Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-313/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu Xırdalan şəhərində istintaqa məlum olmayan şəxs vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunu mühafizəçi kimi işə düzəldəcəyinə vəd verib aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 1 ünvanında yerləşən OBA marketin qarşısında 550 (beş yüz əlli) manat pulunu əlbəəl nağd formada alıb ələ keçirərək zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 il müddətdir ki, tanıyır. İlfanı Xırdalan şəhərində onun yaşadığı məhəllədə olarkən tanışları vasitəsilə tanımış və münasibəti yaranmışdır. 2023-cü ilin sentyabr ayında İlfanla söhbət əsnasında onun iş axtardığını öyrənmiş, ona «GM constakşn» şirkətində daxili təhlükəsizlik xidmətində işlədiyini demişdir. Belə ki, həmin şirkətdə mühafizəçi işləmişdir. İşlədiyi dövrdə İlfana demişdir ki, sənədləşmə işləri aparılması üçün 550 manat pul lazımdır. İlfan da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “OBA” marketin qarşısında görüşərək əlbəəl nağd formada 550 manat pulu İlfandan almışdır. İlfana vəd vermişdir ki, onu işlədiyi şirkətin daxili təhlükəsizlik xidmətində işə düzəldəcəkdir. Pulu alsa da onu işə düzəltmək üçün heç bir səlahiyyəti olmamış, lakin həmin vaxtlar maddi imkanı zəif olduğundan fikirləşmişdir ki, bu yolla qazanc əldə edə bilər. Fləmçinin həmin pulu heç kimə verməmişdir. Pulu öz tələbatlarına xərcləmişdir. Sonradan pulu qaytarmaq istəsə də maddi vəziyyəti pis olduğu üçün qayatara bilməmişdir. İlfana özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməmiş, «GM constakşn» şirkətində daxili təhlükəsizlik xidmətində işlədiyini demişdir. Ola bilsin ki, İlfan yanlış anlamışdır. Zərərçəkmiş şəxs 550 manat pulu, xx.xx.2023-cü il tarixdə, ünvan 4 ünvanında yerləşən “OBA” marketin qarşısında, əlbəəl nağd formada, yalnız ikisinin iştirakı ilə, tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə almışdır. Zərərçəkmiş şəxs aldadaraq pul almış, onun etibarından sui-istifadə etmiş, pulu özü xərcləmək üçün özündə saxlamış və öz tələbatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs dəymiş zərər tam şəkildə ödənilmişdir. Əməlindən səmimi peşmandır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədə olarkən tanışları vasitəsilə tanımış və münasibəti yaranmışdır. 2023-cü ilin sentyabr ayında söhbət əsnasında Aqil ona demişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşıdır. Həmçinin ona təklif etmişdir ki, həmin qurumda mühafizəçi kimi onu da işə düzəldə bilər. O da böyük həvəslə bu barədə Təqsirləndirilən şəxs ilə danışmağa başlamışdir. Təqsirləndirilən şəxs ona demişdir ki, ilkin sənədləşmə işlərinin aparılması üçün ödəniş edilməlidir. Şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının surətini və 3x4 formatında fotoşəkilini Təqsirləndirilən şəxs ondan istəmiş, o da 2023-cü ilin sentyabr ayında həmin sənədləri və şəkli Aqilə vermişdir. Aqil ona zəng edərək 550 manat pul lazım olduğunu, həmin pulu işin düzəlməsi üçün kiməsə verəcəyini demiş, o da bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxslə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 1 ünvanında yerləşən “OBA” marketin qarşısında görüşərək əlbəəl nağd formada 550 manat pulu Aqilə vermişdir. Aqil pulu ondan aldıqdan sonra demişdir ki, onunla əlaqə saxlayacaq və işin gedişatı barədə məlumat verəcəkdir. Sonra sağollaşaraq yaşadığı evə getmişdir. Bundan sonra Aqillə mütəmadi olaraq əlaqə saxlamağa başlamış, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirib onu inandırmağa çalışmışdır ki, yaxın müddətdə işi həllini tapacaqdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs onu aldatmış və zənglərinə cavab verməmişdir. Aqilin ona qarşı dələduzluq etməsini başa düşüb onun barəsində polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu işə düzəldəcəyini vəd etməklə ondan 550 manat pul almış və dələduzluq yolu ilə ələ keçirmişdir. Ona dəymiş ziyanın məbləği 550 manat təşkil edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbi olmadığını bildirmiş, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbulm edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs pulunun müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-1016/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yadulla oğlu xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Zərrəçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 08 saata görə 48 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 114 (bir yüz on dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 08 saata görə 48 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 114 (bir yüz on dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №1(012)-313/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-313/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver