Məhkəmə qərarları › İş №1(012)-318/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-318/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-318/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili X5 iştirakları ilə 02.08.1986- cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, 20 Yanvar küçəsi ev 10-da daimi qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində «Olimpin» binası 4, mənzil 73-də yaşayan, barəsində həbs qətitmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımış və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 23 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri «AAAF» park yaşayış kompleksi adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızma bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı»na (Siyahı İ) daxil olan 1, 095 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yanvar 2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən «Rahat» marketin qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olangöy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə 1,095 qram heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işi baxılma mərhələsində olmasına baxmayaraq, o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən «Aytac restoranın» 2-ci mərtəbəsində olan pəncərənin gözlüyündən qanunsuz içəri daxil olaraq, oradan bir ədəd 1000 (bir min) manat dəyərində səs gücləndirici aparat, bir ədəd 80 manat dəyərində səs gücləndirici mikrafon, üç ədəd hər biri 150 manat olmaqla 450 manat dəyərində səs gücləndirici kolonka, bir ədəd 320 manat dəyərində noutbuk kompyuter, bir ədəd 150 manat dəyərində videokameranın monitoru, bir ədəd 300 manat dəyərində nəzarət vildeokamerasmm aparatını, restoranın 1-ci mərtəbəsindən bir ədəd 200 manat dəyərində qızdırısı soba (mikrovolnovka), bir ədəd 200 manat dəyərində «LC» markalı televizor, 2 ədəd hər biri 100 manat olan 200 manat dəyərində mobil telefonlar, 10 ədəd hər biri bir manat olan koka-kola içkisi, kassa aparatından 7 manat metal pulları və 200 manat dəyərində mal ətini talamaqla ümumilikdə Zərərçəkmiş şəxs 3117 (üç min yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeməkxanada yemək yeyib spirtli içki qəbul etdikdən sonra, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, Xırdalan şəhərində «Aytac» restoranının yaxınlığında kirayədə yaşadığı üçün, həmin ərazini yaxşı tanımış, bu səbəbdən də Xırdalan şəhəri, Nizami küçəsində yerləşən “Aytac" restoranından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində, o, tək Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən «Aytac» restoranın yaxınlığına getmiş, restoranın arxa tərəfində olan hasarın üstünə çıxaraq, oradanda restoranın ikinci mərtəbəsinin pəncərəsinin açıq qalmış gözlüyündən restorana daxil olmuşdur. O, restoranın pəncərəsinin gözlüyündən, restorana daxil olarakən, ayağını stolun üzərinə qoyanda, ayağı sürüşdüyü üçün yıxılmış və həmin vaxtı stolun üzərində olan qab-qaşıq yerə düşərək sınmışdır. O, «Aytac» restoranın 2-ci mərtəbəsində olan böyük zaldan üç ədəd səs gücləndirici kolonkanı, bir ədəd səs gücləndirici apparatı, bir ədəd mikrofonu, bir ədəd notbuk kompyuteri, bir ədəd nəzarət video kamerasının manitorunu və bir ədəd nəzarət video kamerasının aparatını götürmüş, sonra isə restoranın 1 -ci mərtəbədən bir ədəd «LC» markalı televizoru, bir ədəd mikrovalnanı, iki ədəd mobil telefonu, 10 ədəd 0,5 litirlik kolla içkisini, kassa aparatından 4 (dörd) manat dəmir pulu, təxminən 1 kq əti götürərək, restoranın 1-ci mərtəbəsində olan mətbəxin qapısını içəridən açmış, restorandan oğurladıqlarının hamısını mətbəxin qapısından çölə çıxararaq, yaxınlıqda olan məhlədəki evin qarşısına yığmışdır. Bundan sonra isə tanımadığı bir taksi saxlatdırmış, həmin taksi ilə bütün oğurladığı əşyaları aparıb yaşadığı məhəllənin yaxınlığında köhnə işləməyən, yəni hazırda fəaliyyət göstərməyən hamamın içərisinə yığmışdır. O, həmin oğurladığı pulu və əti götürmüş, 4 manat pulu özü üçün xərcləmiş, əti isə bişirib yemişdir. Sonra isə yaşadığı evdə heç kim olmadığı üçün, oğurladığı əşyaları tanımadığı bir taksiyə yığıb yaşadığı evə gətirmişdir. O, oğurladığı əşyalardan bir ədəd «TOŞHİBA» markalı notbuk kompyuteri, Bakı şəhəri 20 Yanvra deyilən ərazidə telefon mağazasında usta işləyən həmyerlisi X3 təmir etdirməyə vermiş, Orxan Fətəliyev həmin notbuk kompyuterin oğurluq olmasını bilməmiş, Orxana həmin notbuk kompyuterin övladma məxsus olduğunu təmir etdirmək istədiyni bildirmişdir. O, “Aytac" restoranından oğurladığı bir ədəd səs gücləndiricini, üç ədəd kolonkaları, bir ədəd manitoru, bir ədəd televizoru və bir ədəd telefonu saxlanılarkən təqdim etmişdir. Bundan əlavə ifadəsində təxminən 1 ildən artıq olar «kokos» adlandırdığı narkotik vasitə hesab olunan heroindən istifadə etdiyni, 23 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Xırdalan şəhəri «AAAF park» yaşayış kompleksi adlanan ərazidə anket məlumatlarını bilmədiyi, tanımadığı 30 yaşlı hündür boylu, üzü saqqallı şəxsdən 20 manat müqabilində bir ədəd gümüş kağızın içərisində olan «kokos» adlandırdığı narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edib əynində olan göy rəngli cins şalvarımın sağ yan cibində saxladığını, 26 yanvar 2022-ci il tarixdə günortadan sonra saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri M. Hüseynzadə küçəsində əvvəlki adı «Meqastore» olan indiki adı «Rahat» olan marketin yaxınlığında dayanan vaxtı iki nəfər polis əməkdaşları ona yaxınlaşdığını, polis əməkdaşları özlərini oan təqdim etdikdən sonra, ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu, bu səbəbdən də onu Abşeron rayon polis idarəsinə dəvət etdiklərini, polis idarəsində olan zaman o, üzərində narkotik vasitə olduğunu bildirdiyni, bundan sonra polis idarəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirildiyni, onun üzərinə şəxsi axtarış aparılan vaxtı ona hüquq və vəzifələrim izah olunduğunu, üzərində qanunla dövrüyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif edildiyni, O, da 23 yanvar 2022-ci il tarixdə tanımadığı şəxsdən aldığı və göy rəngli cins şalvarının sağ yan cibində gümüşü kağızın içərisində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini şalvarının cibindən çıxarıb təqdim etdiyni, bundan sonra həmin təqdim etdiyi narkotik maddə heroin olan büküm, onun iştirakı ilə ağ zərfə qoyularaq möhürləndiyni, o, içərisinə narkotik vasitə qoyulmuş həmin zərfi və bu barədə tərtib olunmuş protokolu imza etdiyni, heç kimə narkotik maddə vermədiyni, satmadığını, həmin narkotik vasitəni özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını, ona görə də üzərində saxladığını göstərmişdir. Sonda o, törətdiyi cinayəti etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şhəri, Nizami küçəsi 25-də yerləşən “Aytac" restoranını icarəyə götürmüş, həmin restoranda admistrator vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən «Aytac» restorandə işləyən Elçin Əkbərov ona zəng etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və yaxud şəxslər restorana 2-ci mərtəbənin pəncərəsinin gözlüyündən qanunsuz daxıl olaraq, restoranın 2-ci mərtəbəsindən bir ədəd 1000 manat dəyərində səs gücləndirici aparatı, bir ədəd 80 manat dəyərində səs gücləndirici mikrafonu, üç ədəd hər biri 150 manat olmaqla 450 manat dəyərində səs gücləndirici kolonkaları, bir ədəd 320 manat dəyərində notbuk kompyuteri, bir ədəd 150 manat dəyərində video kameranın manitorunu, bir ədəd 300 manat dəyərində vildeo nəzarət kamerasının apparatını, restoranın 2-ci mərtəbəsindən bir ədəd 200 manat dəyərində mikrovalnovkam, bir ədəd 200 manat dəyərində «LC» markalı televizoru, iki ədəd hər biri 100 manat olan 200 manat dəyərində mobil telefonları, 10 ədəd hər biri bir manat olan 0,5 litirlik kola içkilərini, kassa apparatından 7 manat dəmir pulu və soyuducudan 200 manat dəyərində əti oğurlamaqla ona 3117 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmçinin naməlum şəxs restoranın pəncərəsinin gözlüyündən restorana daxil olarkən, stolun üzərində olan müəyyən qabları, stəkanları və bakalları sındırmaqla onun 1000 manat dəyərində əmlakını da məhf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmişlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M. Hüseynzadə küçəsində yerləşən Rahat marketin qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum oldu ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.2022-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni bir neçə gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilmiş, həmin bükülüdə qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş, sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm zərfə qoyulduqdan sonra DİN-nin möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində, Abşeron RPİ-in CAŞ-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 9/1124 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayına olan bazar qiyməti «Bir ədəd üzərində VLLODOR PROFESSİONAL yazıları olan səstənzimləyica aparat 1000 manat; « Üç ədəd səsgücləndirici (kalonka) 210 manat, «bir ədəd «Toshiba» markalı notebuk 160 manat, Bir ədəd «Sony» markalı, SDM HS53 model 2004-ci istehsalı manitor. 35 manat, «Bir ədəd « Geepas» markalı mikrovalnovka 80 manat, « bir ədəd «LC» markalı televizor 150 manat, bir ədəd «Xperia» markalı mobil telefon 60 manat. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/521 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,095 qram qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroindir Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi-1,095 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,045 qram təşkil edir. Məhkəmə baxəşında xx.xx.2022-ci il tarixdə saat 17:15 radələrindən saat 17:55 radələrindək olan müddət ərzində Abşeron rayon polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M. Hüseynzadə küçəsində yerləşən Rahat marketin qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının qabaq sağ cibindən l(bir) ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 1,095 qram qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilələrk götürülmüşdür. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən xx.xx.2022-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M. Hüseynzadə küçəsində yerləşən Rahat marketin qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan şalvarının abaq sağ cibindən l(bir) ədəd gümüşü kağız parsçasına bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi-1,095 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,045 qram təşkil edir. Odur ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M. Hüseynzadə küçəsində yerləşən Rahat marketin qarşısında saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilib üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının qabaq sağ cibindən l(bir) ədəd siqaretin gümüşü kağızma bükülmüş təmiz çəkisi 1,095 qram olan, qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi subut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,045 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalı, bir ədəd CD diski maddi sübut kimi tanınmış və həmin bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə M. Hüseynzadə küçəsində yerləşən Rahat marketin qarşısında saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilmiş, orada otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının qabaq sağ cibindən l(bir) ədəd siqaretin gümüşü kağızma bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə bir ədəd üzərində «VLLODOR PROFESSİONA» yazıları olan səstənzimləyici aparat, « Üç ədəd səsgücləndirici (kalonka)», «bir ədəd «Toshiba» markalı notebuk, bir ədəd «Sony» markalı, SDM HS53 model 2004-ci istehsalı olan manitor, «bir ədəd « Geepas» markalı mikrovalnovka, bir ədəd «LC» markalı televizor və bir ədəd «Xperia» markalı mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə lozgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində ünvan 7 ünvanda yaşayan X6 məxsus yaşadığı evin qarşısında küçədə saxladığı qara rəngli “Mitsubishi-Pajero” markalı 10-FE- 123 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısını açaraq avtomobilin salonunda olan 1 ədəd 70 manat dəyərində “İphone-5" markalı “A1533” modelli **********56644 İMEİ kodlu, Çin istehsallı boz rəngli mobil telefon, 1 ədəd yarımçıq istifadə olunmuş “Aventus Greed” markalı 300 manat dəyərində kişi ətiri, 1 ədəd üzərində “Tissot 1853” yazısı olan kəmərsiz, bir ədəd bağlanan dəmırı ilə birlikdə 250 manat dəyərində, 1 ədəd üzərində “Longines EFC” yazısı olan qara rəngli kəmərli 80 manat dəyərində, 1 ədəd üzərində “Armani Exchange” yazısı olan qara rəngli kəmərli 100 manat dəyərində, 1 ədəd üzərində “X11” yazısı olan qara rəngli kəmərli 150 manat dəyərində, 1 ədəd üzərində “Seiko SOLAR" yazısı olan qara rəngli kəmərli 80 manat dəyərində kişi qol saatları, 1 ədəd 33 ədəd muncuqdan ibarət ipə düzülmüş 50 manat dəyərində kəhrəba təsbeh, 1 ədəd ipə düzülmüş muncuqların 4 ədədi sarı rəngdə, 5 ədədi tünd sarı rəngdə olan 9 ədəd muncuqdan ibarət 50 manat dəyərində kəhrəba təsbeh, 1 ədəd “Zara” markalı Vyetnam istehsallı, papaqlı, zəncirbəndlə açılıb-bağlanan 20 manat dəyərində tünd göy rəngli kişi gödəkçəsini oğurlayaraq, zərərçəkmiş Vahid Abbasova ümumilikdə 1150 manat maddi ziyan vurmuşdur. Törədilmiş cinayət əməlinə görə cinayət işinin istintaqı Abşeron RPİ-nin istintaq şöbəsi tərəfindən yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən «Aytac restoranın» 2-ci mərtəbəsində olan pəncərənin gözlüyündən qanunsuz içəri daxil olaraq, oradan bir ədəd 1000 (bir min) manat dəyərində səs gücləndirici aparat, bir ədəd 80 manat dəyərində səs gücləndirici mikrafon, üç ədəd hər biri 150 manat olmaqla 450 manat dəyərində səs gücləndirici kolonka, bir ədəd 320 manat dəyərində noutbuk kompyuter, bir ədəd 150 manat dəyərində videokameranın monitoru, bir ədəd 300 manat dəyərində nəzarət vildeokamerasmm aparatını, restoranın 1-ci mərtəbəsindən bir ədəd 200 manat dəyərində qızdırısı soba (mikrovolnovka), bir ədəd 200 manat dəyərində «LC» markalı televizor, 2 ədəd hər biri 100 manat olan 200 manat dəyərində mobil telefonlar, 10 ədəd hər biri bir manat olan koka-kola içkisi, kassa aparatından 7 manat metal pulları və 200 manat dəyərində mal ətini talamaqla ümumilikdə Zərərçəkmiş şəxs 3117 (üç min yüz on yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin cinayət əməlinə görə cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquq tətbiq edicilərə istiqamətlənmişdir. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir. Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013-cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X10 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X10 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009cu il tarixli qərar). Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Cəlilabad rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2021 -ci il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmiş, hazırda həmin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28(iyirmi səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Cəlilabad şəhər İƏDÜ nümayəndəsinin müavininin xx.xx.2022ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi və 2013-cü il təvəllüdlü oğlu Tunarın, 2011-ci il təvəllüdlü qızı Zəhra ilə Cəlilabad şəhəri 20 Yanvar küçəsi 20 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə onun törətdiyi cinayəti etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cinayətlərin təkrar törədilməsini, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri 177.2.3, 234.1-ci oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı nümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının « 05» fevral 2022-ci il tarixli «562» nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs «opioidlərin» Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Narkomaniyyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,045 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 53 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 320 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,045 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 53 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 320 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar