Məhkəmə qərarları › İş №1(012)-314/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-314/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-314/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2002-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, C.Novruz küçəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, C.Novruz küçəsi yeni məhəllədə yerləşən evlərinin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə küçəyə zibil tulladığına görə aralarında məişət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurmaqla gözündə olan eynəyini qırıb sonuncuya sağ gözaltı nahiyənin sağ alt göz qapağına keçən və burun nahiyəsinin kəsilmiş yaraları xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, C.Novruz küçəsində fərdi evdə nənəsi Şahid və qardaşım Cəlalla birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onlar hazırda yaşadıqları evə təxminən 1 ilə yaxındır ki, köçmüşlər. 07 iyun 2023-cü il tarixdə saat 19 radələrində nənəsi ilə o, evdə olarkən Rövşən onların qapısını döyüb, evlərinin qarşısındakı boş sahədəki içki qablarını ora onun atıb atmadığını soruşmuş, o isə atmadığını bildirdikdə Rövşən təkidlə onun tərəfindən atıldığını demiş və səsini yüksəltmişdir, Rövşənə sakit danışmasını tələb etmiş və həmin vaxt aralarında sözlü mübahisə yaranmış, səs-küyə nənədi Tahirə evdən çölə çıxmış, Rövşən nənəsini görüb daha da sərt sözlər işlədib onu təhqir etmiş, onu maşının arxasına bağlıyıb sürüyəcəyini demiş, o, həmin vaxt bu sözdən əsəbləşib Zərərçəkmiş şəxs sifətindən yumruqla vurmuşdur. Rövşənin gözündəki eynəyi qırılmış, bundan sonra Rövşən oradan çıxıb getmişdir. Həmin gün gecə polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etdikdə ona məlum olmuşdur ki, Rövşən onun barəsində polisə şikayət etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Xırdalan şəhəri C.Novruz küçəsində fərdi evdə ailəsi ilə birlikdə yaşayıram. Əvvəllər Bakı şəhəri 188 saylı orta məktəbdə riyaziyyat fənni üzrə müəlim işləmişdir. 06 iyun 2023-cü il tarixdə qonşuluqdakı evə yeni köçmüş sakinlər məişət tullantılarını evin qabağına atdığını görmüş. 07 iyun 2023-cü il tarixdə səhər saatlarında məişət tullantılarını nəzərdə tutulmuş yerə atmamalarını demək üçün həmin yeni köçmüş qonşugilə getmişdir, lakin qapını açan olmamışdır. 07 iyun 2023-cü il tarixdə saat 19 radələrində yenidən qonşunun qapısını döymüş və qapını uşaq açdığı üçün böyüklərdən kimisə çağırmasını söyləmiş. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs qapıya gəlmiş həmin vaxt oğlu 2009-cu il təvəllüdlü Kamrana həmin zibillənmiş ərazini təmizləməyi tapşırdığı üçün Kamran qonşunun evinin qarşısındakı ərazidə olmuşdur. O, Nəbiyə məişət tullantılarının küçəyə atılmasına görə iradını bildirdikdə Nəbi onunla kobud formada danışmış və həmin vaxt Nəbinin nənəsi Tahirə onlara yaxınlaşmışdır. Nəbinin onu düzgün başa düşmədiyini, atası yaşında olan onunla kobud danışdığını görüb nənəsi Tahirəyə də iradlarını bildirmiş və Tahirə Nəbini tənbeh edəcəyini, özünün hər şeyi qaydasına qoyacağını bildirmişdir. Bu zaman Nəbi nənəsinin və oğlum Kamranın yanında gözləmədiyi anda yumruqla onun sifət nahiyəsinə 1 dəfə zərbə vurduğu üçün o, sağ göz və burun nahiyəsindən xəsarət almış, habelə zərbənin təsirindən gözündəki eynəyin şüşəsinin sınması nəticəsində şüşə qırıntıları burun və göz nahiyəsində kəsilmiş yaralar yaratmışdır. Nəbi ona gözləmədiyim anda xəsarət yetirdiyi üçün mən oradan uzaqlaşmış və üzü qanadığından qanı silmək üçün evinə getmişdir. Bu vaxt Nəbinin nənəsi Tahirə onun arxasınca gəlib, polisə şikayət etməməsini xahiş etmişdir. Xəsarəti ilə bağlı Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş. Bundan sonra o Nəbi barəsində 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Rövşən oğlu onun nəvəsidir. Zərərçəkmiş şəxs onların qonşusudur. Onlar hazırda yaşadıqları evə təxminən 1 ilə yaxındır ki, köçmüşlər. Rövşənlə əvvəllər heç bir ədavətiləri olmamışdır. 07 iyun 2023cü il tarixdə saat 19 radələrində Rövşən onların qapısını bərkdən döyüb, Nəbini çağırmış, bir qədər sonra Rövşənlə Nəbinin sözlü mübahisə etdiyini eşidib o da qapıdan çölə çıxmışıdır. O, çölə çıxdıqda Rövşənin sərt sözlər işlədib Nəbini danladığını görmüş Rövşən Nəbiyə onu maşının arxasına bağlıyıb sürüyəcəyini demiş bu vaxt Nəbi bu sözdən əsəbləşib Zərərçəkmiş şəxs sifətindən yumruqla vurmuşdur. Rövşənin gözündəki eynəyi qırılmış, sonra Rövşən oradan getmişdir. Həmin gün gecə polis əməkdaşları Nəbini Abşeron rayon polis idarəsinə dəvət etdikdə ona məlum olmuşdur ki, Rövşən polisə şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 1134 №-li tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin sağ alt göz qapağına keçən və burun nahiyəsinin kəsilmiş yaraları iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və müayinə olunan şəxsin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı eynəyin sınmış şüşə parçalarının kəsməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il traixli T689 nömrəli təkrar tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində alt göz qapağınının və burun nahiyəsinin kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər iti uclu və ya kənarlı əşyalnın (alətin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, şüşə parçası ilə kəsilmə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb eolunmaməşdər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar