Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-32/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Qubadlı rayonu, Sarıyataq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 29, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 4, mənzil 86-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında "xxxx" MMC-nin törəmə müəssisəsi olan "xxxx" mənzil tikinti kooperativi tətəfindən inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 78 kv-metr olan iki otaqdan ibarət 52 saylı mənzilin ona aid olduğunu tanışı Şahid3 yalandan bildirərək, Zərərçəkmiş şəxs məxsus 42000 (qırx iki min) manat dəyərində olan həmin mənzili xx.xx.2021-ci il tarixdə sonuncunun vasitəsi ilə İmişli rayonu, Bərcəvan kəndində yaşayan Şahid2 39000 (otuz doqquz min) manata sataraq, sonuncu mənzilin dəyəri olan həmin məbləğin 11000 (on bir min) manatını aralarındakı razılaşmaya əsasən "xxxx" mənzil tikinti kooperativinə ödəyib, Təqsirləndirilən şəxs mənzilin dəyərinin qalan hissəsinin əvəzində Şahid3 tikinti materialı olan qum almaqla Zərərçəkmiş şəxs 31000 (otuz bir min) manat dəyərində əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, Şahid1 işlə bağlı tanıyır, Zərərçəkmiş şəxs isə tanımamışdır, onu ancaq polis idarəsində görmüşdür. Şahid1 ondan 38000 manat dəyərində ev götürüb, 13000 manat ödənilib, qalan məbləğ isə ödənilməmiş qalır.Azad borcun əvəzi olaraq həmin bu mübahisəli mənzili ona təklif edib. Şahid1 özü ona demişdir ki, 11 000 manat şirkətə ödənilsin, qalan borc isə ona olan borcun əvəzində ödənməlidir.Ona görə də şirkətə 11 000 manat ödənildi.İndi Azad həm ona, həm də zərərçəkənə vəd verir ki, pul ödəniləcək narahat olmayın, amma göründüyü kimi Şahid1 vədinə əməl etmir.Satılan evin Ağamoğlana məxsus olması ev satılandan sonra ona məlum olmuşdur. Onun bu cinayət işində heç bir təqsiri yoxdur. Ona görə də məhkəmədən xahiş edir ki, barəsində ədalətli qərar qəbul edilsin. İbtidai istintaqda cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, lakin şikayət etdikdən sonra hazırda onu tanıyır. Şahid1 tikinti sahəsində işləyən şəxs kimi uzun illərdir ki, tanıyır, onunla tikinti materiallarının alverini etmişdir. 2019-cu ilin axırlarında Şahid1 ona 38.000 manat borcu olmuş, həmin puldan 13.000 manatını hissə-hissə 2019-2020-ci illərdə ödəmiş, hazırda ona 25.000 manat borcu qalmışdır. Belə ki, Şahid1 2019-cu ilin axırlarında Bakı şəhəri, Yeni Yasamal ərazisində tikilən "xxxx" MTK-nın tikdiyi hündürmərtəbəli binada ona məxsus olan 76 kvadratmetr ölçüdə olan nisyə mənzil vermişdir. Razılıqlarına əsasən həmin mənzilin ödənişini Azad ona 13000 manat nağd pul və 25000 manat dəyərində beton verməklə ödəyəcəyinə söz vermişdir. Azad, ona olan iyirmi beş min manat pulu qaytarmadığı üçün aralarında narazılıq yaranmışdır. Azad bildirmişdir ki, onun Xırdalan şəhərində, “Proqres MTK”-nın binasında üç ədəd- ikisi bir otaqlı, biri iki otaqlı mənzili vardır. Xahiş etmişdir ki, həmin mənzilləri satmaqda kömək etsin və Azadın ona olan borcunu mənzilin satışından əldə olunan puldan götürsün. O, razılaşmış və mənzilləri almaq üçün müştəri axtarmışdır. İmişli rayonundan olan və tikinti işləri ilə məşğul olan Şahid3, “Proqres MTK”-da iki otaqlı mənzil satıldığını demiş, həmin mənzilə müştəri tapmağı xahiş etmişdir. Elçin demişdir ki, İmişlidən bir nəfər var, gəlib mənzilə baxar, xoşu gəlsə alar. 2021-ci ilin fevral ayının ortalarında Elçin ona zəng etmiş və bildirmişdir ki, mənzil alan şəxs gəlib, mənzilə baxmaq istəyir. O, Azadın nömrəsini Şahid3 vermişdir ki, danışıb mənzilə baxsınlar. Özü mənzilə baxmaq üçün getməmişdir və həmin mənzilin alqısatqısında iştirak etməmişdir. İki gün sonra Şahid3 ona zəng etmiş və bildirmişdir ki, mənzili alan şəxs sabah gəlib evi almaq istəyir və evi öz adına sənədləşdirmək istəyir. O, Şahid1 Bakı şəhəri, “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən ofisinə çağırmış və Azadla orada qardaşı Eynur və işçisi Şahinin yanında söhbət etmişlər. Azad evin qiymətini 35000 manata demiş, evi 33000 manata satmaq barədə razılaşmışlar. Azad ona bildirmişdir ki, MTK-ya 11000 manat pul veriləcək, qalan 22000 manatı mənzilin satışından əldə olunan gəlirdən o, götürəcəkdir. O, Azadın yanında Şahid3 zəng edib bildirmişdir ki, sənədləşmə zamanı Azada 11000 manat pul verəcəklər. Mənzilin qalan pulunun əvəzində ona qum verəcəyi barədə razılaşmışlar. Çünki Şahid3 İmişli rayonunda qum karxanası olmuş, onun da tikinti materialı olaraq quma ehtiyacı olmuşdur. Sabahısı gün Elçin ona zəng etdikdə, o, Elçinə demişdir ki, Azada zəng etsin. Sonradan ona məlum olmuşdur ki, Azad, Şahid3la Zərərçəkmiş şəxs əlaqələndirmiş və onlar mənzili sənədləşdirib Hümbət adlı şəxsin adına keçirmişlər. Sonradan Şahid3, ona mənzilin ödənişi olaraq qum vermişdir. O, mənzili Azadla öz aralarında 33000 manata razılaşmışlar. Şahid3 mənzilin qiymətini olduğu kimi demiş, əvəzində ondan qum almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 2 ünvanda "xxxx" MTK –ya müxtəlif inşaat materialları verməklə məşgul olmuşdu.Bir gün yaxın tanışı Şahid1 ona zəng edib dedi ki, “Ağa o iki otaqlı mənzilin var e, imkanın varsa adam var gələcək, o evi verərsən, qabaqcadan 11000 manat verəcəklər, qalanın da üç ay müddətində hissə-hissə ödəyəcəklər”.Dedi, Azad müəllim, sən deyirsənsə, mən nə deyə bilərəm.Çünki o, Azadı çoxdan tanıyır.Belə oldu ki, iki nəfər gəldi, biri Şahid3, biri də Şahid2.Dedilər bizi Azad müəllim göndərib.Girib evə baxdılar,sabahısı gəldilər dedilər bəli, bu evi biz götürürük.Dedi ki, götürürsünüzsə, problem yoxdur.Dedilər biz danışmışıq üç ay müddətinə pulu ödəyəcəyik.Bu şəxslərin heç birini əvvəllər tanımamışdır, həmin vaxt bu Təqsirləndirilən şəxs da tanımırdı. Şirkətə 10000 manat borcu qalmışdı, 10 000 manat verməli idi ki, müqavilə bağlansın, şirkətə 36 700 manatlıq mal vermişdi. Bunlar 10 000 manat ona verdilər, 10 000 manatı şirkətin rəhbərinə verdi,sənədlər hazırlandı verildi Şahid2 adına, müqavilədə evin qiyməti 46700manat göstərilib. Şirkətin rəhbəri də ona dedi ki, qalan pulu alarsan-almarsan daha sənlikdir. Üstündən bir ay, iki ay, üç ay keçdi pul verilmədi.Onu bilmədi ki, pulu bunlar verəcək, Azad verəcək, yoxsa kim verəcək. Azada zəng etdi dedi “Azad nə oldu, pulu verilmədilər axı, mal-materiala borcu var axı”.Azad ona dedi ki, darıxma mənim yaxın adamım var Təqsirləndirilən şəxs o verəcək pulu.Bundan sonra o, evi alan şəxs Şahid2 zəng edib məsələni demiş, Şahid2 da ona bildirmişdir ki, ondan ayrılandan sonra pulun qalan hissəsini də sayıb Şahid3 verib, çünki, Şahid3 mənzilin ona aid olduğunu demişdi.Bundan sonra Azad ona dedi ki, pulu Təqsirləndirilən şəxs verəcək, “mən demişəm, sən də zəng et Təqsirləndirilən şəxs”. Bundan sonra Təqsirləndirilən şəxs zəng etdi ki, bəs pulu ver.Təqsirləndirilən şəxs da dedi ki, nə pul, sən məni tanımırsan, mən də səni. Bundan sonra müxtəlif hüquqmühafizə orqanlarına şikayət etdi.Belə başa daşdü ki, aldanmışdır. Həmçinin, zərərçəkən Zərərçəkmiş şəxs sonrakı məhkəmə iclaslarında məhz Şahid1 tərəfindən onun pulunun veriləcəyini dediyini dəfələrlə bildirmişdir. İş materiallarından görünür ki, ibtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X6 bildirmişdir ki, ünvan 2 ünvanda "xxxx" MTK –ya 2020 və 2021-ci illlərdə plastik materialdan olan pəncərələr və qırmızı kərpic vermişdir. MTK-nın sədri Emin Səməndərovla onun verdiyi tikinti materiallarının əvəzində ona iki otaqlı mənzil verməsi barədə razılaşmışdır. O, tikinti materiallarını verdikdən sonra Emin Səməndərov həmin tikintisi aparılmış beş bloklu, 15 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 78 kvadratmetr ölçüdə olan 52 saylı mənzili ona vermişdir. Həmin mənzili verərkən onun adıına sənədləşmə aparılmamışdır. O, həmin mənzili satdıqda alıcının adına sənədləşmə aparılacağı barədə razılaşmışlar. O, verdiyi tiknti materiallarının pulunu əldə etmək üçün qeyd olunan mənzili satmağa müştərti axtarmışdır. Dostu Şahid1 ona 2021-ci ilin fevral ayında zəng edib müştəri tapdığını bildirmiş, vədələşib evi alan Şahid2 ilə MTK-da görüşmüşlər. Hümbət MTK-ya Şahid3 adlı şəxslə birlikdə gəlmişdir. O, MTK-da olan 52 saylı mənzili Şahid2 və yanında gələn Elçinə göstərmişdir. Onlar mənzili bəyəndilər. Mənzilin satış qiymətini 46.800 (qırx altı min səkkiz yüz) manata razılaşmışlar. O, Hümmətə izah etmşdir ki, mənzil onun adına sənədləşdirilməmişdir, birbaşa MTK tərəfindən onun adına sənədləşdiriləcəkdir, lakin mənzilin pulunu ona verməli olduğunu ona izah etmişdir. Mənzilin dəyəri olan 46.800 (qırx altı min səkkiz yüz) manatdan MTKnın tikintisini aparan Emin Səməndərova 11.000 manat borclu qaldığı üçün ilkin ödəniş olaraq Hümmətin verdiyi 11.000 manat pulu razılıqlarına əsasən, Hümmət onun və Elçinin yanında Emin Səməndərova vermişdir. Mənzilin dəyərinin ödənilməsi üçün yerdə qalan 35.800 manat pulu üç ay müddətində Hümmətin ona ödəyəcəyi barədə razılaşmışlar. Həmin vaxt onun xahişi ilə MTK-nın sədri Emin Səməndərov qeyd olunan mənzilin Şahid2 satılması barədə müqavilə tərtib edərək müqavilənin bir nüsxəsini Hümmətə vermişdir. Lakin üç ay müddətində Şahid2 ona pul vermədikdə o, Hümmətə və onun dostu Şahid3 zəng edib pulunun ödənilməsini tələb etmişdir. Sonra onlarla görüşmüşdür. Hümmət bildirmişdir ki, ondan ayrılandan sonra mənzilin ödənişi olan pulu Şahid3 vermişdr. O, Hümmətdən ondan aldığı mənzilin pulunu hansı səbəbə Şahid3 verdiyini soruşduqda o, bildirmişdir ki, ondan ayrılandan sonra Elçin onu aldatmış və mənzilin ona aid olduğunu bildirmiş, ona görə də, mənzilin pulunu o, Elçinə ödəmişdir. O, Şahid3 axtarsa da tapa bilməmişdir. Onun dostu Təqsirləndirilən şəxs tapmışdir. Təqsirləndirilən şəxs hadisəni nəql edib mənzilin pulunun ona ödənilmədiyini bildirmişdir. O, hadisə barədə Təqsirləndirilən şəxs bildirdikdə Elçin ona izah etmişdir ki, Hümmətdən mənzilin pulunu Şahid3 almış, həmin pulun müəyyən hissəsini ona vermişdir. Təqsirləndirilən şəxs söz vermişdir ki, onun pulunu hissə-hissə ödəyəcəkdir. Lakin Təqsirləndirilən şəxs və yuxarıda qeyd etdiyi şəxslər onun Hümmətə satdığı mənzilin pulunu ona ödəməmişilər. Ona görə də o, bu barədə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə tikinti şirkətlərinə tikinti materialları satmaqla məşğul olmuşlar. Odur ki, onunla dostluq münasibətləri yaranmışdır. O, həmçinin Təqsirləndirilən şəxs da tanıyır, onunla da normal münasibətləri vardır.Təqsirləndirilən şəxs ona dedi ki, ev lazımdır, iki nəfər tanışı var ev istəyir. O da Zərərçəkmiş şəxs dedi, gedib 11000 manat şirkətə verdilər,qalan məbləğin əvəzinə isə bildiyinə görə mal-material verilməli idi. Sonra elə oldu ki, pulu ödəmədilər.Maraqlandı Şahid3 özü gəlmədi, qardaşı İntiqam gəldi. İntiqam da söz verdi ki bu məsələ onnuqdu, bu məsələni bağlayacaq, burada Təqsirləndirilən şəxsluq bir məsələ yoxdur.Lakin aydın oldu ki, Ağamoğlanın pulu ödənilməmiş qalmışdır.Onu da qeyd etmişdir ki, onun Təqsirləndirilən şəxs borcu olmamışdır.Bu barədə deyilənlər yalandır. İbtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl o, tikinti şirkətlərinə tikinti materialları satmaqla məşğul omuşdur. Zərərçəkmiş şəxs ilə birlikdə tikinti şirkətlərinə tikinti materialları satmaqla məşğul olmuşlar. Odur ki, onunla dostluq münasibətləri yaranmışdır. O, həmçinin Təqsirləndirilən şəxs da tanıyır, onunla da normal münasibətləri vardır. İnşaatda işləyəndə aralarında tikinti materialları alveri olmuşdur, lakin hazırda heç bir işgüzar əlaqələri yoxdur. Zərərçəkmiş şəxs ünvan 3 ünvanında "xxxx" MMC və onun törəməsi olan "xxxx" MTK tərəfindən inşa edilən 15 mərtəbəli, 5 bloklu binanın 9-cu mərtəbəsində iki otaqlı, 78 kvm ölçüdə mənzili olmuş, Ağamoğlan ona demişdir ki, həmin mənzili satmaq istəyir, əgər müştəri olsa, onunla əlaqələndirsin. 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, bir nəfər tanışı var, ona Xırdalan şəhərində ucuz qiymətə mənzil lazımdır, mənzilin pulunun bir hissəsini nəğd pul şəkilində , qalan hissəsini isə tikinti şirkətinə üç ay müddətinə sement, beton verməklə ödəmək istəyir. O da zəng edib bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Ağamoğlan mənzili həmin şərtlərlə satmağa razılaşmışdır. O, zəng edib bu barədə Elçinə demişdir. Elçinə demişdir ki, telefonla danışın və mənzil alan şəxslə gedin, birlikdə baxın, bəyənsəniz alarsınız. Aradan təxminən 10 gün keçəndən sonra Zərərçəkmiş şəxs ona zəng edib bildirmişdir ki, iki nəfər şəxs onunla Xırdalan şəhərində görüşüb, mənzilə baxmış və mənzili bəyənmişlər, 11000 (on bir min) manat nağd pul ödəniş edirlər, qalan hissəni də üç ay müddətinə inşaat materialları verib borcu bağlamaq istəyirlər. Həmin iki nəfər ev alanların kimlər olmasını o, bilməmişdir, lakin Ağamoğlan bildirmişdir ki, onlarla razılaşıb, 11000 (on bir min) manat pulu alıb, evi alana mənzil tikinti kooperativindən müqavilə və maliyyə arayışı verilmişdir. Evi alan şəxslərin məzilin dəyərini ödəmək üçün vəd verdikləri üç ay müddət bitəndən sonra Ağamoğlan ona demişdir ki, mənzili alan şəxslər vədinə əməl etməmiş və mənzilin dəyərini ödəməmişlər. Bu səbəbdən də Ağamoğlan yuxarı dövlət orqanlarına şikayət etmişdir. Sonradan o, Təqsirləndirilən şəxs soruşmuşdur ki, Ağamoğlanın pulunu nə üçün vermirsiniz? Təqsirləndirilən şəxs bildirmişdir ki, mənzili İmişli rayonundan olan Elçin adlı şəxs almışdır. Demişdir ki, Ağamoğlana o yox, İmişli rayonundan olan Elçin borcludur. Onun Təqsirləndirilən şəxs heç vaxt borcu olmamışdır, hazırda da ona heç bir borcu yoxdur. Onun "xxxx" MTK tərəfdindən inşa edilən binada mənzili olmamışdır və hazırda da yoxdur. Təqsirləndirilən şəxs heç vaxt ev satmamışdır. Həmin ev Ağamoğlanın evi olmuş və o, Təqsirləndirilən şəxs vasitəsi ilə tanımadığı şəxsə satmışdır. Əvvəllər Təqsirləndirilən şəxs ona demişdir ki, Ağamoğlana olan borcunu ödəyəcəkdir. Əvvəlcə 14 000 (on dörd min) manat verəcəyini vəd etmiş və bildirmişdir ki, qalan pulu da hissə-hissə ödəyəcəkdir. Lakin ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlən Şahid2 bildirmişdir ki Təqsirləndirilən şəxs heç vaxt tanımamışdır, həmçinin Zərərçəkmiş şəxs də tanımamışdır. Şahid3 isə, bir qonşu kəndli kimi tanımışdır. Şahid3 ev tikintisi ilə məşğul olur. 2021-ci ilin yanvar ayının axırlarında işlədiyi yanacaq doldurma məntəqəsində olarkan Şahid3 onun yanına gəlmiş, orada onunla söhbət zamanı bildirmişdir ki, Xırdalan şəhərində ona münasib qiymətə iki otaqlı mənzil almağı təklif edirlər. O, münasib qiymətə olsa həmin mənzili ala biləcəyini söyləmişdir. Təxminən 10-15 gün keçəndən sonra Şahid3 ona zəng edib mənzili almaq üçün Xırdalan şəhərinə getmək lazım olduğunu söyləmişdir. 2021-ci ilin fevral ayının 2-də, günorta saatlarında Xırdalan şəhərinə gedib, at heykəlininin yanında Şahid3la və yanında olan sonradan tanış olduğu Zərərçəkmiş şəxslə görüşmüşlər. O, evi Şahid3 almışdır. Razılıqlarına görə 42.000 manat verilməli idi, 11000 manatı Şahid3 verdi. Müqavilə yazıldı, qalan məbləği də 20 yanvar metro stansiyasının yanında Şahid3 verdi, cəmisi 41900 manat Şahid3 pul vermişdir. Elçin pulu kimə verib bilmir, o evi Şahid3 almışdır, amma Elçin demişdi ki, ev başqa adamın adınadır. Onu da qeyd etmişdir ki,aralarında olan razılaşmaya əsasən o mənzilin pulunu Şahid3 verməli idi, ona görə də Zərərçəkmiş şəxslə mənzillə bağlı aralarında hər hansı razılaşma olmamışdır. İbtidai istintaqda şahid qismində dindirlən Şahid2 bildirmişdir ki İmişli rayonunun Bəcrəvan kəndində yaşayır, Bəcrəvan kəndində yanacaq doldurma məntəqəsi vardır və orada işləyir. Zərərçəkmiş şəxs 2021-ci ilin fevral ayından tanıyır. Şahid3 isə, bir qonşu kəndli kimi tanımışdır. Şahid3 ev tikintisi ilə məşğul olur. 2021-ci ilin yanvar ayının axırlarında işlədiyi yanacaq doldurma məntəqəsində olarkan Şahid3 onun yanına gəlmiş, orada onunla söhbət zamanı bildirmişdir ki, Xırdalan şəhərində ona münasib qiymətə iki otaqlı mənzil almağı təklif edirlər. O, münasib qiymətə olsa həmin mənzili ala biləcəyini söyləmişdir. Təxminən 10-15 gün keçəndən sonra Şahid3 ona zəng edib mənzili almaq üçün Xırdalan şəhərinə getmək lazım olduğunu söyləmişdir. 2021-ci ilin fevral ayının 2-də, günorta saatlarında Xırdalana şəhərinə gedib, at heykəlininin yanında Şahid3la və yanında olan sonradan tanış olduğu Zərərçəkmiş şəxslə görüşmüşdür. Orada Şahid3 onu Ağamoğlanla tanış etmiş və ona məlum olmuşdur ki, Ağamoğlan mənzili satan şəxsdir.O, Eçin Əvəzov və Zərərçəkmiş şəxslə birlikdə at heykəlinin yaxınlığında olan 9 mərtəbəli, 5 bloklu binanın 3-cü blok ,9-cu mərtəbəsində iki otaqlı mənzilə baxmış, həmin mənzilin bir kvadrat metrəni 550 (beş yüz əlli) manatdan almağa razılaşmışdır. Binanın qarşısında Elçin ona demişdir ki, 11000 (on bir min) manat pul ver, o da həmin məbləğdə pulu Şahid3 Ağamoğlanın yanında vermişdir. Şahid3 onun yanında on bir min manat pulu Zərərçəkmiş şəxs vermiş, Şahid3 və Zərərçəkmiş şəxs binada olan ofisə getmiş, o isə, binanın qarşısında saxlamış olduğu avtomobilin yanında gözləmişdir. Təxminən 15-20- dəqiqə keçəndən sonra Şahid3 ona zəng edib ofisə dəvət etmişdir. Binanın ofisində Şahid3 ona bir neçə sənədə imza etdirmiş, sonra mənzilin satılmasına dair müqavilə və mənzilin pulunun ödənilməsinə dair maliyyə arayşı vermişdir. Ofisdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs çıxıb getmiş, o isə, Elçin Əvəzlovla birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişlər. Bakı şəhərində, 20 yanvar satansiyasının yaxınlığında körpünün altından idarə etdiyim avtomobili saxlamış, orada avtomobilin salonunda mənzilin qalan pulu olan 31000 (otuz bir min) manatı sayıb Şahid3 vermişdir. Şahid3 pulu ondan alandan sonra avtomobildən düşüb getmişdir. 03 fevral 2021-ci il tarixdə o, evdə olan vaxt, Zərərçəkmiş şəxs onun istifadəsində olan telefona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxslə ona məxsus yanacaq dolduma məntəqəsində görüşmüşlər. Ağamoğlan ondan 5000 (beş min) pul istəmiş, o da Ağamoğlana mənzilin satışı ilə əlaqədar, qalan 31000 (otuz bir min) manatı xx.xx.2021-ci iltarixdə ondan ayrılandan sonra 20 yanvar metrostansiyasının yaxınlığında Şahid3 verdiyini, iki otaqlı mənzilin satışı ilə bağlı ona heç bir borcu olmadığını bildsirmişdir. Bu zaman Ağamoğlan ondan borc pul istəmiş, o da pulunun olmadığını söyləmişdir. O, sonradan Şahid3 zəng edib bu barədə Şahid3 soruşmuş, Elçin ona bildirmişdir ki, o, mənzili Zərərçəkmiş şəxs yox, Şahid1 almışdır və onunla hesablaşır, bildirmişdir ki, Ağamoğlanın ondan pul istəməsi düz deyil, Ağamoğlan bu işdə heç kimdir, onun yanına pul üçün nahaq gəlmişdir. Elə həmin günü Şahid1 adlı şəxs ona zəng edib demişdir ki, Ağamoğlan sənə səhvən müraciət etmişdir, bu məsələni öz aralarında araşdırarlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs cəmi bir dəfə, yəni 2021-ci ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhərində, “Proqress -2016 MTK” nın tikdiyi yüksək mərtəbəli binadan mənzil alarkan görmüşdür. Ondan sonra onunla heç bir əlaqəsi olmamışdır. O, 2021-ci ildə tikinti şirkətlərinə İmişli rayonunda yerləşən qum karxanasından qum satmaqla məşğul olmuşdur.İmişli rayonunda Araz çayı üzərində qum karxanası olmuşdur, lakin hazırda bağlanmışdır. Qum alveri ilə məşğul olarkan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur və onunla sahibkarlıq fəaliyyəti ilə məşğul olarkan iş birliyi olmuşdur. Yəni, ona qum satmışdır. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onunla Bakı şəhərində görüşmüş və ondan qum almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs demişdir ki, pulu yoxdur, lakin Xırdalan şəhərində “Proqress -2016 MTK” nın tikdiyi yüksək mərtəbəli binada iki ədəd mənzili vardır. Həmin mənzillərdən birinin iki otaqlı, birinin isə, bir otaqlı olduğunu bildirmişdir. Təklif etmişdir ki, mənzili dəyərləndirib ona versin, əvəzində Təqsirləndirilən şəxs dediyi betonzavodlara qum versin. Onunla razılaşmışdır. O, İmişli rayonundan qum daşıyan yük maşınlarının yanacağını İmişli rayonunda Şahid2 məxsus yanacaq doldurma məntəqəsindən aldığı üçün , həmin ərəfədə Hümmətlə İmişli rayonunda görüşüb ona təklif etmişdir ki, ona mənzil versin, Hümmət də onun karxanasından yük daşıyan maşınlara yanacaq versin. Hümmət onun təklifini qəbul etmiş və mənzili almağa razılaşmışdır. Odur ki, o, Təqsirləndirilən şəxsla birlikdə “Proqress -2016 MTK” nın tikdiyi Xırdalan şəhəri, at heykəlinin yanında olan yüksək mərtəbəli binaya gəlmişlər, lakin binaya daxil olmamışlar. Təqsirləndirilən şəxs ona binanı göstərərək həmin binanın 9-cu mərtəbəsində və digər yadında qalmayan mərtəbəsində iki ədəd mənzili olmasını bildirmişdir. Elçin demişdir ki, həmin mənzilləri Azad adlı şəxs ondan aldığı tikinti materiallarının qarşılığında ona vermişdir. Bir neçə gün sonra o, Hümmətlə Xırdalan şəhərində görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onların yanında olmamışdır. Lakin Elçin, Ağamoğlan adlı şəxsin mobil nömrəsini ona verib Ağamoğlanın onları qarşılayacağını demişdir. Ona görə də, Ağamoğlana zəng etmiş və Ağamoğlan onu binanın qarşısında gözlədiyini bildirmişdir. Binanın qarşısına gəlib Ağamoğlanla görüşmüşlər. Ağamoğlan onlara iki otaqlı mənzili göstərmişdir. Mənzilin qiymətini isə, Ağamoğlanla danışmaməışlar. Çünki mənzilin qiymətini qabaqcadan Təqsirləndirilən şəxsla 33000 (otuz üç min) manata razılaşmışlar. Hümmət mənzili bəyəndikdən sonra mənzilin sənədləşməsi üçün həmin tikinti şirkətinin rəhbəri Emin adlı şəxsin kabinetinə getmişlər. Ağamoğlan demişdir ki, həmin mənzil Azada aiddir, o isə, vasitəçidir. Eminin birinci mərtəbədə yerləşən kabinetinə o, Hümmət və Ağamoğlan birlikdə girdik. Ağamoğlan demişdir ki, mənzilin sənədləşməsi üçün 11000 (on bir min) manat MTK-ya pul ödənilməlidir, çünki mənzilin ödənilməsinə həmin məbləğdə borc qalmışdır. 11000 manat borcun mənzilin ödənişinə necə qalmasını bilmir. Ağamoğlanın dediyinə əsasən Hümmət 11000 manat pul sayaraq Eminin stolunun üstünə qoymuşdur. MTK-da Hümmətin adına müqavilə və maliyyə arayışı yazılıb verilmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Təqsirləndirilən şəxsla və Şahid2la razılaşdıqlarına uyğun olaraq o, Təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) manatlıq qum vermişdir, Şahid2 da onun yük maşınlarına həmin məbləğdə yanacaq vermişdir. Şahid2 Xırdalan şəhərində mənzil almağı o, təklif etmişdir. Lakin ona mənzilin Ağamoğlan tərəfindən satıldığını deməmişdir, çünki mənzili Ağamoğlanın satdığını bilməmişdir. Lakin mənzilin dəyərindən 11000 manat məbləğində pulu həqiqətən də Hümbət tikintinin rəhbərliyinə ödəmişdir. Mənzilin qiymətini Təqsirləndirilən şəxs qabaqcadan ona cəmi 33000 manat deyərək razılaşmışlar. Mənzilin pulunun hissə-hissə ödənilməsi barədə də Ağamoğlanla heç bir razılıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2019-cu il tarixdə Rusiyada yaşayan Tofiq adlı dostu 2019-cu ildə, tarixi yadında qalmayan gündə ona zəng edərək tanışı olan adı yadında qalmayan qadının Bakı şəhərində mənzil almaq istədiyini bildirmiş, ondan xahiş etmişdir ki, ucuz qiymətə Bakı şəhərində mənzil tapsın. Odur ki, o, Bakı şəhərində ucuz qiymətə mənzil axtarmış, tanışı Ramin demişdir ki, Yasamal rayonunda satlıq bir otaqlı mənzil var. Həmin mənzilin sahibinin onun sonradan tanıdığı Şahid1 tanışına məxsus olduğunu bildirmişdir. Sonradan həmin mənzili alarkan mənzilin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən olunmuşdur. Mənzilə baxdıqdan sonra axşam vaxtı Raminlə görüşmüş, Ramin onun yanında Şahid1 zəng etmiş, onunla danışmışdır. Azad mənzilin sahibi Elçinlə danışmış və Raminə zəng edib mənzilin satışı üçün 2000 (iki min) manat beh verilməli olduğunu demişdir. O, sabahısı gün 2000 manat behi Azada çatdırması üçün Raminə vermişdir. Həmin behi Elçin almışdır. Sonradan Elçin, mənzilin satılması üçün 2000 manat behi aldığını etiraf etmişdir. Bir neçə gündən sonra Elçinlə Bakı şəhərində Nərimanov rayonu ərazisində çay evində görüşmüş, mənzilin qiymətini danışmış, mənzili Elçin 20000 (iyirmi min) manata satmağa razılaşmışdır. Orada Təqsirləndirilən şəxs 10000 (on min) manat pul vermişdir. Sabahı gün o, mənzili alan qadınla birlikdə “Qlobal MTK”-ya getmişlər. Orada Elçin özü onları qarşılamış və mənzili alan Rusiyada yaşayan qadından şəxsiyyət vəsiqəsini, həmçinin 5000 (beş min) manat da pul almışdır. Bir neçə gün sonra Elçin mənzilin sənədini onlara öz ofisində vermiş, Elçinin ofisində ona 3000 (üç min) manat da pul vermiş və Elçindən mənzilin alqı-satqı müqaviləsini alaraq mənzili alan qadına vermişdir. “Qlobal MTK”-dan mənzili Azad yox, o, tanış qadın üçün almışdır. Orada məlum olmuşdur ki, Azadın Elçinə borcu olmuşdur, nə qədər borcu olduğunu bilmir. İbtidai istintaqda iş üzrə şahid qismində ifadəsi alınmış X2 bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs ilə tez-tez əlaqə saxlayır. 2021-ci ildə Ağamoğlan ona demişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində, “Proqress -2016 MTK”nın tikdiyi yüksək mərtəbəli binadan mənzil almışdır. Mənzili satmaq istədiyini ona bildirmiş həmin mənzili satmaqda kömək etməsini ondan xahiş etmişdir. Həmin binada onun da mənzili olduğu üçün o, Ağamoğlana demişdir ki, o da mənzilini satır, alıcı olsa ona da bildirsin. Bir müddət sonra Ağamoğlan onunla həmsöhbət olarkan qeyd olunan mənzili satdığını, lakin alıcı Elçin adlı şəxsin onu aldadaraq mənzilin pulunu ələ keçirdiyini bildirmişdir. O, Ağamoğlanla birlikdə 2022-ci ilin payızında Azad və Hümbətlə Bakı şəhərində 20 yanvar dairəsinin yaxınlığında görüşüb onlardan xahiş etmişdir ki, Ağamoğlanın pulunu versinlər. Söhbət zamanı Hümbət bildirmişdir ki, o, mənzili Elçin adlı şəxsdən mənzilin pulunu tam şəkildə ödəyərək almışdır. X8 şəhərində “Amazonka” adlanan kafedə Ağamoğlanla birlikdə görüşmüşlər və o, Elçinə izah etmişdir ki, Ağamoğölanın pulunu ödəsin. Elçin söz vermişdir ki, qısa müddətdə Ağamoğlanın pulunu qaytaracaqdır. Sonradan onlar Ağamoğlanın pulunu vermədiyinə görə o, Ağamoğlana məsləhət görmüşdür ki, hüquq mühafizə orqanlarına şikayət etsin. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 hər ikisini işlədiyi “Qlobal MTK” tikinti şirkətinə tikinti materialı verən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs 2019-ciu ilin yay vaxtı ona bildirmişdir ki, onun “Qlobal MTK”-da iki otaqlı mənzili vardır. Həmin mənzilin satılmasında ona kömək etməsini xahiş etmişdir. Bir neçə gün sonra Şahid1 ona zəng etmiş və “Qlobal MTK”-nın Yasamal rayonu ərazisində tikdiyi binada satlıq iki otaqlı mənzil olub-olmaması barədə soruşmuşdur. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin binada satlıq iki otaqlı mənzili vardır. O, Azadla birlikdə Elçinin işlədiyi ofisə getmiş, Azad Elçinə bildirmişdir ki, dostu mənzil almaq istəyir, Həmin mənzilin dəyərinin bir hissəsini nağd pulla , bir hissəsini tikinti materialı olan beton verməklə ödəmək istəyir. Elçin həmin şərtlərlə “Qlobal MTK”-nın tikdiyi binada olan iki otaqlı mənzili satmağa razı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin mənzili Azadın dostu Mahir adlı şəxs almışdır. Mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manatın 13000 manatını Mahir Elçinə nağd şəkildə ödəmiş, 25000 (iyirmi beş min) manat dəyərində tikinti materialı olan beton verməyə razılaşmışdır. 2022-ci ilin yaz aylarında Elçin ona zəng edib bildirmişdir ki, Azadla Mahir onun satdığı mənzilin dəyərindən qalan 25000 manat pulu və ya onun əvəzində tikinti materialını vermirlər. Ona irad bildirmişdir ki, Azadı onun yanına gətirmişdir. O, Elçinə bildirmişdir ki, Azadı o özü çoxdan tanıyır, onunla görüşüb mənzili Mahirə satmağa özü razılaşmısdır. Elçin onunla telefonda danışandan sonra o, Azada zəng etmişdir və bildirmişdir ki, Mahirə satılan mənzilin pulunu Mahir ödəmədiyi üçün Elçin ondan narazılıq edir. Təqsirləndirilən şəxs “Qlobal MTK”-nın Bakı şəhəri, Yeni Yasamal ərazisində tikdiyi binada iki otaqlı mənzili Şahid1 deyil, onun dostu Mahirə satmışdır. Mənzili satmaq barədə ilkin söhbət zamanı Azad Elçini əmin etmişdir ki, Mahir mənzilin pulunu tikinti materialı ilə ödəyəcəkdir. Mahir Elçinin borcunu ödəmədikdə Azadla Elçinin arasında narazılıq yaranmışdır ki, Mahiri Elçinin yanına mənzil almağa Azad gətirmiş, onu inandırmışdır ki, Mahir onun borcunu ödəyəcəkdir. Mahir, Elçinin borcunu ödəmədikdə Elçin borcunu Azaddan onun və qardaşı Eynurun yanında tələb etmişdir. Həmin vaxt o, onların yanında olmuşdur. Lakin onun yanında Azad, Elçinə Xırdalan şəhərində, “Proqres MTK”-nın tikdiyi binada iki otaqlı mənzilinin olması və həmin mənzili Elçinin satıb mənzilin dəyərindən borcunun əvəzində pulun götürülməsi barədə söhbət olmamışdır. Bu barədə Elçinin verdiyi məlumat yalandır. İşin materiallarında olan “Proqres MTK”-nın sədri E.Səməndərovla Şahid2 arasında bağlanan 17 fevral 2021-ci il tarixli mənzili tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 9 mərtəbəli, 5 bloklu binanın 3-cü blok ,9-cu mərtəbəsində 78 kv.m-lik iki otaqlı mənzili payçıya verməyi, payçı Şahid2 isə bir kv.m. 600 manat olmaqla 46.800 manat ödəməyi öhdəsinə götürür. İşdə olan “Proqres MTK”-nın sədri E.Səməndərov tərəfindən təsdiq edilən 17 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 17 fevral 2021-ci il tarixli mənzili tikintisi haqqında müqaviləyə əsasən 15 mərtəbəli yaşayış evinin 9 mərtəbəli, 5 bloklu binanın 3cü blok ,9-cu mərtəbəsində 78 kv.m-lik iki otaqlı mənzilin dəyəri payçı Şahid2 tərəfindən tam ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum oldu ki, istintaq ittihamı yalnız Şahid1 və qeyrilərinin ifadəsi üzərində onların ifadələrini təqsirləndirilən şəxsin ifadəsi ilə əlaqəli şəkildə öyrənmədən qurmuş və dələduzluğu, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə etməmişdir. Beləliklə, məhkəmə iş üzrə tərəfləri və şahidləri dinləyib, işdə olan sübutları tədqiq edib müəyyən etmişdir ki, iş üzrə zərərçəkmiş şəxs X1 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A ünvanda "xxxx" MTK-nın sədri Emin Səməndərovla onun verdiyi tikinti materiallarının əvəzində ona iki otaqlı mənzil verməsi barədə razılaşmaya əsasən Emin Səməndərovla həmin tikintisi aparılmış beş bloklu, 15 mərtəbəli binanın 10cu mərtəbəsində yerləşən 78 kvadratmetr ölçüdə olan 52 saylı mənzili satdıqda Zərərçəkmiş şəxs təqdim etdiyi alıcının adına sənədləşmə aparılacaqdır. Həmin mənzilin satması barədə dostu Şahid1 məlumatı olduğundan və mənzili satmaq istədiyindən 2021ci ilin fevralın əvvəllərində Şahid1 ona zəng edərək demişdir ki, “Ağa o iki otaqlı mənzilin var e, imkanın varsa adam var gələcək, o evi verərsən, qabaqcadan 11000 manat verəcəklər, qalanın da üç ay müddətində hissə-hissə ödəyəcəklər”, demiş, o da Şahid1 inandığından “Azad müəllim, sən deyirsənsə, mən nə deyə bilərəm” deyə cavab vermişdir. Bundan sonra Şahid1 adından onun tanımadığı Şahid3 və Şahid2 adlı şəxslər Xırdalan şəhərinə gəlmiş, görüşmüşlər, ona bildirmişlər ki, onları Azad müəllim göndərib, mənzilə baxıb,sabahısı gün gəlib mənzili almaq istədiklərini bildirmişlər,o, isə alırsınızsa problem yoxdur demiş, onlar da “biz danışmışıq üç ay müddətinə pulu ödəyəcəyik” demişlər. Bundan sonra 10 000 manat ona vermişlər, 10 000 manatı şirkətin rəhbərinə müqavilənin hazırlanması üçün verilmiş, mənzil müqaviləsi Şahid2 adına bağlanmış və borcun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İstər zərərçəkmiş Zərərçəkmiş şəxs izahatından, istərsə də şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrindən göründüyü kimi, zərərçəkmiş şəxs X6 ilə mənzilin alıcısı Şahid2 və Şahid3 arasında alqı-satqının şərtləri barədəyəni, ödənilməli olan qalan pul məbləğinin kim tərəfindən, nə vaxt hansı qaydada ödənilməli olması barədə tərəflər arasında hər hansı bir razılaşma olmamışdır. Həmçinin, zərərçəkən ödənilməmiş məbləğin pul şəklində verilməli olmasını bildirdi yi halda, iş üzrə şahid qismində dindirilmiş, Şahid1 isə ifadəsində ödənilməmiş məbləğin əvəzində zərərçəkənin ona üç ay müddətinə inşaat materialları verib borcu bağlamaq istədiklərini bildirdiyini qeyd edir. Hansı ki, zərərçəkənin məhkəmədə verdiyi ifadəsində bu təsdiq olunmur. İş üzrə zərərçəkmiş şəxs X4 izahatına münasibətdə nəzərə alınsa ki, o, mənzilin özgəninkiləşdirilməsində alıcı tərəf Şahid2 və onunla gələn Elçi Əvəzovu ümumiyyətlə tanımamış, bunu yalnız Şahid1 ona “Ağa o iki otaqlı mənzilin var e, imkanın varsa adam var gələcək, o evi verərsən, qabaqcadan 11000 manat verəcəklər, qalanın da üç ay müddətində hissə-hissə ödəyəcəklər” kimi təklifinə əsasən etmişdir.Üç ay müddətinə ödəniş edilmədikdə zərərçəkən bu barədə Şahid1 bildirmişdir.Məhz bundan sonra Şahid1 mənzilə görə qalan ödənişin Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olmasını ona bildirmişdir. Hansı ki, iş materiallarından da göründüyü kimi prosesin digər iştirakçısı olan iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımır, eyni zamanda əks tərəf də təqsirləndirilən şəxsi tanımır, bundan başqa, Şahid1 mənzili Təqsirləndirilən şəxs satmaq təklifi verərkən mənzilin Zərərçəkmiş şəxs məxsus olması barədə məlumatı da Təqsirləndirilən şəxs bildirməsini təsdiq edən sübut mövcud deyildir. O halda məhkəmə qeyd edir ki, zərərçəkənə məxsus mənzilin satılması Şahid1 Təqsirləndirilən şəxs öz aralarında olan mübahisəli borc məsələsi ilə bağlı təklifi ilə əlaqədar olması işdə olan şahidlər Şahid5 və Şahid4 ifadələri, təqsirləndirilən şəxsin öz ifadəsi , həmçinin Şahid1 tərəfindən edilən müəyyən hərəkətsizliklər, habelə zərərçəkənə narahat olma pulun veriləcək, pulu Təqsirləndirilən şəxs ödəyəcək, pulu Ramin ödəyəcək kimi vədləri də təqsirləndirilən şəxsin izahatının əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə, iş üzrə şahidlər Şahid3 və Şahid2 ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, Şahid2 mənzil alması təklifini Şahid3 etmiş, onlar arasındakı razılaşmaya əsasən mənzil 39 000 manata satılır, 11000 manat şirkətə ödənilir,Şahid2 qalan 25 000 manatlıq Şahid3 maşınlarına yanacaq verir.Şahid2 ilkin ifadələrində mənzilə görə yalnız pul məbləği olmaqla cəmi Şahid3 cəmi 41 900 manat ödədiyini bildirsə də, iş materiallarında olan 06 iyul 2023-cü il tarixli üzləşdirmə protokolunda şirkətə 11000 manat , Şahid3 isə 37 000 manatlıq yanacaq verdiyini bildirmişdir.Şahid3 isə Şahid2 tərəfindən mənzilə görə ona 25 000 manatlıq yanacaq verildiyini bildirmişdir.Yəni Şahid2 görə o, mənzilin dəyərini artıq ödəmişdir. Məhkəmə iş üzrə Şahid3 ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, Şahid3 ifadəsinə görə 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Xırdalan şəhərində “Proqress -2016 MTK” nın tikdiyi yüksək mərtəbəli binada mənzili dəyərləndirib ona verməsini,əvəzində Təqsirləndirilən şəxs dediyi beton zavodlara qum verilməsini razılaşmışlar. Bu hal Təqsirləndirilən şəxs və Şahid3 hər ikisinin ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxs və iş üzrə Şahid1 ifadələrini tədqiq edərkən müəyyən edilir ki, mənzilin satılması haqqında təklifi Şahid1 Təqsirləndirilən şəxs etmişdir, lakin mənzilin Zərərçəkmiş şəxs məxsus olması ona bildirilməmişdir.Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs tanımır, onunla hər hansı iş birliyi olmamışdır.Şahid1 telefon nömrəsini Şahid3 verməsini də Təqsirləndirilən şəxs təsdiq edir.Mənzilin alqı-satqısı barədə Təqsirləndirilən şəxsla Şahid1 arasında danışıq razılaşma olması hər ikisinin ifadəsi ilə təsdiq olunur.Lakin Şahid1 Zərərçəkmiş şəxs mənzilin pulunun bir hissəsini nəğd pul şəkilində , qalan hissəsini isə tikinti şirkətinə üç ay müddətinə sement, beton verməklə ödəməklə almaq istəməsi təklifini Ağamoğlanın da mənzili həmin şərtlərlə satmağa razılaşması barədə ifadəsi məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi mənzilin hansı qaydada və şərtlərlə satılması barədə zərərçəkənlə hər hansı razılaşma olmamış, zərərçəkən Şahid1 inandığı, güvəndiyi üçün onun bu barədə təklifini qəbul etmişdir. İşin məhkəmə baxışında bir neçə dəfə zərərçəkən şəxs Şahid1 ona narahat olma pul ödəniləçək, sənin pulunu Elçin ödəyəcək, sənin pulunu Ramin ödəyəcək kimi vədlər vermişdir. Eyni zamanda, Şahid2 da ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ondan mənzilin pulunu tələb etdikdə Şahid1 adlı şəxs ona zəng edib demişdir ki, Ağamoğlan sənə səhvən müraciət etmişdir, bu məsələni öz aralarında araşdırarlar. Məhkəmə həmçinin qeyd edir ki, Şahid2 ifadəsindən və iş materiallarından görünür ki, “Proqres MTK”-nın sədri E.Səməndərovla Şahid2 arasında bağlanan 17 fevral 2021-ci il tarixli mənzili tikintisi haqqında müqavilə və maliyyə arayışının əsli Şahid2 yoxdur.Deməsinə görə Emin Səməndərovla bağlı cinayət işi ilə əlaqədar Korrupsiyaya qarşı mübarizə idarəsindədir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs dələduzluq etmə faktına dair ittihamın əsasını açıqlamamış, digər sübutlarla, şahidlərin ifadələri ilə əlaqəli şəkildə təhlil etməmiş, yoxlamır və düzgün qiymətləndirməmişdir. Verilmiş ittiham daha çox ehtimallar üzərində qurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə onun əmlakından məhrum etməsi sübut olunmur. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Həmin maddənini İİ hissəsinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Hobardo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoqa Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezunpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan hüquqları üzə Avropa Məhkəməsinin qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Göründüyü kimi, məhkəmə baxışı zamanı baxılan iş üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfləri, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4 ,344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-32/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-32/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver