Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-317/2020 12.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, və Abşeron rayonu, Novxanı kəndi, H.Zərdabi küçəsi, 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli poletilen torbada təmiz çəkisi 425,966 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək həmin qurudulmuş marixuananın 5,966 qramını bir ədəd ağ rəngli kağız bükümə yığaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq qalan 420,0 qramını isə bir ədəd ağ rəngli poletilen torbaya yığaraq yaşadığı ünvan 3 A ünvanında yerləşən yardımçı təsərrüfat təyinatlı tikiliyə daşıyaraq orada saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novaxnı kəndi ərazisində olduğu zaman, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə 5,966 qram çəkidə qurudulmuş marixuana, sonra əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı ünvan 3 A ünvanında yerləşən yardımçı təsərrüfat təyinatlı tikiliyə baxış keçirən zaman oradan bir ədəd ağ rəngli poletilen torbanın içərisində 420,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilməklə Təqsirləndirilən şəxs ümumilikdə 425,966 qram çəkidə qurudulmuş marixuana Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 A ünvanında ailəsi ilə birlikdə yaşayır, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 228, 315 və 234-cü maddələri ilə məhkum olunmuş, təxminən 7 ildir narkotik maddə olan marixuanadan istifadə edir. O, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı Bağları 3, 932A nömrəli evinin qarşısında olarkən özünü şübhəli apardığı üçün bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərarı ilə onu tanış edərək sonra ona mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananı qanunsuz olaraq istifadə etməkdə şübhəli olduğunu, bununla bağlı hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçiriləcəyini bildirmişlər, polis əməkdaşları daha sonra ona üzərində qanunsuz olaraq hər hansı bir əşya varsa könüllü təqdim etməyi söylədikdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükümdə narkotik maddə olan qurudulmuş marixuananı və həmin şalvarın sol yan cibində isə “Nokia” markalı mobil telefonunu çıxardıb təqdim etmiş, həmin bükümü açıldıqda içərisində tünd yaşıl rəngli bitki mənşəli marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə olan büküm hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, o digər iştirakçılarla protokola imza etdikdən sonra onunla söhbət aparılan zaman Abşeron rayonu, Novxanı bağları 3 ev 932A nömrəli həyətyanı sahədə yerləşən yarımçıq tikilidə özünəməxsus bir ədəd torbada narkotik vasitə olan marixuana olduğunu söyləmiş, daha sonra o, həyətyanı sahəyə baxış keçirilməsi barədə etirazının olmaması barədə razılıq ərizəsini təqdim etmiş, daha sonra polis əməkdaşları onun və orada olan hal şahidlərinin iştirakı ilə evə və həyətyanı sahəyə baxış keçirdikdə o, könüllü olaraq yaşadığı evin həyətində olan təsərrüfat təyinatlı tikilidən bir ədəd ağ rəngli poletilen torbada olan narkotik vasitə olan marixuananı götürüb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra həmin bir ədəd içərisində narkotik vasitə olan marixuana qablaşdırılmış və zərfə qoyulmuş, bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmiş, polis əməkdaşları ilkin dindirmə zamanı ondan narkotik vasitə olan marixuananı haradan əldə etdiyini soruşduqda o, həmin narkotik vasitəni təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən 1000 manata özünün istifadəsi üçün aldığını bildirmiş, bundan sonra o, tədbir iştirakçıları ilə Baş Narkotiklərlə Mübarizə idarəsinə gəlmiş və orada tutma barədə protokol tərtib olunmuş və ona dövlət hesabına müdafiəçi təyin etdiklərini qeyd etdi. Sonda o, tutuduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid1 göstərdi ki,o, DİN-nin Baş Narkotiklərlə Mübarizə X6 İşlər Üzrə əməliyyat baş müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 5 A ünvanında yaşayan xx xxxxxx 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması barədə məlumat əldə etdikdən sonra məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla baş idarə rəhbərliyinə müraciət etmiş, müvafiq icazə verildikdən sonra o, DİN-nin Baş Narkotiklərlə Mübarizə X6 İşlər Üzrə əməliyyat baş müvəkkili polis polkovnik-leytenantı Şahid2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə X6 İşlər Üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantıŞahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, sonra Şahid4 və Şahid5 adlı şəxslər hal şahidi kimi dəvət olunaraq hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində əməliyyat tədbirinin iştirakçıları yuxarıda göstərilən tərkibdə və hal şahidləri ilə birlikdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlamışlar, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 6 A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmiş, saxlanılan şəxs özünü xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 6 A ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra Təqsirləndirilən şəxsya mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib qəbul etməsində şübhəli olduğunu izah edilmiş, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində nə əşya varsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində 01 (bir) ədəd bükümdə narkotik vasitə olan marixuana və 01 (bir) ədəd mobil telefon olduğunu bildirmiş, daha sonra o, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümü, həmin şalvarının sol yan cibindən isə 01 (bir) ədəd «Nokia» markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmiş, onun təqdim etdiyi 01 (bir) ədəd kağız büküm açıldıqda həmin bükümün tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd «Nokia» markalı mobil telefon əməliyyat marağı kəsb etdiyindən götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üstündən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 A ünvanının həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat təyinatlı tikilidə özünə məxsus 01 (bir) ədəd torbada narkotik vasitə olan marixuananın olduğunu bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə vermiş, Təqsirləndirilən şəxs tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı ünvana dəvət etmiş, onun yaşadığı ünvanın ikimərtəbəli evdən-, 06 (altı) otaq, 02 (iki) dəhliz, 02 (iki) eyvan, mətbəx, hamam və tualetdən həyətyanı sahədən və orada yerləşən hovuz, sanitar qovşağı və yardımçı təsərrüfat təyinatlı tikilidən ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat təyinatlı tikilidən 01 (bir) ədəd ağ rəngli polietilen torbanı çıxarıb hal şahidlərinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmiş, onun təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli polietilen torba açıldıqda həmin torbadan tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, həmin torba maddə ilə birlikdə zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etdikdən sonra Təqsirləndirilən şəxs və hal iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin bütün otaqlarına, dəhlizlərinə, eyvanlarına, mətbəxə, hamama və eləcə də həyətyanı sahəyə və orada yeriəşən hovuza, sanitar qovşağına və yardımçı təyinatlı tikiliyə baxış keçirilmiş,baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmet aşkar olunmamış və götürülməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədilə 1000 (min) manata almış, bundan sonra tədbir iştirakçıları, hal-şahidləri, saxlanılan şəxs Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət olunmuşlar. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Təqsirləndirilən şəxs Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Bakı şəhəri Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, keçirilən baxışla əlaqədar olaraq protokol tərtib edilmiş, möhürlənmiş 02 (iki) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmiş, siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmiş, bu səbəbdən qərar əsasında Bakı şəhəri Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 02 (iki) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində DİN-nin Baş Nakotiklərlə Mübarizə idarəsinin qarşısından keçən zaman bir neçə nəfər mülki geyimdə şəxs ona və orada onunla bir yerdə hərəkət edən adını Tərlan kimi bildiyi şəxsə yaxınlaşaraq vəsiqələrini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlara bir nəfər şəxsin şəklini göstərərək həmin şəxsin Abşeron rayonu, Novxanı kəndi ərazisində narkotik vasitə marixuananın saxlaması ilə məşğul olan “Gülağa” adlı şəxsin saxlanıması və üstünə baxış keçirilməsi ilə bağlı keçiriləcək əməliyyat tədbirində hal şahidi kimi iştirak etməyi təklif etdikdən sonra o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının dəvəti ilə keçirilən əməliyyat tədbiri zaman hal şahidi qismində iştirak etməyə razılıq vermiş, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ondan başqa, sonradan adını Tərlan kimi bildiyi digər şəxsi də əməliyyat tədbirində hal şahidi kimi iştirak etməyə dəvət etmişlər, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona və Tərlan adlı digər bir nəfər hal şahidinə hüquq və vəzifələrini izah etdikdən sonra onun, Tərlan adlı digər hal şahidinin və orada olan polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşlarının dedikləri əməliyyat tədbirini keçirməyə başlamışlar, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində ünvan 6 A ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış, saxlanılan şəxs özünü xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 6 A ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib qəbul etməsində şübhəli olduğunu bildirmişlər, onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində nə əşya varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində 01 (bir) ədəd bükümdə narkotik vasitə olan marixuananın və 01 (bir) ədəd mobil telefon olduğunu bildirmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümü, həmin şalvarının sol yan cibindən isə 01 (bir) ədəd «Nokia» markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd kağız büküm polis əməkdaşları tərəfindən açıldıqda həmin bükümün içərisində tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, o, həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd «Nokia» markalı mobil telefon polis əməkdaşları tərəfindən götürüldükdən sonra Təqsirləndirilən şəxs üstünə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üstündən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 A ünvanının həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat təyinatlı tikilidə özünə məxsus 01 (bir) ədəd torbada narkotik vasitə olan marixuana olduğunu bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə polis əməkdaşlarına ərizə vermiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarını və onlarla birlikdə yaşadığı ünvana dəvət etmiş, onlar polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getdikdə həmin ünvan ikimərtəbəli evdən-06 (altı) otaq, 02 (iki) dəhliz, 02 (iki) eyvan, mətbəx, hamam və tualetdən, həyətyanı sahədən və orada yerləşən hovuz, sanitar qovşağı və yardımçı təsərrüfat təyinatlı tikilidən ibarətdir, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat təyinatlı tikilidən 01 (bir) ədəd ağ rəngli polietilen torbanı çıxarıb onların yanında polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli polietilen torba polis əməkdaşları tərəfindən açıldıqda həmin torbadan içərisində tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, həmin torba maddə ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş, sonra o, həmin zərfə imza etdikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin bütün otaqlarına, dəhlizlərinə, eyvanlarına, mətbəxə, hamama və eləcə də həyətyanı sahəyə və orada yeriəşən hovuza, sanitar qovşağına və yardımçı təyinatlı tikiliyə baxış keçirilmiş, baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya, predmet aşkar olunmamış və götürülməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 1 həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 1000 (min) manata özü istifadə etmək məqsədilə aldığlnl bildirdikdən sonra polis əməkdaşları onları və saxlanılan şəxs Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər, onlar polis əməkdaşları ilə birlikdə DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinə getdikdə idarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmiş, bu səbəbdən qərar əsasında Bakı şəhəri Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş 02 (iki) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmiş və o da həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları Şahid2 və Şahid3 Nirəddin oğlunun elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. X7 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X7 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə qurudulmuş marixuana, sonra əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdə yerləşən yardımçı təsərrüfat təyinatlı tikiliyə baxış keçirən zaman oradan bir ədəd ağ rəngli poletilen torbanın içərisində qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 897 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən..” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 420.0 qram və üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd kağız bükülüdə təmiz çəkisi 5.966 qram çəkidə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 425.966 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Həmçininarayışdaqeydedilmişdirki, birədədkağızbükümdəolanmaddədən 0,2qrammaddətədqiqatasərfolunmuş (hər obyektədn 0,1 qram), 425,766qramolanmaddəqalıqqalmışdır.Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat səksən iki) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 425,766qram narkotik vasitə marixuana saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli 287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarındam sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasənqəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs oğlunun əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan Abşeron RİH Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi, H.Zərdabi küçəsi, 4 saylı evdə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 01 (bir) gün müddət cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 425,766 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 07 (yedi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 01 (bir) il 07 (yedi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 425,766 qram narkotik vasitə olan marixuana xüsusi müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki)manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-317/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-317/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver