Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-315/2025 08.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2024-cü il tarixdə saat 02 radələrində X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə, evin pəncərəsini gərib açaraq pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin dəhlizində yerləşən paltar dolabından 2400 manat pulu, 01 ədəd 50 manat dəyərində “İphone 5S” markalı mobil telefonu, 01 ədəd 400 manat dəyərində “Samsung A52” markalı mobil telefonu, 01 ədəd 50 manat dəyərində “HTC” markalı mobil telefonu, 01 ədəd 500 manat dəyərində “Samsung” markalı tableti, hər biri 3500 manat olmaqla ümumilikdə 7000 manat dəyərində 02 ədəd brilyant qaşlı qızıl üzükləri, 01 ədəd 1200 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 1300 manat dəyərində qızıl qolbağı, 01 cüt 400 manat dəyərində qızıl sırğanı, 01 ədəd 400 manat dəyərində üzərində “B” hərfi şəkilli qızıl boyunbağı kulonu və 01 ədəd təxminən 1000 manat dəyərində qızıl saatı gizli olaraq talayıb zərərçəkmiş şəxs Alcan Laləyə 14.700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə 20 mart 2024-cü il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində taksi kimi xidmət göstərən zaman avtomobilinin pulunu ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Elə bu məqsədlə R.Talıbov küçəsində olan zaman həmin evlərdən biri diqqətini çəkmişdir. Belə ki, həmin evin işıqları sönülü olduğundan və çöl işığının səhər tezdəndən yanılı vəziyyətdə olduğunu gördüyündən başa düşmüşdür ki, evdə heç kim yoxdur. Belə ki, 19 mart 2024-cü il tarixdə səhər saatlarında da o, oradan keçəndə fərdi yaşayış evinin çölündəki işıqların yanılı olduğunu görmüşdür. Bundan sonra o, evin hasarım aşaraq həyətə daxil olmuşdur. Daha sonra isə avtomobildən özü ilə birlikdə gətirdiyi vintaçanla plastik pəncərəni gərib açmışdır. Daha sonra evə daxil olaraq ətraflı baxış keçirmişdir. Həmin vaxt dəhlizdə olan paltar şkafını açmış və orada olan paketin içərisində qızıl zinyət əşyalarına oxşar əşyalar görmüşdür. Bundan sonra evin yataq otağına keçmiş və orada olan termonun siyirmələrin açıb içərisinə baxmışdır. Orada olan siyirtmələrdən birində da qızıl zinyat əşyalarına oxşar aşyalar tapmışdır. Daha sonra evdən bir ədəd paket taparaq tapdığı həmin əşyaları bir paketə yığmış və dərhal evdən çıxaraq avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Təxminən 7-8 kilometr uzaqlaşdıqdan sonra avtomobili saxlayıb paketin içərisindəki əşyalara baxmışdır. Həmin vaxt müəyyən etmişdir ki, ələ keçirdiyi əşyaların heç biri qızıl və ya gümüş deyil, bujiteriyadır. O, həmin əşyaların dəyərsiz olduğunu başa düşmüş və dərhal geri qayıdaraq həmin evin qarşısına gəlib paketi evin həyətinə doğru tullamışdır. Daha sonra isə oradan uzaqlaşıb getmişdir. O, həmin evdən hər hansı əşya oğurlamamışdır. Xəstə anasının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, 18 mart 2024cü il tarixdə yaşadığı evdən çıxaraq getmişdir. Həmin günün sabahı, yəni 19 mart 2024-cü il tarixdə saat 15:30 radələrində o, evdə saxladığı pişiyə yemək vermək üçün evə gəlmiş və saat 15:50 radələrində evi tərk etmişdir. Həmin vaxt evdə qeyri adi hadisə baş verməsinin şahidi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:50-də o, yenidən evə qayıtmış və içəri daxil olmuşdur. Həmin vaxt o, evdə oğurluq hadisəsinin baş verdiyini müəyyən etmişdir. Evə ətraflı baxış keçirdikdə məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər yaşadığı evə pəncərədən daxil olaraq oradan 2400 manat pulu, 01 ədəd 50 manat dəyərində “İphone 5S” markalı, 01 ədəd 400 manat dəyərində “Samsung A52” markalı, 01 ədəd 50 manat dəyərində “HTC” markalı mobil telefonu, 01 ədəd 500 manat dəyərində Samsung markalı tablet, hər biri 3500 manat olmaqla ümumilikdə 7000 manat dəyərində 02 ədəd brilyant qaşlı qızıl üzüklər, 01 ədəd 1200 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 1300 manat dəyərində qızıl qolbağı, 01 cüt 400 manat dəyərində qızıl sırğanı, 01 ədəd 400 manat dəyərində üzdərində “B” hərfi şəkilli qızıl boyunbağı klonu, 01 ədəd 300 manat dəyərində elektron qol saatı, 01 ədəd təxminən 1000 manat dəyərində qızıl saatın və 1000 manat dəyərində gümüş aksesuarların oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, 102-yə zəng etmiş və hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Polis əməkdaşları baxış keçirdikdən sonra çıxıb getmişdir. Ondan sonra o, həyətdə gəzişməyə başlamışdır ki, oğrunun haradan və necə gəldiyini araşdırsın. Həyətdə gəzişən zaman sellofan torba tapmışdır. Həmin sellofan torbanın içərisindən oğurlanan gümüşlər, bijuteriyalar və 01 ədəd elektron saatı tapmışdır. O, başa düşmüşdür ki, əmlakımı oğurlayan şəxs oğurladığı əşyaların dəyərlilərini seçib dəyərsizlərini geri qaytarıb. Bununla da evindən 2400 manat pul, 01 ədəd 50 manat dəyərində “İphone 5S” markalı mobil telefon, 01 ədəd 400 manat dəyərində “Samsung A52” markalı mobil telefon, 01 ədəd 50 manat dəyərində “HTC” markalı mobil telefon, 01 ədəd 500 manat dəyərində Samsung markalı tablet, hər biri 3500 manat olmaqla ümumilikdə 7000 manat dəyərində 02 ədəd brilyant qaşlı qızıl üzüklər, 01 ədəd 1200 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 1300 manat dəyərində qızıl qolbağı, 01 cüt 400 manat dəyərində qızıl sırğanı, 01 ədəd 400 manat dəyərində üzərində “B” hərfi şəkilli qızıl boyunbağı kulonu və 01 ədəd təxminən 1000 manat dəyərində qızıl saat oğurlanmış və ona ümumilikdə 14700 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqıda” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə X6 zərər çəkmiş şəxs qismində tanınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Həmin ev 2 mərtəbəlidir, evin giriş darvazası dəmirdəndir. Evin 2-ci mərtəbəsində yerləşən yataq otağı dağınıq vəziyyətdədir. Baxışda iştirak edən X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində yaşadığı evdən 1 ədəd İphone markalı 5S markalı, 1 ədəd Samsung A52 markalı, 1 ədəd HTC markalı mobil telefon, 1 ədəd Samsung markalı planşet, qızıl-zinyət əşyaları naməlum şəxs və şəxslər tərəfindən oğurlanmışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları əyani göstərməklə hadisəni hansı qaydada törətdiyini qismən etiraf etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində X2 məxsus fərdi yaşayış evindən 10000 manat pul və 2970 manat dəyərində 01 ədəd qızıl qadın boyunbağı, 02 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyünü yox, yalnızca 6000 manat pul, 01 ədəd qızıl qadın boyunbağı, 01 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyünü oğurlaması barədə göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından sübut növü kimi qiymətləndirilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirilən şəxsə elan olunmuş və elan edilən ittihamın mahiyyəti ona izah olunmuşdur. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bağı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2; 234.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-1637/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 1(101)-495/2018 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 08 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-453/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay müddətinə müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, 25 may 2024cü il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-923/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Hal-hazırda da həmin cinayət işi Abşeron Rayon Məhkəməsinin hakimi X1 icraatındadır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış təqsirləndirilən şəxsin tələbnaməsindən və qərarın surətindən müəyyən olmuşdur ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2; 234.1; 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 05 gün vaxtından əvvəl şərti azad edilib. Bu səbəbdən, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrin az ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alır və onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 05 gün vaxtından əvvəl şərti olunduğu müddətin Azərbaycan Respublikası CM- in 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu, digər cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri olması nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaldır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkill bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 il 08 ay 05 gün vaxtından əvvəl şərti azad edildiyi müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri olması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkill bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-315/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-315/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver