Məhkəmə qərarları › İş №1(012)-319/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-319/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-319/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs, müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 05.04.2014-cü ildə X3 mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsini göstərərək özünə məxsus olduğuna və 10.000 manata satdığına inandırıb, Qobu qəsəbəsi ərazisində başqa yerdə 0,10 ha torpaq sahəsi ayrılması barədə Qobu qəsəbəsi bələdiyyəsinin sərancamını Zərərçəkmiş şəxs təqdim edərək həmin yerin sənədi olduğunu bildirib sonuncunun 21 fevral 2014-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində torpaq sahəsinin yaxınlığında 4000 manat, 30.12.2014-cü il tarixdə eyni ərazidə 3000 manat, 30.12.2014-cü il tarixdən 05.05.2015-ci il tarixədək olan müddət ərzində yenidən eyni ərazidə hissə-hissə 3000 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10000 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2013-cü ildən tanıyır. 2013-cü ildə Yunislə Abşeron rayonu Qobu qəsəbəsində tanış olmuş, həmin vaxtı özünə 10 sot torpaq sahəsi axtarmış, ona Abşeron rayonu Qobu qəsəbəsində 10 sot torpaq sahəsi göstərmişdir ki, həmin torpaq sahəsi onundur və torpaq sahəsini 10000 manata satır. Yunisdə onunla razılaşaraq 21 fevral 2014-cü ildə ona ilkin olaraq torpaq sahəsinin yanında 4000 manat pul vermiş, o pulu aldıqdan sonra qalan pulu hissə-hissə verəcəyini razılaşmış, sonradan torpaq sahəsinin sənədləşməsini düzəldə bilməmişdir. Bundan sonra 30.12.2014-cü il tarixdə torpaq sahəsinin sənədlərini düzəldə bilmədiyi üçün Yunisdən əlavə olaraq sənədləşməni düzəltməyi adı ilə 3000 manat da pul almış, ondan yaxın vaxtlarda sənədləri düzəldəcəyimi desə də, pula ehtiyacı olduğu üçün pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan 3000 manat pulu isə 30.12.2014-cü il tarixdən 05.05.2015-ci il tarixədək Yunisdsən alaraq ona bələdiyyə sənədi vermişdir. Lakin 2017-ci il tarixdə Yunis onun yanına gələrək torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildirmiş, o da sonuncuya pulunu verəcəyini desə də, lakin sonradan maddi imkanı olmadığı üçün Yunisə pulunu verə bilmədiyindən sonuncu da onun barəsində polisə şikayət etmişdir. Əlavə olaraq göstərmişdir ki, Yunisə satmış olduğu torpaq sahəsi özünə məxsus olmamış, belə ki, torpaq sahəsinə dair bələdiyyə sənədi olsada həmin sənədi Zərərçəkmiş şəxs adına sənədləşdirmişdir. Lakin Yunisə satmış olduğu torpaq sahəsini yeri həmin yer olmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2013-cü ildə özünə Abşeron rayonu Qobu qəsəbəsindən 10 sot torpaq sahəsi almaq istəmişdir. Bu zaman Abşeron rayonu Qobu qəsəbəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, Rəhim ona Abşeron rayonu Qobu qəsəbəsində 10 sot torpaq göstərərək özünə məxsus olduğunu blidirmişdir. Həmin torpaq sahəsinə baxdıqdan sonra Rahim torpaq sahəsini 10000 manata satdığını bildirmiş, o da torpaq sahəsinin 3 sotunu bacısı oğlu Familə, 7 sotunu da özünə almaq istəmişdir. 21 fevral 2014-cü il tarixdə Rəhimə ilkin olaraq 4000 manat pulu vermiş, 30.12.2014-cü il tarixdə isə Rəhimə əlavə 3000 manat da pul vermiş, sonuncu ona Abşeron rayonu, Qobu bələdiyyəsinin sənədini vermişdir. Bundan sonra 30.12.2014-cü il tarixdən 05.05.2015-ci il tarixədək olan müddət ərzindən 3000 manat pulu hissə-hissə Rəhimə ödəmişdir. Həmin vaxtdan torpaq sahəsində müvafiq tikinti işləri aparmış, bundan sonra 2017-ci ildə Şahid2 adlı şəxs ona yaxınlaşaraq demişdir ki, ona satılmış torpaq sahəsi onun X3 adınadır. O da bundan sonra Rəhimin onu aldatdığını başa düşüb 2017-ci il tarixdə hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Həmin torpaq sahəsini ona Rəhim satmış, torpaq sahəsində təxminən 10000 manat məbləğində tikinti işləri aparmışdvr. Həmin pulu Rəhimə verərəkən yanında heç kim olmamış, ikilikdə olmuşlar. Rəhimin ona verdiyi torpaq sahəsinə dair bələdiyyə sənədlərini izahat verərkən əlavə etmiş, sonra dəfələrlə Rəhimə pulunun qaytarılması barədə bildirsə də sonuncu müxtəlif bəhanələr ilə pulunu qaytarmaqdan imtina etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, dəymiş ziyan tam olaraq ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 2013-cü ildə özümə Abşeron rayonu Qobu qəsəbəsindən 03 sot torpaq sahəsi almaq istəyirdim. Bu zaman yeznəsi Zərərçəkmiş şəxs ona demişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rəhim ona Abşeron rayonu Qobu qəsəbəsində 10 sot torpaq sahəsi verəcək, sonuncu da 03 sot torpaq sahəsini ona verəcəkdir. Bundan sonra Yunis torpaq sahəsi taparaq həmin torpaq sahəsinə baxdıqdan sonra Rəhimə demişdir ki, torpaq sahəsini 10000 manata satır. Yunisdə torpaq sahəsinin 3 sotunu ona, 7 sotunu da özünə almışdır. 21 fevral 2014-cü il tarixdə Yunisin ona deməsinə görə Rəhimə ilkin olaraq 4000 manat pulu vermiş, 30.12.2014-cü il tarixdə isə sonuncuya 3000 manat pul verilmişdir. Rəhim də Yunisə Abşeron rayon Qobu bələdiyyəsinin sənədini vermişdir. Ondan sonra isə 30.12.2014-cü il tarixdən 05.05.2015-ci il tarixədək olan müddər ərzindən 3000 manat pulu hissə-hissə Rəhimə ödəmişdir. Həmin vaxtdan torpaq sahəsində müvafiq tikinti işləri aparılmış, 2017-ci ildə Şahid2 adlı şəxs ona yaxınlaşaraq demişdir ki, Yunisə satılmış torpaq sahəsi onun bacısı X3 adınadır. Bundan sonra Rəhimin Yunisi aldatdığını görüb 2017-ci il tarixdə hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə müraciət edilmiş, torpaq sahəsində təxminən 10000 manat məbləğində tikinti işləri aparılmış, sonradan dəfələrlə Rəhimə Yunisin pulunun qaytarılması barədə bildirsə də sonuncu müxtəlif bəhanələr ilə Yunisin pulunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, 2014-cü ildə Abşeron rayonu, Qobu bələdiyyəsindən 0,10 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini bacısı X3 adına rəsmiləşdirmişdir. Təxminən 2016-cı əvvəllərində torpaq sahəsinə baxmağa getdikdə ona məxsus olan ərazisinin mişar daşı ilə əhatəyə alındığının və orada ev tikildiyinin şahidi olmuşdur. Üstündən 7-8 ay keçdikdən sonra həmin tikilinin Yunis adlı şəxs aparıldığını öyrənmiş, bundan sonra Yunisin əlaqə nömrəsini tapıb onunla telefonda danışmış və bildirmişdir ki, ona məxsus olan torpaq sahəsini mişar daşı ilə əhatəyə alıb ev tikdirmişdir. Sonra Yunislə görüşmüşdür və torpağının sənədlərini ona göstərmiş və Yunis isə torpağı Rəhim adlı şəxsdən aldığını dedi və məsələni aydınlaşdıracağını deyib ondan vaxt istəmişdir. O, Yunisə «sənin tikdirdiyin tikilini sökmək istəmirəm, özün məsələni aydınlaşdır və tikilini sök, ya da ki, mənim torpaq sahəmin pulunu ver» demiş, lakin həmin vaxtdan sonra Yunis nə onun yerindən çıxmamış və nə də ki, tikilini sökməmiş, Yunisdən hər dəfə tikili ilə bağlı soruşduqda ona Rəhimlə arasında olan məsələni həll edəcəyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materillarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04.01.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan protokoldan görünür ki, barəsində axtarış verilən Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 18.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 19.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan protokoldan görünür ki, barəsində axtarış verilən Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə tutularaq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi Dairəsindən alınmış 06.09.2018-ci il tarixli, **********31 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən X3 mülkiyyətində olan 05.04.2014-cü il tarixli, **********21 reyestr nömrəli, 0,10 ha torpaq sahəsinin plan ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0,10 ha torpaq sahəsi başqa şəxs tərəfindən mişar daşla əhatə alınaraq 22,5 kvadrat metr ölçüdə tikili inşa edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 31.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon İHB-nin Qobu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 27 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.05.2006-cı il təvəllüdlü Xanım Şükürova, 07.02.2008-ci il təvəllüdlü Fəridə Rəhimli, 22.08.2009-cu i təvəllüdlü Yusif Rəhimli və 21.08.2016-cı il təvəllüdlü Yunis Rəhimli adlı üç azyaşlı və bir yetkinlik yaşına çatmayan dörd uşağı var. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəymiş ziyanı ödəməsini və himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan dörd uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin ediləcəyi təqdirdə, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 60 (altmış) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər və Abşeron rayonunun hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 60 (altmış) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar