Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-321/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Socar” nəzdində «X3» MMC-də Asistans üzrə mütəxəssis köməkçisi işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci MKR, ev 63, mənzil 20-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 may 2023-cü il saat 12:30 radələrində, tanışı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Novxanı kəndi, M.H.Şəhriyar küçəsi, 24 nömrəli fərdi yaşayış evinə sonuncuya iynə vurmaq üçün gələrək, iynəni vurduqdan sonra Zərərçəkmiş şəxs huşunun özündə olmamasından istifadə edib yataq otağındakı dolabdan 01 ədəd həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində ağ rəngli, 750 əyarlı, «Gazella» markalı, İtaliya istehsalı olan qızıl qolbağı, 01 ədəd 834 manat 70 qəpik dəyərində üzərində «Cartier» yazısı yazılmış 585 əyarlı rəngsiz şəffaf qaşları olan 9,82 qram çəkidə qızıl qolbağı, 01 ədəd 1070 manat dəyərində gümüşü rəngli, halqa formalı üzərində MOD.DEP yazısı olan 750 əyarlı 9,73 qram çəkidə qızıl qolbağı, 01 ədəd 825 manat dəyərində gümüşü rəngli üzərində «Gold» yazısı yazılmış 750 əyarlı, 43 ədəd rəngsiz şəffaf briliant qaşları olan, 4,95 qram çəkidə qızıl üzüyü, 01 ədəd 502 manat 35 qəpik dəyərində tünd qəhvəyi rəngli orta hissəsində sarı rəngli 583/585 əyarlı qızıl hissə olan üzərində «14K Gold Ceramic» yazısı yazılmış 5,91 qram çəkidə üzüyü, 01 ədəd 231 manat 20 qəpik dəyərində kəmər hissəsi qırmızı rəngli ipdən ibarət üzərində müxtəlif rənglərdə qaşlar olan 585 əyarlı 2.72 qram çəkidə qızıl qolbağı, 01 ədəd 322 manat dəyərində üzərində «Pandora» yazısı olan 925 əyarlı müxtəlif rənglərdə qaşları olan, 64,40 qram çəkidə gümüş qolbağı, 01 ədəd 74 manat dəyərində 333 əyarlı, 1,51 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl üzüyü, 01 ədəd 154 manat 70 qəpik dəyərində gözmuncuğu elementi olan sarı rəngli 1,82 qram çəkisi olan qızıl kulonu, 01 ədəd 310 manat 25 qəpik dəyərində sarı rəngli 585 əyarlı, 3,65 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağını, 01 ədəd 144 manat 50 qəpik dəyərində sarı rəngli tac formalı kulondan ibarət, 585 əyarlı 1,70 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 121 manat 55 qəpik dəyərində 585 əyarlı ürək və "C" hərfi formalı qızıl kulonlardan ibarət 1,43 qram çəkisi olan qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində qızıl üzüyü və evin həyətində saxlanılmış «Porshe» markalı avtomobilin salonundakı güzgüyə asılmış 01 ədəd 195 manat 50 qəpik dəyərində sarı rəngli, 585 əyarlı, 2,30 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağını, ümumilikdə 11335,75 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Socar neft şirkətinin tərkibində olan "xxxx" MMC-də Asistans üzrə mütəxəssis köməkçisi işləyir. Zərərçəkmiş şəxs 12 ildir ki, tanıyır. Cinarə ilə Sumqayıt şəhərində yerləşən “Diva” spa salonunda tanış olmuşdur. Həmin salonda masajçı kimi xidmət göstərmişdir. Bundan sonra Çinarə ilə münasibətləri yarandığı üçün 10 il davamlı olaraq Çinarənin evində xadimə kimi işləmişdir. 2021-ci ildən Çinarənin evində işləməmiş, yalnız iynə vurmaq və masaj etmək üçün Çinarə dəvət edəndə getmişdir. 18 may 2023cü il tarixdə, Çinarə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq qarın piylərinin götürüldüyünü, əməliyyat olunduğunu, həkim məsləhəti ilə 10 günlük iynə vurulmalı və masaj edilməli olduğunu ona bildirmişdir. O, isə həmin vaxt dənizdə işdə olduğu üçün Çinarəyə 20 may 2023-cü il tarixdə qayıdacağını, onda gəlib iynəni vuracağını və masajını edəcəyini bildirmişdir. 20 may 2023-cü il tarixdə, Çinarəyə Vatsapla mesaj yazıb evdə olduğunu bildirmiş, Çinarə isə ona hazırda evlərində olmadığını, 23 may 2023-cü il tarixdə, gəlməyini bildirmişdir. 23 may 2023-cü il tarixdə, Çinarənin yaşadığı Abşeron rayonu Novxanı kəndindəki evinə gəlmiş, həkimin təyin etdiyi qarın nahiyəsinin masajını edib, “Lidaza” və “Lidokain” dərmanlarını qarışdırıb, 10 qramlıq şpirislə əməliyyat edilmiş qarın nahiyəsinə toxumalara vurmuş, hər gün saat 11-də gəlib, saat 13:30-da çıxıb getmişdir. 26 may 2023-cü il tarixdə, Çinarənin evində sonuncuya iynə vurarkən təxminən 4 il əvvəl 200 manat borc aldığı Gülşən və 4000 manat borc aldığı Natella ona tez-tez zəng etdikləri üçün cavab vermək istəməmiş, Çinarə ondan nəyə görə cavab vermədiyini soruşduqda, o, Çinarəyə həmin şəxslərə borclu olduğu üçün cavab vermədiyini bildirmişdir. Çinarə ondan nə qədər borcu olduğunu soruşduqda o, 6000 manat borcu olduğunu, maddi durumunun pis olduğu üçün borcu qaytara bilmədiyini demişdir.Çinarə ona qızıl əşyaları olduğunu, əgər lombarda qoyub pul götürmək istəyirsə,həmin qızılları verə biləcəyini dedikdə Çinarə ilə razılaşmışdır. Çinarə pulu ödəyib sonra qızıllarını qaytarmaq şərti ilə ona 2 ədəd qızıl qolbağı, 1 ədəd qırmızı ipli üzərində qızıl müncüqlar olan qolbağ, 2 ədəd üzərində qızıl kulon olan qızıl boyunbağı, 1 ədəd ağ qızıldan olan üzərində briliant qaşları olan qadın üzüyü, 1 ədəd üstü qızıl olan kulon vermişdir. O da həmin qızılları götürüb özü ilə evə aparmışdır. O, həmin qızılları aparıb lombarda qoyub pul götürməli imiş. 27 may 2023-cü il tarixdəŞ o, 5-ci iynəni vurmaq və masaj üçün saat 11 radələrində Çinarənin yaşadığı evə 585 saylı avtobusla gəlmişdir. O, Çinarəni masaj edib yenə də həmişəki kimi, Lidaza və Lidokain dərmanlarını qarışdırıb iynəni vurmuşdur. Təxminən 15 dəqiqə gözləmiş və sonra Çinarə özünü normal hiss etdiyi üçün o, Çinarəylə görüşüb başqa müştərini masaj etmək üçün Sumqayıt şəhərində Baxçasaray yaşayış kompleksinə getmişdir. Təxminən 2 saat sonra Çinarənin qohumu və rəfiqəsi Esmira onun telefonuna vatsapla zəng vurub Çinarəyə hansı iynə vurduğunu soruşmuş və Çinarənin özünü pis hiss etdiyini bildirmişdir. O isə Çinarəyə Lidokain və Lidaza dərmanlarını qatıb vurduğunu bildirmişdir. Esmira ona Çinarəgilə gedib sistem qoşmasını və Çinarənin özünə gəlməsini demişdir. O da xəstənin evindən çıxıb “Bolt” taksi şirkətinə sifariş verib, Çinarənin evinə gəlmişdir. Evə daxil olanda Çinarənin oğlu Hüseyn və Rövşən adlı qohumları onu qarşılayıb evə aparmışlar. Evdə Çinarənin mətbəxdə su içdiyini və nə olduğunu soruşmuşdur. Çinarə və oğlu Hüseyn ondan evlərindən oğurladığı qızıl əşyalarının harada olmasını soruşmuşdur. O, isə Çinarəyə və oğluna qızılları oğurlamadığını bildirmişdir. Çinarəyə həmin qızılları lombarda qoyub pul götürmək üçün bir gün əvvəl özünün verdiyini, hazırda həmin qızılların evində olduğunu demişdir. Hüseyn və Çinarə qızılları təcili qaytarmağını bildirmişlər. Onlar evin qapısını bağlamış və qızıllar gəlməyincə buraxmayacaqlarını bildirmişlər. Sonra isə onun mobil telefonunu Çinarənin oğlu Rövşən ondan alıb onun oğlu Kənana zəng vurmuş və mikrafona qoymuşdur ki, o, oğluna evdən qızılların yerini desin və Kənan həmin qızılları gətirsin. O, Kənana qızılları evdə qoyduğu yeri başa salmış və tez qızılı götürüb taksi ilə Çinarənin evinə gətirməsini tapşırmışdır. Təxminən yarım saat sonra Kənan taksi ilə qızılları gətirib Çinarənin oğlu Hüseynə vermişdir. Həmin vaxt oğlu Hüseyndən nə baş verdiyini soruşanda Hüseyn isə Kənana narahat olmamasını bildirib və anasının qızılları olduğunu və Səidəyə verdiyini, indi isə geri istədiyini demişdir. Ancaq oğlu Kənanı evə buraxmamışlar. Çinarə qızıllara baxıb 1 ədəd üzük və 1 ədəd qolbağın olmadığını müəyyən etmişdir. Çinarə, ondan qızılların hara olduğunu, o isə Çinarəyə ona verdiyi qızılların bunların olduğunu, başqa qızıl olmadığını demişdir. Çinarə isə ona, ya həmin qızılları almasını, ya da ki, əvəzinə 5000 manat pul verməsini əks halda polisə zəng vurub məlumat verəcəyini demişdir. O isə Çinarəyə artıq qızıl olmadığını və verməyə pulunun olmadığını demişdir. Bundan sonra o, Kənana zəng vurub evdə nə qızıl varsa gətirməsini demişdir. Kənan isə yenidən evə gedib evdə ona məxsus qızıl əşyalarını götürüb gəlmişdir. Həmin qızıl əşyaları 1 cüt sırğa, 2 ədəd qızıl üzüklər olmuşdur. Çinarə həmin qızılların özünə məxsus olmadığını bildirmişdir. Çinarə həmin qızılların yerinə ondan 5000 manat pul tələb etmişdir. O isə pulu olmadığı dediyi üçün Çinarə Nurəli adlı polis əməkdaşına zəng vurub mikrafona qoymuş və həmin şəxs ya qızılı qayıtmalı olduğunu, ya da pulu verməli olduğunu, əks halda polis bölməsinə aparılacağını demişdir. Sonra Hüseyn və Rövşən oğlu Kənana gedib 5000 manat pul gətirməsini tapşırmışdır. Kənan isə dostları Mehman, Xəyyam və Toğrulla birlikdə gedib 5000 manat toplayıb Hüseynə verəndən sonra onu gecə saat 2-dək evdə saxlayıb sonra buraxmışlar. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs pulu tam ödənilmişdir, Zərərçəkmiş şəxs ondan şikayətçi deyildir,məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 mart 2023-cü il tarixdə, Bakı şəhərində yerləşən “X2” klinikasında qarın nahiyəsinən cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyatdan sonra həkim məsləhətinə görə “Lidaza” adlı iynəni dərialtına vurdurmalı imiş. O, 10 ildən artıq Sumqayıt şəhərində yaşayarkən tanış olduğu tibb bacısı Səidə ilə əlaqə saxlamışdır. O, bir neçə dəfə Səidəni iynə vurmaq üçün evinə çağırmışdır. Səidəyə əməliyyat olunduğunu və həkimin ona Lidaza iynəsini yazdığını və gəlib iynəni vurmasını xahiş etmişdir. Həmin iynədən ona 5 gün vurulmalı imiş. 23 may 2023-cü il tarixdən Səidə onunla əlaqə saxlayıb evinə gəlmişdir. Həmin gündən etibarən hər gün saat 11-də gəlib həkimin ona məsləhət gördüyü Lidaza iynəsini Natrium Xlorla qarışdırıb dərialtına, qarın nahiyəsinə vururmuş. 27 may 2023-cü il tarixdə, saat 13 radələrində sonuncu iynəni vurmaq üçün Səidə onlara gəlmiş və iynəni alıb gətirmişdir. Səidə onlara gəlib çantasından dəqiq bilmədiyi ampulanı çıxarıb iynəni hazırlayıb onun qarın nahiyəsinə vurmuş, lakin həmin iynəni vuranda vurulan hissədə yandırıcı olduğu üçün nəyə görə göynərti olduğunu soruşmuş, Səidə isə ona narahat olmamasını, keçib gedəcəyini demişdir. Səidə iynəni vurub qurtarandan sonra başı gicəllənmiş və özünü pis hiss etmişdir. Bundan sonra o, Səidədən ona nə iynəsi vurduğunu soruşmuş, Səidənin isə ona su gətirmək adı ilə qaçmasını görmüşdür. Bundan sonra huşu özündə olmadığı üçün nə baş verməsini bilməmişdir. Xeyli müddət sonra özünə gələndə ətrafı tor kimi görmüş, ürəyi bulanmışdır. O, çətinliklə oğluna və qızı Nazlıya zəng vurub tez evə gəlmələrini bildirmişdir. Saat 17 radələrində oğlu Hüseyn və qızı Nazlı evə gəlmiş və onun halını görüb nə baş verdiyini soruşmuşlar. O isə Səidənin ona iynə vurduqdan sonra halının pisləşməsini və özündən getdiyini, oyananda isə Səidənin evdə olmadığını bildirmişdir. Səidənin ***-***-**-** mobil nömrəsinə zəng vurub halının pis olmasını və ona nə iynəsi vurduğunu soruşmuşdur. Səidə isə ona güya şərləmək istədiyini demişdir. Həmin sözləri Səidə vatsapla səslə göndərmişdir. Sonra Səidəyə gəlib ona yardım göstərməsini, özünü yaxşı hiss etmədiyini bildirmişdir. Səidə saat 18 radələrində yenidən onun evinə gəlmiş, həmin vaxt qızı Nazlı ona qızıllarının yerində olmadığını bildirmişdir. O, Nazlıya qızılları götürmədiyini bildirmiş, bundan sonra həyətdə saxladığı avtomobildə güzgüdən asdığı üzərində “ayətül kürs” ayəsi yazılmış kulonu olan qızıl boyunbağının da oğurlanmasını aşkar etmişdir.Səidə isə gəlib iynənin dozasını artıq vurduğunu və ola bilsin ki, buna görə halının pisləşdiyini demişdir. O, qızıl əşyalarının evdən oğurlanmasını bildikdən sonra Səidədən bu barədə soruşanda, Səidə qızılı götürmədiyini bildirmişdir. O isə Səidəyə polisə məluat verəcəyini, əgər götürübsə, gətirib qızılı qaytarmasını demişdir. Bundan sonra Səidə ona polisə məlumat verməməsini, qızılları gətirib qaytaracağını bildirmişdir. O da Səidəni uzun müddət tanıdığı üçün etiraz etməmişdir. Səidə həmin gün ona iynə vurmağa gələndə çoxlu zənglər gəlmiş və Səidədən borcu qaytarmasını tələb etmişlər. Səidə özü də ona borcu olduğunu və borc sahiblərinin sıxışdırdıqlarını demişdir. Səidə oğlu Kənan və Mehmana zəng vurub qızılların yerini izah etmiş və ora gətirmələrini bildirmişdir. Saat 21 radələrində Səidənin oğlu Kənan onların evinə gələrək əlində sellofan torbada qızılları təqdim etmişdir. Ona məxsus 1900 ABŞ dollara aldığı ağ rəngli 750 əyyarlı Gazella markalı İtaliya istehsalı olan bilərzik, dəyəri təxminən 2600 ABŞ dollar olan mismar formalı Gartier markalı qızıl bilərzik, 1500 manat dəyərində ağ rəngli “NGold” markalı 750 əyarlı qızıl üzük, 550 manat dəyərində Türkiyə istehsalı olan qara qızıl üzük, 150 manat dəyərində qırmızı rəngli ipdən və dairəvi formalı gözmuncuğu olan qızıl qolbağ, 80 manat dəyərində qızıl göz muncuğu, 1500 manat dəyərində Pandora markalı gümüş bilərziyin, 250 manat dəyərində üzərində Ametist daşı olan qızıl üzük, 300 manat dəyərində Ayətülkürs yazısı olan qızıl klon və qızıl boyunbağı, 200 manat dəyərində kulon hissəsində «ayətül kürsü» yazılmış qızıl boyunbağı, 240 manat dəyərində Tac formalı qızıl boyunbağı, 180 manat dəyərində ürək formalı kulonu olan üzərində C hərfi yazılmış qızıl boyunbağı, 600 manat dəyərində qızıl üzük, 3500 ABŞ dolları dəyərində “Gazelli” markalı İtalya istehsalı olan qızıl bilərzik Səidə tərəfindən oğurlanmışdır. Kənanın gətirdiyi qızıların içərisində adların qeyd etdiyi qızıllardan İtaliya istehsalı olan Gazelli markalı qızıl bilərzik və 1 ədəd qızıl üzük olmamışdır. Həmin qızıl bilərziyin qiyməti 3500 ABŞ dollar, üzüyün qiyməti isə 600 manat təşkil etmişdir. Ona qaytarılmayan qızıl əşyalarının ümumi dəyəri 6550 manat təşkil etmişdir. Səidə isə güya oğurladığı qızılların içərisində həmin qızılların olmadığını demişdir. Bundan başqa Kənan yenidən evlərinə gedib əlavə qızıl əşyalarını gətirmişdir. Həmin qızıllara baxanda qızıl əşyalarda 1 ədəd Pandora gümüş bilərzik və 1 ədəd qara qızıl üzük onun olmuşdur. O isə özünə məxsus 2 ədəd qızıl əşyalarını tələb etdiyi üçün Kənan gedib həmin qızılların yerinə ona 4600 manat pul vermişdir. Bundan sonra Səidənin ona 1950 manat qızıla görə borcu qalmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təstiq edilmiş ərizəsini məhkəməyə göndərmiş və həmin ərizədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini,təqsirləndirilən şəxsə qarşı şikayətinin,heç bir tələbinin və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları təstiqləyərək, eyni məzmunda ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Çinarəni 10 ildən artıqdır tanıyır. Anasıyla Çinarənin münasibəti yaxşı olmuş, lazım olanda Çinarə anasına tibbi yardım göstərməsi üçün zəng vurmuşdur. 23 may 2023-cü il tarixdə, Çinarə anasını yenə də iynə vurmaq üçün evinə çağırmışdır. Onda olan məlumata görə anası Çinarəyə bir neçə gün gedib iynə vurmuşdur. 27 may 2023-cü il tarixdə, saat 19 radələrində işdə olan zaman anası ona zəng vurub evə gedib dolabın içərisində qızıl və gümüş əşyaları götürüb Çinarənin evinə gəlməsini bildirmişdir. O da evə gedib anasının dediyi qızılları götürüb, Novxanı qəsəbəsinə, Çinarənin evinə gəlmişdir. Orada onu Çinarənin oğlu Hüseyn və qohumları Rövşən həyətdə qarşılamışlar. O, Rövşən və Hüseynə anasını çağırmalarını bildirmişdir. Hüseyn ondan qızılları alıb anasına məxsus olduğunu, saxlamaq üçün onun anasına verdiyini, indi isə lazım olduğu üçün geri istədiyini demişdir. Rövşən və Hüseyn evə keçib sonra yenidən həyətə gəlmişlər. O, anasını soruşduqda ona qızılların içərisində 1 ədəd üzük və 1 ədəd qolbağın olmadığını demişlər. Anası küçəyə çıxıb ona qızılları səhv gətirdiyini, evdə onun da qızıllarının olduğunu və gətirməsini demişdir. O da yenidən evə gedib, həmin qızılları götürüb qardaşı Mehmanla birlikdə taksi ilə Novxanıya Çinarənin evinə gəlmişdir. O, qızılları Hüseynə vermişdir. O, Hüseynə anasını çağırmasını demişdir. Hüseyn ona demişdir ki, indi çağıracaq. Lakin, təxminən 10 dəqiqə keçsə də anası gəlmədiyi üçün o, zəng vurmuş, lakin anası telefona cavab verməmişdir. O, evin qapısını döymüş, qapını açan olmamışdır. O isə narahat olmuşdur. Bundan sonra Hüseyn gəlib ona səbrli olmasını, anasının indi gələcəyini demişdir. Hüseyn evə keçib qapını bağlamış və qapının zəngini söndürmüşdür. O, xeyli gözləmiş, Hüseyin küçəyə çıxıb ona 2 ədəd qızıl çatışmadığını, ya həmin qızılları, ya da 3000 manat pulu ödəməli olduğunu demişdir. O, Hüseynə 2 gün vaxt vermələrini, tapıb gətirəcəklərini demişdir. Lakin, Hüseyn razılaşmayaraq qızılın pulunu ödəməyəcəyi təqdirdə anasını buraxmayacaqlarını demişdir. Hüsyen ona 2 qızıla görə 5000 manat pul verməli olduğunu dedikdən sonra o, qardaşı Mehmanla dost tanışa zəng vurub pul axtarmışdır. 4000 manat pulu düzəldib axşam saat 24 radələrində Çinarənin evinə gəlmiş, həmin vaxt Çinarənin evində 3-4 nəfər tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər özlərini polis əməkdaşı, biri isə həkim kimi təqdim etmişdir. O, həmin şəxslərə 4000 manat pul gətirdiyini bildirmişdir. Həmin vaxt özünü mütəşşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşı kimi təqdim edən adını dəqiq xatırlamadığı şəxs onu sorğu- sual etmişdir. Həmin şəxs ona nə qədər pul gətirdiyini soruşanda o, 4000 manat gətirdiyini demişdir. Həmin şəxs ona ziyanın 15000 manat olduğunu demişdir. O isə 5000 manat deyildiyini bildirmişdir. İndi bunu tapıb gətirdiyini, qalanını isə 2 gün ərzində verəcəyini demişdir. Həmin şəxslər ondan pulu almamış və ona küçədə gözləməyini demişlər. Təxminən yarım saat həmin şəxs anasını sorğu-sual etdikdən sonra nəhayət 4000 manat pulu almağa razılaşmışdır. O, anasıyla çıxıb evə gəlmişdir. O, anasından baş verənlərlə bağlı soruşanda anası ona heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3722-9/5216 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 27 may 2023-cü ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4786,05 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etmiş olduğu disk açıldıqda içərisində “AUD-20230602-WA0000”, “AUD-20230602-WA0001”, “AUD-20230602-WA0002” adlı olmaqla nömrələnmiş vəziyyətdə 18 ədəd səs yazısı, 01 ədəd ”İMG-20230602-WA0007” adlı fotoşəkil, 01 ədəd “VİD-20230602-WA0004” adlı videofayl vardır. Həmin səs yazılarından “AUD- 20230602-WA0001” adlı səs yazısını dinlədikdə müəyyən edilir ki, qadın cinsiyyətli şəxs “Mehman” adlı şəxsə qızılların yerini deyərək həmin qızılları taksi ilə gətirməsini tələb edir. “AUD-20230602- WA0008” adlı səs yazısına qulaq asdıqda qadın cinsli bir nəfər şəxsin Hüseynin düzünü deyəcəyi halda özünü öldürəcəyini bildirməsi, digər qadın cinsli şəxsin isə qaqaş adlı şəxsin qızıl lazım olduğunu deyəcəyini dediyi müəyyən edilir. “AUD-20230602-WA0009” adlı səs yazısına qulaq asdıqda bir nəfər qadın cinsli şəxsin kaşlok götürmədiyini və kaşlokun olmadığını bildirməsi, bundan bir qədər sonra isə digər qadın cinsli şəxsin “Səidə maşına da girmisən” deyə sual verməsi müəyyən edilir. “AUD-20230602-WA0015” adlı səs yazısında bir neçə nəfər qadın cinsli şəxsin Səidə adlı şəxsə nədən qorxmasını, Çinarənin qızıllarının guya onun evində qalmasını deməsini və taksiyə qoyaraq qızılları gətirməsini tələb etməsi müəyyən edilir. “AUD-20230602-WA0016” adlı səs yazısında Səidə adlı qadının digər qadına polisə müraciət etməməsini deməsi müəyyən edilir. “AUD-20230602-WA0018” adlı səs yazısında bir nəfər qadın axşam qızılları taxdığını, daha sonra yerinə qoyduğunu, səhər tezdən digər bir qadının (müraciət etdiyi) evə gəldiyini və həmin qadından başqa evə heç kimin gəlmədiyini dediyi müəyyən edilir. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş, notarial qaydada təstiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyi,təqsirləndirilən şəxsə qarşı şikayətinin,heç bir tələbinin və mülki iddiasının olmadığı müəyyən edilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özlərini təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, cinayət əməli törətməsini etiraf etməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onun özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təkzib olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymin ziyan tam ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmədən də islah olunması mümkündur və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməs Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmş ədalət prinsipinin tələblərinə də uyğundur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş - yaşadığı Sumqayıt şəhəri, 17-ci MKR, ev 63, mənzil 20-saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Sumqayıt-Bakı ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd 585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan üzərində «Cartier» yazısı yazılmış 9,82 qram çəkidə qızıl qolbağ, 01 ədəd gümüşü rəngli, halqa formalı üzərində MOD.DEP yazısı olan 750 əyarlı 9,73 qram çəkidə qızıl qolbağ, 01 ədəd gümüşü rəngli 750 əyarlı, üzərində 43 ədəd rəngsiz şəffaf briliant qaşları olan, üzərində «Gold» yazısı yazılmış 4,95 qram çəkidə qızıl üzük, 01 ədəd tünd qəhvəyi rəngli orta hissəsində sarı rəngli 583/585 əyarlı qızıl hissə olan üzərində «14K Gold Ceramic» yazısı yazılmış 5,91 qram çəkidə üzük, 01 ədəd kəmər hissəsi qırmızı rəngli ipdən ibarət üzərində müxtəlif rənglərdə qaşlar olan 585 əyarlı 2.72 qram çəkidə qızıl qolbağ, 01 ədəd üzərində müxtəlif rənglərdə qaşlar olan, 925 əyarlı 64,40 qram çəkidə üzərində «Pandora» yazısı olan gümüş qolbağ, 01 ədəd 333 əyarlı, 1,51 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl üzük, 01 ədəd gözmuncuğu elementi olan sarı rəngli 1,82 qram çəkisi olan qızıl kulon, 01 ədəd sarı rəngli, 585 əyarlı, 2,30 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağı, bir ədəd sarı rəngli 585 əyarlı, 3,65 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağı, 01 ədəd sarı rəngli tac formalı kulondan ibarət, 585 əyarlı 1,70 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 585 əyarlı ürək və "C" hərfi formalı qızıl kulonlardan ibarət 1,43 qram çəkisi olan qızıl boyunbağı zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 128 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 128 manat pulun tutulmasının icrası Sumqayıt şəhər İcra şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələr qoyulsun; Yaşadığı Sumqayıt şəhəri, 17-ci MKR, ev 63, mənzil 20-saylı mənzili təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Sumqayıt-Bakı ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq,kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd 585 əyarlı üzərində rəngsiz şəffaf qaşlar olan üzərində «Cartier» yazısı yazılmış 9,82 qram çəkidə qızıl qolbağ, 01 ədəd gümüşü rəngli, halqa formalı üzərində MOD.DEP yazısı olan 750 əyarlı 9,73 qram çəkidə qızıl qolbağ, 01 ədəd gümüşü rəngli 750 əyarlı, üzərində 43 ədəd rəngsiz şəffaf briliant qaşları olan, üzərində «Gold» yazısı yazılmış 4,95 qram çəkidə qızıl üzük, 01 ədəd tünd qəhvəyi rəngli orta hissəsində sarı rəngli 583/585 əyarlı qızıl hissə olan üzərində «14K Gold Ceramic» yazısı yazılmış 5,91 qram çəkidə üzük, 01 ədəd kəmər hissəsi qırmızı rəngli ipdən ibarət üzərində müxtəlif rənglərdə qaşlar olan 585 əyarlı 2.72 qram çəkidə qızıl qolbağ, 01 ədəd üzərində müxtəlif rənglərdə qaşlar olan, 925 əyarlı 64,40 qram çəkidə üzərində «Pandora» yazısı olan gümüş qolbağ, 01 ədəd 333 əyarlı, 1,51 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl üzük, 01 ədəd gözmuncuğu elementi olan sarı rəngli 1,82 qram çəkisi olan qızıl kulon, 01 ədəd sarı rəngli, 585 əyarlı, 2,30 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağı, bir ədəd sarı rəngli 585 əyarlı, 3,65 qram çəkidə klon hissəsi üzərində ərəb və fars dillərində yazıları olan qızıl boyunbağı, 01 ədəd sarı rəngli tac formalı kulondan ibarət, 585 əyarlı 1,70 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 585 əyarlı ürək və "C" hərfi formalı qızıl kulonlardan ibarət 1,43 qram çəkisi olan qızıl boyunbağı zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 128 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 128 manat pulun tutulmasının icrası Sumqayıt şəhər İcra şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elman Məmmədov
Məhkəmə qərarları › İş №1(012)-321/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-321/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver