Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-32/2022 14.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs2 Gülhüseyn qızınin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 185-də qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşamış, Abşeron Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 11.01.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 24 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev 1-ci küçə, ev 30 ünvanında yerləşən fərdi evinə pəncərəni açıb qanunsuz içəri daxil olaraq evdən 1 ədəd 40 manat dəyərində sobanı, hər biri 125 manat dəyərində olan ümumi 250 manat dəyərində 2 ədəd plastik qapını, 1 ədəd 50 manat dəyərində su nasosunu, 1 ədəd 150 manat dəyərində su qızdırıcını və 100 manat dəyərində plastik tavanı gizli olaraq talayıb zərərçəkmiş şəxs Qənimət Əbülrəhimova 590 manat məbləğində ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, 9-cu məhəllədə yerləşən 52 nömrəli fərdi yaşayış evinin həyətinə saxlanc yerinə açıq qapıdan qanunsuz daxil olaraq yeri kimi nəzərdə olan yardımçı tikilidən 1 ədəd 95 manat dəyərində olan “Bosh” markalı loqundanı, 1 ədəd 55 manat dəyərində olan “Bosh” markalı direli, həyətdə olan 1 ədəd 150 manat dəyərində “Bosh” markalı perefaratoru və 1 ədəd 100 manat dəyərində odun samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23.12.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə, birinci mərtəbəsini giriş qapısını sındıraraq qanunsuz olaraq daxil olub evin birinci mərtəbəsindən bir ədəd 1000 manat dəyərində üzərində “Baxi Manitour” markalanma yazısı olan 24 ölçülü kombi istilik sistemi aparatını, bir ədəd 30 manat dəyərində olan laqonda, evin ikinci mərtəbəsindən isə bir ədəd 200 manat dəyərində istifadə olunmuş üzərində “Beko” markalanma yazısı olan kondisineri, bir ədəd 100 manat dəyərində divar saatını, bir ədəd 300 manat dəyərində çılçırağı, bir ədəd 1500 manat dəyərində su filtirini, 50 manat dəyərində yataq örtüklərini, 50 manat dəyərində mehrabaları, bir ədəd 200 manat dəyərində çörəkbişirən sobanı, 50 manat dəyərində boşqab dəstini, bir ədəd 100 manat dəyərində su qızdırıcını, bir ədəd 150 manat dəyərində toz sovuranı və 26 ədəd 260 manat dəyərində ev qızdırıcı radiatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına ümumilikdə 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26.12.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz evə daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 65 manat dəyərində “Samafiks “ markalı laqondanı, 1 ədəd 35 manat dəyərində dreli, 20 manat dəyərində 20 metr uzunluğunda elektrik naqilini gizli yolla talayarq Zərərçəkmiş şəxs4 ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən digər fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz içəri daxil olub evdən 66 manat dəyərində 60 metr uzunluğunda elektrik kabeli, hər birinin dəyəri 32 manat olan ümumi 64 manat dəyərində 2 bağlama elektrik naqilini və 1 ədəd 6 manat dəyərində olan su ötürücünü gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 136 (bir yüz otuz altı) manat məbləğində ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz evə daxil olub oradan hər biri 40 manat olan ümumi 80 manat dəyərində 2 ədəd dreli, hər biri 100 manat olan ümumi 200 manat dəyərində 2 ədəd “Bosh” markalı laqondanı, hər biri 150 manat dəyərində olan ümumi 450 manat dəyərində 3 ədəd “Bosh” markalı dağıdıcını, 1 ədəd 70 manat dəyərində “Bosh” markalı ütü dəstini və hər bir metri 1 manat dəyərində olan ümumi 120 manat dəyərində 120 metr uzunluğunda elektrik naqilini gizli talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 920 (doqquz yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə 06 yanvar 2021-ci il tarixdə saat 01-20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısını açaraq qanunsuz içəri daxil olub zirzəmidə olan 1 ədəd 1400 mant dəyərində 24lük “Dəmirdöküm” markalı kombi istilik sistemi aparatını, 1 ədəd 1800 manat dəyərində 32lik “Dəmirdöküm” markalı kombi istilik sistemi aparatını, hər biri seksiyası 11 manat dəyərində olan ümumi 170 manat dəyərində 2 ədəd 8 seksiyalı istilik radiatorlarını və usta alətlərini gizli talamaq istəyərkən evdə quraşdırılmış siqnalzasiya sistemi işə düşdüyündən hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanıldığına görə o, iradəsindən asılı olmayan səbəblərdən öz əməlini başa çatdıra bilməyərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluğa cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evinin hasardan keçməklə həyətinə sonra isə pəncərə yerindən keçərək həyətdə olan tikintisi başa çatdırılmamış ikimərtəbəli evin birinci mərtəbəsinə qanunsuz daxil olub oradan hər metrinin dəyəri 1 manat olan ümumi 150 manat dəyərində 150 metr uzunluğunda misdən olan elektrik naqilini, hər birinin dəyəri 150 manat olan ümumi 300 manat dəyərində 2 ədəd laqondanı, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd dreli, 1 ədəd 150 manat dəyərində prefaratoru, ümumi 300 manat dəyərində alüminium profilləri ilə birlikdə alçipan aksesuarlarını və 150 manat dəyərində avtomobilə aid ehtiyat hissələrini gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1150 manat məbləğində ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 09.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən digər fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açaraq qanunsuz olaraq evə daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 30 manat dəyərində bir ədəd üzərində “Masaki Sim 115 800W am 112” markalanma yazısı olan xarici görünüşünə görə istifadə olunmuş gövdəsi qırmızı rəngli olan elektron laqondanı, 1 ədəd 140 manat dəyərində “Viktor R38EP prefarator” markalanma yazısı olan xarici görünüşünə görə istifadə olunmuş gövdəsi mavi rəngli elektrik prefaratoru, 1 ədəd 20 manat dəyərində üzərində markalanması Çin əlifbası ilə xarici görünüşünə görə istifadə olunmuş gövdəsi sarı rəngli, plastik boru yapışdıran elektrik ütünü, 32 manat dəyərində açar dəstini, 20 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini, 1 ədəd 12 manat dəyərində plastik boru kəsən qayçını, cəmi 254 manat dəyərində əmlakını, həmin evdə usta işləyən Zərərçəkmiş şəxs6 məxsus 31 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini, 1 ədəd 40 manat dəyərində laqondanı və 2 ədəd hər birinin uzunluğu 25 metr olan 60 manat dəyərində elektrik naqilini, cəmi 131 manat dəyərində əmlakını vahid niyyətlə gizli talayıb hər ikisinə ümumilikdə 385 manat ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, yeni məhəllədə yerləşən fərdi evdə ailə üzvləri ilə bir yerdə yaşayır. Əvvəllər oğurluq və narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir və buna görə bir müddətdir Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evlərindən oğurluq etməklə maddi təminatımı təmin etmişdir. 24 oktyabr 2020-ci il tarixdə onun pulu olmadığı üçün qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə o, həmin saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsində heç kimin yaşadığı evin qarşısına gəlmişdir. Həmin evdə heç kimin yaşamadığını bildikdən sonra hasardan həyətə düşmüşdür. Həmin vaxtı evin pəncərəsini açaraq evə daxil olmuşdur. Evdən 1 ədəd sobanı, 2 ədəd plastik qapıları, 1 ədəd su nasosunu, 1 ədəd su qızdırıcısını və plastik tavanı sökərək həyətə yığmışdır. Bundan sonra o, hissə-hissə həmin əşyaları yaşadığı evə aparmışdır. Həmin əşyaları o, həmin günün səhəri Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində metal qəbulu məntəqəsinə aparıb 150 manata satmışdır. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 04 noyabr 2020-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək qərara gəlmiş və bu məqsədlə saat 23 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 9-cu məhəlləyə getmişdir. Oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxtı oradakı fərdi yaşayış evinin yaşıl rəngli dəmir darvazasına yaxınlaşımış və drvazanın açıq olduğunu görüb, evdə kiminsə olub-olmadığını yoxlamaq üçün darvazanı bir neçə dəfə döymüşdür. Lakin heç kimin ona cavab vermədiyini görüb, ətrafa nəzər salıb həyətə daxil olmuş və orada 1 ədəd perefaratorun və 1 ədəd odun samovarının olduğunu görüb, həyətdəki yardımçı tikiliyə yaxınlaşmış və tikilinin qapısının açıq olduğunu hiss edib oradan oğurluq etmək üçün qapını açıb içəriyə girmişdir. Həyətdən düşən işıqlanma ilə tikilinin içərisində olan əşyaların arasından 1 ədəd laqundanı və 1 ədəd direli götürüb həmin tikilinin içərisindəki torbaya qoymuşdur. Sonra tez həyətə çıxıb orada görüdüyü perefaratorla samovarı da götürüb tez oradan uzaqlaşıb yaşadığı evə gedib, oğurladığı əşyaları həyətində gizlədib yatmağa getmişdir. Oğurladığı əşyalar olan torbanı səhər saat 09 radələrində götürüb taksi ilə Bakı şəhəri 3-cü mikrorayon bazarına aparıb orada tanımadığı şəxslərə satıb cəmi 160 manat pul əldə etmişdir. Həmin pulları da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 23 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq deyilən ərazidə yerləşən iki mərtəbəli və çardaqlı evdən oğurluq etmişdir. Həmin evin işıqları yanmadığı üçün, hasardan həyətə daxil omuş, əvvəlcə birinci mərtəbədə olan taxta qapını açaraq ora daxil olmuş, oradan bir ədəd laqonda və bir ədəd kombi aparatını oğurlamış, sonra isə lom salma yolu ilə evin qapısını açaraq evə daxil olmuşdur. Evə girməmişdən əvvəl evin giriş qapısının qarşısında çöl tərəfdə olan kondisanerin matorunu yerindən söküb çıxarmış, evdən isə kondisanerin hava vuranını sökmüş, solda olan otaqdan bir ədəd çılçıraq asıldığı yerdən kəlbətinlə kəsib götürmüş, həmin otaqda olan radiatorları çıxarmış, divardan asılmış saatı, ikinci otaqdan isə şkafdan yataq pastelini, dəsmalları, radiatoru, mətbəxdən çörəkbişirən sobanı, krantdan su təmizləyən filtiri, hamamdan su qızdırıcını, dəhlizdən bir ədəd toz sovuranı oğurlayaraq, birinci mərtəbədə kombinin içərisində olan bütün mis və alminiumları sökmüş, kombinin yalnız quru qapağı qalmışdır. Həmçinin evin içərisində kondisanerin matorunun və hava vuranın içərisində olan bütün mis və alminiumu söküb çıxarmış, həmin söküb çıxardığı mis və alminumları Abşeron rayonunda 120 deylən ərazidə mis, alminium qəbulu məntəqəsinə, mis və alminium kimi satmış, qalan çılçıraq, pastel, mehrabalar və digər əşyaları Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsə satmışdır. O, həmin əşyaları oğurlayıb həyətdə topalamış, bir hissəsini həmin gecə aparmış, qalan hissəsini isə ikinci gün gəlib aparmışdır. O, həmin əşyaları tək oğurlamış, onun oğurluq etməsi barədə heç kim bilməmiş və heç kimə bu barədə heç nə deməmişdir. Həmin oğurladığı əşyaları satanda da oğurluq olmasını deməmişdir. Bundan başqa 26 dekabr 2020-ci il tarixdə saat 23 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlmişdir. Həmin vaxtı orada yeni tikilmiş evlərdən birində heç kimin olmamasını yəqin etdikdən sonra, həyətə daxil olmuş və evin plastik pəncərəsini sıxmaqla açıb evə daxil olmuşdur. Həmin vaxtı evdən 1 ədəd laqonda, 1 ədəd drel və 20 metr uzunluğunda elektrik naqili oğurlamışdır. Oğurladığı əşyaları səhəri gün Bakı şəhərinə 3cü mikrorayon dairəsinə aparıb orada tanımadığı bir nəfər şəxsə 50 manata satmışdır. Bundan başqa 02 yanvar 2021-ci il tarixdə saat 23 radələrində yenidən oğurluq etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlib əvvəl oğurluq etdiyi evin qonşuluğunda olan yeni tikilmiş evin plastik pəncərəsini açmaqla evə daxil olmuş və evdən kabel, 2 bağlama elektrik naqili və 1 ədəd hamam avadanlığı olan trapı oğurlayıb aparmışdır. Oğurladığı əşyaları səhəri gün yenə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə aparıb orada tanımadğı şəxsə 30 manata satmışdır. Bundan başqa 03 yanvar 2020-ci il tarixdə saat 22 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivinə getmiş və orada olan yeni tikilən təmirsiz fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuşdur. Evdən 2 ədəd drel, 2 ədəd laqonda, 3 ədəd preparator, 1 ədəd ütü və elektrik kabellərini oğurlayıb aparmışdır. Oğurladığı əşyaları Bakı şəhəri, Yasamal rayonu ərazisində “Günəş” Petrol YDM-nin yanında tanımadığı şəxsə 70 manata satmışdır. Həmin 70 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 06 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki küçədə tək gəzmiş və oğurluq etmək üçün o, ev axtarmışdır. Həmin vaxtı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə işığı yanmayan ev görmüş və həmin evdən oğurluq etmək üçün o, evin hasarından həyətə tullanaraq evin həyətinə keçmiş və evin zirəmisinin qapısını açmaq yolu ilə içəri daxil olmuşdur. O, elə həmin evin zirzəmisində kombi və radiatorları usta alətlərini toplayıb oğurlayıb aparmaq istəyən zaman evdə tanımadığı şəxslərin səslərinin gəldiyini eşidib dərhal gizlənmək üçün sanitar qovşağına daxil olub yerə oturmuşdur ki, yatsın bu zaman görmüşdür ki, polis əməkdaşları gəlib onu Abşeron RPİ-nə aparmışlar. Bundan başqa 07 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlmişdir. Həmin ərazidə gəzişərkən mişar daşı ilə əhatə olunmuş, qarşısında dəmir darvazası olan tikintisi başa çatmamış fərdi həyət sahəsi olması nəzərini cəlb etmiş və həmin həyətdən oğurluq etməyi qərara almışdır. Evin həyətin qarşısına gəlmiş, ətrafa nəzər saldıqda kimsənin olmadığına əmin olduqdan sonra hasara çıxıb aşaraq həyətə daxil olmuşdur. Həyətdə ikimərtəbəli fərdi ev və yarımçıq tikili olduğundan pəncərə kimi nəzərdə tutulmuş yerdən keçib içəri girmişdir. Evin birinci mərtəbəsi kimi nəzərdə tutulmuş yerdə çoxlu sayda tikinti materialları, tikinti alətləri olmuşdur. Bundan sonra oradan götürdüyü paketlərə yerdə qoyulmuş laqondaları, dreli, perefaratoru, alçipan aksesualarını, elektrik naqillərini, bir neçə avtmoobil ehtiyat hissələrini yığdım və hissə-hissə tikilinin içərisindən çıxarıb həyətə yığmışdır. Oradan isə həmin əşyaları yığdığım torbaları küçəyə çıxarıb bir kənara qoymuşdur. Sonra isə yoldan keçən taksi avtomobilini saxlatdırıb həmin əşyaları evinə gətirmişdir. Səhəri günü, yəni 08 yanvar 2021-ci il tarixdə saat 13 radələrində oğurladığı əşyaları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Narzan” adlı kafe ilə üzbəüz olan metal qəbulu yerində satıb, ümumilikdə 100 manat pul əldə etmişdir. Sonra əldə etdiyi pulları öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 09 yanvar 2021-ci il tarixdə saat 23 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivinə gəlmiş və yuxarıda qeyd etdiyi əvvəl oğurluq etdiyi evlərin yanında olan yeni tikilmiş evin pəncərəni açmaqla daxil olub evdən 1 ədəd preparator, 1 ədəd boru qaynaqlayan ütü və 1 ədəd laqondanı oğurlayıb evdə olan iri yaşıl rəngli çantaya yığıb aparmışdır. Oğurladığı əşyaları 11.01.2021-ci il tarixdə günorta saatlarında satmaq üçün Bakı şəhərinə apararkən Abşeron rayonu, Xırdalan şəhərində polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nə aparmışlar və polis idarəsində çantada olan əşyaları və digər oğurluq əməllərini etiraf edib çantada olan əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, o, 20.10.2020-ci il tarixdə yaşadığı evdən çıxıb rayona işi ilə bağlı getmişdir. 27.10.2020-ci il tarixdə evə gələndə görmüşdür ki, naməlum şəxs və ya şəxlər evə daxil olaraq evdən 1 ədəd 40 manat dəyərində sobanı, 2 ədəd 250 manat dəyərində plastik qapıları, 1 ədəd 50 manat dəyərində su nasosunu, 1 ədəd 150 manat dəyərində su qızdırıcını və 100 manat dəyərində plastik tavanı oğurlamışdır. Oğurluq nəticəsində ona 590 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı heç kimdən şübhəlnməmişdir. O cümlədən onun evindən əvəllər oğurluq olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Gülhüseyn qızı ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, 30 cı məhəllə, ev 11, mənzil 24-də ailəsi ilə birlikdə yaşayır. X5, Rusiyya Fedarasiyyasında yaşayır, o, oğlu üçün Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq deyilən ərazidə fərdi yaşayış evi tikdirmişdir. Həmin evə oğlu və ailə üzvüləri Rusiyya Fedarasiyyasında olduğu üçün, o, hərdən gedib baş çəkmişdir. Həmin Yoncalıq yaşayış massivində yerləşən evə sonuncu dəfə 2020-ci ilin noyabr ayının axırlarında gedib baş çəkmişdir. Lakin 10.01.2020-ci il tarixdə həmin evə gedib baş çəkəndə görmüşdür ki, naməlum şəxs hasardan keçərək, həyətin giriş darvazasını içəridən açaraq, oradan evin giriş qapısının qıfılını lom salma yolu ilə qıraraq, evdən bir ədəd 700 manat dəyərində kondisaner, bir ədəd 1500 manat dəyərində kombi, bir ədəd 100 manat dəyərində divar saatını, bir ədəd 30 manat dəyərində olan laqondanı, bir ədəd 300 manat dəyərində çılçıraq, bir ədəd 1500 manat dəyərində su filtiri, 50 manat dəyərində yataq örtüklərini, 50 manat dəyərində mehrabalar, bir ədəd 200 manat dəyərində çörəkbişirən soba, 50 manat dəyərində boşqab dəsti, bir ədəd 100 manat dəyərində su qızdırıcını, bir ədəd 150 manat dəyərində toz sovuran və 26 ədəd 260 manat dəyərində ev qızdırıcı radiatorları oğurlamaqla ona ümumilikdə 4990 (dörd min doqquz yüz doxsan manat) dəyərində maddi ziyan vurmuşdur. Kombi aparatının və kondisanerin matorunun boş kalçuqdan olan qırıntıları hətda evdə qalmış, həmin kondisanerin hava vuranını bütöv aparılmış, matorunu və kombi aparatını evin içərisində sökdüyü üçün sınıqları ora tökülmüşdür. Çöx güman ki, həmin naməlum şəxs kombinin və kondisanerin içərisində olan metalları orada yani evdə söküb çıxarmış, ona görə də onların müəyyən kalçukdan olan yararsız hissələri orada tökülüb qalmışdır. Oğurluq nəticəsində ona 4990 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dalan 3-də yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, O, 2020ci ilin noyabr ayından Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində özünə məxsus olan torpaq sahəsində 3 fərdi yaşayış evləri tikdirmişdir. Torpaq sahəsini hasara aldırsa da, qapı saldırmamışdır. Evləri tikdirib damını vurdurub, qapı və pəncərələrini saldırmışdır. Hazırda evlərin daxilində ustalar tərəfindən suvax vurma işi aparılmışdır. 26.12.2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən hazırda tikdirdiyi elərdən birinin plastik pəncərəsindən daxil olmaqla naməlum şəxs tərəfindən evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd laqonda, 1ədəd drel və 20 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Bundan başqa 03.01.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tikdirdiyi evlərə baş çəkən zaman evlərdən birində onun özünə məxsus olan 60 metr uzunluğunda kabel, 2 bağlama elektrik naqili və 1 ədəd hamam avadanlığı olan trapın oğurlandığını aşkar etmişdir. Bundan başqa 10.01.2021-ci il tarixdə səhər evə gedib baş çəkən zaman evdən yenədə usta Hətəmə məxsus 1ədəd preparator aparatı, 1 ədəd boru qaynağının, komplekt açar-otverka dəstinin, 21 metr uzunluğunda elektrik naqilinin, plastik boru kəsən qayçının, digər usta Ramilə məxsus 1 ədəd 30 metrlik elektrik naqilinin, 2 ədəd hər birinin uzunluğu 25 metr olan elektrik naqilinin və 1 ədəd laqonda aparatının oğurlandığını aşkar etmişdir. Bundan sonra Abşeron RPİ-nə ərizə ilə müraciət edib evindən oğurluq olduğunu bildirmişdir. Oğurluq nəticəsində ona 136 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilənə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsi ev 96-da ailəsi ilə birlikdə yaşayır. Özü usta işləyir yəni, ev təmir etmişdir. 12.12.2020-ci il tarixdən etibarən Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq massivində yerləşən Camal adlı şəxsə məxsus fərdi yaşayış evində usta işləmişdir. Onun usta alətlərində həmin evdə qalmışdır. Hər gün səhər evə gedib orada işləyib axşam isə evinə getmişdir. Sonuncu dəfə 03.01.2021-ci il tarixdə evin qapısını bağlayıb evinə getmişdir. Səhəri günü yəni, 04.01.2021-ci il tarixdə səhər saatlarında Cəlalın evinəişləməyə getmişdir. Həmin vaxtı görmüşdür ki, Cəlalın evinin pəncərəsi açıqdır. O, içəri daxil olub aşkar etmişdir ki, ona məxsus usta alətləri evdə yoxdur. Bundan sonra ev sahibi Cəlal adlı şəxsə zəng edib bu barədə demişdir. Cəlal isə xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə polisə şikayət etməmişdir ki, “bəlkə usta alətlərini tapar yada ki, oğurlayan şəxs gətirib yerinə qoyar”. Oğurluq nəticəsində ona 920 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu H.Əliyev küçəsi 44, mənzil 19-da ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində onun 2 mərtəbəli fərdi yaşayış evi vardır ancaq, həmin evdə təmir işləri getdiyi üçün orada yaşayış yoxdur. Mütəmadi olaraq evinə nəzarət üçün gedib gəlmişdir. Evinin təhlükəsizliyi üçün Abşeron rayon Mühafizə Polis idarəsi ilə müqavilə bağlamışdır. Mühafizə polisləri tərəfindən onun evinə təhlükəsizlik siqnalzasiyası quraşdırılmışdır. Onun evinə hər hansı bir kənar müdaxilə olan kimi mühafizə polisinin əməkdaşları onunla əlaqə saxlayıb dərhal ünvana getmişlər. Sonuncu dəfə 06.01.2021-ci il tarixdə gecə saat 01:23-dəqiqəsində Abşeron rayon mühafizə polis əməkdaşları onunla telefonla əlaqə saxlayıb evinə kənar müdaxilənin olduğunu deyib ünvana getdiklərini bildirmişlər. Həmin vaxtı o da dərhal evinə getmiş və görmüşdür ki, mühafizə polisləri onun evinə gəlmişlər. Onun evinə tanımadığın 45-50 yaşında olan bir kişinin ayaqyolunda gizləndiyini görmüşlər. Bundan sonra həmin şəxsi polis əməkdaşları gətirib Abşeron RPİ-nə təhvil vermişlər. O, isə çıxıb öz yaşadığı evinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 37a, mənzil 124-də ailəsi ilə birlikdə yaşayır. İki il olar ki, özü üçün Abşeron rayonu, Xırdalan şəhərində fərdi ev tikdirmişdir. Sonuncu dəfə həmin tikilidə 05 yanvar 2021-ci il tarixdə olmuşdur. Həmin tarixdə tikilidə olarkən orada hər hansı əmlakı talanmamış, hər bir əşyası yerində olmuşdur. 11 yanvar 2021-ci il tarixdə aşxam saat 17-18 radələrində o, tikiliyə baş çəkmək üçün getmişdir. Evə gələrkən qapının açıq vəziyyətdə olduğunu görmüş və evə daxil olmuşdur. Evin birinci mərtəbəsi kimi nəzərdə tutulmuş hissədə qapının qıfılı sındırılmış və orada dəmir seyfdə saxladığı tikinti alətləri oğurlanmışdır. Belə olduqda evdən çıxmış və gedib yeni qıfıl alaraq həmin evə qayıtmışdır. Həmin gün saat 20 radələrində qapının qıfılını dəyişdikdən sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı DİNnin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirirmişdir ki, O, hörgü-suvax ustasıdır və sifariş əsasında fərdi evlərdə usta işləyir. 2021-ci ilin yanvar ayının 5-dən Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evlərində usta işləmişdir. Həmin evdə onunla birlikdə Zərərçəkmiş şəxs4 da santexnik işi görmüşdür. Hər gün işə saat 8-də gəlib, axşam saat 18 radələrində evin qapılarını bağlayıb getmişlər. 09.01.2021ci il tarixdə axşam saat 18 radələrində onlar Rizvana məxsus işlədikləri evlərin qapılarını bağlayıb çıxıb getmişlər və 10.01.2020-ci il tarixdə saat 08 radələrində işləmək üçün Rizvana məxsus evlərə gəlmişlər. Həmin vaxtı evlərdən birinin plastik pənəcərəsinin açıq olduğunu və evdən ona məxsus 1 ədəd 30 metrlik elektrik naqilinin, 2 ədəd hər birinin uzunluğu 25 metr olan elektrik naqilinin və 1 ədəd laqondanın, usta Hətəmə məxsus isə 1 ədəd preparator aparatı, 1 ədəd boru qaynağının, komplekt açar-otverka dəstinin, 21 metr uzunluğunda elektrik naqilinin, plastik boru kəsən qayçının oğurlandığını aşkar etmişlər. Bu barədə ev sahibi Rizvana bildirmişlər. Hətəmlə Rizvanın bildirdiklərinə görə evlərdən əvvəldə onlara məxsus əşyalar oğurlanmışdır. Bildirmişdir ki, oğurluq nəticəsində ona 131 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhəri, Əziz Əliyev küçəsi, ev 16A-da ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, o, santexnik ustasıdır və sifariş əsasında fərdi evlərdə usta işləyir. 2020-ci ilin dekabr ayının ortalarından Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində usta işləyir. Həmin evdə onunla birlikdə Zərərçəkmiş şəxs6 da suvax işi görmüşdür. Hər gün işə saat 8-də gəlib, axşam saat 18 radələrində evin qapısını bağlayıb getmişlər. 26.12.2020-ci il tarixdə saat 18 radələində həmişə olduğu kimi evin qapısını bağlayıb getmişlər. 27.12.2020-ci il tarixdə saat 08 radələrində işləmək üçün Abşeron rayonu, Xrdalan şəhərində Rizvana məxsus evə gəlmişlər və həmin vaxtı evin plastik pəncərəsinin açıq olduğunu və evdən ona məxsus 1 ədəd laqonda, 1 ədəd drel və 20 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişlər. Bu barədə ev sahibi Rizvana məlumat vermişlər. 03.01.2021-ci il tarixd isə həmin evdən ev sahibi Rizvana məxsus 60 metr uzunluğunda kabel, 2 bağlama elektrik naqili və 1 ədəd hamam avadanlığı trap naməlum şəxs tərəfindən oğurlanmışdır. 09.01.2021-ci il tarixdə axşam saat 18 radələrində onlar Rizvana məxsus işlədikləri evdən qapını bağlayıb çıxıb getmişlər və 10.01.2020-ci il tarixdə saat 08 radələrində işləmək üçün Rizvana məxsus evə gəlmişlər. Həmin vaxtı evdən ona məxsus 1 ədəd preparator aparatı, 1 ədəd boru qaynaq aparatının, komplekt açar-vintaçan dəstinin, 21 metr uzunluğunda elektrik naqilinin, plastik boru kəsən qayçının, usta yoldaşı Ramilə məxsus 1 ədəd 30 metrlik elektrik naqilinin, 2 ədəd hər birinin uzunluğu 25metr olan elektrik naqilinin və 1 ədəd laqonda aparatının oğurlandığını aşkar etmişlər. Bildirmişdir ki, oğurluq nəticəsində ona 479 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayon Mühafizə idarəsində polis nəfəri işləyir. İşi növbəli olduğuna görə 1 sutka işdə olmuş, iki sutka istirahətdə olmuşdur. O, işdə olduğu vaxtı həyat yoldaşı 2 azyaşlı övladı ilə evdə qalmışlar. 02.11.2020-ci il tarixdə saat təxminən 19 radələrində o, evdə olduğu vaxtı həyətdə işlədikdən sonra özünə məxsus 95 manat dəyərində olan 1 ədəd “Bosh” markalı loqundanı, 55 manat dəyərində olan 1 ədəd “Bosh” markalı direlini təmizləyib həyətindəki əl damına qoymuşdur, 1 ədəd 150 manat dəyərində olan “Bosh” markalı perefaratoru ilə 100 manat dəyərində olan 1 ədəd odun samovarını həyətdə saxlamışdır. Ertəsi günü o, işdə olub 04.11.2020-ci il tarixdə saat təxminən 11 radələrində evə qayıtmışdır. Həmin vaxtı həyətdə saxladığı perefaratoru ilə samovarının yerində olmadığını görüb həyat yoldaşından bu barədə soruşmuşdur. Arvadı da da bilmədiyini söylədikdən sonra o, həmin əşyalarının oğurlandığını hiss edib digər alətlərinin də yerində olub olmadığını yoxlamışdır. Həmin vaxtı əl damına qoyduğu laqunda ilə direlinin də yerində olmadığını aşkar etmiş və həmin alətlərinin də oğurlandığını yəqin etmişdir. Həyətindən oğurluq edən şəxsi özü tapmaq qərarına gəlmiş və bu barədə polisə müraciət etməyib oğrunu axtarmağa başlamışdır. Hadisədən 22 gün keçsə də o, həyətindən oğurluq edən şəxsi tapa bilməyib Abşeron RPİ-nə gəlib şikayət ərizəsi yazmışdır. Bildirmişdir ki, əvvəllər yaşadığı evin həyətindən oğurluq halları olmayıb, baş vermiş oğurluqda şübhələndiyi şəxslər yoxdur. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 11 yanvar 2021-ci il tarixdə işdə növbədə olan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dalan 3-də yaşayan Vəliyev X6 rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa etdirdiyi fərdi yaşayış evlərindən ona məxsus laqonda, drel, prefarator, elektrik naqiliplastik boru kəsən qayçı, otverka açar komplekti və .s əşyaların naməlum şəxs tərəfindən oğurlandığını ona maddi ziyan vurulmasını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı idarə rəhbərliyi onlara göstəriş vermişdir ki, həmin şəxsin evindən oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı ondan, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 və əmliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs3 məxsus məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin plastik pəncərələrini dəmir parçasıyla sıxıb açmaqla evdən drel, laqonda, prefarator, elektrik naqili, komplekt açar-otverka dəstini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, “24 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən X3 məxsus olan evə pəncərəni açmaq yolu ilə daxil olaraq evdən 1 ədəd sobanı, 2 ədəd plastik qapıları, 1 ədəd su nasosunu, 1 ədəd su qızdırıcını və plastik tavanı, 04 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, 9-cu məhəllədə yerləşən 52 nömrəli fərdi yaşayış evinin həyətyani sahəsinə açıq qapıdan daxil olaraq oradakı yardımçı tikilidən 1 ədəd “Bosh” markalı loqundanı, 1 ədəd “Bosh” markalı direli, 1 ədəd “Bosh” markalı perefaratoru və 1 ədəd odun samovarını, 23.12.2020-ci il tarixdə saat 22 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri Yoncalıq deyilən yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına məxsus iki mərtəbəli, çardağlı fərdi yaşayış evinə, birinci mətrtəbənini giriş qapısını sındırma yolu ilə, iknci mərtəbənin isə qapısına lom salma yolu ilə daxil olmaqla evin birinci mərtəbəsindən bir ədəd kombi, bir ədəd laqonda, ikinci mərtəbədən isə bir ədəd kondisaner, bir ədəd divar saatını, bir ədəd çılçıraq, bir ədəd su filtiri, yataq örtüklərini, mehrabalar, bir ədəd çörəkbişirən soba, boşqab dəsti, bir ədəd su qızdırıcını, bir ədəd toz sovuran və 26 ədəd ev qızdırıcı radiatorları, 26.12.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açmaqla evə daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs4 məxsus bir ədəd “Samafiks “ markalı laqondanı, 1 ədəd dreli, 20 metr uzunluğunda elektrik naqilini, 02.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən digər fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açmaqla evə daxil olub oradan 60 metr uzunluğunda kabel, 2 bağlama elektrik naqili və 1 ədəd su ötürücünü, 03.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açmaqla evə daxil olub oradan 2 ədəd dreli, 2 ədəd “Bosh” markalı laqondanı, 3 ədəd “Bosh” markalı dağıdıcını, “Bosh” markalı ütü dəstini və 120 metr elktrik naqilini, 06 yanvar 2021-ci il tarixdə gecə saat 01-20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin zirəmisinin qapısını açmaq yolu ilə içəri daxil olub orada olan 2 ədəd kombi aparatını, 8 ədəd 8 seksiyalı istilik radiatorlarını və usta alətlərini oğurlamaq istəmiş, lakin polis əməkdaşları gəldiyi üçün oğurluğu başa çatdıra bilməmiş, 07 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi həyətə hasardan keçməklə daxil olmuş, həyətdə olan tikintisi başa çatdırılmamış ikimərtəbəli evin birinci mərtəbəsinə pəncərə üçün nəzərdə tutulmuş yerdən keçərək orada olan 150 metr uzunluğunda misdən olan elektrik naqilini, 2 ədəd laqondanı, 2 ədəd dreli, 1 ədəd prefaratoru, alüminium profillərini, alçipan aksesuarlarını və avtomobilə aid ehtiyat hissələrini, 09.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən digər fərdi yaşayış evinin plastik pəncərəsini dəmir parçası ilə açmaqla evə daxil olub 1 ədəd laqondanı, 1 ədəd “Viktor” markalı dağıdıcını, 1 ədəd plastik ütü qaynağını, açar dəstini, 30 metr uzunluğunda elektrik naqilini, 1 ədəd plastik boru kəsən qayçını, 30 metr uzunluğunda elektrik naqilini, 1 ədəd laqondanı və 2 ədəd 25 metr olan elektrik naqilini gizli talayaraq oğurlamışdır”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs başqa cinyətlər törməsinin müəyyən edilməsi ilə bağlı tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə müsbət nəticə əldə olunarsa istintaq orqanına məlumat veriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Abşeron RMİ-nin polis nəfəri vəzifəsində polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Bildirmişdir ki, o, ayda 10 gün xidmətdə olur. O, səhər saat 09:00-da xidməti təhvil alıb həmin gününün səhəri saat 09:00-dək xidmətdə olmuşdur. Xidmətə Abşeron rayonu, Xırdalan şəhərində iş yoldaşı Şahid7 birlikdə aparmışdır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evləri onların idarəsi ilə təhlükəsizlik məqsədi ilə müqavilə bağlamışlar. Onlarda həmin evlərə siqnalzasiya quraşdırmışlar. Həmin evlərdə kənar müdaxilə olarsa həmin siqnalzasiya dərhal onların baş idarəsinə öz xəbərdarlığını etmişdir. 05 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixə keçən gecə iş yoldaşı Şahid7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində xidmətdə olan zaman Xırdalan şəhəri, Yoncalıq massivində yerləşən Zərərçəkmiş şəxs7 Məmməd oğluna məxsus evdə kənar müdaxilənin yəni həmin evə kiminsə daxil olması barədə onların idarəsində siqnalzasiya çaldığı üçün o, iş yoldaşı Şahid7la birlikdə “VOLSVAGEN POLO” markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 5 dəqiqəyə hadisə yerində olmuşlar. Onlar hadisə yerinə gedən zaman baş idarəyə məlumat vermişlər. İdarə isə ev sahibi Zərərçəkmiş şəxs7 bu barədə məlumat verdikləri üçün ev sahibidə evinə gəlmişdir. İş yoldaşı Cavidlə birlikdə avtomobildən düşüb evə yaxınlaşıb hasradan həyətə daxil olmuşlar və görmüşlər ki, həyətdə olan avtomobil qarajının qapısının qıfılı sındırılmışdır. Onlar içəri daxil olub evin 1–ci mərtəbəsi yəni zirsəmisinə daxil olmuşlar baxış keçirən zaman otaqların hamısının boş olduğunu və sanitar qovşağa yaxınlaşanda isə sanitar qovşağının qapısının içəridən bağlı olduğunu aşkar etmişlər və dərhal şübhələnmişlər ki, evə daxil olan naməlum şəxs burada gizlənmişdir. Ancaq, içəridən heç kim səs çıxarmışdır. Onlar sanitar qovşağın plastik materialdan olan qapısını çöldən yerindən çıxartmışlar və görmüşlər ki, içəridə bir nəfər kişi ayaq üstə dayanmışdır. Onları gördükdə isə yerə oturmuşdur. Bildirmişdir ki, onlar evə daxil olanda ev sahibi Zərərçəkmiş şəxs7 onların yanında olmuşdur. Həmin qapının çıxarılması kimi hərəkətlər Elxanın öz iştirakı və razılığı ilə olmuşdur. Onlar həmin şəxsi oradan tutub çölə çıxartdıqda həmin şəxsdən nə üçün bura gəldiyini soruşduqda onlara cavab verib bildirmişdir ki, “evim yoxdu qalmağa üçüdüyüm üçün hasardan həyətə keçib burada gecələmək istədim”. Ancaq, əsl həqiqətdə həmin şəxs oradan oğurluq etmək üçün həmin evə daxil olmuşdur. Onlar sorğu zamanı bilmişlər ki, həmin şəxs Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə küçəsi, Azadlıq prospektində yaşayan Təqsirləndirilən şəxs Əliövsət oğludur. Onlar həmin şəxsi avtomobilə mindirib Abşeron RPİ-nin Növbətçi Hissəsinə gətirib təhvil verərək bu barədə polis idarəsinin rəisinə raportala məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, bir neçə aydır Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində fərdi yaşayış evi tikdirir. 12.12.2020-ci il tarixdən tikdirdiyi evdə Zərərçəkmiş şəxs8 rəngsaz işi görməyə başlamışdır. 04.01.2021-ci il tarixdə səhər saatlarında Elşad ona zəng edib evinə pəncərədən daxil olan şəxsin ona məxsus drel, prefarator və digər alətlərini oğurladığını bildirmişdir. Oğurluq nəticəsində ona maddi ziyan dəymədiyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində metal-alqı satqısı sexində işləyir. Təqsirləndirilən şəxs Əlövsət oğlunu tanıyır. 25 oktyabr 2020 cil tarixdə Samir adlı şəxs ona 1 ədəd dəmir soba, 2 ədəd plastik qapı, 1 ədəd su nasosu, 1 ədəd su qızdırıcı və plastik tanavı gətirərək demişdir ki, “həmin əşyalar özünündü və 150 manata satır”. O da Samirə 150 manat verib həmin əşyaları almışdır. Bundan sonra dəmirləri əritmək üçün vermişdir. Qapıları isə 80 manata tanımadığı şəxsə satmışdır. Samir ona həmin əşyaları satarkən həmin əşyaların oğurluq olmasını deməmişdir. Ona demişdir ki, “həmin əşyaları yaşadığı evdə təmir getdiyi üçün söküb və pula ehtiyacı olduğu üçün satır”. O da elə bilmişdir Samirin özünündür ona görə də almışdır. Bundan başqa o, bildirmişdir ki, 2020-ci ilin dekabr ayının sonlarında Samir adlı şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə yenidən mis aliminim gətirib həmin məmulatların özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O da həmin mis və alimunumu çəkidikdən sonra Samir adlı şəxsə 40 manat pul vermişdir. Həmin mis və aliminumu metal əridmə zavoduna vermişlər. O, Samir adlı şəxsdən mis və aliminumu haradan əldə etdiyini soruşmuş Samir isə bildirmişdir ki, “mis və aliminumu zibil yerlərindən yığmışdır”. Bundan başqa o, bildirmişdir ki, 08.01.2021-ci il tarixdə günorta saatlarında Samir adlı şəxs işlədiyi metal qəbulu məntəqəsinə mis və aliminumdan olan elektrik naqillərini gətirib özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O da həmin mis və alimunumdan olan elektrik naqillərini çəkidikdən sonra Samir adlı şəxsə 50 manat pul vermişdir. Həmin elektrik naqilindən çıxarılmış mis və aliminumu metal əridmə zavoduna vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon mühafizə idarəsinin əməkdaşı Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2021-ci il tarixli 103 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd üzərində “Viktor R38EP prefarator” markalanma yazısı olan xarici görünüşünə görə istifadə olunmuş gövdəsi mavi rəngli elektrik perefaratorun 2021-ci ilin yanvar ayına orta bazar qiyməti 140 manat, bir ədəd üzərində “Masaki Sim 115 800W am 112” markalanma yazısı olan xarici görünüşünə görə istifadə olunmuş gövdəsi qırmızı rəngli olan elektron laqondanın 2021-ci ilin yanvar ayına orta bazar qiyməti 30 manat, bir ədəd üzərində markalanması Çin əlifbası ilə xarici görünüşünə görə istifadə olunmuş gövdəsi sarı rəngli, tam komplekt olmayan, plastik boru yapışdıran elektrik ütünün 2021-ci ilin yanvar ayına orta bazar qiyməti 20 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli 103 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd üzərində “Baxi Manitour” markalanma yazısı olan 24 ölçülü kombi aparatının 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 1000 manat, istifadə olunmuş bir ədəd üzərində “Beko” markalanma yazısı olan kondinsionerin 2020-ci ilin dekabr ayına orta bazar qiyməti 200 manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən 14.10.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şübhəli şəxsin tutulması haqqında 11.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 11.01.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd “Viktor” markalı perefarator, bir ədəd üzərində “Masaki Sim” sözləri yazılmış laqonda və bir ədəd plastik boru yapışdıran ütü, bir ədəd “Baxi Manifour” markalı kombi aparatının korpusu və bir ədəd “Beko” markalı kondinsionerin korpusu iş üzrə maddi sübut tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, ekspertiza rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X8 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən bir zərərçəkmiş şəxslə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11.01.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut tanınmış Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan bir ədəd “Viktor” markalı perefarator zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, bir ədəd üzərində “Masaki Sim” sözləri yazılmış laqonda və bir ədəd plastik boru yapışdıran ütü Zərərçəkmiş şəxs4, bir ədəd “Baxi Manifour” markalı kombi aparatının korpusu və bir ədəd “Beko” markalı kondinsionerin korpusu Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. İş üzrə 125 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11.01.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan bir ədəd “Viktor” markalı perefarator zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, bir ədəd üzərində “Masaki Sim” sözləri yazılmış laqonda və bir ədəd plastik boru yapışdıran ütü Zərərçəkmiş şəxs4, bir ədəd “Baxi Manifour” markalı kombi aparatının korpusu və bir ədəd “Beko” markalı kondinsionerin korpusu Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. İş üzrə 125 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Gülhüseyn qızına, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 oğluna, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-32/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-32/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver