirmiş, Şəmsəddindən aldığı torpaq sahəsinin sənədlərinin qaydasında olub-olmadığını soruşduqda o, sözügedən torpaq sahəsinin sənədləri olmadığını, ancaq qısa müddətdə Elşənin torpaq sahəsini sənədləşdirəcəyini bildirmiş, hətta Əliağa söhbət əsnasında torpaq sahəsinin sənədləşmə işi üçün, yəni hərrac vasitəsilə satılmasına ən azı 10000 manat pul lazım olacağını bildirmişdir. Həmin vaxt Şəmsəddin torpaq sahəsini almaq üçün Elşənə 4000 manat pul verəcəyini, lakin Elşənin hələ torpaq sahəsinin sənədləşmə işlərini görmədiyini və qalan pulu istədiyini demiş, onlar da Elşəndən torpaq sahəsinə sənəd ala bilib-bilməyəcəyini soruşduqda Elşən heç bir problem olmayacağını, bələdiyyə ilə də danışdığını, qanuni şəkildə torpağa dair sənəd alacağını və torpaq sahəsini Şəmsəddinə satacağını, ancaq hazırda təxminən 10000 manat pul lazım olduğunu demiş, Şəmsəddin də əgər Elşən onların yanında da ona vəd verirsə onda onu aldatmadığını demiş, həmin vaxt Şəmsəddin torpaq sahəsinə hasar çəkdirmək istədiyini və buna görə icazə lazım olduğunu demiş, Əliağa da Şəmsəddinə 500 manata Abşeron rayon İcra Hakimiyyətindən ona hasar çəkməyə icazə alacağına söz vermiş, Şəmsəddin də 500 manat pulu Elşənin vasitəsi ilə ona göndərəcəyini bildirmiş, ondan sonra onlar ‘‘torpaq alanın da satanın da allah xeyrin versin” deyib, bir qədər də orada oturub çay içəndən sonra çıxıb getmişlər. Bundan təxminən 6-7 aydan sonra Şəmsəddin onun yanına gələrək, Elşənin onu aldatdığını, 30000 manata satacağına söz verdiyi torpaq sahəsinə görə Elşənə artıq 18000 manat ödəsə də, Elşənin torpaq sahəsini onun adına sənədləşdirmədiyini, işi yubatdığını bildirmiş, o, Şəmsəddinə işinin üstünə düşməyini, torpağı tez bir zamanda öz adına sənədləşdirməyini tövsiyə etmiş, bu görüşdən təxminən 10-15 gün sonra Elşən onun yanına gələrək, Şəmsəddinə söz verdiyi torpaq sahəsinin sənədləşdirilməsi üçün Şəmsəddindən yerdə qalan 10000-12000 manatı almaq üçün onunla birlikdə görüşə getməyini xahiş etmişdir. O. da etiraz etməyib Elşən ilə onun avtomobilində birlikdə 17.09.2017-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayonun ərazisində yerləşən notarial kontorunun qarşısına getmişlər və Şəmsəddinlə orada görüşmüşlər, Notariat kontorunda Elşənlə Şəmsəddin borc müqaviləsi bağladıqdan sonra Şəmsəddin Elşənin avtomobilində nə qədərsə pul sayıb Elşənə vermiş, ondan sonra o, Elşəndən Saray qəsəbəsində ayrılıb evinə getmiş, bir müddət sonra Elşən 5000 manat gətirib ona olan borcunu vermiş, bundan bir müddət sonra bir dəfə Elşən ona bələdiyədə işləyən Şahlar vasitəsi ilə 7000 ya da 10000 manata 5 ya 6 sot torpaq sahəsi alıb Şəmsəddinə vermək istədiyini demiş, həmin vaxt Elşən ilə birlikdə bələdiyyəyə getmiş və orada Şahlardan bu barədə soruşmuş, Şahlar onda satmağa heç bir torpaq sahəsi olmadığını bildirmiş, Şəmsəddin də ona dəfələrlə Elşənin ondan pul almasına baxmayaraq vəd verdiyi torpaq sahəsini vermədiyini demiş, Şəmsəddin, Elşən, Əliağa ilə “Dostlar” kafesində olan söhbət zamanı Əliağa ilə torpaq sahəsini alan Şəmsəddinə torpaq sahəsinə görə Elşənə pul verməyini və bundan heç narahat olmamağını demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinə görə Şəmsəddindən aldığı puldan ona heç bir məbləğdə pul verməmiş, həmçinin onun yanında Əliağaya da pul verməmiş. Elşənin ona 5000 manat borcu olmuş, ancaq onun borcunu qaytarmış, Elşənin ona 5000 manat borclu olmasını bütün qohumları, Anar. Salman, ailə üzvlərinin də bunu bilmişdir. Elşənin Şəmsəddini aldadacağını bilməmiş, Elşən əminliklə danışaraq torpaq sahəsini sənədləşdirib Şəmsəddinə satacağına onu inandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Saray qəbirstanlığında işləyir. 2015-ci ilin təxminən oktyabr ayında Ağası adlı tanışı ona yaxınlaşaraq Şəmsəddin adlı tanışının torpaq sahəsi almaq istədiyini bildirmiş və ondan torpaq sahəsi satan tanışı olarsa xəbər eləməyi xahiş etmiş, o, torpaq satan tanışı olmadığını, ancaq yenə də kiminsə torpaq sahəsi satdığını öyrənərsə ona məlumat verəcəyini bildirmiş, bir neçə gündən sonra o, məsciddə ibadət edəkən digər ibadət edən şəxslərə müraciət edərək, torpaq sahəsi satmaq istəyən şəxs olarsa ona deməklərini xahiş etmiş, bir neçə gündən sonra qardaşı oğlu Elşən yanına gələrək özünə məxsus torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirdikdə, o, Elşəni Şəmsəddinin yanına aparıb onları tanış etmiş, onlar birlikdə Elşənin özünə məxsus olduğunu dediyi torpaq sahəsinin yerləşdiyi Abşeron rayonu Saray-Novxanı yolunun kənarına getmişlər. Elşən sözügedən torpaq sahəsini Şəmsəddinə göstərmiş, sonra birlikdə Şəmsəddinin Saray qəsəbəsində yerləşən “Qəbir daşları” sexinə gəlmişlər. Sexdə Şəmsəddin 30000 (otuz min) manat müqabilində sözügedən torpaq sahəsini Elşəndən almağa razılaşmış, o, torpaq sahəsinin sənədləşmə işi tam şəkildə başa çatmamış Elşənə pul ödəməməyi Şəmsəddinə demiş, sonra onlar ayrılmışlar və hər kəs öz işinin arxasınca getmiş, bir aydan sonra Şəmsəddinlə rastlaşdıqda ondan Elşənlə torpaq alqı-satqı işlərinin nə yerdə olduğunu soruşmuş, Şəmsəddin Elşənə sənədləri qaydasına qoyması üçün 4000 manat pul verdiyini bildirmiş, o, nahaq torpağın sənədini almamış Elşənə pul verdiyini demiş və torpağı öz adına keçirməmiş bir daha Elşənə pul verməməyini bildirmiş, bundan sonra Elşənlə Şəmsəddin arasında hansı razılaşmaların olduğundan və Şəmsəddinin Elşənə nə qədər pul verdiyindən xəbəri olmamış, bir də 2018-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddinlə rastlaşdıqda Elşənlə aralarında olan torpaq alqı-satqısının nə yerdə olduğunu soruşmuş, Şəmsəddin, Elşənin onu aldadaraq, 30000 manat pulunu aldığını, torpaq sahəsini isə ona satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki. o, təxminən 20 ildir Abşeron rayonu, Saray qəbristanlığında yerləşən Zərərçəkmiş şəxs daş sexində gözətçi işləyir. 2015-ci ilin sonlarında Zərərçəkmiş şəxs ona Abşeron rayonu Saray qəsəbəsinin ərazisində yaxşı yerdə torpaq sahəsi almaq istədiyini və elə bir torpaq sahəsini satan olarsa ona bu barədə xəbər verməyi xahiş etmiş, həmin günlərdə qəsəbədə yaşayan Rahil Tayirov ilə söhbət edəndə ona da bu barədə demiş, aradan bir neçə gün sonra Rahil ona qardaşı oğlu Elşənin Saray qəsəbəsində satmağa torpaq sahəsi olduğunu dedikdə, o da bu barədə Şəmsəddinə demiş və Rahil özü də bununla bağlı Şəmsəddin ilə danışmışlar. Ondan sonra Rahilin qardaşı oğlu Təqsirləndirilən şəxs da qəbirastanlığa daş sexinə gəlmiş və onlar birlikdə gedib torpaq sahəsinə baxmışlar. Şəmsəddin ona torpaq sahəsini bəyəndiyini və almaq istədiyini demiş, həmin vaxt Şəmsəddin 4000 manat beh kimi Təqsirləndirilən şəxs vermiş və qalan pulu da sənədləşmə qurtarandan sonra verəcəyini bildirmiş, ancaq o. Şəmsəddinin torpaq sahəsini neçəyə razılaşdığını bilməmiş, ondan bir müddət sonra da Şəmsəddin ona Təqsirləndirilən şəxs təxminən 30000 manat pul verdiyini, Elşənin onu aldadaraq nə torpaq sahəsini, nə də pulunu vermədiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və X2 uzun müddətdir tanıyır. 2016-cı ilin təxminən aprel-may aylarında Nasir adlı tanışı ona zəng edərək Saray qəsəbəsində yerləşən "Dostlar" adlanan kafeyə dəvət etmiş, o. həmin kafeyə getmiş, kafedə Nasir və Elşən bir masa arxasında əyləşib çay içdiyini görmüş, oda onların masasına əyləşdikdən sonra Şəmsəddin də kafeyə gəlmiş, sonra Şəmsəddin Elşəndən 30000 manat müqabilində 7,5 sot torpaq sahəsi aldığını bildirmiş, Şəmsəddindən aldığı torpaq sahəsinin sənədlərinin qaydasında olub-olmadığını soruşduqda Şəmsəddin sözügedən torpaq sahəsinin sənədlərinin olmadığını, ancaq qısa müddətdə Elşənin torpaq sahəsini sənədləşdirəcəyini bildirmiş, o, söhbət əsnasında torpaq sahəsinin sənədləşmə işi üçün, yəni hərracla satılmasına ən azı 10000 manat pul lazım olacağını bildirmiş, orada Şəmsəddin və Elşən torpaq sahəsinin Saray qəsəbəsində yerləşdiyi yeri deyərək həmin yerdə torpağın qiymətinin baha olduğunu, Şəmsəddin isə qiymətin yaxşı olduğunu bildirmiş, həmin vaxt Şəmsəddin torpaq sahəsini almaq üçün Elşənə 4000 manat pul verdiyini, lakin Elşən hələ torpaq sahəsinin sənədləşmə işlərini görmədiyini və qalan pulu istədiyini demiş, onlar da Elşəndən torpaq sahəsinə sənəd ala bilib-bilməyəcəyini soruşduqda Elşən heç bir problemin olmadığını, bələdiyyə ilə də danışdığını, qanuni şəkildə torpağa sənəd alacağını və Şəmsəddinə torpaq sahəsini satacağını demiş, Şəmsəddin də əgər Elşən onların yanında da ona vəd verirsə onda onu aldatmadığını demiş, həmin vaxt Şəmsəddin torpaq sahəsinə hasar çəkdirmək istədiyini və buna görə icazə lazım olduğunu demiş, o da Şəmsəddinə 500 manata İcra Hakimiyyətindən torpağa hasar çəkməyə icazə alacağını demiş, Şəmsəddin ona 500 manat pul ona göndərəcəyini və ona hasar çəkməyə icazə alacağını bildirmiş, ondan sonra onlar oradan çıxıb ayrılmışlar. Aradan bir-iki gün sonra Saray qəsəbəsində Elşən onunla rastlaşmış və ona 500 manat pul verib həmin pulu Şəmsəddinin torpaq sahəsinə icazə almağı üçün göndərdiyini demiş, o da həmin pulu almış və səhəri günü Abşeron rayon İcra Hakimiyyətinə gedib oradan maraqlanmış və oradan ona torpaq sahəsinin sənədi olmadığı üçün hasar çəkilməsinə icazə verilmdəyi bildirlmiş, ondan sonra o, Saray qəsəbəsində Elşənlə görüşmüş və Şəmsəddinin verdiyi 500 manat pulu Şəmsəddinə qaytarması üçün Elşənə vermiş və Şəmsəddinə torpaq sahəsinin sənədləri olmadan hasar çəkilməsinə icazə verilmədiyini ona deməyi xahiş etmiş, ondan sonra daha Elşənin Şəmsəddinə torpaq sahəni satıb-satmadığından məlumatı olmamış, bir müddət sonra Şəmsəddin ilə rastlaşanda Elşənə torpaq sahəsinə görə 30000 manata yaxın pul verdiyini, lakin Elşənin onu aldatdığın bilmışdır. Saray qəsəbəsində yerləşən ‘'Dostlar'’ kafesində Nasir və Elşən də orada olan zaman Şəmsəddin artıq Elşənə torpaq sahəsinə görə 4000 manat verdiyini söyləmiş, Elşən də pulu xərclədiyini, lakin hələ torpağın sənədlərini almadığını bildirmişdir. O və X4 aldatmaq fikri olduğunu bilməmişlər, əks halda o, Şəmsəddinin Elşənə pul verməsinə razılıq verməzdi. O, torpaq sahəsinə hasar çəkilməsinə icazə almaq üçün 500 manat pulu Abşeron rayon İcra Hakimiyyətinin hesaba ödəyəcəyini və torpaq sahəsinə hasar çəkməyə icazə üçün aldığını, lakin orada bunun mümkün olmadığı bildirildikdə pulu Elşənə qaytarmış, Elşən Şəmsəddinə satmaq istədiyi torpaq sahəsinə görə aldığı puldan ona heç nə verməmiş və Nasirə də pul veməsindən məlumatı olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu Saray qəsəbəsinin ərazisindən keçən üçüncü dairəvi yolun mühafizə sahəsindən 0,07 hektar torpaq sahəni Zərərçəkmiş şəxs göstərib və həmin torpaq sahəni onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırıb 30000 manata satacağınını yalandan vəd edib aldadaraq, 2015-ci ilin sonunda Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbristanlıqdakı daş sexində 4000 manat pulunu, 2017-ci ilin aprel ayında həmin daş sexində 12000 manat pulunu, 17 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 3 saylı notariat konturunda Zərərçəkmiş şəxs 30000 manat borc almasına dair kredit müqaviləsi bağlayaraq 10000 manat pulunu, 2017-ci ilin dekabr ayında Abşeron rayonu Saray dairəsində 2000 manat pulunu və 2018-ci ilin yanvar ayında Abşeron rayonu Saray qəsəbəsində yerləşən qəbirstanlıqdakı daş sexində hissə-hissə 900 manat, cəmi 28900 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Abşeron rayonu Saray bələdiyyəsinin 14 iyun 2019-cu il tarixli, 86 saylı və 12 mart 2021-ci il tarixli, 86 saylı məktubundan görünür ki, həmin torpaq sahəsi 2015ci ilin sonundan 3-cü dairəvi yolun mühafizə sahəsidir.Vətəndaş Təqsirləndirilən şəxs adı çəkilən torpaqla bağlı bələdiyyəyə heç bir müraciəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 15.01.2021-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Tayirov X3 rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Abşeron rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarına əsasən ona təyin olunmuş 2500 (iki min beş yüz) manat cərimə cəzası 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 17.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs çağırış vərəqəsi göndərilməsinə baxmayaraq Abşeron rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 7(012)-210/2020 saylı qərarı ilə axtarış elan olunmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi Tayirov X3 rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığını məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin olunmuş qismən birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. İş materiallarında olan Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndiirlən şəxs Tayirov X3 rayonu, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs himayəsində 17.03.2014-cü il təvəllüdlü X8 və 28.08.2008-ci il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş, o, 27.10.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq həbsə alınmış, Abşeron RM-nin 29.10.2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 27.10.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 (yüz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Abşeron rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - hazırki cinayət işi üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla qismən birləşdirilsin və ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 27.10.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 (yüz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz) manat məbləğində pul və məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-312/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-312/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver