Məhkəmə qərarları › İş №1(012)-322/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-322/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-322/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Laçın rayonu, Nağdalı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Laçın rayonu, Şamkənd ərazi dairəsi, Nağdalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, yeni məhəllədə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından 2021 -ci ilin dekabr ayınadək olan müddətdə Abşeron rayonu, Xırdalan şəhərində, "Əlillər binası” adlanan binada kirayə yaşadığı 12 nömrəli mənzildə onunla qeyri-rəsmi münasibətdə olan Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövrdə sonuncunun çılpaq vəziyyətdə foto-şəkillərini və aralarında intim münasibətdə olduqlarına işarə edən birgə fotoşəkillərini mobil telefonu vasitəsilə çəkərək mobil telefonunda saxlamış, aralarında şəxsi münasibətləri zəmnində tez-tez mübahisələrin yaranması səbəbindən 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ondan ayrılmağı, əlaqələrinin kəsilməsini bildirdikdə ondan asılı vəziyyətə düşmüş sonuncuya davamlı olaraq istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonunun “Whatsapp” xidməti vasitəsilə zəng edərək, eləcə də mesaj yazaraq və səs göndərərək onunla yenidən görüşməyəcəyi və cinsi əlaqəyə girməyəcəyi halda birlikdə yaşadıqları müddətdə mobil telefonu vasitəsilə çəkdiyi həmin çılpaq vəziyyətdə olan foto şəkillərini sosial şəbəkədə yayacağını, eləcə də yaxın qohumlarının mobil telefonlarına göndərəcəyini bildirmiş, bundan sonra, Zərərçəkmiş şəxs onun bu sözlərinə əhəmiyyət vermədiyini görüb həmin foto şəkillərini sonuncunun bacısının qızı Şahid2, bacısı Şahid1 və qardaşı X2 göndərərək onunla yenidən görüşməyəcəyi və cinsi əlaqəyə girməyəcəyi halda həmin foto görüntüləri digər yaxın qohumlarının, keçmiş həyat yoldaşının və onun qohumlarının da mobil telefonlarına göndərəcəyi ilə hədələyərək davamlı şəkildə 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı həmin mənzilə və görüşə çağıraraq, orada sonuncunun sair asılılığından istifadə etməklə onunla cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, bir daha belə əməllər etməyəcəyini bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonu, Şamkənd ərazi dairəsi, Nağdalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni məhəllədə tək kirayədə yaşayır. X1 onun barəsində etdiyi şikayət ərizələri ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, o, Gülyanə ilə təxminən 3 il olar ki, tanış olaraq qeyrirəsmi birlikdə yaşamışlar. Gülyanə ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan bir neçə dəfə aralarında sözlə mübahisələr olmuşdur. Təxminən 8-9 ay bundan əvvəl Gülyanəyə işləmək üçün Almaniya Respublikasına gedəcəyini bildirmiş və buna görə də Gülyanə onun evindən birdəfəlik getməsini istəmişdir. O, təxminən 3 ay Almaniyada qalmış və 6-7 ay olar ki, Bakı şəhərinə qayıtdıqdan sonra Gülyanə ondan ayrılmaq istədiyini desə də o, Gülyanəyə ondan ayrılmaq istəmədiyini bildirmişdir. Bundan sonrakı günlərdə Gülyanə onunla görüşməkdən imtina etdiyinə görə aralarında yenə də mobil telefon danışığı zamanı söz-söhbətlər yaranmağa başlamışdır. Əvvəllər Gülyanə ilə bir yerdə yaşayarkən öz razılığı ilə birlikdə olduğu şəkilləri mobil telefonuna çəkmişdir. Gülyanə ondan ayrılmaq istədikdə isə əvvəllər çəkdiyi şəkilləri onun mobil telefonuna göndərərək bu şəkillərin onların xatirəsi olduğunu, onu çox istədiyini bildirmişdir. Ona görə də Gülyanədən xahiş etmişdir ki, onunla görüşə gəlsin. Təxminən 15 gün əvvəl Gülyanə ilə Xırdalan şəhərində, Heydər Əliyev parkında görüşmüş və bir-biri ilə sevgi münasibətlərini davam etdirməyə razılaşmışlar. Sonuncuya onunla sevgi münasibətlərini davam etdirməsə foto və video görüntülərini yaxın qohumlarına göndərəcəyi ilə hədələməmiş, Gülyanənin çılpaq foto şəkillərini çəksə də intim əlaqələrini çəkməmiş, Gülyanənin çılpaq foto şəkillərini çəkməsindən onun xəbəri olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron- 2” yaşayış kompleksi, ev 8, mənzil 79-da övladları ilə birlikdə kirayədə yaşayır. 2017-ci ildə həyat yoldaşından boşanmış, 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ilk tanışlıqlarında ona ailəsindən boşandığını bildirirərək birlikdə ailə kimi yaşamağı təklif etmişdir. O, sonuncu ilə razılaşsa da sonradan onunla ailə kimi deyil, sevgili kimi münasibət saxlamışdır. Ona görə də mütəmadi olaraq sonuncunun Abşeron rayonu, Xırdalan şəhərində Əlillər binasında kirayə tutduğu evdə görüşmüşdür. Fədai ilə münasibətləri təxminən 1 il yaxşı olsa da sonradan onu qısqandığına görə aralarında mütəmadi olaraq mübahisə yaranmağa başlamış, bu səbəbdən də ondan ayrılmaq qərarına gəlmişdir. Fədaidən yavaş-yavaş uzaqlaşarkən onu hədələməyə başlamış, Fədai 2021-ci ilin təxminən dekabr ayından etibarən ondan qəti olaraq ayrılmaq istədiyini, ona görə də onunla görüşməkdən imtina etdiyini başa düşüb həmin ərəfədə ona zənglər edərək, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrindən “whatsapp” xidməti ilə mesajlar yazaraq, onda intim foto və video görüntülərinin olduğunu, həmin intim foto və video görünütüləri həmişə görüşdüyü mənzildə öz mobil telefonu ilə gizlin olaraq çəkərək öz mobil telefonunda saxladığını, hətta həmin foto və video görüntüləri fləş karta köçürdüb saxladığını bildirmsişdir. Bundan başqa Fədai ona bildirmişdir ki, münasibəti yaxşı olan vaxtlarda onunla mobil telefonunun “whatsapp” xidməti ilə görüntülü danışarkən çılpaq vəziyyətdə bədəninin müxtəlif yerlərini çəkərək telefonunda saxlamışdır. Fədai ona bütün bunlar barədə məlumat verib onunla görüşmək üçün gəlməsini tələb etmişdir. Onunla görüşə gəlməyəcəyi halda həmin foto şəkillərini və video görüntülərini yaxın qohumlarına və keçmiş həyat yoldaşına, həmçinin keçmiş həyat yoldaşının ailə üzvlərinə göndərəcəyi ilə onu hədələməyə başlamışdır. O, əvvəlcə Fədainin dediklərinə, yəni onun hər hansı bir çılpaq foto şəkillərini və intim videolarımı gizlincə çəkməsinə inanmadığına görə ona əhəmiyyət verməyib yenə də uzaq durmuşdur. Bundan sonra isə Fədai ciddi olduğunu və ona dediklərinin real olduğunu sübut etmək üçün onu görüşə dəvət etmişdir. O, Fədai ilə yenidən həmin mənzildə sadəcə söhbət etmək və bu məsələyə aydınlıq gətirmək məqsədilə görüşərkən sonuncu mobil telefonundakı foto şəkilləri və intim əlaqəsində olduğu video görüntüləri, eləcə də Fədai ilə mobil telefon vasitəsilə görüntülü danışdıqda xəbəri olmadan həmin anın görüntülərini şəkil formatında skrin edərək çəkib öz mobil telefonunun yaddaşında gizlincə saxladığı çılpaq şəkillərini ona göstərmişdir. O, Fədaidən həmin foto və video görüntüləri nə məqsədlə gizlin şəkildə çəkdiyini soruşanda sonuncu həmin foto şəkillərə və video görüntülərə baxaraq həzz aldığını söyləmişdir. Bundan sonra o, Fədainin bu hərəkətlərinə bərk qəzəblənib onunla bir daha görüşməyəcəyini bildirib həmin evdən çıxıb getiişdir. Bundan sonrakı vaxtlarda da Fədai yenə də ondan əl çəkməyərək görüşmələrini, cinsi əlaqədə olmalarını, onunla görüşərək ehtiraslarını soyutmağını ondan tələb etmişdir. Əks halda isə gizlincə çəkdiyi həmin foto şəkillərini və intim video görüntüləri sosial şəbəkədə yayacağı, yaxın qohumlarının mobil telefonlarına göndərəcəyi ilə onu hədələməyə başlamışdır. Bundan sonra o, Fədainin mobil telefonunda çılpaq halda foto şəkillərinin və intim əlaqəsində olduğu video görüntülərinin olduğunu öz gözləri ilə gördüyü üçün və bu şəkilləri və videogörüntüləri yayacağından ehtiyat edib onunla görüşməyi davam etdirməyə məcbur olmuşdur. Ona görə də məcbur olub 2022-ci ilin təxminən oktyabr-noyabr ayınadək Fədai ilə sonuncunun istədiyi vaxtlarda görüşüb cinsi əlaqədə olmuşdur. 2022-ci ilin təxminən oktyabr-noyabr ayında Fədai ilə aralarında yenə də söz-söhbət yarandığına görə ondan ayrılmış və sonuncu həmin ərəfədə işləmək məqsədilə Almaniya Federativ Respublikasına getmişdir. X4 Respublikasında olduğu vaxtlarda da ona zəng etməyə başlamış, o sonuncunun telefon zənglərinə cavab vermədiyi üçün yaşadığı Xırdalan şəhəri, “Kristal- Abşeron-2” yaşayış kompleksində olduğu zaman yenidən ona dəfələrlə zəng edərək və mesaj yazaraq onda olan çılpaq foto şəkillərini və intim əlaqələrinin video görüntülərini yayacağı ilə onu hədələyib telefon zənglərinə cavab verməyi tələb etmişdir. O, yenə də əhəmiyyət verməmiş və gözlədiyi halda çılpaq foto şəkillərini və intem əlaqələrinin video görüntüsünü bacısı qızı Şahid2, bacısı Şahid1 göndərdiyindən xəbər tutmuşdur. Bundan sonra Fədainin qohumlarına zəng etdiyini, ondan əl çəkmədiyini görüb telefon zənglərinə cavab vermiş və onlar bir müddət telefon vasitəsilə danışmışlar. 2023-cü ilin təxminən mart ayında X4 Respublikasından geri qayıtmışdır. Bundan sonra Fədai yenə də görüşməyi, onunla cinsi əlaqədə olmağı tələb edib əks halda onda olan başqa foto şəkilləri və intim videoları da sosial şəbəkədə yayacağı, qohumlarına göndərəcəyi ilə onu hədələyib onu cinsi əlaqədə olmağa məcbur etmişdir. Bundan sonra o, məcbur olub ilk öncə Abşeron rayon prokurorluğuna, daha sonra da Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edib Fədainin barəsində müvafiq qanuni tədbir görülməsini xahiş etmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla görüşdüyü vaxtlarda onun çılpaq foto şəkillərini və cinsi əlaqədə olmağın video görüntülərini çəkməsinə onun razılığı olmamış və sonuncu bu foto şəkilləri və video görüntüləri gizlin şəkildə çəkdiyi üçün bundan məlumatı da olmamışdır. Fədai bu hərəkətləri ilə onunla yenə də görüşməyə, cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmişdir.Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs təxminən 3 il əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, Əlillər binası kimi tanınan yerdə qonşusu Təqsirləndirilən şəxs ilə tanış olmuş və sevgi münasibəti yaşamışlar. Onların münasibəti əvvəllər yaxşı olsa da sonradan aralarında mübahisələr başlamış, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bacısına bununla bağlı polisə şikayət verməyi təklif etsə də sonuncu ona Fədainin evə gizli şəkildə yerləşdirdiyi video kamera vasitəsilə çəkilən lüt şəkillər və intim videolar ilə şantaj etdiyini və buna görə də qorxduğunu polisə şikayət etməyəcəyini bildirmişdir. Amma həmin şəkilləri Fədai bacısına göstərib onu təhqir etsə də həmin şəkilləri görməmişdir. Fədai həmin şəkil və videoları istifadəsində olan “***-***-**-**” nömrəsinə məxsus whatsapp proqramı ilə onun istifadəsində olan “***-***-**-**” nömrəsinə xaricdə olan zaman atmışdı və həmin video, həmçinin şəkillərdə bacısı Zərərçəkmiş şəxs üzü tam şəkildə görsənmişdir. Lakin o, həmin şəkil və videoları telefonundan sildiyi üçün hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən gizli kamera vasitəsilə çəkilən bacısına məxsus lüt şəkillər və intim videolar mövcud deyil. Telefonunun saxlancmda şəkillər qalsa da həmin şəkillərdə bacısı Zərərçəkmiş şəxsnm üzü tam görünmür. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmir. İstintaqda verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xalası Zərərçəkmiş şəxs təxminən 3 il olar ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əlillər binası kimi tanına yerdə qonşusu Təqsirləndirilən şəxs ilə sevgi münasibətində olmuşdur. Xalası Gülyanə təxminən 4 ildir ki, əri ilə boşanaraq 3 uşağı ilə birlikdə kirayədə yaşamış, 3 il ərzində xalası ilə Fədainin münasibəti yaxşı olmamış, belə ki, sonuncu xalasını əsasız narahat etmişdir. Fədai ilə salam saqoldan başqa heç bir münasibəti olmamış və sonuncu onun nömrəsini xalasının mobil telefonundan götürmüş və xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri hal-hazırda yaşadığı mənzildə olan zaman Fədainin istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinin “Whatsapp” proqramına xalasının intim lüt şəkillərini atmışdır. Həmin şəkillərdə xalasının üzü tam görünmüş, lakin mobil telefonu format olduğu üçün həmin şəkillər və videolar telefonundan silinmişdir. O xalası ilə küsülü olmuş, bu səbəbdən də Fədai həmin şəkilləri və videoları ona ataraq demişdir ki, xalanı şantaj edəcək, sübutlar məndə var”. Sonuncu elə bilirdi ki, o, xalasının intim və lüt şəkillərindən istifadə edərək xalasını şantaj edəcəkdir. O, Fədaini telefonda təhqir edərək xalasının şəkillərini və videolarını çəkməkdə düzgün etmədiyini izah eləmişdir. O, xalasına dəfələrlə demişdir ki, Fədai yaxşı adam deyil onunla ayrıl, lakin xalası ona qulaq asmamış və buna görə münasibətləri yaxşı olmamışdır. Hal-hazırda Fədainin ona göndərdiyi şəkillərin və videoların heç biri əlində qalmamış, yalnız mobil telefonunun saxlananda olan bir-iki şəkil var ki, həmin şəkillərdə xalasının üzü düşməmişdir. Həmçinin Fədainin həmin şəkilləri ona göndərməsi ilə bağlı əlində heç bir sübut yoxdur, çünki telefonundan silmişdir. O, Fədainin ona göndərdiyi şəkilləri yalnız xalasına göndərmiş, sonuncu da bu barədə Abşeron Rayon Polis İdarəsinə şikayət etmiş, lakin Fədai Azərbaycan Respublikasında olmadığı üçün araşdırma aparılmamışdır. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanas” X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Laçın rayonu, Şamkənd ərazi dairsəi, Nağdalı kəndində qeydiyyatda olan və həmin ünvand yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicə olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcabədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Laçın rayonu İHBnın Şamkənd İƏD üzrə Nümyəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə məhkəmə qərarı ilə nikahı pozulmuşdur. Nikahın pozulmasında ona uşaqlarına kəsilmiş 264 (iki yüz altmış dörd) manat alimenti və ondan əlavə olaraq başqa maddi köməklik edir. Məskinlaşdığı ərazidə vətəndaşların hörmətini qazanmışdır. Ailə üzvləri ilə mehriban münasiəti vardır. Əmək sevərliyi ilə hər kəsdən seçilir. O, dövlət və dövlətçiliyə sadiqdir. Dövlət Əhəmiyyətli siyası kompaniyalarda verilən tapşırıqları diqqətlə yerinə yetirir. Onun haqqında nümayəndəliyə heç bir şikayət xarakterli məlumatlar olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, ibtidai istintaqın zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-595/2023 saylı qərarına əsasən onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu cəmi 05 (beş) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən nəzərə alınmaqla, islah işləri növündə cəzanın bir gününə dörd gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş islah işləri cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu cəmi 05 (beş) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) ay 04 (dörd) gün müddətində islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar