Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-314/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində ‘"polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində ‘'polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 mart 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz evə daxil olub evdən sonuncuya məxsus hər bir topun qiyməti 45 manat olan ümumi 90 manat dəyərində 2 top 2.5-lik elektrik naqilini, hər bir topun qiyməti 55 manat olan ümumi 220 manat dəyərində 4 top elktrik naqilini, hər bir kub metrinin qiyməti 175 manat olan ümumi 350 manat dəyərində 2 kub metr döşəmə taxtasını, 05 mart 2021-ci il tarixdə saat 15 radələrində oğurluq əməlini davam etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5- də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olub oradan hər bir qutunun qiyməti 4 manat olan ünmumi 40 manat dəyərində 10 qutu şurupu, hər bir qutunun qiyməti 7 manat olan ümumi 70 manat dəyərində 10 qutu alçıpan şurupunu, hər bir metrinin qiyməti 1.5 manat olan ümumi 288 manat dəyərində 192 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “U” profıllinin, hər bir metrinin qiyməti 0.9 manat olan ümumi 207 manat dəyərində 230 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “C” profilini, 50 manat dəyərində beton mismarını və 20 manat dəyərində antipas boyasını cəmi 1335 manat dəyərində əmlakını vahid niyyətlə gizli talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 mart 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz evə daxil olub evdən sonuncuya məxsus hər bir topun qiyməti 45 manat olan ümumi 90 manat dəyərində 2 top 2.5-lik elektrik naqilini, hər bir topun qiyməti 55 manat olan ümumi 220 manat dəyərində 4 top elktrik naqilini, hər bir kub metrinin qiyməti 175 manat olan ümumi 350 manat dəyərində 2 kub metr döşəmə taxtasını, 05 mart 2021-ci il tarixdə saat 15 radələrində oğurluq əməlini davam etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu. Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olub oradan hər bir qutunun qiyməti 4 manat olan ünmumi 40 manat dəyərində 10 qutu şurupu, hər bir qutunun qiyməti 7 manat olan ümumi 70 manat dəyərində 10 qutu alçıpan şurupunu, hər bir metrinin qiyməti 1.5 manat olan ümumi 288 manat dəyərində 192 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “U” profillinin. hər bir metrinin qiyməti 0.9 manat olan ümumi 207 manat dəyərində 230 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “C” profilini, 50 manat dəyərində beton mismarını və 20 manat dəyərində antipas boyasını cəmi 1335 manat dəyərində əmlakını vahid niyyətlə gizli talamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Bir ilə yaxındır Elvini tanıyır və bir həyətdə qonşu kimi yaşayırlar. Elvinlə qonşu kimi münasibəti yaxşı olmuş, Elvin Bakı şəhəri, Binəqədi rayonu ərazisində avtomobilini təmir etdirərkən Elvinlə bir neçə dəfə Bakı şəhəri, Binəqədi rayonuna avtomobil təmiri sexinə getmişdir. Bir gün Elvini evlərindən çağıran zaman Elvin onların mənzili ilə qonşu olan mənzili göstərib həmin evdə heç kimin yaşamadığını bildirmişdir. 04.03.2021-ci il tarixdə günorta saatlarında Elvinlə razılaşıb həmin mənzildən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün günorta saatlarında Elvinlə birlikdə qapı açıq olduğu üçün evə daxil olmuşlar. Mənzildə olan 5 bağlama taxtanı evdən oğurlayıb qonşu binada ev təmir etdirən tanımadıqları şəxsə 135 manata satmışlar. Əldə etdikləri pulu Elvinlə aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Səhəri gün, yəni 05.03.2021-ci il tarixdə günorta saatlarında yenə Elvinlə əvvəl oğurluq etdikləri mənzilə getmiş və həmin gün mənzildən alçipan dəmir, topa elektrik naqilini və 10 qutu şrupu oğurlayıb onların yaşadıqları bina ilə üzbəüz binada ev təmiri ilə məşğul olan şəxsə 198 manata satmışlar. Əldə etdikləri pulu Elvinlə aralarında bölmüşlər. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Bir il olar Təqsirləndirilən şəxs1 tanıyır, Əli onunla qonşuluqda yaşayır. Qonşu kimi münasibətləri yaxşı olmuşdur. Günlərin birində Əli ilə onun mənzili ilə qonşu olan yaşayış olmayan mənzildən oğurluq etmək barədə razılığa gəlmişlər. 04.03.2021-ci il tarixdə günorta saatlarında Əli ilə birlikdə həmin mənzilin kilidi olmayan qapısını açıb daxil olmuş və mənzildə olan beş bağlama taxtanı evdən oğurlayıb, qonşu binada ev təmir etdirən tanımadıqları şəxsə 135 manata satmışlar. Əldə etdikləri pulu Əli ilə aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Səhəri gün, yəni 05.03.2021-ci il tarixdə günorta saatlarında yenə Əli ilə qalan əşyaları da oğurlamaq üçün əvvəl oğurluq etdikləri mənzilə getmiş və mənzildən alçipan, dəmir, dörd topa elektrik naqilini və on qutu şrupu oğurlayıb onun yaşadığı bina ilə üzbə-üz binada ev təmir etdirən şəxsə 198 manata satmışlar. Əldə etdikləri pulu Əli ilə aralarında bölmüşlər və şəxsi ehtiyacları üçün xərcləmişlər. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Şamaxı şəhəri, 25A məhəlləsində yerləşən fərdi evdə yaşayır. O, 2017-ci ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus bina 2-də yerləşən 5 saylı mənzili almış, mənzil təmirsiz olmaqla ümumi sahəsi 105.6 kvadrat metrdən ibarətdir. Həmin vaxtdan mənzili təmir etdirməsə də, hərdən gəlib həmin mənzilə baş çəkmiş, təmir üçün hissə-hissə tikinti materiallarını alıb evə yığmış, mənzilin dəmir qapısını kilidlə bağlamışdır. 15.01.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə mənzilə gəlib baş çəkərkən hər şey qaydasında olmuşdur. 09.03.2021-ci il tarixdə binaya qaz çəkilişi ilə bağlı maraqlanmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən evinə gəlmiş və həmin vaxt mənzilin giriş qapısının kilidinin qırıldığını və qapının açıq olduğunu görüb mənzilə daxil olmuş və həmin vaxtı mənzildə alıb yığdığı tikinti materiallarından 90 manat dəyərində 2 top 2,5-lik elektrik naqilinin, 4 top hər bir 55 manat olan 220 manat dəyərində elektrik naqilinin, 350 manat dəyərində 2 kub metr döşəmə taxtasının, 10 qutu ümumi 40 manat dəyərində şrupun, 10 qutu ümumi dəyəri 70 manat olan alçıpan şrupunun, 192 metr uzunluğunda 288 manat dəyərində alçipan döşəməsi üçün Uu profili”, 230 metr uzunluğunda 207 manat dəyərində “c profilinin", 50 manat dəyərində beton mismarının və 20 manat dəyərində antipas boyasının oğurlandığını aşkar etmişdir. O, bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə evinin yerləşdiyi binanın müşahidə kamerasına baxdıqda mənzilindən oğurluq edən iki nəfər şəxsin onun mənzili ilə qonşu olan mənzillərdə yaşayan şəxslər olduqları məlum olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş üzrə Şahid1 məhkəməyə ünvanladığı ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Şamaxı şəhəri, 25A məhəlləsində yerləşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu. Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllədə yerləşən fərdi yaşayış evindən 1335 manat dəyərində tikinti materiallarının oğurlanmasını bildirmiş, bununla bağlı idarə rəisi həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə göstəriş vermişdir. Bununla bağlı o, əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamış, keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri. Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllədə yerləşən fərdi evindən 1335 manat dəyərində tikinti materiallarını oğurlayan şəxsin xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1990-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Kürdəmir rayonu, Kürdəmir şəhəri, Seyidəzim Şirvani küçəsi ev 17-də qeydiyyatda olan, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuş və həmin şəxslər 09.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuş, idarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişlər ki, “04 mart 2021 -ci il tarixdə saat 14 radələrində və 05 mart 2021 -ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllədə yerlşənən fərdi evindən 2 top 2.5-lik elektrik naqilini, 4 top elktrik naqilini, 2 kub metr döşəmə taxtasını, 10 qutu şurupu, 10 qutu alçıpan şurupunu, 192 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “U” profıllinin, 230 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “C" profilini, beton mismarını və antipas boyasını gizli tayaraq oğurlamışlar". Bununla bağlı tərəfindən rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu. Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi. 26-ci məhəllədə yerləşən fərdi evdə yaşayır. O, yaşadığı küçədə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə tikinti materialları mağazası işlədir. Təqsirləndirilən şəxs1 tanıyır, Əli onun yaşadığı küçədə yaşayır. Əli arada bir onun mağazasından gəlib tikinti materialları almışdır. 07 mart 2021 -ci il tarixdə təxminən saat 12 radələrində Əli onun işlətdiyi mağazaya gəlmiş və ondan əvvəllər aldığı alçipan profillərindən artıq qaldığını və geri qaytarmaq istədiyini bildirmiş, o da həmin profillərdən nə qədər qaldığını soruşduqda Əli 4*C" şəkilli profildən 15 metr qaldığını, “U” şəkilli profildən isə 6 metr qaldığını ona bildirmişdir. O da hesablamış və həmin profillərə görə 13 manat geri qaytara biləcəyini demişdir. Əli də onunla razılaşmış və həmin profilləri gətirib mağazaya qoyaraq 13 manat pulu ondan alaraq getmişdir. O da həmin profilləri daha sonra başqa müştəriyə satmışdır. O, indi isə Əlinin həmin profilləri başqa yerdən oğurlayaraq ona satdığını bilmiş, halbuki Əlinin həmin profilləri əvvəllər ondan aldığını deyərək onu da aldatmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 mart 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz evə daxil olub evdən sonuncuya məxsus hər bir topun qiyməti 45 manat olan ümumi 90 manat dəyərində 2 top 2.5-lik elektrik naqilini, hər bir topun qiyməti 55 manat olan ümumi 220 manat dəyərində 4 top elktrik naqilini, hər bir kub metrinin qiyməti 175 manat olan ümumi 350 manat dəyərində 2 kub metr döşəmə taxtasını, 05 mart 2021-ci il tarixdə saat 15 radələrində oğurluq əməlini davam etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5- də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olub oradan hər bir qutunun qiyməti 4 manat olan ünmumi 40 manat dəyərində 10 qutu şurupu, hər bir qutunun qiyməti 7 manat olan ümumi 70 manat dəyərində 10 qutu alçıpan şurupunu, hər bir metrinin qiyməti 1.5 manat olan ümumi 288 manat dəyərində 192 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “U” profıllinin, hər bir metrinin qiyməti 0.9 manat olan ümumi 207 manat dəyərində 230 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “C” profilini, 50 manat dəyərində beton mismarını və 20 manat dəyərində antipas boyasını cəmi 1335 manat dəyərində əmlakını vahid niyyətlə gizli talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 mart 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz evə daxil olub evdən sonuncuya məxsus hər bir topun qiyməti 45 manat olan ümumi 90 manat dəyərində 2 top 2.5-lik elektrik naqilini, hər bir topun qiyməti 55 manat olan ümumi 220 manat dəyərində 4 top elktrik naqilini, hər bir kub metrinin qiyməti 175 manat olan ümumi 350 manat dəyərində 2 kub metr döşəmə taxtasını, 05 mart 2021-ci il tarixdə saat 15 radələrində oğurluq əməlini davam etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu. Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 26-ci məhəllə, bina 2, mənzil 5-də yerləşən evin qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olub oradan hər bir qutunun qiyməti 4 manat olan ünmumi 40 manat dəyərində 10 qutu şurupu, hər bir qutunun qiyməti 7 manat olan ümumi 70 manat dəyərində 10 qutu alçıpan şurupunu, hər bir metrinin qiyməti 1.5 manat olan ümumi 288 manat dəyərində 192 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “U” profillinin. hər bir metrinin qiyməti 0.9 manat olan ümumi 207 manat dəyərində 230 metr uzunluğunda alçipan üçün nəzərdə tutulmuş “C” profilini, 50 manat dəyərində beton mismarını və 20 manat dəyərində antipas boyasını cəmi 1335 manat dəyərində əmlakını vahid niyyətlə gizli talamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətmələri özlərinin etirafları ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" 12-MƏRTƏBƏ”-yə məxsus 11 saylı binanın 10B saylı mənzilində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan 16.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı- 04.03.2010-cu il təvəllüdlü X3 və 27.05.2011-ci il təvəllüdlü X2 adlı uşaqları var. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanı tərəfindən 11.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdırı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" 12-MƏRTƏBƏ”-yə məxsus 2 saylı binanın 6 nömrəli mənzilində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan 16.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı- 23.10.2017-ci il təvəllüdlü X4 adlı uşağı var. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09.03.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, və ibtidai istintaq orqanı tərəfindən 11.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Rasim oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx)manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Rasim oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-314/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-314/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver