Məhkəmə qərarları › İş №1(012)-32/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-32/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-32/2023 22.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu Sübh kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində nömrəsiz evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2022-ci ildə, saat 05 radələrində X2 icarəyə işlətdiyi Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən nömrəsiz iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mebel sexi olan binaya pəncərəsini açmaqla qanunsuz daxil olaraq oradan X3 məxsus 200 manat dəyərində 1 ədəd preparator, 150 manat dəyərində 1 ədəd frez aparatı, 100 manat dəyərində 1 ədəd drel və 400 manat dəyərində 50 metr uzunluğunda kabeli gizli talayıb Səlim Hüseynova ümumilikdə 850 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhərində ünvanı xatırlamadığı evdə kirayədə yaşayır və günəmuzd fəhlə işləyir. Son vaxtlar iş olmadığı üçün heç yerdə işləməmişdir. 02 yanvar 2022-ci il tarixdə, saat 24 radələrində Xırdalan şəhərində xatırlamadığı mağazaların birindən aldığı spirtli içkini küçədə içmiş və sərxoş olmuşdur. Hava soyuq olduğu üçün küçədə qala bilməmiş və özünə qalmağa yer axtarmağa başlamışdır. Həmin vaxt 03 yanvar 2022-ci il tarixdə, saat 05 radələrində ancaq adını bildiyi Səlimin sexinə tərəf getmiş, ətrafda heç kimi görmədikdə oradan oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək məqsədi ilə sexin pəncərəsini əli ilə itələyərək açmış və oradan sexə daxil olmuşdur. Orada gördüyü 50 metr uzunluğunda kabeli, 1 ədəd dreli, 1 ədəd preporatoru və 1 ədəd frez aparatını oradan götürdüyü kisəyə qoyaraq çıxmışdır. Həmin əşyaları oğurlamaqda məqsədi onları satıb pul əldə etmək olmuşdur. Oradan kirayədə yaşadığı evinə tərəf gedən yolda tanımadığı bir kişi onun apardıqları ilə maraqlanmış və həmin kişiyə oğurladığı kabeli və preporatoru birlikdə 60 manata satmış, satdığı əşyaların oğurluq olduğunu ona bildirməmişdir. Əldə etdiyi 60 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan frez aparatı və dreli istintaqa təqdim etmiş və bu barədə sənədləşmə aparılmışdır. Sonda o, əməlindən peşman olmasını əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş X2 ifadəsindən görünür ki, o, 2013-ci il tarixdən Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən icarəyə götürdüyü mebel sexində işləyir. Hər gün iş vaxtı saat 10 radələrində başlayır və saat 19 radələrində qurtarır. İş vaxtı qurtardıqda sexin qapı və pəncərələrini bağlayıb gedir və səhəri günü gəlib qapını açıb işə başlayır. 02 yanvar 2022- ci il tarixdə, saat 18 radələrində sexin pəncərələrin içəridən bağlamış və giriş qapısını açarla bağlayıb evinə getmişdir. Sabahı günü yəni, 03 yanvar 2022-ci il tarixdə, saat 05 radələrində tanımadığı və telefon nömrəsini xatırlamadığı şəxs ona zəng edərək işlədiyi sexin açıq olduğunu xəbər vermiş, bundan narahat olub tez sexə gəlmiş və pəncərənin açıq olduğunu gördükdə, sexdən oğurluq olduğunu bilmiş, sexdəki iş alətlərini yoxladıqda 400 manat dəyərində 50 metr uzunluğunda kabel, 100 manat dəyərində 1 ədəd drel, 200 manat dəyərində 1 ədəd preporat, 150 manat dəyərində 1 ədəd frez aparatın olmadığını gördükdə, naməlum şəxsin gecə vaxtı pəncərədən sexə daxil olub, onları oğurladığını bilmiş, oğurluq nəticəsində ona ümumilikdə 850 manat ziyan dəymişdir. Oğurluq barədə istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermiş, həmçinin Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Polis İdarəsində qeydiyyatda olan, lakin ünvan 2 ünvanda yaşayan X5 DİN-nin 102 xidmətinə zəng edərək və Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsindəki sexindən oğurluq olduğunu bildirmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar tərəflərindən isti izlə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Səlim Hüseynovun işlədiyi sexindən oğurlanmış 50 metr uzunluğunda kabelin, 1 ədəd drelin, 1 ədəd preporat və 1 ədəd frez aparatın Xırdalan şəhəri, nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını aşkar etmiş və onu həmin xüsusat üzrə istintaqı aparan müstəntiqə təhvil vermişlər. Təqsirləndirilən şəxs ilə apardığı sorğu sual zamanı o, törətdiyi həmin oğurluq hadisəsini etiraf edərək, 03 yanvar 2022-ci il tarixdə, saat 05 radələrində oğurluq etmək niyyəti ilə Səlimin işlədiyi həmin sexə pəncərəni açmaqda daxil olduğunu və oradan kabel, 1 ədəd drel, 1 ədəd preporat və 1 ədəd frez aparatı oğurladığını, onları kirayədə yaşadığı evinə tərəf apardıqda yolda tanımadığı bir kişiyə kabeli və preparatı 60 manata satdığını demişdir. Təqsirləndirilən şəxs oğurladığı frez aparatı və drel i istintaqa təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 9/924 nömrəti ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 adda istifadəyə yararlı əşyaların köhnəlməsi nəzərə alınmaqla hadisə baş verən tarixə yəni xx.xx.2022-ci il tarixə üzrində “BOSCH GBH2-26 DRE” marklanma göstəricisi olan drel 80 manat, Almaniya istehsalı olan üzərində “Bort BOF-1600N98290011” marlanma göstəricisi olan frez aparatı 90 manat, orta bazar qiyməti cəmi təxminən 170,00 manat müəyyən edilir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd drel və 1 ədəd frez aparatı zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə binaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, dindirilmiş şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Neftçala RİHB-nın Yenikənd kənd İƏDÜN-nün xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Hüseynov X6 rayonu, Sübhi kəndində qeydiyyatdadır, Bakı şəhərində nümayəndəliyə məlum olamyan ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə SU NPİ İB Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi məsuliyyətə cəlb edilməsi barədə olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Neftçala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cu il tarixli məktubdan görünür ki, Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(053)-26/2022 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha ağır cəza ilə əvəz edilməsi üçün 7 gün tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə vurulmuş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş, daha sonra o, istintaqın çağırışlarına gəlmədiyi üçün axtarış elan edilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. O, məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, başqa cinayət törətməsi ilə əlaqədar Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixli qərar ilə barəsində seçilmiş həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 300 (üç yüz) saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən 01 (bir) ay 7 (yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd drel və 1 ədəd frez aparatı zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.4-cü maddələrinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təyin olunmuş 300 (üç yüz) saat ictimai işlər cəzasına hazırki cinayət işi üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ictimai işlərin səkkiz saatı azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla cəmi 01 (bir) ay 7 (yeddi) gün müddət qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Hüseynov X4 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs başqa cinayət törətməsi ilə əlaqədar Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd drel və 1 ədəd frez aparatı zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar