Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-318/2024 10.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs barəsində verilmiş ittihama görə Abşeron rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə cinayət işi məhkəmə baxışında olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyul 2023-cü il tarixdə, günorta saatlarında, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 31 ünvanında yerləşən Abşeron rayonu Sukanal idarəsinə, sonra isə həmin idarənin əməkdaşı olan Zərərçəkmiş şəxs xidməti otağına açıq qalmış qapısından qanunsuz daxil olaraq, həmin otaqda dolabın üstündə olan Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən 35 (otuz beş) manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içərisində olan 108 manat, həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 340 manat təşkil edən 200 ABŞ dolları, həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 19 manat 09 qəpik təşkil edən 10 Avro, həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 37 manat 80 qəpik təşkil edən 2000 Rus rubl pulları, "xxxx" ASC-yə məxsus 4127 2081 1867 2541 nömrəli ödəniş kartını gizli olaraq talayıb oğurladıqdan sonra həmin gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən müxtəlif marketlərdən 408 manat 30 qəpik dəyərində tütün məmulatları alıb "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs məxsus 4127 2081 1867 2541 nömrəli ödəniş kartı ilə ödəniş etməklə vahid niyyətlə əhatə olunan qəsdlə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 948 manat 19 qəpik məbləğində əmlakını talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun müddətdir ki, işsiz olduğu üçün dəmir qablar yığıb sataraq dolanırmış. Yaşamağa evi olmadığı üçün isə çox vaxt küçələrdə gecələyirmiş. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Su idarəsinin qarşısından keçən zaman su idarəsinin dəhlizində olan zibil qutularında dəmir içki qutuları olacağını düşünmüşdür. Bu məqsədlə o, içəri daxil olmuş və dəhlizdəki zibil qutularına baxmağa başlamışdır. Həmin vaxt o, dəhlizdə olan stolun üzərində pul kisəsi olduğunu görmüşdür. Bu zaman o, ətrafda hər hansı bir şəxsin olmadığını və onu görən hər hansı şəxsin olmadığına əmin olduqdan sonra stola yaxınlaşmış və pul kisəsini götürüb idarədən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra idarədən bir qədər uzaqlaşmış və pul kisəsinin orta cibini açaraq içərisinə baxmışdır. Həmin vaxt o, pul kisəsinin içərisində olan 108 manat, 2000 Rus rublu pulu, 10 Avro və Azərbaycan Beynəlxalq Bankına məxsus plastik kartı götürüb pul kisəsini hal-hazırda ünvanını xatırlamadığı yerə atmışdır. Daha sonra o, 2000 rus rublunu Xırdalan şəhərində tanımadığı şəxsə verib qarşılığında 28 manat pul almışdır. Həmçinin ələ keçirdiyi Azərbaycan Beynəlxalq Bankına məxsus plastik kartla Abşeron rayonunda yerləşən müxtəlif mağazalara girib çoxlu sayda tütün məhsulları almışdır. Belə ki, o, kartdakı pulu nağdılaşdıra bilmədiyi üçün mağazadan siqaret almış və daha sonra həmin siqaretləri tanımadığı şəxslərə satıb nağd pul əldə etmişdir. Həmin əldə etdiyi nağd pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin kartla təxminən 408 manatlıq siqaret məhsulları almışdır. O, Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynəlxalq Bankına aid 4127 2081 1867 2541 nömrəli plastik kartda nə qədər məbləğdə pul olduğunu bilməmişdir. Sonuncu dəfə mağazaya girən zaman siqaret almaq istəsə də, kassir ona kartında kifayət qədər pul olmadığını demişdir. O da artıq kartda pul olmadığını başa düşmüş və elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə kartı ünvanını dəqiq xatırlamadığı yerə atmışdır. O, həmin pul kisəsindən yalnızca 108 manat, 2000 Rus rublu, 10 Avro və 01 ədəd “Beynəlxalq Bank”a aid plastik kart oğurlamışdır. Belə ki, o, pul kisəsinin yalnızca orta cibini açmış və yuxarıda sadaladıqlarını pul kisəsinin orta cibindən götürmüşdür. Ola bilsin ki, həmin 200 dollar da pul qabının digər ciblərində olmuş və onu da pul kisəsi ilə birlikdə atmışdır. O həmin cinayət hadisəsini tək törətmiş, həmçinin bu barədə heç kimə məlumat verməmişdir. Sonda o, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsdən vurulan ziyanı tələb etmədiyini, şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin nəzdində olan Abşeron Sukanal idarəsinin inzibati binasında 2000-ci ildən işləyir. Onun iş saatı həftənin 6 günü saat 09:00-da başlayır və saat 17:00-da bitir. Həmin binada onun xidməti otağı vardır və o həmin otaqda tək oturur. xx.xx.2023-cü il tarixdə o, səhər saat 09:00-da işə gəlmişdir. Həmin vaxt o, iş yoldaşına olan 2 manat borcunu ödəyib otağına daxil olmuş və çantanı içərisindəki pul kisəsi ilə birlikdə iş stolunun yanındakı dolabın üzərinə qoymuşdur. O, iş zamanı ara-sıra digər otaqlara və ayaqyoluna da keçmişdir. Həmin vaxt da xidməti otağının qapısı açıq qalmışdır. Lakin xidməti otağına ondan icazəsiz əməkdaşlardan savayı heç kim girə bilməz. Elə həmin gün dişi ağrıdığı üçün müdiriyyətdən icazə alıb saat 17 radələrində xidməti otaqda olan dolabın üzərində qoyduğu əl çantasını götürüb işdən çıxaraq diş həkiminə getmişdir. O, diş həkiminə gedib dişini müayinə etdikdən sonra oradan çıxıb evə getmişdir. Həmin vaxt o, avtobusla getsə də, cibində xırda pul olduğundan pul kisəsində pul götürmək üçün çantanı açıb içərisinə baxmamışdır. Həmin günün sabahı, yəni xx.xx.2023-cü il tarixdə saat 08:30-da evdən çıxıb işə gedən zaman əl çantasına baxdıqda çantada içərisində 108 manat, 200 ABŞ dolları, 2000 Rus rublu, 10 Avro və 02 ədəd Beynəlxalq banka məxsus pul kartının olduğu pul kisəsinin çantada olmadığını müəyyən etmişdir. Daha sonra o, kartıyla maraqlandıqda məlum olmuşdur ki, Azərbaycan Beynəlxalq Bankına məxsus onun adına olan 4127 2081 1867 2541 nömrəli plastik kartından müxtəlif saatlarda ümumilikdə 408 manat 30 qəpik pul xərclənmişdir. Həmçinin o, kartından çıxılan pullara baxan zaman müəyyən etmişdir ki, kartını oğurlayan şəxs xx.xx.2023-cü il tarixdə 408 manat 30 qəpiyi müxtəlif mağazalarda və müxtəlif vaxtlarda xərcləyərək ələ keçirmişdir. Əlavə olaraq o, güman etmişdir ki, ona məxsus olan pul kisəsi onun xidməti otağından oğurlanmışdır. Belə ki, o, avtobusda və piyada olan zaman əl çantasına həmişə fikir vermiş və çantasına müdaxilə olunacağı təqdirdə hiss edəcəyini bildirmişdir. Lakin işdə olan zaman ara-sıra xidməti otağından çıxdığı və əl çantasının otaqda nəzarətsiz qaldığı üçün güman etmişdir ki, oğurluq da həmin vaxt baş vermişdir. Üstəlik də otağının qapısı o, otaqda olmayan zaman açıq qalmışdır. O, işdə ara-sıra digər otaqlara keçirmiş. Ola bilsin ki, həmin şəxs o, otaqda olmayan zaman içəri daxil olaraq pul kisəsini ələ keçirmişdir. O, işdən çıxdıqdan sonra çantası daima yanında olmuşdur. Həmin ərəfələr çantadan pul kisəsinin götürülməsi mümkün olmamışdır. Böyük ehtimal o, işdə xidməti otağını tərk edib ayaq yoluna gedən zaman naməlum şəxs otağına girərək çantadan pul kisəsini götürmüşdür. Ona məxsus çantada olan pul kisəsinin orta cibində 108 manat, 2000 Rus rublu, 10 Avro və 02 ədəd Beynəlxalq banka məxsus pul kartı, pul kisəsinin arxa gizlin cib hissəsində isə 200 ABŞ dolları pul olmuşdur. Həmin cib gizli olduğundan o, 200 ABŞ dolları pulu ora qoymuşdur. O, bir plastik kartının nömrəsini xatırlamasa da, digər içərisindən pul çıxarılmış kartının 4127 2081 1867 2541 nömrəsi olduğunu bilmişdir. Belə ki, 408 manat 30 qəpik dəyərində əşya həmin kart vasitəsilə alınmışdır. Digər kartında isə hər hansı məbləğdə pul olmamışdır. O, təhqiqat araşdırması zamanı kartından 406 manat pulun oğurlanmasını bildirmişdir. Daha sonra bankdan çıxarış almış və müəyyən etmişdir ki, kartından 408 manat 30 qəpik oğurlanmışdır. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Su idarəsinin qarşısından keçən zaman su idarəsinin dəhlizində olan zibil qutularında dəmir içki qutuları olacağını düşünmüşdür. Bu məqsədlə o, içəri daxil olmuş və dəhlizdəki zibil qutularına baxmağa başlamışdır. Həmin vaxt o, dəhlizdə olan stolun üzərində pul kisəsi olduğunu görmüşdür. Bu zaman o, ətrafda hər hansı bir şəxsin olmadığını və onu görən hər hansı şəxsin olmadığına əmin olduqdan sonra stola yaxınlaşmış və pul kisəsini götürüb idarədən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra idarədən bir qədər uzaqlaşmış və pul kisəsinin orta cibini açaraq içərisinə baxmışdır. Həmin vaxt o, pul kisəsinin içərisində olan 108 manat, 2000 Rus rublu pulu, 10 Avro və Azərbaycan Beynəlxalq Bankına məxsus plastik kartı götürüb pul kisəsini hal-hazırda ünvanını xatırlamadığı yerə atmışdır. Cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə bildirmişdir ki, o, bir müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" ASC-nin nəzdində olan Abşeron Sukanal idarəsinin inzibati binasında 2000-ci ildən işləyir. Onun iş saatı həftənin 6 günü saat 09:00-da başlayır və saat 17:00-da bitir. Həmin binada onun xidməti otağı vardır və o həmin otaqda tək oturur. xx.xx.2023-cü il tarixdə o, səhər saat 09:00-da işə gəlmişdir. Həmin vaxt o, iş yoldaşına olan 2 manat borcunu ödəyib otağına daxil olmuş və çantasını içərisindəki pul kisəsi ilə birlikdə iş stolunun yanındakı dolabın üzərinə qoymuşdur. O, iş zamanı ara-sıra digər otaqlara və ayaqyoluna da keçmişdir. Həmin vaxt da xidməti otağının qapısı açıq qalmışdır. Lakin xidməti otağına ondan icazəsiz əməkdaşlardan savayı heç kim girə bilməz. Elə həmin gün dişi ağrıdığı üçün müdiriyyətdən icazə alıb saat 17 radələrində xidməti otaqda olan dolabın üzərindən qoyduğu əl çantasını götürüb işdən çıxaraq diş həkiminə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:30-da evdən çıxıb işə gedən zaman əl çantasına baxdıqda çantada içərisində 108 manat, 200 ABŞ dolları, 2000 Rus rublu, 10 Avro və 02 ədəd Beynəlxalq banka məxsus pul kartının olduğu pul kisəsinin çantada olmadığını müəyyən etmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək ona təyin olunmuş 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti hazırkı iş üzrə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi nəzərə alındığından, ona təkrar olaraq eyni cinayət əməli üzrə ittiham verilməsi yol verilməzdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələri üzrə verilmiş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.3- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün maddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(012)-563/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 59.2-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.3-1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 69.3-cü maddələri Təqsirləndirilən şəxs təyin edilmiş qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış,məhkəmə hazırlıq iclasında barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət CM-nin 69.3. maddəsinə əsasən ona təyin olunmuş cəzada nəzərə alınmalı, cəzasının əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 563/2023 saylı hökmü ilə olan cinayət işində tutulduğu 02 gün müddət təyin olunan cəzadan çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-563/2023 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-318/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-318/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver