Məhkəmə qərarları › İş №1(012)-314/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-314/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-314/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1982-cu ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri,Səbail rayonu İstiqlaliyyət küçəsi ev 23 mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs , satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq, daşımışdır. Belə ki, o, 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 13,497 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış,06 fevral 2022ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində tanışı Şahid1 idarə etdiyi Chanqan Edo markalı 99LU 837 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyi zaman Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş və avtomobilə keçirilən baxış zamanı oturduğu oturacağın böyür tərəfində gizlətdiyi həmin 13,497 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dolanmaq məqsədi ilə Sabunçu rayonu ərazisində «Bit» bazarı adlanan yerə gedib köhnə gümüş və sair əşyaları ucuz alıb satmaqla məşquldur. 06 fevral 2022-ci il tarixdə səhər tezdən maşını olan tanışı Şahid1 it söz verdiyi üçün ondan iti ona verməmişdən əvvəl bəzi əşyalar almaq üçün onu Sabunçu bazarına aparmasını xahiş etmişdir. Ramil razılaşıb onu Sabunçu rayonunda yerləşən bazara aparmış, orada müxtəlif əşyalar aldıqdan sonra Ramilin idarə etdiyi maşınla babasından qalmış Goradil bağlar massivində yerləşən bağ sahəsinə getmişlər. Orada evi olmasa da it damı var və it damında saxladığı iti götürmüş və saat 20 radələrində maşına qoyaraq yola düşmüşlər. Ramil Mehdiabad qəsəbəsinə gedəndə onun hara sürdüyünü soruşmuş, Ramil bir tanışı ilə görüşmək istədiyini demiş, hansısa tanımadığı evin yaxınlığında saxlamış, bu zaman tanımadığı şəxslər onlara yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək nə məqsədlə orada dayandıqlarına görə sorğu sual etməyə başlamışlar. Daha sonra onlardan şübhələndiklərini bildirib hər ikisini Mehdiabad polis bölməsinə aparmışlar. O polislər onlara tərəf yaxınlaşanda üstündə olan marixuananı oturduğu oturacağın yanında gizlətdiyini bildirmiş, bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, hər hansı bir qeyri qanuni əşya aşkar edilməmiş, daha sonra maşına baxış keçiriləndə onun sərnişin tərəfdə oturduğu oturacağın böyür tərəfində gizlətdiyi marixuana aşkar edilmişdir. Daha sonra həmin marixuana boş zərfə qoyulmuş və möhürlənmişdir. Sonra müvafiq protokol tərtib edilmiş və o həmin protokola imza etmişdir. Narkotik vasitədən özü istifadə edirdi, kiməsə satmaq və ya vermək fikri olmamışdır.Həmin narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda tapmışdır.Arada bir istifadə etdiyi üçün cibinə qoymuş və 3-4 gün cibində saxlamışdır. Sonda o, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Onun ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsindən görünür ki, o, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 fevral 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Mehdiabad polis bölməsinin sahə rəisi Şahid3lə birlikdə ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı xidmət apardığı zaman Fatmayı qəsəbəsində yol kənarında «Changan Edo» markalı 99LU837 dövlət qeydiyyat nişanlı avtomobili dayanmış vəziyyətdə olduğunu görüb maşına tərəf yaxınlaşmış və içərisində iki nəfər olduğunu görmüşlər. Sürücü və sərnişin tərəfdə oturanlarla söhbət etmək istədikdə sərnişin tərəfdə oturan şəxsin özünü şübhəli apardığını görmüş, bu məqsədlə həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onları Mehdiabad polis bölməsinə gətirmişlər.Polis bölməsinə gətirildikdən sonra sərnişin tərəfdə oturan Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs bildirmiş ki, onları görən kimi oturduğu tərəfdə özünə məxsus narkotik vasitə marixuna qorxub gizlətmişdir. Bundan sonra tərəfindən tərtib olunmuş raport əsasında təhqiqatçı sərnişin tərəfdə oturmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamış lakin dediyi avtomobilə baxış keçiriləndə sərnişinin oturduğu oturacağın yan tərəfində Orxan tərəfindən gizlədilmiş narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq götürülmüş marixuana qablaşdırılaraq polis bölməsinin möhürü ilə möhürlənmişdir. Bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Onun ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi və məhkəmə baxışında elan olunub tədqiq edilən ifadəsindən görünür ki, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. 06 fevral 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə baş vermiş oğurluq hadisələri ilə bağlı xidməti ərazidə xidmət apardığı zaman Fatmayı qəsəbəsində yol kənarında dayanmış «Changan Edo» markalı 99LU837 dövlət qeydiyyat nişanlı avtomobili dayanmış vəziyyətdə olduğunu görüb maşına tərəf yaxınlaşmışlar.O və Aftandil görmüş ki, maşının içində iki nəfər oturub. Sürücü və sərnişin tərəfdə oturanlarla söhbət etmək istədikdə sərnişin tərəfdə oturan şəxsin özünü şübhəli apardığını görmüş,buna görə həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün hər ikisini Mehdiabad polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra sərnişin tərəfdə oturan Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs bildirmiş ki,onları görən kimi qorxub oturduğu tərəfdə özünə məxsus narkotik vasitə marixuna gizlətmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi raport əsasında təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanmış,araşdırma zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, heç bir qanunsuz əşya aşkar olunmamış, lakin oturduğu avtomobilə baxış keçiriləndə oturduğu sərnişin oturacağın yan tərəfində Orxan tərəfindən gizlədilmiş narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür.Aşkar olunaraq götürülmüş marixuana qablaşdırılaraq polis bölməsinin möhürü ilə möhürlənmişdir. Daha sonra təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında elan olunub tədqiq edilən Şahid1 ifadəsindən görünür ki, 5 ay əvvəl «Changan Edo» markalı 99LU837 dövlət qeydiyyat nişanlı avtomobil alıb taksi kimi istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır,onunla normal münasibətim olmuş. 2022-ci ilin fevral ayının əvvəlində Orxanla söhbət əsnasında ona məlum oldu ki, Orxanın bağında Xaski cinsli iti var,ona baxa bilmir, çox xərc ararır və o Orxandan xahiş etmiş ki, iti ona bağışlasın. Orxan razılaşmış və demiş ki,yaxın günlərdə həmin itin dalınca birlikdə gedib bağından götürərlər. Orxanın maşını olmadığı üçün razılaşmışlar ki,06 fevral 2022-ci il tarixdə bir yerdə getsinlər. Səhər tezdən Orxanı götürmüş və Bakı şəhəri Sabunçu rayonunda yerləşən «Bit» bazarı adlanan yerə getmişlər. Orxan düşüb oradan müxtəlif məişət əşyaları almış və maşının baqajına qoymuşdur.Oradan Orxanın göstərdiyi Goradildə yerləşən bağ sahəsinə sürmüşdür.Bağda it damında saxlanılan «Xaski» cinsli iti götürüb maşına arxa oturacağa yerləşdirmiş və Fatmayı kəndinə sürmüş, Orxan hara sürdüyünü soruşanda demiş ki,bir nəfər Səxavət adlı şəxsə uşaq paltarları verməlidir. Səxavət qəbirstanlığm yaxınlığında qaldığı üçün rəhmətlik dayısının qəbirüstü daşının təmiz saxlanması üçün orada tanış fəhlə axtaran vaxtı təxminən bir il əvvəl Səxavətlə tanış olmuş və onunla görüşüb razılaşmış ki,ara sıra qəbirüstü daşa nəzarət etsin.Səxavət də razılaşmışdır.Kasıb adam olduğu üçün evdə və tanışlarında köhnə paltarlar olanda ona verirmiş.Belə ki,həmin gün də maşının baqajında köhnə paltarları ona vermək istəyirmiş, lakin bir həftə ərzində Səxavətə nə qədər zəng vurmağına baxmayaraq o telefonu götürməmiş ona görə də qərara gəlmiş ki,onun evinə getsin. Evin qapısını atası açaraq oğlu Səxavətin tutulduğunu demişdir.Bundan sonra maşına oturmuş,bu zaman yanlarına özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşmış və nə üçün orada durduqlarını soruşmuş,sonra şübhələndiklərini deyib onlardan biri maşınına əyləşmiş və birlikdə Mehdiabad polis bölməsinə getmişlər.PB-nə gedəndə Orxan etiraf etmiş ki,maşında onun oturduğu oturacağın böyür tərəfində özünə məxsus narkotik vasitə marixuananı polisi görən kimi cibindən çıxarıb gizlətmişdir.Bundan sonra araşdırma aparılmış və həmin marixuana maşından onun oturduğu tərəfdə aşkar edilmişdir. Orxanın maşında marixuananı gizlədən zaman görməmiş,habelə marixuanadan istifadə etməsi barədə də xəbərim olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 7 fevral 2022-ci il tarixli 7/114 nömrəli məhkəmə-kimyəvi ekspert rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 13,497 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan DİN B ƏSİİ-dən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1 -ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22.11.2013-cü il tarixli hökmü ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 21 avqust 2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri lə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 13,947 qram olan narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs götürülməsi barədə təqdim edilmiş bir ədəd video çəkiliş görüntüləri olan disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 12ci bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu və təyin olunan cəzanın ailəsinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 08 fevral 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, o, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2022-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 mart 2022-ci il tarixli 1093 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya,intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan0 ümumi çəkisi 13,477 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs X2 üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ( on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 10.06.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi 13,477 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar