Məhkəmə qərarları › İş №1(012)-317/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-317/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-317/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkill Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Qazancı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 6, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-317/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızma verilməsi barədə, Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-1149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 3(012)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 aprel 2024-cü tarixədək 6455,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qızma qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə ailə quraraq evlənmiş və birgə nikahdan Yağmur adlı qızı anadan olmuşdur. İlk vaxtlar aralarında heç bir narazılıq olmamışdır və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuşdur və mövcüd nikahları rəsmi ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)- 1149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızma ödənilməsi qət edilmiş və icra orqanın tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəməmiş və həmin vaxta 6455,00 manat alimet borcu yaranmışdır. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Abşeron Rayon Məhkəməsinin 3(012)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, müvafiq əmək fəaliyyətilə məşğul olaraq, əmək haqqı almasına baxmayaraq alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, alimentin ödənilməsinin səbəbi maddi imkanın az olması ilə əlaqədardır. Əvvəllər müxtəlif yerlərdə işləmiş, hazırda "CAN MƏRMƏR” MMC-də sürücü vəzifəsində işləyir və 350,00 manat aylıq əmək haqqı alır. Cinayət işi məhkəməyə göndərildikdən sonra 100 manat və 150 manat zərərçəkən şəxsə ödəniş etmişdir. İndiki evliliyindən iki azyaşlı övladı vardır. Bir övladı əlildir. Borcu tam şəkildə ödəməyə indi imkanı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, barışıq üçün cəhd olunmadığını, anasını yığaraq həddindən artıq az məbləğ təklif etdikləri üçün qəbul etmədiyini bildirərək onun iştirakı olmadan işə baxılmasını və yekun qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladı xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ayrıldıqdan sonra övladlar onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(012)-1149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 136,60 manat vəsaiti ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Abşeron Rayon Məhkəməsinin 3(012)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Məhkəmə iclasında Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızma verilməsi barədə, Abşeron Rayon Məhkəməsinin qanuni gtivvəyə minmiş 2(012)-1149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 3(012)-1665/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nm 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 aprel 2024-cü tarixədək 6455,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qızma ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1149/2017 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Babək Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəli 19 yanvar 2017-ci il tarixdən hesablanması qət edilmişdir; - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-269/2021 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqətiməhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-250/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-1665/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsində toplanılmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - “Zərərçəkmiş şəxs kimi tanımaq” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Qətimkan tədbiri seçmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər, digər şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4;333.1; 333.2; 333.4; 66.3;68.1.1; 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 3000 manat cərimə cəzası təyin edlmiş, xx.xx.2013-cü ildə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 08 ay 14 gün çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci ildə cəriməni tam ödəmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-317/2025 saylı qərarından gğrünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən X6 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixində Abşeron rayonu ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi üçün Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X10 və X4 adlı yetkinlik yaşına çatmayan övladları vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X10 üçüncü dərəcəli əlildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1149/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-1665/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş, nəticədə xx.xx.2024-cü il tarixədək 6455 manat məbləğində aliment borcu yaranmışdır. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan övladının olmasını, bir övladının əlil olmasını onun cəzasını yüngülləşdiriən hal kimi müəyyən etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsi əleyhinə olan cinayət törətməsini, alimentin ödənilməməsinin yetkinlik yaşına çatmayan şəxsin mənafeyinə ciddi zərər verməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən barəsində görülən bütün tədbirlərdən nəticə çıxarmayaraq aliment borcu üzrə indiyədək cüzi miqdarda ödəniş etməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin,. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar