Məhkəmə qərarları › İş №1(012)-317/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-317/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-317/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonunun Masazır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin hasarından aşmaqla qanunsuz daxil olub həyətdə yerləşən saxlanc yerinin qapısını əli ilə açmaqla oradan 1 ədəd 1000 manat dəyərində kombi aparatını, bundan başqa evin plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin otaqlarında divarda quraşdırılmış 5 ədəd hər biri 120 manat dəyərində ümumi 600 manat dəyərində radiatorları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1600 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır kəndi, N.Əsədov küçəsi, 74-də yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açmaqla qanunsuz içəri daxil olaraq oradan sonuncuya məxsus 1 ədəd 250 manat dəyərində asma tavanı, 100 manat dəyərində asma tavan işıqlarını, 70 manat dəyərində tavan vintilyasıyasım, 1 ədəd 300 manat xalçanı, 24 ədəd 300 manat dəyərində spot lampalarını, 2 ədəd 100 manat dəyərində direli, 1 ədəd 40 manat dəyərində laqondanı, 130 manat dəyərində otvyerka-kəlbətin-tester dəstini, 70 manat dəyərində usta paltarını, 3 ədəd 30 manat dəyərində tikinti tərəzisini və 50 manat dəyərində arabam gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1440 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanında tikdirdiyi və təmir etdirməkdə olduğu yaşayış binasına qanunsuz daxil olaraq orada evin divarlarına çəkilmiş 60 metr uzunluğunda 300 manat dəyərində elektrik naqillərini, həmin evdə təmir işləri görməklə usta işləyən Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 200 (iki yüz) manat dəyərində lazer aparatını, bir dəd 50 (əlli) manat dəyərində laqondanı və bir ədəd 35 (otuz beş) manat dəyərində olan direli, cəmi 285 (iki yüz səksən beş) manat dəyərində əmlakını, habelə həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 150 (yüz əlli) manat dəyərində bir ədəd pereferatoru gizli şəkildə talayaraq vahid niyyətlə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ümumilikdə 735 manat ziyan ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu Masazır kəndində yerləşən 927 saylı evin plastik pəncərənin dəmir barmaqlığını sındıraraq həmin yaşayış sahəsinə qanunsuz daxil olub evdən Elgün Əliyevə məxsus dolabdan vazanın içərisində olan 300 manat dəyərində 585 əyarlı qızıl boyunbağını, yataq otağındakı dolabdan bir ədəd 20 manat dəyərində «LENOVA» markalı mobil telefonu, bir ədəd 20 manat dəyərində «NOKİA» markalı mobil telefonu və bir ədəd 100 manat dəyərində «SAMSUNG» markalı mobil telefonu, körpələr otağında çarpayının altında saxlanılan 250 manat pulunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 690 manat ziyan ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində Masazır kəndi 927 saylı evin girişinə baxanda görmüşdür ki, qapının kilidi üstündədir. Bilmişdir ki, mənzildə heç kim yoxdur. Ona görə həmin evin arxa hissəsindən hasarından evin həyətinə keçərək özü ilə apardığı dəmir materialından olan qaz açarı və vintaçanla evin həyətinə gələrək mənzilin dəhlizinin plastik qapsını vintaçanla açmışdır. Dəhlizə daxil olmuş, mənzilin giriş hissəsi dəmir seyf qapsı bağlı olmuşdur. Mənzilin mətbəxinin pəncərəsi dəmir barmaqlıqla əhatə olunmuşdur. Özü ilə gətirdiyi qaz dəmiri açanla dəmir barmaqlığının qaynaq olan hissələrini sındırıb dəmirləri əymiş və həmin yerdən plastik pəncərəsinin eyni ilə vintaçanla açıb mənzilə pəncərədən daxil olaraq mətbəxə keçmiş, oradan da mənzilin qonaq otağına keçib servantın rəflərini axtarmış, şüşə rəfində olan vazın içərsində qızıl klon olduğunu görüb götürmüş, həmin yerdə başqa nə isə tapa bilməmişdir. Yataq otağına keçib mebel rəfindən bir ədəd «LENOVA» planşet mobil telefonu bir ədəd «NOKİA» markalı mobil telefonu və bir ədəd də «SAMSUNG» markalı mobil telefonu götürmüş, digər otaqlara uşağ yataq otağına keçib orada axtarış aparmış, çarpayının altında olan iki ədəd 100 manatlıq bir ədəd 50 manatlıq pul əskinazları yəni 250 manat pul tapıb cibinə qoymuşdur. Bundan sonra ev sahiblərinin gəlməsi ehtimalını hiss edib tələsik həmin mənzildən daxil olduğu yerdən çıxar oradan ünvandan çıxıb oradan uzaqlaşmışdır. Oradan da yaşadığı Abşeron rayonu Masazır kəndində olan fərdi tikili evinə getmişdir. Səhərsi günü oğurladığı qızıl klonu Sumqayıt şəhərinə apararaq Karvan ticarət mərkəzinin yanında olan qızıl-zinət əşyalarının satışı mağazasında olan qızıl alan şəxsə vermiş, həmin şəxs də qızılı tərəzidə çəkərək 0,5 qramdan çox olduğunu deyib 146 manat pul vermiş, o, da razılaşıb pulu götürmüşdür. O, həmin mağazadan çıxmışdır. Əldə etdiyi 146 manat pulu öz ehtiyajları üçün xərcləmişdir. Lakin oğurladığı digər əşyaları yəni bir ədəd «LENOVA» planşet telefon aparatını və bir ədəd «NOKİA» markalı mobil telefonu isə üzərində saxlamışdır. Onu polis əməkdaşları tutan vaxtı polisə təhvil vermişdir. Digər oğurluqlardan məlumatı yoxdur. Qeyd olunan oğurluqları törətməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov mterostansiyasının yaxınlığında meyvə- tərəvəz dükanı işlədir. Abşeron rayonu, Masazır qəsəbəsi, S.Yurğun küçəsində tam hazır olmayan fərdi yaşayış evi var. Arada gedib həmin evə baş çəkir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, S.vurğun küçəsində yerləşən evinə baş çəkditkdə heç bir hadisə baş verməmişdir. Həmin günü saat 17 radələrində evdən çıxıb Bakı şəhərinə getmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə həmin evə getmiş, evə çatan kimi hyətin giriş darvazasının qapısının açıq olduğunu görmüş, o. həyətə daxil olmuş, evin yan hissəsinə keçmiş, evin pəncərəsinin və həmin yerdə həyətin künc hissəsində plastik materialdan hazırladığı kombi üçün nəzərdə tutulmuş saxlanc yerinin qapısının açıq olduğunu görmüşdür. O, dərhal evin giriş qapısını açıb içəri daxil olmuşdur. Evin otaqlarına baxmış, birinci və ikinci mərtəbədə olan otaqlarda quraşdırılmış 5 ədəd istilik radiatorunun yerində olmadığını aşkar etmişdir. Bundan sonra həyətə düşərək kombi istilik aparatının olduğu yerə baxmışdır. Həmin yerdə markası dəqiq yadında qalmayan kombi istilik aparatının da oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlib evinə baxış keçirmişlər. Ona məxsus evdən 5 ədəd hər birinin dəyəri 120 manat olan ümumilikdə 600 manat dəyərində istilik radiatoru, bir ədəd markasını dəqiq xatırlamadığı 1000 manat dəyərində kombi istilik aparatının oğurlanması nəticəsində ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qapılarını bağlayıb bacısı Taliyənin bayramını təbrik etmək üçün onun yaşadığı Abşeron rayonu Masazır kəndində yerləşən altı sotlar deyilən ərazidəki evinə ailə üzvləri ilə birlikdə qonaq getmişlər. Həmin günü gecə saat 23 radələrində arvadı X3 və iki azyaşlı övladları ilə birlikdə yaşadığı evə qayıdıb qapını açmış, evə daxil olanda görmüşdür ki, mənzilin dəhlizin plastik pəncərəsi açıqdır, qapını açıb içəri girəndə görmüşdür ki, mətbəxin dəmir barmaqlıqları sındırılıb plastik pəncərə də açılıb mənzilə daxil oduqda görmüşdür ki, mənzilinin səliqəsi pozulub, evdə veşlər dağıdılıb, axtarış aparılıb, yataq dəstlərini axtarılıb, yerə tökülüb, yataq otağındakı rəflər axrarılıb, səliqələri pozulub, həmin vaxtı arvadı Nərgiz qonaq otağında mebel şüşəli dolabın içərsində olan vaz qaba qoyulmuş bir ədəd 585 əyarlı qızıl dəstinin 300 manat dəyərində olan tək klonu yerində yoxdur, bundan sonra uşaq otağına keçərək orada yataq otağında çarpayının altında olan iki ədəd yüz manatlıqlar, bir ədəd əlli manatlıqlar ümumilikdə 250 manat nəgd pul vəsaitinin yerində olmadığını aşkar etmişlər, bundan sonra yataq otağında saxladığı üç ədəd mobil telefonları yəni 100 manat dəyərində «LENOVO» markalı planşet mobil telefonu, bir ədəd 30 manat dəyərində olan NOKİA 6300 markalı mobil telefonu və bir ədəd 100 manat dəyərində olan Samsung markalı mobil telefonlarının oğurlandığını aşkar etmişdir.Əlavə olaraq göstərmişdir ki, telefonlar işlək vəziyətdə olsalar da mobil nömrələri yox idi. Oğurluq nəticəsində ona 780 manat maddi ziyan vurulmuşdur. Bununla bağlı hadisə barədə polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində evdə usta işləyən Qafqazı evinə aparvsi, Qafqaz evdən çıxan zaman evdə hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ustalar Alim və Tərlan yeni tikdirdiyi evdə işləmək üçün gəlmişlər və qapını döyüb işə başlayacaqlarını bildirmişlər. Qapını açmış və həmin vaxtı evin həyətində olan 1 ədəd arabanın həyətdə olmadığını və evin 1-ci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuş və həmin vaxtı evdə 1 ədəd 250 manat dəyərində olan asma tavan, 100 manat dəyərində asma tavan işıqları, 70 manat dəyərində tavanın vintilyasiyası, 1 ədəd 300 manat dəyərində xalça, 24 ədəd 300 manat dəyərində spot işıqları, 2 ədəd 100 manat dəyərində dreli, 1 ədəd 40 manat dəyərində laqonda, 130 manat dəyərində otverka, tester, kəlbətin dəsti, 70 manat dəyərində usta paltarı və 3 ədəd 30 manat dəyərində tikinti tərəzisinin oğurlandığını və plastik pəncərənin əzilərək maddi ziayn vurulduğunu aşkar etmişdir. Bundan sonra 102 xidmətinə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Oğurlanmış arabanın qiyməti 50 manat təşkil edir. Təqsirləndirlən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində fərdi həyət evi tikdirmişdir. Həmin evdə hazırda təmir işləri aparılır. Təmir işlərini ustalar-Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 aparırlar. Onlar işi qurtarıb gedərkən təmir alətlərini tikdirdiyi evdə qoyurlar. Həyətin darvazası bağlı olur. Evin qapı və pəncərəsi vardır. İşi qurtarıb gedərkən evin qapı və pəncərələrini də bağlayırlar. 25 noyabr 2021-ci il tarixdə, axşam işi qurtarıb getmişlər. Gedərkən qapı və pəncərəni bağlamışlar. 26 noyabr 2021-ci il tarixdə, səhər vaxtı evə ustalarla birlikdə gəlmişlər. Evin qapı və pəncərəsləri bağlı idi. Lakin evə daxil olduqda görmüşdür ki, evin divarlarından elektrik naqilləri sökülərək aparılmışdır. Bundan başqa evdən həmin evdə usta işləyən Zərərçəkmiş şəxs6 məxsus təmir alətləri- bir ədəd lazer aparatı, bir ədəd laqonda, bir ədəd direl, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus bir ədəd perefarator oğurlanmışdır. Baş vermiş oğurluq barədə Zərərçəkmiş şəxs6 zəng edib DİN-nin “102” xidmətinə məlumat vermişdir. Abşeron rayon Pİ-nə mən və ustalar şikayət ərizəsi ilə müraciət etmişlər. Ona məxsus evdən elektrik naqillərinin oğurlanması nəticəsində ona 300 manat, Zərərçəkmiş şəxs6 onun dediyinə görə cəmi 280 manat və Zərərçəkmiş şəxs5 onun dediyinə görə 150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanıdığı Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Masazır qəsəbəsində tikdirdiyi evdə təmir işlərində işləmişdir. Həmin evin təmir işlərini ustalıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs6 ilə birlikdə görmüşlər. İşdən sonra usta kimi iş görərkən istifadə etdiyi təmir alətlərini özləri ilə evə aparmamış, hş yerində qoymuşlar. Evin qapısı və pəncərsi olduğu üçün və qapı-pəncərə bağlı olduğu üçün təmir alətlərini evdə qoyub arxayın şəkildə evə getmişlər. 25 noyabr 2021-ci il tarixdə axşam işdən evə gedərkən həmişəki kimi alətlərini iş yerində qoyub evə getmişlər. Sabahısı gün, səhər vaxtı işə gəlmişlər, evin qapısını açıb içəri girmişlər və təmir alətlərini götürüb işləmək istədikdə məlum olmuşdur ki, ona məxsus bir ədəd perefarator, usta yoldaşı Zərərçəkmiş şəxs6 məxsus bir ədəd lazer aparatı, bir ədəd laqonda, bir ədəd direl oğurlanmışdıp. Bundan başqa ev sahibi Zərərçəkmiş şəxs4 məxsus elektrik naqilləri də divarlardan sökülüb aparılmışdıp. Baş vermiş oğurluq barədə Zərərçəkmiş şəxs6 zəng edib DİN-nin “102” xidmətinə məlumat vermişdir. Abşeron rayon Pİ-nə o, da şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurlanmış perefaratoru bir il əvvəl 300 manata almış, nşlənmiş olduğu üçün hazırda qiyməti 150 manat təşkil edər. Ona məxsus perefaratorun oğurlanması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin noyabr ayında tanıdığı Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Masazır qəsəbəsində tikdirdiyi evdə təmir işlərində işləmişdir. Həmin evin təmir işlərini ustalıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs5 ilə birlikdə görmüşlər. İşdən sonra usta kimi iş görərkən istifadə etdikləri təmir alətlərini özləri ilə evə aparmır, hş yerində qoymuşlar. Evin qapısı və pəncərsi olduğu üçün və qapı-pəncərə bağlı olduğu üçün təmir alətlərini evdə qoyub arxayın şəkildə evə getmişlər. 25 noyabr 2021-ci il tarixdə axşam işdən evə gedərkən həmişəki kimi alətləri iş yerində qoyub evə getmişlər. Sabahısı gün, səhər vaxtı işə gəlmiş, evin qapısını açıb içəri girmiş və təmir alətlərini götürüb işləmək istədikdə məlum olmuşdur ki, ona məxsus bir ədəd lazer aparatı, bir ədəd laqonda, bir ədəd direl, usta yoldaşı Zərərçəkmiş şəxs5 məxsus bir ədəd perefarator oğurlanmışdır. Bundan başqa ev sahibi Zərərçəkmiş şəxs4 məxsus elektrik naqilləri də divarlardan sökülüb aparılmışdıp. Baş vermiş oğurluq barədə o, zəng edib DİN-nin “102” xidmətinə məlumat vermişdir. Abşeron rayon Pİ-nə o, da şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurlanmış bir ədəd lazer aparatının qiyməti 200 manat, bir ədəd laqondanın qiyməti 50 manat, bir ədəd drelin qiyməti 35 manat olmaqla ona cəmi 285 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmş X5 göstərmişdir ki, Şahid1 idarə etdiyi Sumqayıt şəhəri «Cavid» ticarət mərkəzində yerləşən qızıl-zinyət əşyalarının alqı-satqısı mağazasında günü 10 manata zərgər işləyir. Mağazanın sahibi Rafiqdir. Qızıl-zinyət əşyaların qəbulu qaydalarını şəxsiyyətini təsdiq edən sənədi ilə gündəlik bazar qiymətinə qəbul edir. Qeyd etmişdir ki, 15 yanvar 2022-ci il tarixdə saat 16 radələrində bir cavan oğlan gəlib şəxsiyyətini təsdiq edən sənəd təqdim etmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Qızılı tərəzidə çəkmiş, qızılın çəkisi 2 qram 1 ms çəkisi olan qadın üçün nəzərdə tutulan qızıl klonu satmaq üçün vermiş, həmin qızılın dəyəri 145 manat hesablanmaqla pulu vermişdir. O, həmin qızılın oğurluq olması barədə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına və 2000 manat cərimə cəzası təyin edilmişdir, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzası 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 7(060)- 129/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 300 saat ictimai işlər cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 noyabr Zəfər Günü münasibətilə amnsitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 fevral 2022-ci il tarixli 9/412 nömrəli rəyi ilə müyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş malların işlək vəziyyətdə olmaması istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayna olan orta bazar qiyməti təxminən 20 manat müəyyən olunur. O cümlədən: bir ədəd qara rəngli Lenovo markalı ekranında çat olan mobil planşet -10 manat, bir ədəd qızılı rəngli Nokia markalı 6700c model Majarıstan istehsalı mobil telefon 10 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının 10 mart 2022-ji il tarixli 22/208R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır kəndipndə yerləşən Zərərçəkmiş şəxs1 məxsus 927 nömrəli mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı 09 ədəd yapışqan lent kəsikləri vasitəsil götürülmüş əl izlərindən 05 ədəd ovuc və 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmitş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritə müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağı ilə sol əlinin ovucu və çeçələ barmağın əksi ilə eynilik müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 01 ədəd «Lenovo» markalı planşet və “Nokia” markalı telefon maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə verməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı zidiyyətli ifadələr verərək, digər oğurluq epizodlarını törətmədiyini bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri keçirilərkən Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsini təsdiq etməklə əyani olaraq hansı oğurluq cinayətlərini törətməsini özü göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə özünün verdiyi ilkin izahatında, şübhəli şəxs qismində tutulduğu zaman, təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman qeyd edilən oğurluq əməllərini törətməsini təsdiq etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilimiş X5 təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, Sumqayıt şəhəri «Cavid» ticarət mərkəzində yerləşən qızıl-zinyət əşyalarının alqı-satqısı mağazasında 15 yanvar 2022-ci il tarixdə saat 16 radələrində şəxsiyyətini təsdiq edən sənəd təqdim edən Təqsirləndirilən şəxs qadın üçün nəzərdə tutulan qızıl klonu 145 manat məbləğində aldığını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 10 mart 2022-ci il tarixli 22/208R №li rəyi ilə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Lenovo» markalı planşet və “Nokia” markalı telefon ibtidai istintaq zamanı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 188 manat 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə 188 manat 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Lenovo» markalı planşet və “Nokia” markalı telefon ibtidai istintaq zamanı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar