Məhkəmə qərarları › İş №1(012)-322/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-322/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-322/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhiyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2, X3, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Nümayəndə və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, tutulana qədər Abşeron rayonu Məmmədli kəndində yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan bir ədəd 154 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 154 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan bir ədəd 138 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 138 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan hər birinin dəyəri 138 manat olmaqla cəmi 276 manat dəyərində iki ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 276 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan bir ədəd 126 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 126 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 sentyabr 2021-ci il tarixdə, saat 15 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan bir ədəd 128 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 128 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasına alıcı qismində daxil olaraq mağazada satıcıların başının qarışıq olmasından istifadə edib, vitrində olan bir ədəd 128 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru gizli talayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 128 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu Məhəmmədi kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi həyət evinin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan evin zirzəmisinə, həmin zirzəminin qapısında olan qıfılı sındırmaqla qanunsuz daxil olaraq, zirzəmidə olan zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 100 manat dəyərində hidroforla birlikdə su motoronu, bir ədəd 120 manat dəyərində radiatoru, bir ədəd 30 manat dəyərində manqalı, 200 manat dəyərində qab-qacaq dəstini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Əvvəllər bir dəfə məhkum olunmuşdur. 2021-ci ilin sentyabr ayında maddi vəziyyəti yaxşı olmadığı üçün və özünə pul lazım olduğundan oğurluq etmək qərarına gəlmişdir. Abşeron rayonu, Masazır qəsəbəsində olarkən orada "xxxx" MMC-yə məxsus inşaat materialları mağazası vardır və mağaza böyük olduğu üçün fikirləşmişdir ki, həmin mağazadan oğurluq etsin. Buna görə ilk öncə mağazaya daxil olub oradan nə oğurlaya biləcəyinə baxmış və qərara gəlmişdir ki, mağazadan istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlayıb, köynəyinin altına salaraq mağazadan çıxarsın. Buna görə ilk dəfə 07 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən bir ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlamş, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektoru tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra eyni qaydada oğurluq etmək qərarına gəlmiş və fikirləşmişdir ki, "xxxx" MMC-yə məxsus Abşeron rayonu Saray qəsəbəsində də eyni inşaat materialları mağazası vardır. Buna görə 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən bir ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlamış, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektoru tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 10 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən iki ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektorları oğurlayıb, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektorları tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 11 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən bir ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlayıb, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektoru tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 12 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən bir ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlayıb, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektoru tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 13 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus inşaat materialları mağazasına müştəri qismində daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzib, satıcıların başının qarışmasını gözləmiş və həmin vaxt imkan tapıb, onu heç kimin görmədiyi vaxt mağazada vitrindən bir ədəd istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurlayıb, köynəyinin altına salmış və bir neçə dəqiqə mağazada dayanıb mağazanı tərk etmişdir. Elə həmin gün kollektoru tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Qeyd olunan mağazalardan o, başqa heç nə oğurlamamış və sonuncu dəfə oğurluq etdikdən sonra həmin mağazalara daxil olmamışdır. Sonradan o, qeyd olunan oğurluq cinayətləri törətdiyi üçün polis əməkdaşları tərəfindən tutulmuş və barəsində cinayət işi başlanaraq o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azadlığa buraxılmşdır. Bundan başqa, 2022-ci ilin yanvar ayında maddi vəziyyəti yaxşı olmadığı üçün yenə də oğurluq etmək qərarına gəlmiş və 07 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Məhəmmədi kəndində olarkən fərdi yaşayış evinin həyət darvazasında qıfıl olduğunu görüb, evdə heç kimin olmadığını başa düşmüş və qərara gəlmişdir ki, həmin evin həyətinə girib oğurluq etsin. O, həyətə girdikdən sonra evin zirzəmisinin qapısında qıfıl olduğunu görüb həmin qıfılı yerdən götürdüyü daşla sındırmış və zirzəmiyə daxil olmuşdur. Həmin vaxt zirzəmidən bir ədəd hidroforla birlikdə su motorunu, bir ədəd manqalı, bir ədəd radiatoru, qab dəstini götürüb zirzəmidən çıxmışdır. O, oğurladığı əşyaları evin həyətinin hasarının yanına gətirmiş və sonra həmin əşyaları küçədə olan əl arabasına yığmışdır. Sonra hadisə yerindən uzaqlaşıb oğurladığı əşyaları əl arabasından boşaldaraq bir ədəd torbaya yığmış, sonra piyada avtomobil yoluna çıxmışdır. Həmin vaxt 148 saylı avtobusla Sabunçu rayonu ərazisinə getmiş və orada oğurladığı əşyaları tanımadığı şəxslərə ümumilikdə 28 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, "xxxx" MMC-yə məxsus Abşeron rayonu Masazır və Saray qəsəbələrində yerləşən mağazalardan oğurluq edərkən ona kömək edən olmamış, oğurluqları özü tək etmişdir. İstilik sistemləri üçün nəzərdə tutulmuş kollektorları satdığı şəxsləri tanımır, onlara kollektorların özünə məxsus olduğunu demişdir. Abşeron rayonu Məhəmmədi kəndində oğurluq edərkən həmin oğurluğun törədilməsində ona hər hansı bir şəxs kömək etməmiş, həmin oğurluğu da o, tək etmiş, yanında heç kim olmamışdır. Abşeron rayonu Məhəmmədi kəndində oğurladığı əşyaları Sabunçu rayonu ərazisində satdığı şəxsləri tanımır, onlara əşyaların özünə məxsus olduğunu demişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" MMC-yə məxsus mağazalarda inşaat materialları satılır və MMC-nin bir neçə yerdə mağazaları vardır. Həmin mağazalardan biri Abşeron rayonu, Saray qəsəbəsi, biri isə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşir. 20 sentyabr 2021-ci il tarixdə MMC-yə məxsus Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən inşaat materialları mağazasında olarkən həmin mağazada olan videogörüntülərə baxış zamanı bir nəfər şəxsin xx.xx.2021-ci il tarixdə saat 15 radələrində MMC-yə məxsus mağazanın Masazır filialından 1 ədəd 154 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru oğurladığı müəyyən olunmuşdur.Bununla bağlı aidiyyəti üzrə Abşeron RPİ-yə müraciət etmişlər və sonradan MMC-yə məxsus Masazır və Saray qəsəbələrində yerləşən mağazalarda olan kameralara baxış keçirib müəyyən etmişlər ki, həmin şəxs, 09 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Saray filialından 1 ədəd 138 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru, 10 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Saray filialından 2 ədəd hər biri 138 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektorları, 11 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Saray filialından 1 ədəd 126 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektoru, 12 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Saray filialından 1 ədəd 128 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektorları, 13 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Masazır filialından 1 ədəd 128 manat dəyərində istilik sistemləri üçün nəzərdə tutulmuş kollektorları oğurlamışdır. Həmin şəxs tərəfindən MMCyə ümumilikdə 950 manat maddi ziyan vurulmuşdur. "xxxx" MMC-yə məxsus Abşeron rayonu Masazır və Saray qəsəbələri ərazilərində yerləşən mağazalarda quraşdırılmış müşahidə kameralarının görüntüləri təqdim edilmişdir. Dəymiş ziyan ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məhəmmədi kəndində özünə məxsus həyətyanı sahədə olan birmərtəbəli yaşayış evində yaşayır. 07 yanvar 2022-ci il tarixdə saat 13 radələrində işləri ilə bağlı evdən çıxmış, həmin vaxt evdə heç kim olmamışdır. Növbəti gün saat 18 radələrində fərdi yaşayış evinə qayıtdıqda evin zirzəmisinin qapısının kilidinin sındırıldığını aşkar etmişdir. Həmin vaxt başa düşmüşdür ki, evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər evin həyətinə oradan isə zirzəmiyə daxil olmuşlar. O, zirzəmiyə daxil olduqda müəyyən etmişdir ki, zirzəmidən 1 ədəd 100 manat dəyərində hidroforla birlikdə su motoru, 1 ədəd 120 manat dəyərində radiator, 1 ədəd 30 manat dəyərində manqal, 1 ədəd 200 manat dəyərində qab dəsti oğurlanmışdır. Daha sonra o, bununla bağlı polisə müraciət etmişdir. Zirzəmidən başqa əşya oğurlanmamışdır. Evindən heç bir əşya oğurlanmamışdır. Ona ümumilikdə 450 manat ziyan dəymişdir.Dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 177.2.2, 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 05 il 11 ay 29 günə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 17 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. 210270826 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. 210270826 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2 və177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, azadlıqdan məhrumetmənin 02 günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, dəymiş ziyanı ödəməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayətlərə görə məhkum olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 100 saat hüquqi yardıma 600 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cinayət işi maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil Müdafiəçi göstərdiyi 100 saat hüquqi yardıma 600 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar