Məhkəmə qərarları › İş №1(012)-315/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-315/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-315/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçiiştirakı ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıtşəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə saat 11 radələrində idarə etdiyi, Hökməli qəsəbəsi- Bakı şəhəri, Memar Əcəmi metrostansiyası marşrut xətti üzrə işləyən 156 saylı, “xxxxxxxxxxxx” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsindəki “Nur” marketin qarşısındakı dayanacaqda saxladığı yerdən hərəkətə gətirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi avtobusu hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı, hərəkətə başlama zamanı təhlükəsiz manevr etməklə digər hərəkət iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyərək, idarə etdiyi avtobusla həmin vaxtı yolu sağdan sola keçən piyada, 1941-ci il təvəllüdlü, X4 vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X3qapalı kəllə beyin travması, baş beyin qişaları altına və beyin toxumasına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, hər iki ağciyərin cırılması, hər iki qabırğaların qapalı yerdəyişmiş sınıqları, sağ mil-bilək və sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, alın nahiyəsinin sol yarısını, sol gicgah və sol almacıq nahiyələrini əhatə edən sahənin, sağ saidin orta 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, sağ budun aşağı 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ъi maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, , təxminən 21 ildir ki, avtobus sürücüsü işləyir. Əvvələr “xxxxxxxx” MMC, sonralar isə “xxxxx” MMC adlanan şirkətə məxsus “İsuzu Ecobus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusla 4 ay olar ki, Abşeron rayonu Müşviqabad qəsəbəsindən-Sədərək ticarət mərkəzinə gedən 557 saylı marşrut xəttu üzrə sərnişin daşıyıb pul qazanır. Hər gün səhər saat 06:00-dan saat 19:00-dək işdə olub, avtobusu Sumqayıt şəhərindəki qarajda saxalayıb evə gedir. xx.xx.2019-cu il tarixdə də həmişəki kimi avtobusu qarajdan götürüb işə başlamaq istəyəndən MMC-nin kalon rəisi Ramazan ona bir gün müddətinə Hökməli qəsəbəsindən Bakı şəhəri Memar Əcəmi metrostansıyasına gedən 156 saylı marşrut xətti üzrə işləyib, sərnişin daşımasını tapşırmış, bundan sonra o da idarə etdiyi avtobusla həmin marşrut xətti üzrə sərnişin daşımağa başlamışdır. Həmin günü saat təxminən 10:45 radələrində idarə etdiyi avtobusla Hökməli qəsəbəsindəki axırıncı dayanacağa təxminən bir kilometr qalmış sərnişinləri düşürmək üçün qəsəbənin içərisindəki yolda avtobusu saxlamış, həmin vaxtı avtobusda olan 6-7 nəfər sərnişindən ikisi yerə düşmüş, onlardan biri kişi, digəri isə əllərində 2 ədəd zənbil olan yaşlı qadın olmuşdur. Onlar avtobusdan düşən kimi o, dərhal axırıncı dayanacaq istiqamətində hərəkətə başlamış, təxminən 1 metr hərəkət etdikdən sonra avtobusun qabaq tərəfində şüşə balonun sınması səsi eşidib, tez avtobusun əyləcini basıb dayandırmış, bu zaman yaxınlıqdakı mağazanın qarşısında olan tanımadığı şəxslər onun avtobusuna tərəf qaçaraq, ona avtobusun altında adam qaldığını bildirib, avtobusu azaçıq arxaya sürməsini söyləmişlər. O da avtobusu azca arxaya verib saxlamış və tez yerə düşüb avtobusun altına baxmış, bu zaman az əvvəl idarə etdiyi avtobusdan düşən qadın sərnişinin avtobusun altında qalıb xəsarət aldığını və huşsuz halda olduğunu görüb, yanında olan tanımadığı adamlarla birlikdə onu tez avtobusa qoyaraq Bakı şəhəri Respublika xəstəxanasına aparmış, xəsarət almış həmin qadın yolda olarkən vəfat etmiş, həmin vaxtı avtobusda olan cavan oğlan da qadının onun nənəsi X8 olduğunu söyləmişdir. Hadisə zamanı idarə etdiyi avtobusda 5 nəfər tanımadığı sərnişin olmuş, o, avtobusu ayıq vəziyyətdə idarə etmiş, avtobus saz vəziyyətdə olmuş, Gülcahan Məmmədovanın avtobusdan düşdükdən sonra avtobusun qarşısına keçdiyini görməmiş, həmin hadisə onun hərəkətə başlayarkən yola yetərincə diqqət yetirməməsi səbəbindən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki,Abşeron rayonu, Hökməli qəsəbəsi Nizami küçəsi 9 saylı evdə mərhum anası X5 ilə eyni evdə yaşamışdır. X15 2002-ci ildə vəfat etmişdir. Anası Gülcahanın 79 yaşı olsa da sonuncu həftədə 2 dəfə yaşadıqları qəsəbə sakinlərindən aldığı süd məhsullarını avtobusla Bakı şəhərinə aparıb orada satmaqla pul qazanmışdır. xx xxxxxx 2019-cu il tarixdə də anası Gülcahan həmişəki kimi aldığı qatıq və südləri zənbillərə doldurub, saat 07:30 radələrində avtobusla Bakı şəhərinə aparmışdır. Həmin günü saat təxminən 11 radələrində o, yaşadıqları evin həyətində olduğu vaxtı qəsəbə sakinlərindən tanımadığı bir azyaşlı uşaq onun yanına gəlib anası Gülcahanı qəsəbədəki “Nur” marketin qabağında avtobus vurduğunu söyləmiş, o da bu xəbəri eşidən kimi dərhal həmin yerə getmiş, lakin orada olan qəsəbə sakinləri anasını vuran 156 saylı marşrut avtobusun sürücüsünün hadisədən dərhal sonra onu avtobusla Bakı şəhərinə xəstəxanaya apardığını söyləmişlər. Bir neçə dəqiqədən sonra Bakı şəhəri Respublika xəstəxanasından ona zəng edib anası Gülcahanın xəstəxanaya aparılarkən yolda öldüyünü bildirmişlər. O, hadisənin necə baş verdiyini görməmiş, amma sonradan eşitdiyinə görə anası Gülcahan Bakıdan evlərinə qayıdığı vaxt “Nur” marketin qarşısında avtobusdan düşüb, həmin avtobusun qarşısından yolu əks tərəfə keçəmək istəyərkən sürücü Təqsirləndirilən şəxs onu görmədiyi üçün avtobusu dayandığı yerdən hərəkətə gətirdiyi zaman anasını vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, Sumqayıt şəhərində yerləşən “xxxxxxxx” MMC-nin üzvüdür. Həmin MMC-nin digər üzvüləri kimi o da 2014-cü ilin avqust ayında lizinq yolu ilə bir ədəd “xxxxxxxxxxxx” markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtobus alıb, həmin MMC-nin Sumqayıt şəhərində fəaliyyət göstərən marşrut xəttində sərnişin daşınmasına başlamış, özü xəstə olduğu üçün avtobusunu idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermiş və əldə olunan gəlirdən həm avtobusun aylıq lizinq ödənişini etmişdir. Yalçın da hər gün səhər saat 06:00-dan saat 19:00-dək işdə olub, axşam avtobusu Sumqayıt şəhərindəki qarajda saxalamışdır. xx.xx.2019-cu il tarixdə gecə vaxtı Hökməli qəsəbəsindən Bakı şəhəri Memar Əcəmi metrostansıyasına gedən 156 saylı marşrut xətti üzrə dispeçer işləyən tanışı Rahib ona zəng edib, həmin marşrut üzrə işləyən avtobusunun xarab olduğunu bildirmiş və ondan həmin marşrüt xəttində bir gün işləmək üçün avtobusunu verməsini xahiş etmişdir. O da razılaşmış və Yalçına zəng edib, bir günlük həmin marşrut üzrə işləməsini tapşırmışdır. Ertəsi günü saat 11 radələrində qarajda olduğu vaxtı Yalçın ona zəng edib, Hökməli qəsəbəsində hərəkətdə olarkən avtobusla qəsəbə sakini X4 vurduğunu və xəstəxanaya apararkən Gülcahanın yolda öldüyünü söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nizami küçəsi 39 saylı evdə yaşayır. X2 onun nənəsidir, sonuncu hadisədən əvvəl həftədə 2 dəfə yaşadıqları qəsəbdə sakinlərindən aldığı süd məhsullarını avtobusla Bakı şəhərinə aparıb orada satmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21 radələrində nənəsi Gülcahan telefonla ona zəng edib, səhəri günü Bakıya satmaq üçün qatıq-süd aparacağını bildirmiş və geri qayıdanda saat təxminən 11 radələrində yaşadıqları qəsəbədəki “Nur” marketin yanında onu gözləyib avtobusdan düşdükdən sonra əlindəki boş şüşə qablar olan zənbillərini daşımaqda köməklik etməsini xahiş etmiş, o da həmin yerdə gözləyəcəyinə söz vermiş və ertəsi günü saat təxminən 11 radələrində yaşadıqları qəsəbədəki “Nur” marketin qarşısına getmişdir. Həmin yerə təxminən 40 metr qalmış, 156 saylı marşrut avtobusunun Bakıdan gəlib “Nur” marketin qarşısında dayandığını və nənəsi Gülcahanın əllərində şüşə bankalar olan zənbillərlə həmin avtobusdan düşüb, avtobusun qarşısından yolu əks tərəfə, yəni “Nur” marketə tərəf keçmək istədiyini görüb tez ona tərəf getməyə başlamışdır. Həmin yerə 15-20 metr qalmış, nənəsinin avtobusun qarşısından keçərkən əlindəki zənbilərdə olan şüşə balonun yerə düşəcəyindən ehtiyat edib, zənbilləri yerə qoyaraq aşağıya əyilib, ağızını bağlamaq istədiyini, bu zaman avtobusu idarə edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücünün avtobusu hərəkət etdirməyə başladığını və nənəsi Gülcahanı avtobusun qabaq hissəsi ilə vurub avtobusun altına atdığını görüb, sürücüyə qışqıraraq avtobusu saxlamasını tələb etmiş, sürücü avtobusu saxlasa da nənəsi artıq ciddi xəsarət aldığından hüşsuz vəziyyətə olmuş, surücü də bunu görüb onunla birlikdə nənəsini avtobusa qoyub Bakı şəhərindəki xəstəxanaya aparmaq üçün hərəkətə başlamış, lakin xəstəxanaya çatmamış nənəsi Gülcahan yolda vəfat etmiş, bundan sonra o, sürücü ilə birlikdə nənəsnin meyitini Bakı şəhəri Respublika xəstəxanasına təhvil verib yaşadığı qəsəbəyə qayıtmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 97 saylı rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin qişaları altına və beyin toxumasına qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, hər iki ağciyərin cırılması, hər iki qabırğaların qapalı yerdəyişmiş sınıqları, sağ mil-bilək və sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, alın nahiyəsinin sol yarısını, sol gicgah və sol almacıq nahiyələrini əhatə edən sahənin, sağ saidin orta 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, sağ budun aşağı 1/3-nin iç səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə piyadanın hərəkətdə olan avtomobilin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümimilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş-beyinin yumşaq qqışasına diffuz qansızmalar və sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı fonunda hər iki ağ ciyərin cırılması ilə müşayiət olunan travmatik şok olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə görə ölüm onun meyitinin meyitxanadakı müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 904 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İsuzu markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1975-cı ildə Sumqayıt şəhərindəanadan olmuş, Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən “BCD” kateqoriyalı, AC-215046 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2019-cu il tarixli 2/9283 saylı «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 14:10-da ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Bakı Qarnizonu Hərbi Tribunalının hökmünə əsəsən Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hissəsi, 213-cü maddəsinin 2-ci hissəsi, 215, 241-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 08 ay, 17 gün vaxtından əvvəl şərti olaraq həbsdən azad olunmuşdur. Məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, yaşını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 90 (doxsan)manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X6 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 55 saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat, məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.. İş üzrə 90 (doxsan) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X6 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 55 saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat, məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar