Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-317/2021 27.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Dəyyan qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi B,Niftəliyev küçəsi ev 21, mənzil 17-də qeydiyyatda olan və Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi ev 6, mənzil 9-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 13 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində, 14 sentyabr 2020-ci il tarixdə, saat 16 radələrində və 15 sentyabr 2020-ci il tarixdə, saat 17 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrinə, həmçinin başına əli ilə yumruq zərbələrini vuraraq ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın alıngicgah-təpə nahiyyələrinin dərialtı hematoması, hər iki gözətrafı nahiyyələrinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ayrı-ayrılıqda, eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, saçlarından tutub dartaraq Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə Zərərçəkmiş şəxs əzab vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sevil ilə 2018-ci ildə sosial şəbəkədə tanış olmuş, bundan sonra bir-birinə mobil telefon nömrələrini verdikdən sonra bir müddət mobil telefon vasitəsi ilə danışmışlar, bir neçə dəfə görüşdükdən sonra onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır.2019-cu ilin fevral ayında BMCMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrdən istifadə etdiyi üçün şübhəli şəxs kimi saxlayaraq idarəyə aparılmışlar və sənədləşmə aparıldıqdan sonra Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay həbs olunmuş, daha sonra Nərimanov rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbsdə olduğu zaman Sevilin tanımadığı şəxslə mobil telefon vasitəsi ilə danışıb görüşməsini eşitdiyi üçün onunla münasibəti pisləşmiş və ondan bir müddət ayrılmışdır. Lakin sonradan Sevil ilə aralarındakı münasibət normallaşdığı üçün yenidən münasibət saxlamış və görüşüb birlikdə qeyri rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Sevil onun ünvan 2 ünvanında yaşayırmış. 13.09.2020-ci il tarixdə Sevil istifadəsində olan mobil telefonla tanımadığı şəxsin vatsap nömrəsinə mesaj yazdığını görmüş, buna görə də aralarında bu zəmində mübahisə yaranmış, Sevil heç nə olmamış kimi onunla mübahisə etdiyi üçün əsəbiləşmiş və Sevilin sifət nahiyəsinə bir neçə dəfə yurmuqla vuraraq, əlləri ilə saçından tutub kənara itələmiş, həmin vaxtı Sevilin başı divara dəymişdir. Səhəri günü, yəni 14 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində də Sevil ilə yaşadığı evdə mübahisə edərək onu yumruqla vuraraq döymüşdür. Ondan sonra da 15 sentyabr 2020-ci il tarixdə, axşam saatlarında, təxminən saat 18 radələrində Sevillə yaşadığı evdə mübahisə yaranmış və onu əli ilə vuraraq döymüşdür. 16 sentyabr 2020-ci il tarixdə görmüşdür ki, Sevil bədənində əvvəlki danışdığı oğlanın adını və adlarının baş hərfləri olan döymə yazılarını silmişdir. O, Sevildən həmin yazıları necə sildiyini soruşmuş, Sevil demişdir ki, həmin döymə yazılarını evdə yandırmaqla silmişdir. Sevilin bədənində həmin yazılar olan nahiyyələrdə yanıq xəsarətləri olmuş, o, Sevilə demişdir ki, həmin yerlərə dərman qoysun ki, tez sağalsın.Ondan sonra Sevil ilə arasında mübahisəsi olmamışdır. 16 sentyabr 2020-ci il tarixdə, saat təxminən 21 radələrində evin zalında divanda uzanıb televizora baxırmış, Sevil isə mətbəxdə iş görürmüş. Bu zaman Sevilin qışqırıq səsini eşitmiş, əvvəlcə səsə əhəmiyyət vermək istəməsə də, narahat olub məbəxdən tappıltı səsini eşitdiyi üçün cəld mətbəxə keçib görmüşdür ki, mətbəxin pəncərəsi açıqdır, həyətə baxdıqda Sevilin həyətdə uzanıqlı olduğunu görüb, cəld həyətə düşüb və onu qucağına götürüb evə çıxmış və təcili tibbi yardıma məlumat vermiş, həmin vaxtı evə təcili yardımın həkimləri ilə polis nəfərləri də gəlmişlər və Sevili xəstəxanaya yola salmışdır. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 13, 14 və 15 sentyabr 2020-ci il tarixlərdə mübahisəsi olmuş və onu əli ilə vuraraq döymüş, əvvəlki günlərdə aralarında mübahisə və dalaşma olsa da, 16 sentyabr 2020-ci il tarixdə aralarında heç bir dava dalaş olmamış və Sevili hər hansı hərəkət etməyə təhrik etməmiş, Sevil öz ehtiyatsızlığından pəncərədən yıxılmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Dəyyan qızı ifadəsində göstərmişdir ki, fərdi əmək ilə məşğul olur. Daimi yaşayış yeri yoxdur, müxtəlif yerlərdə kirayədə yaşamış, hazırda Xırdalan şəhərində kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır, Ramin ilə hazırda yaşadığı ünvanını bilmədiyi Nuray adlı rəfiqəsinin vasitəsi ilə tanış olmuşdur. Ramin ilə bir müddət telefonla danışaraq görüşəndən sonra Ramin ilə təxminən 2 ilə yaxın onun Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən evində yaşamışdır. Ramin ilə qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı müddətdə onu həmişə qısqanmışdır. 2019-cu ildə Ramin narkotikə görə həbs olunmuş və 2020-ci ildə isə həbsdən azad edilmişdir. Ramin həbsdən azad edildikdən sonra da yenə onunla ər-arvad kimi yaşamağa başlamış və onun Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən evində qalmışlar. 13 sentyabr 2020-ci il tarixdə, saat təxminən 18 radələrində Raminlə yaşadığı evdə qısqanclıqdan mübahisə yaranmış, ona qarşı kobudluq etdiyi üçün cavab qaytarmış, Ramin ona cavab qaytardığına görə əsəbi halda üstünə gəlib yumruqla bir neçə dəfə sifət nahiyyəmdən vurmuşdur. Sonra isə Ramin əsəbi halda onu fasilələrlə evdə döyərək, ancaq sifət və baş nahiyələrindən vurmuşdur. 14 sentyabr 2020-ci il tarixdə də saat 16 radələrində Ramin yenə onunla mübahisə edərək bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq onu döymüşdür. 15 sentyabr 2020-ci il tarixdə, saat təxminən 17 radələrində Ramin ilə evdə iki nəfər olan zaman Ramin yenə onunla keçmiş günlərinin qısqanclığını deyərək yenidən mübahisə yaratmış, o, da Raminə demişdir ki, keçmiş günlərinin ona heç bir aidiyyəti yoxdur. Bu sözündən əsəbiləşib Ramin onu yenidən yumruqla sifətindən və bədəninin müxtəlif nahiyyələrinə vuraraq döyməyə başlamışdır. Qeyd etmişdir ki, əvvəllər Turan adlı yaxın tanışı olmuş və onlar hər iki nəfər döymə ilə adının baş hərflərini qollarına, sinəsinə döydürmüşlər. O cümlədən onun sol qolunda, dirsəyində və sinəsində döymə ilə Turan adlı tanışının adı, həmçinin adının baş hərfi yazılmış döymələr olmuşdur. Ramin də onları görüb bir az da qısqanırmış. O, da qərara gəlmişdir ki, həmin yazıları bədənindən silsin. Ona görə də həmin gecə evdə mətbəxdə olan zaman bıçağı götürüb qızdıraraq bədənində olan həmin yazı və hərfləri yandıraraq silmişdir. Ondan sonra Ramin onun həmin yazıları bədənini yandıraraq sildiyini görüb daha onu döyməmiş və onunla mübahisə etməyərək normal şəkildə münasibət yaratmışdır. Qeyd etmişdir ki, onda qan azlığı olduğundan teztez halsız vəziyyətə düşür və bunu da Ramin bildiyi üçün evdə çox az hallarda iş görürmüş. 16 sentyabr 2020-ci il tarixdə axşam saatlarında mətbəxdə iş gördükdən sonra pəncərəni təmizləmək üçün pəncərənin qarşısına çıxmış, Ramin isə otaqda divanda uzanmış, mətxəbin pəncərəsini silən anda özündən asılı olmadan başı hərlənmiş və müvazinətini saxlaya bilməyib pəncərədən yıxılmışdır. Evin pəncərəsindən yerə yıxıldıqda belimdən ağrı hiss etmiş, bel fəqərəsi bərk əzilmiş, həmçinin sol əlinin 5-ci barmağı sınmışdır. Bu vaxtı o, qışqırıq səsinə Ramin həyətə gələrək onu qucağına alaraq evə gətirmiş, həmin vaxt həyətdə olan tanımadığı adamlar bunu görmüşlər və bir qədər sonra polis əməkdaşları evə gəlib, TTY çağıraraq onu xəstəxanaya aparmışlar. Qeyd etmişdir ki, Raminlə mübahisə etdiyi zaman evdə özlərindən başqa heç kim olmamış, Ramin onu 13, 14 və 15. 09.2020-ci il tarixdə döymüş, hər dəfə də yumruqla sifətindən, başından ağır yumruq zərbələri vurmuşdur.16.09.2020-ci il tarixdə artıq Ramin ilə münasibəti normal olmuş, onunla mübahisə etmirmiş, bədənində olan döymə yazılarının silməsinə Ramin məcbur etməmiş, sadəcə o, bilmişdir ki, Ramin onları görür və bunlar ona pis təsir edir, ona görə də özü həmin yazıları yandırmaqla silmişdir. Qeyd etmişdir ki, Ramin onu hər dəfə döyəndə əli ilə bədənin müxtəlif nahiyyələrinə vuraraq, saçlarından tutub dartıb onu sürüyərək döymüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhməndar oğlu ifadəsində göstərmişdir ki, DİN-nin X2 Alayının 12-ci patrul bölüyündə polis nəfəri kimi xidmət edir, rütbəsi polis serjantıdır. 16 sentyabr 2020-ci il tarixdə, saat 20:45 radələrində polis nəfəri Şahid2 ilə birlikdə xidmət apararkən Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin ərazisində bir nəfər qadının birinci küçədə yerləşən binadan yıxıldığı barədə məlumat almış və cəld həmin əraziyə getmişlər. Onlar həmin əraziyə yaxınlaşdıqda yerə yıxılmış qadını bir nəfər kişinin qucağına alıb mənzilinə apardığını görmüş, həmin qadın müxtəlif bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım çağırılmış və qadına yardım göstərib xəstəxanaya yola salınmışdır. Onunla birlikdə olan şəxs isə gətirilib Abşeron rayon Polis İdarəsinə təhvil verilmiş, Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmçinin müəyyən olunmuşdur ki, binadan yıxılan şəxs Təqsirləndirilən şəxslə qeyri-rəsmi yaşayan Zərərçəkmiş şəxsdır və onların arasında hadisədən əvvəlki günlərdə mütəmadi olaraq münaqişələr olmuşdur. Əlavə olaraq göstərmişdir ki, onlar hadisə yerinə yaxınlaşdıqda Zərərçəkmiş şəxs pəncərədən yıxılaraq xəsarət aldığı barədə məlumat almış, hadisə yerində nə Zərərçəkmiş şəxs özü tərəfindən və nə də ki, kənar şəxs tərəfindən həmin şəxsin bu kimi hərəkətlər etməsinə təhrik edilməsi barədə heç bir məlumat almamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1un ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 13 saylı rəyində qeyd olunmuşdur ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın alın gicgah-təpə nahiyəsinin dərialtı hematoması, hər iki gözətrafı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən vaxta, yəni 13.09.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 22.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-in BMCMİ İTİ tərəfindən Xəzər rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli hökömü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Apşeron Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.1,-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, maddələrinə əsasən 01 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş CM-in 69.3-cü maddələrinə əsasən cəzasını çəkmiş hesab edilmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron rayonu 02 saylı notariat kontorunda təsdiqlənmiş Zərərçəkmiş şəxs Dəyyan qızı tərəfindən 24.08.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 24.08.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Dəyyan qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-317/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-317/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver