Məhkəmə qərarları › İş №1(012)-323/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-323/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-323/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci ildə Fizuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Fizuli rayonu, Əhmədbəyli inzibati ərazi dairəsi, Əhmədbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə, xx.xx.1996-cı ildə Fizuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Fizuli rayonu, Əhmədbəyli inzibati ərazi dairəsi, Əhmədbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 kirayə qalaraq yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu. Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”, 19 saylı binanın 14 saylı mənzilindən xx.xx.2023-cü il tarixdə mənzil sahibi Zərərçəkmiş şəxs məxsus Türkiyə Respublikasının istehsalı olan bir ədəd 1200 (min iki yüz) manat dəyərində “Ege" markalı kombi aparatını. Koreya Respublikasının istehsalı olan bir ədəd 1500 (min beş yüz) manat dəyərində “Samsunq" markalı paltaryuyan maşını, Çexoslavakiya Respublikasının istehsalı olan bir ədəd 1500 (min beş yüz) manat dəyərində çilçırağı, Çexoslavakiya Respublikasının istehsalı olan bir ədəd 1200 (min iki yüz) manat dəyərində çilçırağı, Türkiyə Respublikasının istehsalı, parçadan tikilmiş, boz rəngli, eni 6 metr ölçüdə olan bir ədəd 1000 (min) manat dəyərində pəncərə pərdəsini. “Karaca” markalı, “farfor” materialdan olmuş bir dəst 400 (dörd yüz) manat dəyərində çay servizini, əl işi olan bər ədəd 500 (beş yüz) manat dəyərində nərdtaxtanı, üzlüyü Türkiyə istehsalı olan çit parçadan tikilmiş iki ədəd hər biri 225 (iki yüz iyirmi beş) manat dəyərində yataq dəstini, Türkiyə Respublikasının istehsalı olan, 1.5 metr x 3 metr ölçüdə parçadan olmuş bir ədəd 160 (yüz altmış) manat dəyərində süfrəni, xuı ustal materialdan böyük ölçüdə olmuş bir ədəd 170 (yüz yetmiş) manat dəyərində meyvəqabını. Türkiyə Respublikasının istehsalı olan, sintefon materialdan, hər ikisi iki nəfərlik, iki dəst hər biri 300 (üç yüz) manat dəyərində yorğan- döşəyi. cəmi 8680 (səkkiz min altı yüz səksən) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 cinayət əməlini davam etdirərək vahid niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama barədə razılığa gəlib kirayə qalaraq yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu. Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”, 19 saylı binanın 14 saylı mənzilindən ev sahibi Zərərçəkmiş şəxs məxsus Yaponiya Respublikasının istehsalı olan bir ədəd 600 (altı yüz) manat dəyərində “Toshiba” markalı, 32A3000PR model televizoru, Belorusiya Respublikasının istehsalı olan bir ədəd 600 (altı yüz əlli) manat dəyərində “Stinol” markalı soyuducunu, Zərərçəkmiş şəxs məxsus cəmi 1200 (min iki yüz) manat, ümumilikdə isə. 9880 (doqquz min səkkiz yiiz səksən) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cii il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun kirayədə qalaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”, 19 saylı binanın 14 saylı mənzilindən ev sahibi Zərərçəkmiş şəxs məxsus özgənin əmlakını gizli olaraq talama barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Təqsirləndirilən şəxs1 “WhatsApp" üzərindən danışıb kirayə qaldığı həmin mənzildəki əşyaları satmaq barədə razılaşdığı Şahid2. Şahid5 və Şahid3 həmin gün saat 24 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi” yaşayış massivində qarşılayaraq Təqsirləndirilən şəxs1 kirayə qalaraq yaşadığı Zərərçəkmiş şəxs Ziilfiiqar oğluna məxsus Abşeron rayonu. Xırdalan şəhəri. “Abşeron Gənclər şəhərciyi", 19 saylı binanın 14 saylı mənzilinə aparıb, mənzil sahibi Zərərçəkmiş şəxs məxsus Yaponiya Respublikasının istehsalı olan bir ədəd 600 (altı yüz) dəyərində “Toshiba" markalı televizoru və Belorusiya Respublikasının istehsalı olan bir ədəd 600 (altı yüz) manat dəyərində “Stinol” markalı soyuducunu həmin şəxslərə satmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1200 (min iki yüz) manat dəyərində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, lakin ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron gənclər şəhərciyi” yaşayış kompleksində yerləşən 19 saylı binadakı mənzilindən oğurluq etdikdən sonra Zərərçəkmiş şəxs şəxsiyyəti barədə ona mənə məlum olmuşdur. Şahid1 onun həmkəndlisidir, onunla səmimi münasibətləri vardır. Elməddin Fizuli rayonunda, yaşadığı Əhmədbəyli kəndində gül dükanında işləmişdir. 2023-cü ilin noyabr ayında Elməddin Xırdalan şəhərinə gəlmişdir ki, gül dükanında işə düzəlib işləsin. O, həmin vaxtlar iş axtardığına görə Elməddinlə telefonda danışarkan ondan xahiş etmişdir ki. ona da gül satışında işləmək üçün iş tapsın. Elməddin ona iş tapmaqda kömək edəcəyini vəd etmiş, ona görə də o, 2023-cü ilin dekabr ayının əvvəllərində Xırdalan şəhərinə gəlmiş və Elməddinlə birlikdə onun kirayə götürdüyü Xırdalan şəhəri, "Abşeron gənclər şəhərciyində” 19 saylı binanın 3-cii mərtəbəsində yerləşən 14 saylı mənzildə yaşamağa başlamışdır. Elməddinlə birlikdə iş axtarmış, lakin iş tapa bilmədikdə, Elməddin Fizuli rayonuna. Əhmədbəyli kəndinə qayıtmışdır. O isə. qalmışdır ki, iş axtarıb tapsın və işləsin. Elməddindən xahiş etmişdir ki, ev sahibi ilə danışsın və o həmin evdə kirayə qalsın. Ona görə də. Elməddin mənzil sahibinin oğluna zəng edib onunla danışmış və bildirmişdir ki, rayona qaydır. Mənzil sahibinin oğluna onun həmin mənzildə kirayə qalaraq sonrakı aylarda kirayə pulunu verəcəyini demişdir. Mənzil sahibi razılaşmışdır. Elməddin 15 dekabr 2023-cü il tarixdə Fizuli rayonuna getmiş, o isə, 19 dekabr 2023-cü il tarixədək həmin mənzildə kirayədə qalaraq yaşamışdır. Fizuli rayonundan gələrkən evdən cəmi 150 manat pul götürmüşdür. Bir neçə giindn sonra həmin pul qurtarmışdır. Onun yaşamağa pulu qalmadığı üçün kirayədə qaldığı mənzilin əşyalarını satmaq qərarına gəlmişdir. Kirayə qaldığı mənzildə mənzil sahibinə aid olan bir ədəd paltaryuyan maşın, bir ədəd kombi, qonaq otağının və yataq otağından sökdüyü iki ədəd çilçıraq və qonaq otağının pərdəsini “Tap.az” internet saytında satış elanına qoymuşdur. Elanda öz mobil nömrəsini yazmışdır. 18 dekabr 2023-cü il tarixdə elanda qoyduğu mobil nömrəyə bir nəfər kişi zəng etmiş və elanda qiyduğu əşyalarla maraqlanaraq almaq istədiyini demişdir. Razılığa gəldikdən sonra həmin gün. saat təxminən 20 radələrində həmin şəxs onun kirayə qaldığı binanın həyətinə gəlmiş, o. həyətdə alıcı olan həmin şəxsi qarşılamışdır. Həmin şəxs “Mersedes- E” markalı, nömrəsini himədiyi maşınla gəlmiş, əşyaları aparmağa “Ford tranzit” markalı yük maşını gətirmişdir. Həmin maşının nömrəsini bilmir, sürücüsünü tanımır. Yük maşının sürücüsiinadən başqa əşyaları almağa glmiş təxminən 50-55 yaşlı həmin kişinin yanında bir nəfər təxminən 40 yaşlı kişi və bir nəfər təxminən 50 yaşlı qadın da olmuşdur. Onların heç birini tanımır. Onlarla “WhatsApp" vasitəsi ilə danışmış, mobil nömrələri telefonundan silinmişdir, ona görə də nömrələrini bilmir. O. həmin şəxsləri kirayə qaldığı evə aparmışdır. Onlar ev əşyalarını nə üçün satdığını soruşmamış, o da onlara səbəbini izah ertməmişdir. Həmin şəxslərə paltaryuyan maşını 150 (yüz əlli) manata, kombi aparatını 200 (iki yüz) manata, lüstrlərin hər bini 45 (qırx beş) manata, pərdəni isə, 50 (əlli) manata sataraq cəmi 490 (dörd yüz doxsan) manat pul əldə etmişdir. Zərərçəkmiş şəxsin şikayətini göstərdiyi “Qaraca" markalı yemək qabı dəstini, bir ədəd nərdtaxtanı, bir dəst yataq üzlüyünü, bir ədəd süfrəni, bir ədəd meyvə qabını, iki dəst yorğan-döşəyi oğurlamamışdır. Bundan başqa, “Lalafo” internet saytında da əşyaların satışı ilə əlaqədar elan qoymuşdur. 18 dekabr 2023-cü il tarixdə bir nəfər şəxs zəng edib paltaryuyan maşınla maraqlanmış, o da paltaryuyan maşının qiymətinin 200 manat olduğunu demişdir. Növbəti gün həmin şəxs zəng edib paltaryuyan maşınla maraqlandıqda o, paltaryuyan maşının satıldığını, lakin televizor, soyuducu və kondinsoneri də satacağını demiş və həmin əşyaların şəklini ona göndərmişdir. Həmin əşyaların satışı üçün hansı qiymətə razılaşdığı yadında qalmamışdır. 19 dekabr 2023-cü il tarixdə, axşamüstü o, Bakı şəhərində, 20 yanvar metrostansiyasının yaxınlığında çörək yeyərkən əşyaları almaq istəyən şəxs ona “WhatsApp” vasitəsi ilə zəng edərək əşyaları götürmək üçün gəldiyini demişdir. O, həmin vaxt Xırdalan şəhərində olmadığı üçün Xırdalan şəhəri. "Abşeron gənclər şəhərciyində" kirayədə yaşayan həmkəndlisi və uzaq qohumu Təqsirləndirilən şəxs2 zəng etmiş və ondan xahiş etmişdir ki. kirayədə qaldığı mənzildəki şeyləri almaq istəyən şəxsləri qarşılayıb mənzildə olan istədikləri əşyaları onlara versin. İsa ona demişdir ki, başqasının mənzilinin əşyaları satmasın, sonrası problem olar. Həmçinin əşyaların satılmasında iştirak etmək istəmədiyini bildirmişdir. İsaya demişdir ki. narahat olmasın, özü cavabdehdir. İsa. kömək etməyə razılaşdıqdan sonra o, mənzilin açarını taksi ilə “Abşeron Gənclər şəhərciyinə” İsaya göndərmişdir. İsa həmin gün axşam əşyaları almaq istəyən üç nəfər şəxsi qarşılayıb kirayə qaldığı mənzildəki bir ədəd televizor və bir ədəd soyuducunu onlara vermiş, lakin binanın həyətində polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt İsa oradan aralanıb getmiş və polis əməkdaşları onu görməmişlər. İsa gecə vaxtı ona zəng etmiş və polis əməkdaşlarının əşyaları alan şəxsləri saxlayaraq Polis İdarəsinə apardıqlarını bildirmişdir. İsaya demişdir ki, gəl Bakıya görüşək. Təqsirləndirilən şəxs2 ilə 20 dekabr 2023-cii il tarixə keçən gecə Bakı şəhərində, 3-cü mikrarayon dairəsində görüşmüş və Təqsirləndirilən şəxs2 baş vermiş hadisəni ona danışmışdır. Sonra onlar ayrılmış və o, sabahı gün Fizuli rayonuna getmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs2 onun oğurluq etdiyi sözügedən mənzilə bir neçə dəfə onun yanma gəlmiş, hadisə zamanı onun həmin mənzildə kirayədə yaşadığını və mənzildə olan əşyaların ev sahibinə aid olduğunu bilmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Onunla yaxşı münasibətləri olmuşdur. O, 2023-cii ilin axırlarında Bakı şəhərinə gəlib taksi fəaliyyəti ilə məşğul olmuş. Bakıxanov qəsəbəsində kirayədə yaşamışdır. 19 dekabr 2023-cü il tarixdə axşam vaxtı Seymur onun mobil telefonuna zəng edib bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində, “Abşeron Gənclər şəhərciyində“ kirayədə yaşadığı mənzildə bir ədəd televizor və bir ədəd soyuducunu satır. Demişdir ki, həmin əşyalar onun özünə aiddir, pulu olmadığı üçün satmaq istəyir, müştəri gəlib almaq istəyir. Seymur demişdir ki, onun yaşadığı mənzil onun özünün mənzilidir. Demişdir ki, mənzil bankda girovdadır, ona görə də əşyaları satır. O da Seymurun dediyinə əsasən, telıevizor və soyuducunu alan alıcılara mənzilin girovda olduğunu, ona görə də əşyaların satıldığını demişdir. Lakin o, alıcı Şahid2 deməmişdir ki, yataq otağındakı lüstrü pulsuz götürsünlər. Seymur bildirmişdir ki, işi var, evə gedə bilmir. Ondan xahiş etmişdir ki, “Abşeron gənclər şəhərciyinə" getsin, mənzilin açarını göndərsin, o, açarla mənzilin qapısını açsın və müştəri gəlib həmin əşyaları götürsün. O, əvvəlcədən həmin mənzilə Seymurun yanma getmişdir. Ona görə də, mənzili tanımışdır. “Abşeron gənclər şəhərciyinə" getmiş. Seymur da mənzilin açarını taksi ilə göndərmiş, taksidən mənzilin açarını götürmüşdür. Seymurun əşyalarını alan şəxs ona zəng etmiş. “Abşeron gənclər şəhərciyində" yertləşən mənzildəki Seymurun televizorunu və soyuducusunu almaq üçün gəlmiş tanımadığı üç nəfər şəxsi 19 dekabr 2024-cü il tarixdə, saat təxminən 24 radələrində qarşılamış və Seymurun kirayədə yaşadığı mənzilə aparmışdır. Həmin şəxslər Seymurun mənzilindən bir ədəd markası yadında qalmayan qara rəngli televizoru və bir ədəd markası yadında qalmayan ağ rəngli soyuducunu götürüb binanın həyətinə düşürtmüşlər. Əşyaları həyətə düşündükdən sonra Şahid2 “WhatsApp"-la ona yazaraq haraya getdiyini soruşduqda o, dükana getdiyini ona yazmışdır. Həmin vaxt Aqil ona polis gəldiyi ilə bağlı heş nə bildirməmişdir. Onun hadisə yerinə polisin gəldiyindən məlumatı olmamışdır. Əşyaları verdikdən sonra Seymur ona zəng edib demişdir ki, qapını açıq qoysun və tez “Abşeron gənclər şəhərciyinin" qarşısındakı piyadaların keçməsi üçün olan yolüstü keçidə tərəf gəlsin. O da Seymurun dediyi kimi keçidin yanma gəlmiş və Seymurla görüşüb mənzilin açarını ona verib çıxıb getmişdir. Polis əməkdaşlarının həmin əraziyə gəlməsini və əşyaları alan şəxsləri saxlamalarını bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu. Xırdalan şəhəri. «Abşeron Gənclər şəhərciyi» 19 saylı binanın 3-cü mərtəbəsində. 14 saylı mənzil ona məxsusdur. Həmin mənzil üç otaqdan ibarətditr. Həmin mənzildə təxminən bir il müddətində ailəsi ilə birlikdə yaşamışlar. Sonradan Sabunçu rayonun Balaxanı qəsəbəsinə köçüb orada ailəsi ilə birlikdə yaşayırlar. Odur ki. Abşeron rayonu. Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» ndə yerləşən həmin mənzili kirayə vermişdir. 2023-cü ilin noyabr ayının 28-də Şahid1 adlı şəxslə əmlakçı vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyində» Elməddinlə görüşüb söhbət etmiş və «Abşeron Gənclər şəhərciyi» 19 saylı binada yerləşən sözügedən mənzili ayda 350 manat ödəmək qarşlılığında Elməddinə kirayə vermişdir. Mənzilin kirayə pulu olaraq bir ayın pulunu, yəni 350 (üç yüz əlli) manat pulu qabaqcadan almış, həmin 350 manatdan 50 manatı orada Tural adlı əmlakçıya vermişdir. Kirayə verdiyi mənzildə yaşayış üçün bütün əşyalar -bir ədəd televizor, iki qapılı soyuducu, divan kreslo, yataq üçün bir otaqda iki qoşa çarpayılar, bir otaqda uşaq mebeli və digər əşyalar olmuşdur. Mənzili kombi sistemi ilə qızdırılmış, paltaryuyan maşın, çil-çıraqlar, pərdələr, qab qaşıq, yataq dəstləri, suvenir nərdtaxta, iki divan və stol olmuşdur. Mənzildəki əşyaları Elməddin adlı şəxsə siyahı ilə verməmişdir. 19 dekabr 2023-cü il tarixdə işdə olan zaman onun mobil telefonuna polis tərəfindən zəng edilmiş, polis əməkdaşı bildirmişdir ki, mənzilində kirayədə yaşayan şəxs ev əşylarını oğurlamışdır. Polis əməkdaşı ona əyalarmı oğurlanmasını bildirəndən sonra o, mənzilinə gəlmiş, binanın qarşısında polis əməkaşları ilə görüşmüş, onlarla birlikdə üçüncü mərtəbədə olan mənzilinə qalxıb, mənzili nəzərdən keçirəndə mənzilindən kirayədə qalan kirayənişin tərəfindən aşağıdakı əşyalar oğurlanmışdır. Həmin əşyaların məlum olan əlamətləri aşağıdakılardan ibarətdir. Türkiyə Respublikasının istehsalı olan bir ədəd “ege” markalı, 1200 (min iki yüz) manat dəyərində kornbi aparatı, 24-lük, 220 volt elektrik cərəyanı ilə işləmişdir. Həmin kornbi aparatını 2023-cü ilin dekabr ayında almışdır. Koreya Respublikasının istehsalı olan, 1500 (min beş yüz) manat dəyərində bir ədəd “samsunq” markalı paltaryuyan maşın, 7 kiloqram paltar yumaq üçün nəzərdə tutulmuşdur. Həmin paltaryuyanı 2022-ci ilin iyul ayında alımışdır. Çerxoslavakiya Respublikasının istehsalı olan iki ədəd çilçıraqlar xurustal , paslanmayan materialdan idi. Hər biri 12 lampadan ibarət olmuşdur. Çilçıraqları 2011-ci ildə almış, birinin qiyməti 1500 (min beş yüz) manat, digəri 1200 (min iki yüz) manat dəyərində olmuşdur. Yaponiya Respublikasının istehsalı olan. (600 (altı yüz) manat dəyərində bir ədəd “toşhiba” markalı televizor, həmin televizoru 2011-ci ildə almış, 83 sm dioqnallı olmuşdur. Belarusiya Respublikasının istehsalı olan 600 (beş yüz) manat dəyərində bir ədəd “stinol” markalı soyuducu, təxminən altı il əvvəl almışdır. 1000 (min) manat dəyərində bir ədəd pəncərə pərdəsi Türkiyə istehsalı olan parçadan, boz rəngli, eni 6 metr ölçüdə olmuşdur. Pərdəni 2012-ci ildə almışdır. 400 (dörd yüz) manat dəyərində "Karaca" markalı bir dəst çay servizi, “farfor” materialından olmuş, 2021-ci ildə almış, işəldilməmişdir. 500 (beş yüz) mant dəyərində, əldə düzəldilmiş bir ədəd nərdtaxta. 2021-ci ildə ona hədiyyə verilmişdir. Türkiyə istehsalı olan, 450 (dörd yüz əlli) manat dəyərində iki ədəd yataq dəsti, (yataq üzlüyü) çitdən olmuş, iki il əvvəl, yəni 2021-ci ildə almışdır. Türkiyə istehsalı olan. 160 (yüz altmış) manat dəyərində bir ədəd süfrə, 1,5 metr x 3 metr ölçüdə, parçadan olmuş, 2021-ci ildə almışdır. Bir ədəd 170 (yüz yetmiş) manat dəyərində meyvəqabı xurustal materialdan, böyük meyvəqabı olmuş, 2021ci ildə almışdır. Türkiyə Respublikasının istehsalı olan, hər biri 300 manat olmaqla iki dəst yorğan-döşək, sintifon materialdan olmuş, hər ikisi iki nəfərlik olmuşdur. 2021-ci ilin iyul ayında almışdır. Beləliklə, ona ümumilikdə 9880 (doqquz min səkkiz yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Evində olan iki ədəd divan, stol və stullar yerində olmuş, oğurlanmamışdır. Mənzilin əşyalarının oğurlandığını biləndən sonra Elməddinə zəng etmiş, telefonla danışanda Elməddin ona bildirmişdir ki, Fizuli rayonun Əhmədbəyli kəndindədir, kəndə gedəndə evin açarlarını qohumu, yəni əmisi oğlu Təqsirləndirilən şəxs1 vermişdir, evdən nə oğurlanıbsa Elməddinin deməsinə görə qohumu Seymur oğurlamışdır. Sonra ona məlum olmuşdur ki, Seymur evin əşyalarını internet saytında qoyub satmaqla oğurlamışdır. Polis əməkdaşları evindən oğurlamış əşyalardan televizoru və soyuducunu maddi sübut kimi götürmüş, digər əşyaları tapılmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, lakin onunla telefonda danışmışdır. Onu qiyabi olaraq tanıyır. O. Fizuli rayonunda, yaşadığı kənndə gül dükanında satıcı işləmiş, maddi vəziyyətini yaxşılaşdırmaq üçün Bakı şəhərinə gəlib işləmək qərarına gəlmişdir. Gül alveri ilə məşğul olan şəxslərlə əlaqəsi olduğu üçün məlumat almışdır ki. Bakı şəhəri. Sədərək ticarət mərkəzində gül dükanlarında satıcılara yaxşı əmək haqqı verirlər. Odur ki. Sədərək ticarət mərkəzində gül salonlarından birində işə düzəlmək məqsədi ilə 2023-cü ilin noyabr ayının axırında Xirdalan şəhərinə gəlmişdir. Eşitmişdir ki. Xırdalan şəhərində kirayə evlərin qiyməti ətraf ərazilərdən ucuzdur. Ona görə də. Xırdalan şəhərinə gəlib əvvəlcə kirayə mənzil axtarmış. Xırdalan şəhərində ev-alqısatqısı və kirayəsi məntəqələrindən birinə gəlmiş və münasib qiymətə kirayə mənzil axtarmışdır. Tanımadığı daşınmaz əmlak alqı-satqısında və kirayəsində vasitəçi ona bir neçə ev göstərmiş, sonda Bakı- Quba yolunun kənarında yerləşən "Abşeron Gənclər şəhərciyində” 19-cu binanın 3-cü mərtəbəsində. 14 saylı mənzil xoşuna gəlmiş və həmin mənzili kirayə götürmüşdür. Mənzili əmlakçıdan. yəni ev kirayəsində vasitəçilik edən Eural adlı şəxsdən ayı 350 manat ödəmək şərti ilə kirayə götürmüşdür. Mənzilin kirayə haqqı olan 350 manat pulu ev sahibinə verməsi üçün Turala vermişdir. Ev sahibinin tanışı Anar adlı şəxs gəlib Turaladan evin kirayə pulunu alıb getmişdir. Mənzilin açarını ona Tural vermişdir. O. həmin ünvanda təxminən on beş gün yaşamışdır. Evi kirayə götürdükdən sonra həmkəndlisi və dostluq etdiyi Təqsirləndirilən şəxs1 onun Xırdalan şəhərinə işləmək üçün gəldiyimi və orada iş axtardığımı eşidib ona zəng etmiş və demişdir ki. onun yanına gəlib birlikdə qalmaq və işləmək istəyir. O. ertiraz etməmişdir. Odur ki. Seymur 2023-cü ilin dekabr ayının əvvəllərində Füzuli rayonundan Xırdalan şəhərinə gəlmiş, onun kirayə etdiyi mənzildə birlikdə qalmışlar. 2023-cü ilin dekabr ayının on beşinə qədər kirayə götürdüyü mənzildə yaşamışdır. Lakin həmin müddərdə iş tapa bilmədiyi və pulu qurtardığı üçün rayona qayıtmaq qərarına gəlmişdir. Seymur isə. Xırdalanda qalıb işləmək istədiyini bildirmişdir. Seymur ondan xahiş etmişdir ki. onun kirayə götürdüyü mənzildə qalsın. Odur ki, o razılaşmış və mənzili Seymura təhvil verib rayona getmişdir. Rayona getdikdən sonra mənzildən çıxmağı və mənzildə dostu Seymurun qaldığı barədə mənzil sahibi Aqilin oğluna “Whatsapp’Ma yazaraq məlumat vermişdir. Aqilin oğlu cavab yazmışdır ki, gərək mənzili verməzdin. Sonra yazmışdır ki, Seymurla gedib danışacaq və Seymurun həmin evdə kirayədə qalmasına razılaşmışdır. 19 dekabr 2023-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində gül dükanında işdə olarkan mənzil sahibi Aqilin oğlu ona zəng edərək əsəbi şəkildə bildirmişdir ki, onların mənzilindəki əşyalarını onun dostu Seymur oğurlamışdır. O. Seymurun oğurluq etməsinə inanmadığını, özünün hazırda Füzuli rayonunda olduğunu bildirmişdir. Sonradan polis əməkdaşı ona zəng edərək hadisə barədə ondan soruşmuş, o, polis əməkdaşına, hazırda Füzuli rayonunda olduğunu və hadisədən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri. Nizami rayonu. 26 saylı poliklinikanın yaxınlığında yerləşən elektron avadanlıqların təmiri sexində işləyir. Bununla yanaşı maddi gəlir əldə edib dolanmaq üçün elektron avadanlıqları alıb üstünə pul qoyub satır. Aldığı əşyaların qabaqcadan müştərisini taparaq sonra alır. Aldığı elektron avadanlıqların qiymətinin üstünə pul qoyub sataraq gəlir əldə edir. Ona görə də, internet saytlarına daxil olub satlıq əşyaları müəyyən edir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində “Lalafo" internet saytında “Samsunq” markalı paltaryuyan maşının 200 manata satışının elanını görmüşdür. Görünüşü təzə olduğu üçün həmin paltaryuyan maşının satışından pul əldə edə biləcəyimi düşünüb elandakı nömrəyə zəng etmişdir. Paltaryuyan maşını almaq barədə satıcı ilə razılaşmışdır. Paltaryuyan maşını satan şəxs öz profil şəklini elanda qoymuşdur. Odur ki, sonradan həmin şəxsin şəxsiyyəti ona məlum olmuşdur. Həmin şəxs Təqsirləndirilən şəxs1dur. Həmin gün axşam Seymur ona zəng edərək paltaryuyan maşını almağa gəlib-glmədiyini soruşmuşdur. O, gəlmək üçün maşın tapmadığını demişdir. Bir neçə dəqiqədən sonra Seymur ona “WhatsApp"-la zəng edib paltaryuyan maşını satdığını bildirmişdir. Seymur bildirmişdir ki, satmaq üçün televizor, soyuducu və kondinsoner də vardır. Həmin əşyaların şəklini ona atmışdır. O, həmin əşyaları neçəyə satdığını soruşduqda, Seymur həmin əşyaları birlikdə 200 manata satdığını demişdir. O, həmin əşyaları almağa razılaşmışdır. Satılan həmin əşyaların şəklini tanışı Şəhriyara “WhatsApp” la göndərmişdir ki, bəyənsə ona satsın. Şəhriyar demişdir ki, hər əşyada ona 20 manat, üç əşya üçün 60 manat pul verəcəkdir. Odur ki, o. razılaşmışdır. Şəhriyar və onun dostu Niyaməddin “Prius" markalı taksi ilə gələrək Bakı şəhərində, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında onu maşına götürmüşlər. Onlarla birlikdə Xırdalan şəhərinə gəlmişdir. Bakı şəhərində olarkan “WhatsApp" vasitəsi ilə Seymurla danışarkan Seymur demişdir ki, həmin əşyaları “onlara xalası oğlu verəckdir". xalası oğlunun adını ona deməmişdir. Seymur öz adını da ona deməmişdir, lakin təhqiqat araşdırması zamanı Seymurun adı ona məlum olmuşdur. Seymur xalası oğlunun mobil nömrəsini“WhatsApp” -la ona yazmışdır. O, Seymurun xalası oğlu ilə “WhatsApp” vasitəsi ilə yazışmış, onunla Abşeron rayonu, Xırdalan şəhəri. “Abşeron gənclər şəhərciyi" yaşayış masivində “Araz” marketin qarşısında xx.xx.2023-cü il tarixə keçən gecə, təxminən saat 00.30 radələrində görüşmüş, birlikdə Abşeron rayonu. Xırdalan şəhəri, “Abşeron gənclər şəhərciyi” yaşayış massivindəki yeni tikilmiş binanın 3-cü mərtəbəsinə qalxmışlar. Mənzilə daxil olduqda mənzildə heç kim olmamış, mənzilin qapısı açıq olmuşdur. Evdəki köhnə modelli “mitsubişi” markalı kondinsoneri sökə bilməmişlər. Ona görədə koııdinsioneri götürməmişlər. Lakin bir ədəd Belorusiya istehsalı olan “Stinol" markalı soyuducunu və “Toşhiba” markalı, 82 dioqnallı televizoru almışlar. Həmin əşyaları cəmi 55 manata almağa razılaşmışlar. Əşyaları onlara verən Seymurun xalası oğlu bildirmişdir ki. mənzil bankda girovdadır. Bank mənzili əlindən aldığına görə əşyaları satdığını bildirmiş, hətta təklif etmişdir ki. yataq otağındakı 1 iistrü pulsuz götürə bilərlər. Lakin onlar liistrü götürməmişlər. Əşyaları həyətə düşürdükdən sonra “bolt" taksi xidmətindən taksi çağırmışlar. Bir ədəd “prius” markalı taksi gəlmiş, soyuducunu həmin maşına qoymuşlar. Televizor yerləşmədiyi üçün “bolt” taksi xidmətindən ikinci taksi çağırmışlar. Digər taksi maşınını gözləyərkən post-patrul xidməti maşını gəlib maşını onlarıln yanında saxlamışdır. Polis əməkdaşları maşından düşüb, onlardan biri ondan yerdə qoyulmuş televizorla bağlı soruşduqda, o soyuducu və televizoru aldığnı bildirmiş və aldığı şəxsi göstərmək üçün yan tərəfə baxdıqda əşyaları ona satmış həmin şəxsi yanında görməmişdir. Ona məlum olmuşdur ki. polis gələrkən o, sakitcə onların yanlarından getmişdir. O, əşyaları aldığı şəxsin mobil nömrəsinə “WhatsApp" vasitəsi ilə yazaraq haraya getdiyini soruşduqda o. siqaret almaq üçün dükana girdiyini demişdir. Polis əməkdaşları ilə birlikdə onu axtarmış, lakin tapa bilməmişlər. Polis əməkdaşları onlara satılmış əşyaların oğurluq yolu ilə əldə olunmasından şübhələndikləri üçün onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində aldıqları televizor və soyuducunu polis əməkdaşlarına təhvil vermişlər. O, aldığı Belorusiya istehsalı olan “Stinol markalı soyuducunun və “Toşhiba” markalı televizorun cinayət yolu ilə əldə olunmasını bilməmişdir. Çünki həmin əşyaları satan şəxslə razılaşmışdır ki, əşyaların sənədinin surətini ona verəcəkdir. Bundan başqa, həmin şəxs bildirmişdir ki. mənzil bankda girovdadır, bank mənzili əllərindən alır. Odur ki, təcili olaraq mənzilin əşyalarını satdıqlarını bildirmiş, o da onun inanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində, “Xalqlar dostluğu” ticarət mərkəzində icarəyə mağaza götürüb işlədir. Həmin mağazada ikinci əl əşyaların satışı ilə məşğul olur. Odur ki. işlənmiş əşyalar satışa uyğun olduqda alıb üstünə pul qoyaraq satıb qazanc əldə edir. Elektrik əşyalarının təmiri ilə məşğul olan tanışı Şəhriyar adlı şəxs 19 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində ona zəng edib bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhəriyində” bir nəfər şəxs işlənmiş soyuducu, televizor və kondinsioner satır. Təklif etmişdir ki, həmin əşyalara baxsınlar və əgər uyğun olsa alıb ona satsın. O, bildirmişdir ki, gedib baxsınlar, əgər satış üçün uyğun olsa götürər. Odur ki, Şəhriyarla Bakı şəhərində, onun yaşadığı binanın qarşısında görüşmüşlər. Şəhriyarın tutduğu tanımadığı, markası yadında qalmayan maşınla gedərək yolda Şəhriyarın tanışı Aqili də maşına götürmüşlər və “Abşeron gənclər şəhərciyinə" gəlmişlər. Maşında gələrkən əşyaları satmaq istəyən şəxslə Aqil danışmış, həmin şəxs əşyaları onlara göstərmək üçün öz xalası oğlunu göndərəcəyini bildirmişdir. Əşyaları satmaq üçün gəlmiş, onlara ev sahibinin xalası oğlu kimi məlum olan adını bilmədiyi təxminən 22-23 yaşlı, orta boylu, qarabuğdayı oğlanla "Abşeron gənclər şəhərciyində" "Araz marketin" yaxınlığında görüşmüşlər və həmin şəxs onları şəhərciyin içində nömrəsi yadında qalmayan yeni tikilmiş hündür mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilə gətirmişdir. Mənzilin qapısını açıb onları içəri buraxmış və satmaq üçün onlara mətbəxdə olan 82 dioqnallı “Toşhiba” markalı televizoru, “Stinol” markalı soyuducunu və yataq otağında quraşdırılmış kondinsioneri təklif etmişdir. Əşyaları nə üçün satdığın onları mənzilə gətirmiş şəxsdən soruşduqda həmin şəxs, mənzilin bankın girovunda olduğunu, növbəti gün mənzilin qapısına bank tərəfindən möhür vurularaq mənzilin onların əlindən alınacağını bildirmişdir. Odur ki, onlar həmin mənzildəki əşyaların oğurlanaraq satılmasından şübhələnməmişlər. Təklif olunan əşyaları almağa razılaşmışdır. Lakin xırda pulu olmadığı üçün binanın həyətinə düşəndən sonra mağazada pulu xırdalayıb əşyaları ona göstərən həmin şəxsə verməyi özlüyündə qərarlaşdırmışdır. Kondinsoneri almaqdan imtina etmiş, soyuducu və televizor köhnə olduğu üçün Bakı şəhərinə aparmaq üçün taksiyə pul verəcəyinə görə, həmçinin həmin əşyaların satılmasında vasitəçilik etmiş Şəhriyara pul verəcəyidən həmin əşyaları cəmi 155 (yüz əlli beş) manata almağa razılaşmışdır. Televizoru və soyuducunu binanın həyətinə düşürtmüşlər. Əşyalıarı aparmaq üçün “bolt" taksi firmasından maşın çağırmış, soyuducunu taksinin yük yerinə qoymuş, lakin televizorla birlikdə özləri üçün yer olmayacağını başa düşüb ikinci taksi çağırmışlar. İkinci taksə gələnə qədər o, əşyaların pulunu verməkdən ötrü mağazaya girmişdir ki, pul xırdalayıb əşyaların pulunu versin. Mağazadan çıxdıqda polis əməkdaşlarının Aqil və Şəhriyarın yanında olduğunu görmüşdür. Əşyaları onlara satmış ev sahibinin xalası oğlu olduğunu bildirən şəxs Şəhriyar və Aqilin yanında olmamış, yaxınlaşdıqda əşyaları onlara satan şəxsin polis gəldikdə aradan çıxdığı məlum olmuşdur. Polis əməkdaşları onlardan televizor və soyuducunu kimdən aldıqlarını soruşduqda onlar əşyaları binanın 3-cü mərtəbəsində yaşayan şəxsdən pulla aldıqlarını bildirmiş və əşyaları onlara satmış şəxsə Aqil zəng etmiş, bu zaman həmin şəxs Aqilə telefonda demişdir ki, satdığı əşyalar dayısınındır. Bildirmişdir ki, indi gəlir. Lakin gəlmədiyi üçün onlar yaxınlıqdakı marketi də yoxlamış, lakin həmin şəxsi tapa bilməmişlər. Odur ki, polis əməkdaşları onları aldıqları əşyalarla birlikdə Abşeron rayon polis idarəsinə gətirmişlər. Polis İdarəsində məlum olmuşdur ki, aldıqları televizor və soyuducunu kirayə yaşayan şəxs ev sahibinin mənzilindən oğurlayıb onlara satmışlar. Özünü mənzil sahibinin xalası oğlu kimi təqdim edən şəxs həmin mənzilin bankın girovunda olduğunu və sabahı gün mənzilin bank tərəfindən onların əlindən alınacağını, ona görə də, əşyaları təcili olaraq dəyər-dəyməzinə satdığını bildirdiyi üçün aldıqları əşyaların cinayət yolu ilə əldə olunmasından şübhələnməmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki. Bakı şəhərində yerləşən "Bolt" taksi firmasında sürücü işləyir. “Prius” markalı, ** LL *** qeydiyyat nişanlı avtomobili taksi kimi idarə edir. Şahid2. Şahid5 və X2 əvvəlcədən tanımamışdır. Lakin Abşeron rayon polis idarəsinə “Abşeron Gənclər şəhərciyindən" gətirilərək araşdırma aparılarkan onları tanımışdır. 20 dekabr 2023-cü il tarixə keçən gecə, saat 00 radələrində ona "Bolt" taksi firmasından sifariş əsasında “Abşeron gənclər şəhrciyi" 19 saylı binanın qarşısından Bakı şəhəri. Xalqlar dostluğu" metrostansiyasının yanına sərnişin aparmağı barədə göstəriş verilmiş, odur ki, qeyd olunan ünvana idarə etdiyi avtomaşınla gəlmişdir. Binanın həyətində dörd nəfər şəxs bir ədəd soyuducu və bir ədəd televizorun yanında taksi maşınını gözləmişlər. Sonradan ona məlum olmuşdur ki, dördüncü şəxs həmin televizoru və soyuducunu digər üç nəfər, şəxsiyyətləri sonradan ona məlum olan Niyaməddin, Şəhriyar və Aqil adlı şəxslərə satan adamdır. Lakin həmin adamın adını bilmir. Gecə olduğu üçün onun əlamətləri yadında qalmamışdır. Qeyd olunan şəxslər onun avtomaşınımın yük yerinə soyuducunu qoymuşlar. Televizor yük yerinə yerləşməmiş, öz aralarında qərara gəlmişlər ki, ikinci taksi çağırsınlar və sonra maşınlara minib Bakı şəhərinə getsinlər. Onlar taksi sifariş verib gəlməsini gözləyərkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt əşyaları satmış şəxs aradan çıxmıdır. Belə ki. polis əməkdaşları əşyalarla bağlı taksi sifariş vermiş şəxslərdən soruşduqda, onlar televizor və soyuducunu aldıqlarını bildirmişlər, əşyaları aldıqları şəxsi göstərmək istəyəndə onun aradan çıxdığı məlum olmuşdur. Həmin şəxsi polis əməkdaşları və əşyaları almış şəxslər axtardıqda trapa bilməmişlər. Ona görə də, polis əməkdaşları əşyalarla birlikdə onları Abşeron rayon polis idarəsinə gətirmişlər. Polis idarəsində aparıllan ilkin araşdırma zamanı həmin əşyaların oğurlanaraq Niyaməddin. Şəhriyar və Aqil adlı şəxslərə satıldığı məlum olmuşdur. O, həmin vaxta qədər idarə etdiyi avtomaşınla aparılacaq soyuducunun və televizorun oğurlandığını bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Abşeron rayon polis idarəsinə gələrək Abşeron RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş, həmin tarixdə iş üzrə icraat təzələnmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seşilərək, həmin tarixdə Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, ona görə də, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs1 barsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli tutuma protokolundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs1 tutularaq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təqdim edilmiş və iş üzrə icraat təzələnmişdir. Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə əmtəəşiinaslıq ekspertizasının “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” barədə xx.xx.2024-cti il tarixli, 9/1382 saylı rəyindən görünür ki. ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkillərdə göstərilən 01 ədəd “Toshiba" markalı. 32A3000PR model televizorun və 01 ədəd “Stinol" markalı soyuducunun orta istismar müddəti və orta istimar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminəbn 400.0 manat müəyyən olunur. O cümlədən: 01 ədəd Toshiba” markalı. 32A3000PR model televizor - 150,0 manat; 01 ədəd “Stinol” markalı soyuducu - 250.0 manat; Məhkəmə əmtəəşünaslıq ekspertizasının “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” barədə xx.xx.2024-cü il tarixli. 9/3080 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində. Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istiladə edilməklə, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:

1. 01 ədəd "Ege" markalı kombi aparatı- Türkiyə Respublikasının istehsalı, 24lük, 220 volt elektrik cərəyanı ilə işləmişdir. Əmlak sahibi tərəfindən həmin kombi 2023-cü ilin dekabr ayında alınmışdır. 750 (yeddi yüz əlli) manat;

2. 01 ədəcTSamsunq" markalı paltaryuyan maşın- Koreya Respublikasının istehsalı, 7 kiloqram paltar yumaq üçün nəzərdə tutulmuşdur. Əmlak sahibi tərəfindən həmin paltaryuyan 2022-ci ilin iyul ayında alınmışdır. 300 (üç yüz ) manat;

3. 01 ədəd Çerxoslavakiya Respublikasının istehsalı olan çilçıraq- hazırlandığı material xurustal şüşədən və paslanmayan materialdan, 12 lampadan ibarət olmuşdur. Şilşıraq 2011-ci ildə alınmışdır. 150 (yüz əlli) manat;

4. 01 ədəd Çerxoslavakiya Respublikasının istehsalı olan çilçıraq- hazırlandığı material xurustal şüşədən və paslanmayan materialdan, 12 lampadan ibarət olmuşdur. Şilşıraq 2011-ci ildə alınmışdır. 150 (yüz əlli) manat;

5. 01 ədəd pəncərə pərdəsi- Türkiyə Respublikasının istehsalı olan parçadan tikilmiş, boz rəngli, eni 6 metr ölçüdə olmuşdur. Pərdə 2012-ci ildə alınmışdır. Aydın deyil;

6. 01 dəst "Karaca" markalı çay servizi- "farfor" materialdan olmuş, 2021-ci ildə alınmış, işlədilməmişdir. Aydın deyil;

7. 01 ədəd nərdtaxta- əl işi olmuş, 2021-ci ildə əldə olunmuşdur. Aydın deyil;

8. 02 ədəd yataq dəsti- (yataq üzlüyü Türkiyə istehsalı olan) çitdən olmuş, 2021-ci ildə alınmışdır. Aydın deyil;

9. 01 ədəd süfrə- Türkiyə Respublikasının istehsalı, ,5 metr x 3 metr ölçüdə parçadan olmuş, 2021-ci ildə alınmışdır.10 (on) manat;

10. 01 ədəd meyvəqabı- xurustal materialdan, böyük ölçüdə olmuş, 2021-ci ildə alınmışdır. Aydın deyil;

11. 02 dəst yorğan-döşək- Türkiyə Respublikasının istehsalı,sintefon materialdan, hər ikisi iki nəfərlik olmuşdur. 2021-ci ilin iyul ayında alınmışdır. Aydın deyil; Cəmi 1360.00 manat. Beləliklə, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1360.00 manat müəyyən olunur. Digər 06 adda malların ölçüləri barədə kifayət qədər məlumat olmadığından və tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Qiymətləndirilən malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat -sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat -sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında cinayətin predmetləri olan əşyalarla bağlı “Whatsapp” yazışmalarının mətnləri cinayət işi materiallarına əlavə edilmiş, 01 ədəd “Toshiba" markalı. 32A3000PR modelli televizor və 01 ədəd “Stinol" markalı soyuducu ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)-108/22025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Eldənız oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 1 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Eldənız oğlu xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 1 gün hissəsini çəkmiş, çəkilməmiş caza müddəti 1 il 25 gün təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-49/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasi CM-nin 234 1-ci maddəsi ilə təqsirli bilinib 03 il üddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5 va 69.3-cu maddələrinə əsasən qəti olaraq 2 il 5 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünüt ki, məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və hazırda cəzanın çəkilməsi davam edir. 19 noyabr 2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs2 tayin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 il 9 ay 1 gün təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İİ Qarabağ Müharibəsi iştirakçısıdır. İ-3347 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 dekabr tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-63527 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-44288 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-22417 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlinin Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi oğlurluq əməlinin Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə onlara Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Eldənız oğluna və Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Təqsirləndirilən şəxs1 Eldənız oğlu Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə onlara qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Eldənız oğlunun Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2 isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkməkdədir. Ona görə də hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Eldənız oğluna münasibətdə xx.xx.2025-ci tarixdən, Təqsirləndirilən şəxs2 münasibətdə isə xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Eldənız oğlunun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 06 ay 17 gün, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 03 ay 10 gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış votsap yazışmaları saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Toshiba" markalı. 32A3000PR modelli televizor və 01 ədəd “Stinol" markalı soyuducu ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzəzərə alınmalı, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul və və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Eldənız oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 Eldənız oğluna 03 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Eldənız oğlunun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 06 ay 17 gün müddət nəzərə alınaraq, həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, cəmi 01 il 01 ay 12 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Eldənız oğlunun üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 Eldənız oğlunun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs2na 04 il müddətinə azdlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış 03 ay 10 gün müddət nəzərə alınaraq, həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, cəmi 06 ay 24 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış votsap yazışmaları cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd “Toshiba" markalı. 32A3000PR modelli televizor və 01 ədəd “Stinol" markalı soyuducu ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul və və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə isə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar