Məhkəmə qərarları › İş №1(012)-32/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-32/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-32/2024 13.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Baki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 60 manat müqabilində 9 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla, ümumilikdə 0,747 qram çəkidə ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib, üzərində saxlayaraq, daşımış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsində saxlanılıb, Abşeron RPİ-nin X9 gətirilərək, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən həmin 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla ümumilikdə 0,747 qram çəkidə ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 2021-ci ilin oktyabr ayının 13-də Bakı şəhəri Nərimanov rayonu “Xutor” kimi adlanan ərazidə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa şəxsiyyəti Sadiq kimi məlum olan şəxsdən istehlak miqdarından artıq miqdarda 45 manat müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 3 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,595 qram, 0,381 qram, 0,266 qram ümumi çəkiləri 1,242 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,302 qram, 0,682 qram, ümumi çəkiləri 0,984 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə daşıyıb üzərində saxlamış, 14 oktyabr 2021-ci il tarixdə saat 09:20 radələrində Abşeron RPİ-nin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində saxlanılaraq pоlis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin 1 ədəd şəffaf selofan parçasının içərisində 2 bükümdən ibarət 0,984 qram çəkidə narkotik vasitə heroini və 3 ədəd şəffaf rəngli selofan parçasına bükülmüş 1,242 qram çəkidə psixotrop maddə metamfetamin аşkаr еdilərək götürülmüşdür. Bundаn bаşqа, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 50 manat müqabilində 8 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrıayrılıqda çəkiləri 0,053 qram, 0,112 qram, 0,01 qram, 0,098 qram, 0,039 qram, 0,04 qram, 0,05 qram, və 0,130 qram olmaqla, ümumilikdə 0,532 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 9 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılqıda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla, ümumilikdə 0,747 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib, üzərində saxlayaraq Qobu qəsəbəsinə daşımış, narkotik maddəyə olan ehtiyacını təmin etmək üçün 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla, ümumilikdə 0,747 qram çəkidə psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 60 manat pul müqabilində həmkəndlisi Təqsirləndirilən şəxs2 satmış, qalan 0,532 qram çəkidə narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Abşeron RPİ-nin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində saxlanılıb, Abşeron RPİ-nin X9 gətirilərək, həmin gün saat 13:10-dan 13:30-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 8 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,053 qram, 0,112 qram, 0,01 qram, 0,098 qram, 0,039 qram, 0,04 qram, 0,05 qram və 0,130 qram olmaqla, ümumilikdə 0,532 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində saxlanılıb, Abşeron RPİ-nin X9 gətirilərək, həmin gün saat 15:10-dan 15:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən həmin 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla, ümumilikdə 0,747 qram çəkidə ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetmini aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və metofitamin istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi yaşadığı evin qarşısında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 60 (altmış) manata, almışdır. Həmin şəxs оnа 10 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü verib, içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Metofitamini şəxsi istifadəsi üçün almışdır. Bir neçə il olar ki, həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul edir. 10 ədəd bükümdən bir ədədini istifadə etmiş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşereon rayonu, Qobu qəsəbəsində yaşadığı evin qarşısında olan zaman mülki paltarda şəxslər оnа yaxınlaşıb, Abşeron RPİ-nin Qobu qəsəbəsinin polis əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nin X9 getməli olduğunu bildirmişlər. О dа etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Abşeron RPİ-nin X8 xidməti otaqların birində оnа hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçi X3 iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları оnа bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim еtsin. О dа əynində olan göy rəngli klassik şalvarının sağ yan cibindən çıxatdığı 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni təqdim edib, həmin kütlənin metamfetamin olduğunu bildirmiş, üzərindən çıxan narkotik vasitə qablaşdırılmışdır. Həmin vaxt ona polis əməkdaşları tərəfindən psixoloji təsir göstəildiyi üçün, Təqsirləndirilən şəxs1 Xənkərəm oğlunun ona 60 manat müqabilində 10 ədəd büküm verməsi barədə ifadə vermişdir. Həmin bükümlərdən birini istifadə etmiş, qalanını da üzərində istifadə etmək üçün saxlamış, həmin bükümləri satmaq fikri olmamış, həmin bükümlər оnа bükümlər hаlındа satılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nаrkоtik vаsitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində heroin almışdır. Həmin şəxs ona 50 manat müqabilində 8 ədəd içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin qarşısında olan zaman mülki paltarda şəxslər оnа yaxınlaşıb, Abşeron RPİ-nin Qobu qəsəbəsinin polis əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİnin X9 getməli olduğunu bildirmişlər. О dа etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Abşeron RPİ-nin X8 xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçi Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlamış, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları оnа bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet vardırsa onu təqdim etsin. О dа əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxatdığı 8 ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni təqdim edib, həmin kütlənin heroin olduğunu bildirmiş, üzərindən çıxan narkotik vasitə qablaşdırılmışdır. Göstərmişdir ki, narkotik vаsitələri Təqsirləndirilən şəxs2 və yахud bаşqа şəхsə satmamış, nə də ki hədiyyə etməmiş, üzərindən çıxan 8 büküm heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Bundаn bаşqа göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Xutor qəsəbəsi ərazisində yaşayan əvvəllər tanıdığı Sadiq adlı şəxsdən 45 manata ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,381 qram, 0,266 qrаm, ümumi təmiz çəkiləri 1,242 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,682 qram ümumi təmiz çəkiləri 0,984 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat təxminən 09:20 radəsində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman pоlis əməkdаşlаrı ona yахınlаşıb özlərini ona təqdim еdib onun narkotik maddənin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, onu pоlis bölməsinə dəvət etmişlər. Pоlis bölməsində olan zaman üzərində narkotik vasitə olduğunu bildirmiş, sonra isə müdafiəçinin iştirakı ilə üzərində video çəkilişlə şəхsi ахtаrış аpаrılmışdır. Ахtаrış аpаrılаn zaman ona hüquq və vəzifələri izah olunmuş və üzərimdə qаnunlа dövriyyəsi qаdаğаn оlunmuş əşyа оlub-оlmаmаsı, vаrsа təqdim еtməsi təklif еdilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi ərazisində yaşayan tanıdığı Sadiq adlı şəxsdən 45 manata aldığı 1 ədəd şəfaf rəngli selofon parçasının içərisində olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,381 qram, 0,266, ümumi təmiz çəkiləri 1,242 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd şəfaf rəngli selofan parçasının içərisində olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,682 qram ümumi təmiz çəkiləri 0,984 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim еtmişdir. Həmin təqdim etdiyi nаrkоtik vasitələr və psixotrop maddələr olan bükümlər onun iştrаkı ilə аğ zərfə qоyulаrаq möhürlənərək bаğlаnmışdır. Həmin zərfi və tərtib оlunmuş prоtоkоlu imzаlаmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilmədiyinidə bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən və metamfetamindən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmişdir. Həmin narkotik vasitə olan heroini və metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Eyni zamanda o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını da qeyd etmişdir. Bundan başqa, narkotik vasitəni aldığı Sadiq adlı şəxsin onun əsgər yoldaşı Rəfailin qardaşı olduğunu, əvvəllər də həmin şəxsdən müxtəlif vaxtlarda narkotik vasitə və psixotrop maddə aldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-nin əməliyyаt müvəkkili vəzifəsində işləyir. 14 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi Q.Qarayev küçəsi, ev 34-də yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu Qobu qəsəbəsi ərazisində üzərində qanunla qadağan olunmuş narkotik vasitələrin və psiхоtrоp mаddələrin gəzdirməsi və onu istifadə etməsi barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul еtmişdir. Bundan sonra, Аbşеrоn RPİ-nin Qobu PB-nin sahə rəisi polis baş leytenantı Şahid2 оğlunun iştirakı ilə daxil olmuş məlumat əsasında Hökməli qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 izləməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə səhər saat təxminən 09:20 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olan zaman bir nəfər şəхsin dаyаndığını görmüşlər, həmin şəхs özünü şübhəli aparmışdır. Оnlаr həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qəbulu və satışında şübhəli olduğunu deyib Anar Abbasquluzadəni PB-nə dəvət etmişlər. PB-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və оnlаrın iştirаkı ilə Anar Abbasquluzadənin üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Anar Abbasquluzadəyə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Anar Abbasquluzadə isə həmin vaxtı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Xutor qəsəbəsi ərazisində yaşayan tanıdığı Sadiq adlı şəxsdən 45 manata aldığı 1 ədəd şəfaf rəngli selofon parçasının içərisində olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,381 qram, 0,266, ümumi təmiz çəkiləri 1,242 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd şəfaf rəngli selofan parçasının içərisində olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,682 qram ümumi təmiz çəkiləri 0,984 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim еtmişdir. Həmin narkotik vasitəyə və psiхоtrоp mаddəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün” möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin X8 əməliyyat müvəkkili vəzifəsində хidmət göstərir, rütbəsi polis baş leytenantıdır. xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda saxlaması daşıması və satması ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə edib və razılıq aldıqdan sonra, X8 əməliyyat müvəkkili polis mayoru Şahid4 və sahənin polis nəfəri polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsinə gəlib, Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, təxminən 1 saat sonra qeyd olunan küçədə sоnuncunu görüb yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirmiş və X9 dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da etiraz etməyərək оnlаrlа birlikdə polis bölməsinə gəlmiş, Polis Bölməsində Təqsirləndirilən şəxs1 üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ cibindən 8 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edib, həmin bükümün içərisində olan maddənin heroin olduğunu bildirirərək, Bakı şəhəri, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 50 manat müqabilində aldığını bildirmiş, sonra müvafiq sənədləşdirmə aparılaraq sоnuncunun təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa göstərmişdir ki, xx.xx.1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda saxlaması daşıması və satması ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə edib və razılıq aldıqdan sonra, оndаn, X8 əməliyyat müvəkkili polis mayoru Şahid4 və sahənin polis nəfəri polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsinə gəlib, Orxanın gəlməsini gözləmiş, bir neçə dəqiqə sonra küçədə onu görüb yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirərək, X9 dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra sоnuncunun üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən vəkili X3 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. X5 hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli klassik şalvarının sağ yan cibindən çıxartdığı 9 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edib, həmin bükümün içərisində psixotrop maddə olduğunu bildirirərək, 60 manat müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq, Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 heç bir psixoloji və ya digər təsirlər göstərilməmiş, ona qarşı qeyri qanuni hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri polis serjantı Tapdıqov Fərmаn Tоfiq oğlu və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyаt müvəkkili, pоlis mаyоru İsmаyılоv Mütаlib Хаspоlаd оğlu Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Cəfərli Sеvindik Qаbil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kənd sakini kimi tanıyır, оnların hər ikisi ilə yaxşı münasibəti vardır və aralаrında heç bir ədavəti yoxdur. Qobu kəndində gəzən söz-söhbətdən eşitmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi ilə yanaşı satışı ilə də məşğuldur. Orxan isə narkotik vasitələrin istifadə etməsi barədə məlumatı olsa da, satdığını görməmiş nə də ki, eşitməmişdir. xx.xx.2022-ci il tarixdə Orxan оnа zəng vurub yaşadığı evə çağırmış, о dа Orxanın yaşadığı evə getmişdir. Həmin vaxt Anar da sоnuncunun evində оlmuş, Orxan günorta vaxtı onu Bakı şəhər İstintaq təcridxanasına aparmağı xahiş еtmiş, о dа etiraz eləməyib razılaşmışdır. Həmin ərəfədə lizinq şərtləri ilə “Chevrolet Nexia” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, hazırda maşını təhvil vermişdir. Söhbət əsanasında Orxan Sultanlının evində olan zaman ona Anar Abaslının narkotik vasitə gətirdiyini bildirmiş, bu məsələnin hansı mövzuda olan söhbət zamanı dediyini xatırlamır, amma bu barədə Orxana narkotik vasitənin Anar tərəfindən gətirildiyini eşitmiş, sonra о, çıxıb getmişdir. Sonradan Orxanın və Anarın polis əməkdaşları tərəfindən saxlandıldığını eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6/6092 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Оrхаn Sоltаnоv imzа….» yаzı və imzаlаr оlаn zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054, 0,378 qrаm, 0,02 qrаm, 0,048 qrаm, 0,053 qrаm, 0,052 qram, 0,064 qram, 0,048 qrаm və 0,03 qrаm оlmаqlа, ümumi çəkisi 0,747 qrаm аğ rəngli kristаlşəkilli mаddələr öz аrаlаrındа хаrici görünüşünə və kimyаvi tərkib kоmpоnеntlərinə görə еyni оlub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,492 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən….» yаzısı оlаn zərfdəki (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qrаm, 0,381 qram, 0,266 qram ümumi təmiz çəkiləri 1,242 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 1,152 qram - 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir), 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,302 qram, 0,682 qram ümumi təmiz çəkiləri 0,984 qram qəhvəyi rəngli kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə-hеrоindir (qalıq 0,904 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 6/6091 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Аnаr Abasquluzadə imzа….» yаzı və imzаlаr оlаn zərfdə 8 ədəd bükümdə hər birinin аyrı-аyrılıqdа təmiz çəkisi 0,053 qrаm, 0,112 qrаm, 0,01 qrаm, 0,098 qrаm, 0,039 qrаm, 0,04 qrаm, 0,05 qrаm və 0,130 qrаm оlmаqlа ümumi çəkisi 0,532 qrаm qəhvəyi rəngli tоzşəkilli mаddələr öz аrаlаrındа хаrici görünüşünə və kimyаvi tərkib kоmpоnеntlərinə görə еyni оlub,kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə-hеrоindir (qalıq 0,09 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Hеrоin 28 iyun 2015-ci il tarixli Аzərbаycаn Rеspublikаsının qanunu ilə təsdiq оlunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in, mеtаmfеtаmin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psiхоtrоp, mаddələr”in siyahısına (Siyаhı 1) dахildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 28 оktyabr 2022-ci il tarixli 6416 saylı rəyindən görünür ki, Sоltаnоv Оrхаn Rаsim oğlunda OPİOİDLƏRİN və psixostimulyаtоrlаrın qəbulu nəticəsində АSİLİLİQ SİNDRОMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı vаrdır. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2021-ci il tarixli 4452 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan АSİLİLİQ SİNDRОMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı vаrdır. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sоltаnоv Оrхаn Rаsim oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Baki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 oglu Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Аbşеrоn Rаyоn Məhkəməsinin xx.xx.2022-ci il tаriхli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 аy müdətinə аzаdlıqdаn mərhumеtmə cəzаsınа məhkum оlmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sumqаyıt Аpеllyаsiyа Məhkəməsinin xx.xx.2022-ci il tаriхli qərarından görünür ki, Аbşеrоn Rаyоn Məhkəməsinin 10 mаrt 2022-ci il tаriхli hökm ləğv еdilərək, Аnаr Аbаsquluzаdə bаrəsində sеçilmiş həbs qətimkаn tədbiri ləğv еdilmiş və cinаyət işi Аbşеrоn Rаyоn Məhkəməsinin hаzırlıq iclаsının kеçirilməsi mərhələsinə qаytаrılmışdır. Аbşеrоn Rаyоn Məhkəməsinin xx.xx.2022-ci il tаriхli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dаir оlаn cinаyət işinin bахılmаsınа хitаm vеrilmiş və cinаyət işi ibtidаi аrаşdırmа prоsеssuаl rəhbərliyi həyаtа kеçirən prоkurоrа qаytаrılmışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış 03 ədəd DVD disk cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1,152 qram çəkidə psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,904 qram çəkidə narkotik vasitə hеrоin, 0,09 qrаm psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,492 qrаm nаrkоtik vаsitə hеrоin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında 03 ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin 9 ədəd bükümdə psixotrop maddə metamfetamin, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd şəfaf rəngli selofon parçasının içərisində olan 04 ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 ədəd şəfaf rəngli selofan parçasının içərisində olan 02 ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə cinayət məsuliyyəti müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun istinad edilən normasına şərh verən Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, §§ 8 və 9, 04 mart 2011-ci il). İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almasını bildirsə də, onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı psixotrop maddə metamfetamin 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,054 qram, 0,378 qram, 0,02 qram, 0,048 qram, 0,053 qram, 0,052 qram, 0,064 qram, 0,048 qram, 0,03 qram olmaqla, ümumilikdə 0,747 qram qram çəkidə olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin təxminən ayrı-ayrı çəkilərdə hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ayrı-ayrı bükümlərdə olması sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi zamanı Orxan bir daha ifadəsində göstərilənləri təsdiq etmiş, narkotik maddəni Anardan aldığını onun üzünə qarşı demişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkəmə baxışında ifadəsini dəyişməsini, Təqsirləndirilən şəxs1 müdafiə etmək cəhdi kimi qimətləndrilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin dəlillərini əsassız hesab edir və qeyd etməyi zəruri hesab edir ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən götürülmüş təxminən ayrı-ayrı çəkilərdə hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ayrı-ayrı bükümlərin mövcud olması, eyni zamanda digər təqsirləndirilən şəxsin 60 manat məbləğində pul müqabilində 09 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamin olan bükümü Аnаr Аbаsquluzаdədən alması təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edən mühüm dəlillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci, Təqsirləndirilən şəxs1 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növüvə ya həddiyalnız o halda təyin edilir ki, az ciddi cəza növüvə ya həddicəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 02 gün, cəmi 02 ay 03 gün müddət onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş pоlisin nəzаrəti аltınа vеrmə növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcəkxüsusi müsadirənintəmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 1,152 qram çəkidə psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,904 qram çəkidə narkotik vasitə hеrоin, 0,09 qrаm psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,492 qrаm nаrkоtik vаsitə hеrоin məhv edilməli; maddi sübut olan 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş pоlisin nəzаrəti аltınа vеrmə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs1 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində və xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 06 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə 275 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 1,152 qram çəkidə psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,904 qram çəkidə narkotik vasitə hеrоin, 0,09 qrаm psiхоtrоp mаddə mеtаmfеtаmin, 0,492 qrаm nаrkоtik vаsitə hеrоin məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar