Məhkəmə qərarları › İş №1(012)-319/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-319/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-319/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, İmişli rayonu. Kürdmahmudlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, O. Sarıvərli küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, 26-cı məhəllədə küçəyə zibil atılması səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun siftə nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, ona sol göz almasının kontuziyası (əzilməsi) sol alt və üst göz qapaqları şişkin fonda qançırı, sol gözün ağlı qişına qansızmasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur.Hadisə baş verən gün onu ikinci dəfə görmüşdür.Ev-alqı satqısı və tikintisi ilə məşğul olur.Təxminən bir ay əvvəl Rəşid Xırdalan şəhəri, 26-cı məhəlləyə gəlmiş və ona bir mərtəbəli evi göstərərək həmin evin onun qayınatasının evi olduğunu, evi satmaqda ona köməklik etməyi xahiş etmişdir. Onunla bilikdə evə baxdıqdan sonra evin içərisi zir-zibillə dolu olduğundan ona evin çox bərbad vəziyyətdə olduğunu demiş və bir az səliqəyə salmağını məsləhət görüb çıxıb getmişdir.xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Xırdalan şəhəri, 26-cı məhəllədə həmin küçədə yerləşən mənzilini təmir edərkən küçədən səs gəldiyini görüb bayıra çıxmış, Rəşidin mərhum qayınatası Bəhramın evinin həyətindən köhnə atdığını görmüşdür.Həmin vaxtı küçədən keçən üzdən tanıdığı qadın ona taxtaları küçəyə tökdüyünə görə ona öz iradını bildirmişdir.Rəşid isə həmin qadına qarşı kobudluq etmiş və ona cavab qaytarmışdır.Həmin qadın gedəndən sonra ona yaxınlaşmış və əvvəlcə ona demişdir ki, “sən üzərində mismar olan taxtaları və şüşə qırıqlarını nəyə görə yola tökürsən ətrafda yaşayanlara hörmətsizlik edirsən". Rəşid isə yüksəsk səslə onunla danışaraq qayınatasının həyətinə kim zibil tökııbsə o gəlib yığışdıracağını demişdir. Ona qonşular arasında ara qızışdırdığını, qonşularla qarşı- qarşıya qoyduğunu demişdir.Onu nalayiq söyüşlərlə təhqir etmişdir. Bu zəmində Rəşidlə aralarında mübahisələri yaranmış, o da əsəbləşərək hər iki əliylə onun yaxasından tutaraq sifət nahiyyəsindən sillə ilə vurmuş və onu özündən kənara itələyib iradını bildirərək “tərbiyən olsun” söyləmişdir. Taxtaları və şüşə qırıqlarını yerinə qaytarmasını tələb etmiş və öz fəhləni göndərərək ona kömək edib taxtaları yenidən qayınatasının həyətinə tökmüşlər.Sonra isə çıxıb getmişdir. Daha sonra bilmişdir ki. Rəşid adlı şəxs onun barəsində şikayət etmişdir.Rəşid Bəhramın həyətində olan zir- zibilləri və taxta qıırqlarım küçəyə tökdüyü üçün və onu təhqir etdiyi üçün aralarında mübahisə yarandığını, bu səbəbdən əsəbləşərək onu sillə ilə vurduğunu, mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxtı Rəşid və onun arvadının orada olduğunu, mübahisə zamanı Rəşidin onu vurmadığını göstərmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid ilə qeyri-rəsmi ər arvad münasibətində yaşayır.Abşeron rayonu, Xırdalan şəhərində 26-cı məhəllədə Səidənin atası Bəhramın həyətə evi vardır.Bəhram vəfat edəndən sonra həmin evdə heç kim yaşamır.Lakin mütəmadi olaraq evə baş çəkib həyəti təmizləylər. Bir neçə gün əvvəl evə baş çəkərkən Natiq adlı şəxsin evin həyətində zir-zibil tökdüyünü görmüş. Natiq adlı şəxs ona zibilləri özü tökdüyünü və yığışdıracağını bildirmişdir. 26.01,2023-cü il tarixdə saat 16 radələrində Bəhramın Xırdalan şəhərində 26-cı məhəllədə yerləşən evinə Səidə ilə birikdə getmiş, evin həyətinin yenidən zir-zibillə dolu olduğunu görüb zibilləri küçəyə atmışdır.Bir nəfər qadın küçədən keçərkən nəyə görə zibilləri küçəyə atdığını soruşmuş, o da həmin qadına demişdir ki, “kim zibili mənim həyətimə tökübsə gəlib yığışdırsın”.Bu zaman Natiq gəlmiş və ona iradım bildirərək nəyə görə zibili küçəyə tökdüyünü söyləyərək Səidənin üstünə qışqırmışdır.Onun həyətinə zibil tökdüyünü nəyə görə yığışdırmadığını soruşmuş, Natiq isə ona həyətinə zibil tökmədiyini demiş və idarə etdityi avtomobilə əyləşmişdir. Həmin vaxtı üzdən tanıdığı şəxs ona yaxınlaşaraq həmin qadının əri olduğunu demiş və qadınla nəyə görə mübahisə etdiyini soruşmuşdur. O həmin şəxsə ona heç nə demədiyini bildirmişdir. Ona bacı deyə müraciət etmişdir.Bu zaman Natiq avtomobildən yerə düşərək həmin şəxsin üzərinə qışqıraraq ona demişdir ki, o qadının üstünə qışqırmış, üzərinə şüşə (butulka) atmışdır. O da Natiqə demişdir ki, nəyə görə aranı qızışdırırsan.Bu zəmində aralarında mübahisələri yaranmış və mübahisə vaxtı Natiq qəfildən yumruqla onun sifət nahiyyəsindən bir dəfə zərbə vurmuş və onu təhqir etmişdir.Ona görədə o bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir.Natiq adlı şəxslə aralarında olan olan mübahisənin Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən evin yerləşdiyi küçədə baş verdiyini, mübahisənin təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxtı Səidə, Natiq və əvvəlcədən onunla mübahisə edən üzdən tandığı şəxsdən başqa şəxsin olmadığını, şikayəti və tələbi Natiq adlı şəxsin onu döyərək xəsarət yetirdiyi üçün onun barəsində tədbir görülməsini və cinayət məsüliyyətinə cəlb olunmasından ibarət olduğunu göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxslə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. X4 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən həyət evi vardır. Bəhram vəfat edəndən sonra həmin evdə yaşayış olmasada, tez-tez Rəşidlə birlikdə həmin evə baş çəkirlər. Sonucu dəfə xx.xx.2023-cü il tarixdə evə baş çəkərkən evin həyətinə zibil töküldüynü görmüşlər. Rəşid zibilləri küçəyə tökmüşdür.Tanımadığı qadın küçəyə çıxaraq Rəşidə iradını bildirmiş və zibilləri nəyə görə küçəyə tökdüyünü demişdir. Rəşid ona bacı deyə müraciət edərək zibilləri kim tökübsə özüdə yığışdıracağını söyləmişdir. Bu zaman həmin küçədə ev tikən Natiq adlı şəxs də gəlmişdir. Rəşid ona nəyə görə zibilləri həyətə tökdüyünü soruşmuşdur. Natiq isə onun və Rəşidin üstünə qışqırmışdır. Həyətə zibil tökmədiyini demişdir. Həmin vaxtı üzdən tanıdığı şəxs də gəlmişdir. Natiq həmin şəxsə Rəşidin giiya onun arvadı ilə kobud danışdığını demişdir. Rəşid həmin şəxsə qadınla kobud danışmadığını, ona bacı deyə müraciət etdiyini bildirmiş və onunla söhbət etdiyi vaxt qəfildən Natiq adlı şəxs Rəşidin sifət nahiyyəsindən bir dəfə yumruqla vuraraq onu təhqir etmişdir. Rəşid də bu barədə D İ N - in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə özü kənara çəkilmişdir. Bir qədər mübahisədən sonra onların çıxıb getmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 177 nöməli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol göz almasının kontuziyası (əzilməsi) sol alt və üst göz qapaqları şişkin fonda qançırı, sol gözün ağlı qişına qansızma küt əşya təsirindən törənmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni, xx.xx.2023-cü ıl tarixdə dava-dalaş nəticəsində yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar