Məhkəmə qərarları › İş №1(012)-320/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-320/2020

11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-320/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1987-ci ildə X7-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, yeni məhəllədə yerləşən fərdi evindəyaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 01 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin həyətində onunla qonşuluqda kirayədə yaşayan Zərərçəkmiş şəxs ilə həmin həyətdə kirayədə yaşayan digər qonşusu X6 ilə yaxın münasibətlərinin olduğunu kirayə yaşadıqları evin sahibi Gülsəbaya deyəcəyi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Gülsarə Əsgərovanın saçından tutub yerə yıxaraq yumruqla sifət nahiyəsinə, təpiklə bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı yumşaq toxumaların qançır-şişkinlik halında əzilməsi, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, döş qəfəsinin sol yarısının və sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırlarından ibarət qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin may ayının sonlarındanAbşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən ümumi həyət evində ev kirayə tutmuşdur. Həmin həyətdə onunla qonşuluqda Zərərçəkmiş şəxsda yaşamışdır. Gülsura ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 01:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən kirayə yaşadığı evin həyətində qonşu Kəmalə ilə söhbət edən zaman Gülsura evdən həyətə çıxıb onların ünvanına nalayiq söyüş söyüb nə üçün bu vaxtı həyətdə söhbət etdiklərini və bununla bağlı evin sahibinə deyəcəyini bildirmişdir. O, buna görə Gülsuraya yaxınlaşmış və bu zaman Güsura evə daxil olmuşdur. O, geri qayıdan zaman Gülsura yenidən evdən həyətə çıxmış və yenədə onu söyməyə başlamışdır. Bundan sonra o, əsəbləşərək Gülsuranın saçından tutub yerə yıxmış və təpiklə bədəninə, yumruqla isə sifətinə vurmuşdur. Həmin vaxtı Kəmalə və qonşuluqda yaşayan Aytən və Xəyalə bacıları onları aralaşdırmışlar.Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən fərdi evdə yaşayır. O, əvvəllər Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Ülvi” şadlıq sarayının arxasında yerləşən Gülsəba adlı qadına məxsus fərdi evdə kirayədə yaşamışdır. Seyran adlı şəxsdə həmin həyətdə kirayədə yaşamışdır. xx.xx.2019-cu il tarixdə həmin həyətdə kirayədə yaşayan Xəyalə adlı qadınla aralarında sözlə mübahisələri olmuşdur. Sonradan o, Xəyalə ilə barışmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat 01 radələrində Xəyalə, bacısı Aytən həmin həyətdə kirayədə yaşayan Kəmalə adlı şəxslə həyətdə əyləşib söhbət etmişlər. Söhbət əsnasında Kəmalə onun nəyə görə Xəyalə ilə mübahisə etdiyini soruşmuşdur. O, Kəmaləyə artıq Xəyalə ilə barışdığını demişdir. Kəmalə isə onun ağzını əymiş və gedib Seyran adlı şəxsin kirayədə yaşadığı mənzilə keçmişdir. O da Kəmalənin Seyranla münasibətləri olduğunu bildiyi üçün Kəmalənin arxasınca getmiş və Seyranın qapısını döyüb açmışdır. Kəmaləyə Seyranla yaxın münasibətləri olduğunu ev sahibi Gülsəbaya deyəcəyini bildirmişdir. Bu sözləri dedikdən sonra qapını örtüb öz otağına keçmişdir. Bir neçə dəqiqə sonra Seyran onun kirayədə yaşadığı mənzilin qapısının ağzında ona iradını bildirərək nəyə görə Kəmalə ilə münasibəti olduğunu Gülsəbaya deyəcəyini soruşmuşdur. Bundan sonra Seyranla aralarında mübahisə baş vermişdir. Mübahisə vaxtı Seyran saçından tutaraq yerə yıxmış, qarın və sifət nahiyyəsindən təpiklə vurmağa başlamışdır. Həmin vaxtı Xəyalənin bacısı Aytən köməyə gələrək onu Seyranın əlindən almışlar. Hər kəs öz evinə getmişdir. Sifəti şişdiyindən və hamilə olduğu üçün qarnında ağrıları olduğundan ev sahibi Gülsəbanın qapısını döysə də Gülsəba qapını açmamışdır. O, geri qayıdarkən Seyran yenədə onun saçından tutaraq sifət nahiyyəsindən əl zərbələri ilə vurmağa başlamışdır. Yenə də Xəyalə onu Seyranın əlindən almışdır. Gülsəba onların səsinə çölə çıxıb səhər məsələyə aydınlıq gətirəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında o, Gülsəbaya Seyranın onu döyməsi ilə bağlı polisə müraciət edəcəyini bildirmişdir. Lakin Gülsəba ona söz vermişdir ki, bu məsələni özü həll edəcəkdir. O, Gülsəba ilə razılaşıb şikayət etməmiş, lakin sondan Seyran ona heç bir köməklik etmədiyindən, ona müalicə üçün pul vermədiyindən ondan xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. Sonda o, ona vurulmuş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, buna görə də Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu və ona qanunvericilikdə nəzərdə tutulmuş ədalətli cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində Svetlana adlı qadının evində kirayədə yaşayır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə saat 01:00 radələrinə bacısı Xəyalə, digər kirayəçilər Kəmalə və Seyranla birlikdə həyətdə əyləşib söhbət etmişlər. Bir qədər söhbət etdikdən sonra bacısı Xəyalə evə keçib yatmışdır. O,, Kəmalə və Seyran həyətdə oturub söhbət etmişlər. O, içəri keçib çay gətirərkən həmin həyətdə yaşayan digər kirayəçi Gülsura öz otağından çıxıb Kəmaləni təhqir edərək əvvəl onu yatmağa qoymadığını, sonra isə Kəmalənin Seyranla yaxın münsibətinin olması barədə ev sahibinə bildirəcəyini deyib, Seyranında ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxtı Gülsura ilə Seyran arasında mübahisə yaranmış və mübahisə vaxtı Seyran Gülsuranın saçından tutub yerə yıxmış,təpiklə bədəninə və sifətinə vurmuşdur. O, Kəmalə və bacısı Xəyalə ilə birlikdə Seyranla Gülsuranı aralaşdırmışlar. Bundan sonra bacısı Xəyalə çıxıb getmiş və hazırda Göyçay rayonunda yaşayır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında yaşayır. Adının Svetlana olmasına baxmayaraq hamı onu Gülsəba kimi çağırır.Maddi vəziyyəti ilə əlaqədaryaşadığı evin həyətində 1 otaqlı evlər tikib kirayə verir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 1 otaqlı evi 150 manata kirayə vermişdir. O, Seyrandan şəxsiyyət vəsiqəsinin surətini istədikdə, Seyran şəxsiyyət vəsiqəsinin Şəmkir rayonunda olduğunu və anasının yaxın günlərdə şəxsiyyət vəsiqəsini gətirəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 02:00 radələrində Seyran yaşadığı evin qapısını döyüb, həyətdə kirayədə yaşayan Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün Gülsuranı döydüyünü bildirmişdir. O, Seyrana irad bildirmiş və bu barədə heç kimə deməmişdir. O, Gülsuraya şikayət etməməsini deyib onu Seyranla barışdırmağı təklif etmiş, Gülsura Seyranın onun müalicəsi üçün 500 manat verəcəyi təqdirdə barışacağını bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1192 saylı ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol gözətrafı yumşaq toxumaların qançır - şişkinlik halında əzilməsi, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin ön səthinin, döş qəfəsinin sol yarısının və sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi təqsirəndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, aparılmış ekspertiza rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimakn tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqayerəgetməməkhaqqındailtizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra məmuruna həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətində islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqayerəgetməməkhaqqındailtizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar