Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-316/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1985-ci ildə Gədəbəy rayonu Yaqublu kəndində anadan olmuş, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, Gədəbəy rayonu, Yaqublu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkantədbiri seçilmiş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X14 xx xxxxxx 2019-cuiltarixdəsaat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, S.Aşıq küçəsində arvadının dayısı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasında öz avtomobilini saxlayaraq, sonuncunun avtomobildən düşdüyünü görüb öz idarə etdiyi avtomobildən düşərək ona yaxınlaşmış, 2014-cü ildə Rusiya Federasiyasında sonuncuya məxsus mağazadan oğurluq etdiyinə görə 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan həmin vaxtdan aralarında yaranmış ədavətə görə özü ilə gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs ayağına bir zərbə vurub sol budun ön qrup əzələlərinin kəsilməsiilə, hemorragikşokla (İ-İİdərəcə), kəskin qanitirmə ilə və sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun orta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az ağır dərəcəli xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadının dayısıdır. O, uzun müddətdir ki,Rusiya Federasiyasında yaşayır. Orada yaşadığı müddət ərzində Zərərçəkmiş şəxsla birgə ticarətlə məşğul olmuşdur. 2014-cüildəo, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyinə görə Nurəddin ondan şikayət etmiş və o, 3 il Rusiya Federasiyasında həbsdə olmuşdur. Nurəddinin onu həbs etdirdiyinə görə onların arasında ədavət yaranmış, o da Nurəddindən qisas almaq istəmişdir. O, azadlığa çıxdıqdan sonra Azərbaycan Respublikasına qayıtmışdır. Geri qayıtdıqdan sonra ondan öz qisasını almaq üçün Nurəddinin Azərbaycana gəlməsini gözləmişdir. xx xxxxxx 2019-cu il tarixdə X5 Vilayət oğlu öz oğluna toy etdiyinə görə “ciyər axşamı” keçirmişdir. O, həmin məclisə Nurəddinin də gələcəyini bilmişdir. Buna görə də həmin məclisdə iştirak etmək üçün Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində o, qardaşına məxsus “MercedesE” markalı avtomobillə Ədalətin yaşadığı evə gəlmişdir. Bu zaman Nurəddinin də onun qarşısı ilə özünə məxsus avtomobillə getdiyini görmüşdür. O, Nurəddinin arxası ilə avtomobili sürmüş, sonuncu başqa küçəyə dönmüş və həmin küçə bağlı olduğundan avtomobili orada saxlamışdır. O da avtomobilini Nurəddinin idarə etdiyi avtomobilin arxasında saxlamışdır. Nurəddinin avtomobildən aşağı düşdüyünü gördükdə, o da üzərində olan bıçağı götürüb avtomobildən aşağı düşmüşdür. O, Nurəddinə yaxınlaşıb əlində olan bıçaqla ayağından bir zərbə vurmuşdur. Nurəddini bıçaqla vurduqdan sonra avtomobilə oturub oradan uzaqlaşmış və yolda bıçağı küçəyə atmışdır. Sonradan Nurəddinin ondan şikayət etdiyini bilmişdir. Nurəddin onu Rusiyada şikayət edib, həbs etdirdiyinə görə aralarında ədavət yaranmışdır. O da Nurəddindən qisas almaq istəmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək və ya ona ağır xəsarət yetirmək niyyəti olmamış, sadəcə olaraq ona xəsarət yetirmək istəmişdir. O, Nurəddini öldürmək və ya ona ağır xəsarət yetirmək istədiyi halda bıçağı onun ayağına deyil başqa yerinə vurara biləcəyini bilmişdir. Hadisə zamanı tək olmuş, hadisə bir an içində baş vermişdir. O, Nurəddini bıçaqla vurub avtomobilə oturub oradan getmişdir. O, bıçağı hara atdığını bilmir, Xırdalan şəhərini tanımır. Hadisə zamanı avtomobildə ondan başqa heç kim olmamışdır. O, Şahid görməmiş, onun avtomobildə olmasından məlumatı olmamışdır. O, Nurəddinin avtomobildə tək olduğunu zənn etmişdir. Nurəddinin arvadının avtomobildə olduğunu bildiyi halda hadisəni törətməzdi. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs X7 şikayətçi olduğunu, hal-hazırda X3 şəhərində olduğunu, “Covid 19” virusu ilə əlaqədar olaraq ölkə sərhədələri bağlı olduğundan məhkəmə iclaslarında iştirak edə bilmədiyini, buna görə də məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş edərək, təqsirləndirilən şəxs X14 barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxs AbuzərovNurəddinƏmiroğlunun ibtidai istintaq dövründə verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş AbuzərovNurəddinƏmiroğlunun məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki o, Rusiya Federasiyasında ticarətlə məşğul olur. Özü Rusiya Federasiyasının vətəndaşı olsa da, ailəsi Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında yaşayır. 2014-cü ildə o, Rusiya Federasiyasında ona məxsus mağazanı işlətmək üçün bacısı qızının əri X11 vermişdir. Sonradan ona məlum olmuşdur ki, Şəki mağazanın gəlirindən xərcləmişdir. Buna görə o, Şəkini qardaşını çağırmış və onlar gəlmişlər. O, baş verən hadisə barədə Şəkini qardaşı Raminə danışdıqdan sonra sonuncu Şəkini mağazadan uzaqlaşdırmış və bir müddət Raminin özü mağazanı işlətmişdir. Ramin bir müddət mağazanı işlətdikdən sonra mağazada satış yaxşı getmədiyindən mağazanı bağlayıb, ona məxsus malları başqa şəhərə aparmışdır. Bir müddət həmin mağazanı da işlədikdən sonra ona məxsus malları satıb Azərbaycana qayıtmışdır. Həmin malların satışından Raminin ona 100000 ABŞ dolları borcu qalmışdır. O, həmin borcu istəyən zaman onların arasında söz-söhbət yaranmışdır və onlar onun pulunu qaytarmamışlar. Təxminən 5-6 ay keçdikdən sonra Şəki ona məxsus digər mağazaya gedib orada satıcıya qarşı quldurluq etdiyinə görə 3 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin oktyabr-noyabr ayından Şəki azadlığa çıxdıqdan sonra Rusiya Federasiyasından deportasiya edilmişdir. Şəki Gədəbəy rayonunda onun barəsində onu tutdurduğunu, ona pul verməli olduğunu danışmağa başlamışdır. Buna görə də onun böyük qardaşı Şəki və onun qardaşlarının yanına gedərək, onun barəsində nə üçün danışdığını soruşmuşdur. Həmin vaxt Şəki və qardaşları heç bir problem olmadığını onun qardaşına demişlər. 2019cu il tarixdə atası vəfat edən zaman o, 3 ay kənddə olmuşdur. Həmin vaxt onlarla arasında hər hansı bir narazılıq olmamışdır. O, 3 ay kənddə qaldıqdan sonra Rusiya Federasiyasına qayıtmışdır. Həmkəndlisi X6 oğluna toy etdiyinə görə xx xxxxxx 2019-cu il tarixdə saat 19:45 radələrində o, X2 rayonuna Xırdalan şəhərinə yerləşən evə gəlmişdir. Evdə paltarını dəyişib arvadı Şahid ilə birlikdə özünə məxsus avtomobilə minib həmkəndlisi Ədalət Cavadovun oğlunun “ciyar axşamı” məclisində iştrak etmək üçün onun Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evə getmişdir. O, Ədalətin yaşadığı küçəni səhv salıb başqa küçəyə dönmüşdür. Həmin küçənin sonu bağlı olduğundan arxaya verib çıxmaq istəyən zaman, idarə etdiyi avtomobilin arxasında avtomobil saxlamışdır. Həmin avtomobil onun idarə etdiyi avtomobilə arxadan toxunmuşdur. O, avtomobildən aşağı düşüb idarə etdiyi avtomobilin arxa təkərinin yanına çatan zaman arxada saxlayan avtomobilin sürücü tərəfindən qapı açılmış və bir nəfər şəxs aşağı düşmüşdür. Həmin avtomobilin ön faraları yandığına görə o, avtomobildən düşən şəxsin sifətini görə bilməmiş, həmin şəxsin əlində olan bıçağın parıltısını görmüşdür. Avtomobildən düşən şəxs əlində olan bıçaqla onu vurmaq istədiyini görüb bıçağın qarşısını almaq üçün onun əlindən vurmuşdur. Bu zaman bıçaq onun sol ayağının bud nahiyyəsinə dəymişdir. Bu zaman avtomobildən “ürəyinə vur” sözünü eşitmişdir. Onu vuran şəxs geri dönüb avtomobilə tərəf getmək istəyən zaman həmin şəxsin bacısı qızının əri X14 olduğunu görmüşdür. Şəki avtomobilə oturaraq, sürüb oradan uzaqlaşmışdır. Bu zaman arvadı Şahid avtomobildən düşmüş və onun yanına gəlib nə baş verdiyini soruşmuşdur. O, onu qorxutmamaq üçün bir nəfər şəxsin onun ayağından vurduğunu demişdir. Gülmirəyə avtomobili idarə etməsini və onu təcili tibbi yardıma aparmasını demişdir. Gülmirə onu bıçaqla vuran şəxsin kim olduğunu soruşmuşdur. O da həmin şəxsin Şəki olduğunu demişdir. Gülmirə onu Xırdalan şəhərində yerləşən təcili tibbi yardıma aparmışdır. Orada ondan çoxlu qan gəldiyini görüb təcili tibbi yardım avtomobili ilə 1 saylı X16 aparmışlar. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə qayıtmışdır. Şəki Şəkiyev onu bıçaqla sol ayağından bir dəfə zərbə vurub xəsarət yetirmişdir. Hadisə zamanı arvadı Şahid onun idarə etdiyim avtomobildə olmuşdur. Baş vermiş hadisə bir neçə saniyə ərzində baş vermişdir. Şəki avtomobildən düşüb onu bıçaqla vurub avtomobilə oturub oradan uzaqlaşıb getmişdir. Onun avtomobildən düşüb hadisəni törədib avtomobilə minməsi 1 dəqiqə davam etmişdir. Şəki ona məxsus mağazadan oğurluq etdiyinə görə 3 il 06 ay həbsdə yatmışdır. Buna görə də o, ondan qisas almaq üçün bıçaqla ona xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxsonunəridir. X14 əri Zərərçəkmiş şəxs bacısı qızının əridir. X14 2014-cü ildə əri Zərərçəkmiş şəxs məxsus mağazaya gedib orada satıcıya qarşı quldurluq etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2018-ci ilin oktyabr-noyabr ayından Şəki azadlığa çıxdıqdan sonra Russiya Federasiyasından deportasiya etmişlər. Həmin vaxtdan sonra onların arasında ədavət yaranmışdır. X5 Vilayət oğlu oğluna toy etdiyinə görə xx xxxxxx 2019-cu il tarixdə saat 19:45 radələrində Zərərçəkmiş şəxs X2 rayonu Xırdalan şəhərinə yaşadıqları evə gəlmişdir. Nurəddin paltarını dəyişdikdən sonra onlar birlikdə özlərinə məxsus avtomobilə minib həmkəndliləri Ədalət Cavadovun oğlunun məclisində iştirak etmək üçün onun Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evə getmişlər. Nurəddin Ədalətin yaşadığı küçəni səhv salıb başqa küçəyə dönmüşdür. Həmin küçənin sonu bağlı olduğundan arxaya verib çıxmaq istəyən zaman onun avtomobilin arxasında avtomobil saxlamışdır. Həmin avtomobil onların avtomobilin arxasından toxunmuşdur. O, avtomobildən aşağı düşüb idarə etdiyi avtomobilin arxa təkərinin yanına çatan zaman arxada saxlayan avtomobilin sürücü tərəfindən qapı açılmış və bir nəfər şəxs aşağı düşmüşdür. Bir andan sonra Nurəddin geri qayıtmışdır. O, həmin vaxt avtomobildən aşağı düşüb Nurəddindən nə baş verdiyini soruşmuşdur. Nurəddin də ona bir nəfər şəxsin onun ayağından vurduğunu demişdir. Nurəddin ona avtomobili idarə etməsini və onu təcili tibbi yardıma aparmasını demişdir. O, Nurəddindən onu bıçaqla vuran şəxsin kim olduğunu soruşmuş, Nurəddin də həmin şəxsin Şəki olduğunu demişdir. O, Nurəddini Xırdalan şəhərində yerləşən təcili tibbi yardıma aparmışdır. Oradan da Nurəddini təcili tibbi yardım avtomobili ilə 1 saylı X16 aparmışlar. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə qayıtmışdır. O, avtomobildən aşağı düşən zaman Şəki avtomobilə oturub getmişdir. X12 mağazasından oğurluq etdiyinə görə Nurəddin Şəkini tutdurmuşdur. Buna görə də Şəki Nurəddindən qisas almaq istədiyindən ona xəsarət yetirmişdir. Baş vermiş hadisə bir dəqiqə davam etmişdir. Hadisə zamanı o və Nurəddindən başqa heç kim olmamışdır. Hadisə zamanı küçədə kənar şəxslər olmamışdır. Zərərçəkmiş şəxs Şəki Şəkiyevə heç bir xəsarət yetirməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və X10 rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 73 nömrəlirəyindən görünür ki, 1971-ci il təvəllüdlü AbuzərovNurəddinƏmiroğlunun məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sol budun ön qrup əzələlərinin kəsilməsi ilə hemorragikşokla (İ-İİdər.), kəskin qanitirmə ilə və sola aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan solbaldırorta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası – iti deşici-kəsici alətin təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə dava-dalaş zamanı iti uca və kənara malik olan bıçağın təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi təqsirəndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında elan olunmuş ifadəsi, aparılmış ekspertiza rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. X9 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X14 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X11 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Əmiraslanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X14 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, X9 hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X9 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X11 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması prtokolundan görünür ki, Şəkiyev Şəki xx.xx.2020-ci il tarixdə yaxalanmış və həmin tarixdə də 17.15 radələrində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən X14 ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması prtokolundan görünür ki, Şəkiyev Şəki xx.xx.2020-ci il tarixdə yaxalanmış və həmin tarixdə də 17.15 radələrində MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən X14 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, X9 xx.xx.2020-ci il tarixdə tutma altında saxlanıldığı 01 gün islah işləri cəzasının 4(dörd) üç gününə bərabər tutulmaqla, ümumilikdə 4 (dörd) gün ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqayerəgetməməkhaqqındailtizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası X9 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətində islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 ibtidai istintaq zamanı tutuluğu 1 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, ümumilikdə 4 (dörd) gün hazırki hökmdə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri növündə cəza saxlanılsın. X14 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. X14 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası X9 yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-316/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-316/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver