Məhkəmə qərarları › İş №1(012)-324/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-324/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-324/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1967-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Vaqif küçəsi 6D, mənzil 8-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxası, S.Əsgərova küçəsində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1990-cı il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, əczaçı işləyən, Gəncə şəhəri, Vaqif küçəsi, ev 6, dalan 8-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxası, S.Əsgərova küçəsində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ləriş bağları, ev 5424-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxası, S.Əsgərova küçəsində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, qaynı Təqsirləndirilən şəxs1 "xxxx" şirkətindən lizinqlə götürdüyü «Chevrolet Kamaro» markalı avtomobilinə zamin olduğuna görə kredit borcunun ödənilməməsi səbəbindən 30 avqust 2019-cu il tarixdə saat 13 radələrində şirkətin nümayəndələri ilə görüşüb onları Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, S.Əsgərova küçəsində yerləşən evinin qarşısına gətirdikdən sonra sonuncu ilə mübahisə edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ucadan sonuncunun ünvanına küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtomobilində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, öz quruluşuna, ölçülərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilməyən turist cib bıçağı ilə heç bir əsaslı səbəb olmadan arvadı Şahid1 hücum etmiş, həmin vaxtı qaynı Təqsirləndirilən şəxs1 onların yanına gəldikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan həmin bıçaqdan silah qismində istifadə edərək sonuncunun sol çiyin nahiyəsindən və sol əlindən vuraraq ona sol çiyin qurşağının bayır səthinin deşilmiş-kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmaqların kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 30 avqust 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı Abşeron rayonu, S.Əsgərova küçəsində yerləşən fərdi evinin qarşısında, küçədə lizinq krediti ilə götürdüyü «Chevrolet Kamaro» markalı avtomobilinə görə "xxxx" şirkətinə kredit borcunun ödənilməməsi səbəbindən şirkətin nümayəndələri ilə görüşüb söhbət edərkən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan anası Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kürəkəni Təqsirləndirilən şəxs2 "xxxx" şirkətin işçilərini onun yaşadığı ünvana gətirdiyini cüzi səbəb gətirərək heç bir əsas olmadan küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs2 əlindən aldığı zavod üsulu ilə hazırlanmış, öz quruluşuna, ölçülərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilməyən turist cib bıçaqdan silah qismində istifadə edərək sonuncunun kürək nahiyəsindən qəsdən bir dəfə bıçaqla vurmuş və qarşılıqlı dalaşma zamanı Təqsirləndirilən şəxs2 əlini bıçaq kəsərək sol əlin 2-ci barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, sağ əlin ovuc səthinin kəsilmiş yaraları, sol kürəkaltı nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmiş, həmin vaxtı anası Təqsirləndirilən şəxs3 əlində saxladığı dəmir parçasından silah qismində istifadə edərək Təqsirləndirilən şəxs2 baş nahiyəsindən vuraraq ona sağ gicgah təpə nahiyəsinin və sol gicgah nahiyəsinin şişkin və ağrılı fonda geniş həcmli dərialtı hematoması, sol gicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 30 avqust 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı Abşeron rayonu, S.Əsgərova küçəsində yerləşən fərdi evinin qarşısında küçədə öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kürəkəni Təqsirləndirilən şəxs2 zaminliyi əsasında lizinq krediti ilə götürdüyü «Chevrolet Kamaro» markalı avtomobilə görə "xxxx" şirkətinə Təqsirləndirilən şəxs1 kredit borcunun ödəməməsi səbəbindən şirkətin nümayəndələri ilə sonuncunun görüşüb söhbət edərkən onun yaşadığı ünvana gətirdiyini cüzi səbəb gətirərək heç bir əsas olmadan küçə söyüşləri söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək əlində saxladığı dəmir parçasından silah qismində istifadə edib qəsdən Təqsirləndirilən şəxs2 baş nahiyəsindən vuraraq, ona sağ gicgah təpə nahiyəsinin və sol gicgah nahiyəsinin şişkin və ağrılı fonda geniş həcmli dərialtı hematoması, sol gicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əlindən aldığı zavod üsulu ilə hazırlanmış, öz quruluşuna, ölçülərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilməyən turist cib bıçaqdan silah qismində istifadə edərək sonuncunun kürək nahiyəsindən qəsdən bir dəfə bıçaqla vurmuş və qarşılıqlı dalaşma zamanı Təqsirləndirilən şəxs2 əlini bıçaq kəsərək sol əlin 2-ci barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, sağ əlin ovuc səthinin kəsilmiş yaraları, sol kürəkaltı nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 yeznəsidir, bacısı ilə soyuq münasibətinə görə münasibətləri pozulmuşdur. Əvvəllər Orxanla şərikli iş birliyi olmuş, lakin sonradan ayrılmışlar. Orxanla şərik işləyən zaman «Faktor-lizinq» şirkətindən özünə kredit ilə Chevrolet Kamaro markalı avtomaşın almış, Orxan ona zamin dayanmış, lakin maddi imkanı olmadığı üçün iki ay krediti ödəyə bilməmişdir. Orxanla bacısı Şəbnəmin arasında olan mübahisəyə görə Şəbnəm onun evində yaşamışdır. 30.08.2019-cu il tarixdə təxminən saat 16:00 radələrində «Faktor-lizinq» şirkətinin işçilərinin və Təqsirləndirilən şəxs2 anası ilə birlikdə onun qapısına gəldiyini görüb o, qapıya çıxarkən anası Gülnarə də onun arxasınca küçəyə çıxmış, orada şirkətin işçiləri ilə söhbət edərkən anası Gülnarə Orxandan və onun anasından onların qapısına hansı səbəbdən gəldiklərini soruşduqda bacısı Şəbnəm də onun arxasınca küçəyə çıxmışdır. Həmin vaxtı orada Orxanla bacısının arasında mübahisə yaranmış, bu anda dəfələrlə həm onun və həm də bacısının üstünə bıçaqla gəlmiş və onları hədələmiş Orxanın maşınına tərəf gedib oradan bıçaq götürüb bacısına tərəf gəldiyini görmüş, belə olduqda Orxanın əlindəki bıçaqla bacısına xəsarət yetirəcəyindən qorxaraq onların arasına girib Orxanın əlindən bıçağı almaq istəmiş, Orxan isə əlindəki bıçağı o yan bu yana fırlatmağa başlamışdır. Bu anda Orxan əlindəki bıçaqla onun sol çiyninə xəsarət yetirmiş, o bıçağı sonuncunun əlindən alıb zərərsizləşdirmiş və bıçağı cibinə qoymuşdur. Bundan sonra yumuruqla Orxanın sifətinə vurmuş, zərbədən Orxan əli ilə sifətini tutub başını aşağı əydikdə yenidən yumuruq zərbələri ilə onun başının arxa hissəsindən vurmuş, həmin anda qonşu Eldəniz onların dava - dalaşını görüb onlara yaxınlaşmış və onları aralaşdırmışdır. Hadisənin sonuna kimi orada olan lizinq şirkətinin işçilərinə həftənin birinci günü şirkətə gələcəyini onlara bildirdikdə şirkətin işçiləri oradan çıxıb getmişlər. Dava zamanı onun əlində dəmir parçası və yaxud digər əşya olmamış, hadisə vaxtı orada üç nəfər lizinq şirkətinin işçiləri, qonşu Eldəniz, anası Gülnarə, bacısı Şəbnəm, Orxanın anası olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qaynıdır, onunla əvvəllər şərikli işlə işləmiş, lakin hazırda aralarında olan pul mübahisəsi ilə bağlı bir il əvvəldən ayrılmışlar. Şərikli işlədiyi dövrdə Şahmar «Chevrolet Kamaro» markalı maşını lizinq müqaviləsi ilə götürərkən ona zamin dayanmışdır. Lakin son iki il olar ki, Şahmarın düzgün işləməməsi səbəbindən onunla şərikli işinə son qoymuşdur. Sonradan Şahmar barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılmış və ilkin istintaq dövründə tutulmuş və onun tutulmasına səbəbi isə onda görmüşlər. Buna görə də həyat yoldaşı Şəbnəm yaşadığı evdən çıxıb qardaşı Şahmarın evinə getmişdir. Son vaxtlar "xxxx" şirkətinin əməkdaşları ona mütəmadi zənglər edərək Təqsirləndirilən şəxs1 kredit borcunun olduğunu, ona ya Şahmarın maşının kredit borcunun ödənilməsini, ya da avtomobilin qaytarılmasını bildirilmişlər. Onlardan nə səbəbə Şahmara zəng etmədiklərini, maşının kredit borcunun ödənilməsini tələb etmədiklərini soruşduqda Şahmarın onların zənginə cavab vermədiyini, avtomobilin götürülməsində zamin olduğu üçün ona zəng etdiklərini bildirmişlər. Belə olduqda əvvəlcə onlara Şahmarın atasının və həyat yoldaşının telefon nömrələrini vermiş, lakin "xxxx" şirkətinin işçiləri Şahmarla əlaqə yarada bilmədikləri üçün növbəti dəfə ona zəng etdikdə onun yaşadığı evin yaxınlığında yaşadığını demişdir. 30 avqust 2019-cu il tarixdə saat 13 radələrində lizinq şirkətinin işçiləri ona zəng edib onları qarşılamağı bildirdikdə o da həmin günü "xxxx" şirkətin üç əməkdaşını Yeni Bakı yaşayış kompleksinin qarşısında qarşılayıb Şahmarın yaşadığı evin qapısına aparmış, özü avtomobildə əyləşmiş, şirkətin işçiləri isə qapını döydükdə Şahmar qapını açmış, Şahmar lizinqin işçiləri ilə söhbət edən ərəfədə anası da küçəyə çıxmış, Şahmar şirkətin bir işçisini kənara çəkib söhbət edərkən digər işçilər maşını aparmaq üçün evakuator çağırmışlar. Həmin vaxtı öz anasının Şahmarın anasına tərəf getdiyini görmüş, o da şirkətin işçisinə yaxınlaşıb getmək istədiyini bildirəndə şirkətin işçisi gedə biləcəyini demişdir. Bundan sonra anasına yaxınlaşıb ona da aparmaq istərkən Şahmarın anasının əlində dəmir parçası olduğunu görmüş, onun həmin dəmirlə anasına və yaxud maşınına zədə yetirə biləcəyindən ehtiyat etmiş, anasını götürüb maşına tərəf gedən zaman Gülnarə gözləmədiyi anda dəmir parçası ilə arxadan onun baş nahiyəsindən bir dəfə vurmuş, o arxaya çevrilən anda arxadan kürəyindən nəyinsə çızdığını hiss etmiş, çevrilib arxaya baxan anda Şahmarın əlində bıçaq olduğunu görüb əlindən alıb kənara atmiışdır. Bu anda Gülnarə növbəti dəfə dəmir parçası ilə gicgahından ikinci zərbəni vurmuş, Gülnarənin ikinci zərbəsi möhkəm olmuş və o, zərbənin təsirindən yerə yıxılmış, huşunu itirmiş, yerə yıxılan anda sağ ayağının topuq hissəsindən növbəti dəmir zərbəsinin dəydiyini hiss etmiş, huşu özünə gəldikdə Şəbnəmin mobil telefonla 102 xidmətinə zəng etdiyini görmüş, belə olduqda o, telefonla 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Əlavə olaraq göstərdi ki, dava dalaş Şahmarın evi ilə orada olan marketin arasında baş vermiş, həmin vaxtı orada anası, Şahmar, onun anası Gülnarə, yoldaşı Şəbnəm, üç nəfər lizinq şirkətinin işçisi, marketdə işləyən satıcı qadın, həmin ərazidən keçən taksi sürücüsü olmuşdur. Hadisə bilavasitə yolun ortasında baş verdiyi üçün oradan keçən taksidə dayanmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Qasımova Şəbnəm onun qızıdır. Qızı Şəbnəm 2012-ci ildə Orxan ilə ailə həyatı qurmuş və onların birgə nigahından iki övladları doğulmuşdur. Əvvəllər oğlu Şahmarla Orxan şərikli aptek işlətmiş, eyni zamanda onlar tələbə yoldaşı olmuşlar. Lakin sonradan oğlu ilə Orxan arasında şərikli işləri pozulmuş və onlar ayrılmışlar. Orxan başqa qadınla münasibətdə olduğu üçün qızı Şəbnəm evdən çıxaraq qardaşı evinə gəlmiş, hazırda onlarla birlikdə yaşayır. 30 avqust 2019-cu il tarixdə saat 16:30 radələrində Masazır kəndi, Salatın Əsgərova küçəsində oğlu Təqsirləndirilən şəxs1 kirayə tutduğu evdə olarkən darvaza döyülmüş və oğlu Şahmar, oğlunun ardınca isə o, qızı Şəbnəmlə küçəyə çıxmışlar. Küçədə lizinq işçilərinin oğlunun lizinq yolu ilə götürdüyü avtomaşınla bağlı gəldiklərini görmüş, oğlu Şahmar lizinq işçilərinə səhər gedib pulu ödəyəcəyini bildirərkən Orxanı və anasını da orada görmüşdür. Oğlu lizinq işçiləri ilə söhbət edən zaman Orxan haradansa bıçaq götürüb qızı Şəbnəmin üstünə gələrək onu öldürəcəyi ilə hədələyərkən oğlu Şahmar bunu görüb bıçağı Orxanın əlindən almağa cəhd etmiş, bu anda Orxan əlindəki bıçaqla Şahmarın sol çiynindən vuraraq xəsarət yetirmiş, Şahmar bıçağı Orxanın əlindən almış və onlar tutaşıb dalaşmış, oğlu Şahmar hər vasitə ilə onun çıxıb getməsi üçün Orxanı kənara itələmiş, həmin vaxtı orada 3-4 nəfər qonşu, eyni zamanda yaxınlıqdakı dükanda işləyən satıcı da olmuşdur. Yaranmış dava dalaş təxminən 15 dəqiqə davam etmiş, bundan sonra qızı Şəbnəm hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, dəmir parçasını əlinə götürsə də sonradan yerə qoymuş, həmin dəmir parçası ilə Orxana heç bir xəsarət yetirməmiş, hadisə zamanı Orxanın xəsarət aldığını görməmiş, sonuncunun hansı şəraitdə xəsarət alması barədə məlumatı olmamış, oğlu Şahmar hadisə zamanı yalnız müdafiə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin may ayından "xxxx" MMC-də işləyir. Təqsirləndirilən şəxs1 “Chevrolet Camaro” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə işlədiyi şirkət vasitəsi ilə almış və avtomobili 4 aya yaxın olar ki, kredit borcunu ödəməmişdir. "xxxx" şirkətində kredit mütəxəssisi işləyən İmaməddin Təqsirləndirilən şəxs1 bir neçə dəfə telefonla əlaqə saxlayıb kredit borcunun ödənməsini bildirmiş, hər dəfə Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək krediti ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. 30 avqust 2019-cu il tarixdə səhər saatlarında sputnik vasitəsi ilə avtomobilin Abşeron rayonu, Masazır kəndi, Salatın Əsgərov küçəsində olduğu müəyyən edilmişdir. Həmin tarixdə saat 17 radələrində şirkətin kredit mütəxəssisi İmaməddin və Ayaz ilə birlikdə Masazır kəndi istiqamətində hərəkət etmiş, onlar yolda olan zaman İmaməddin Təqsirləndirilən şəxs2la yenidən əlaqə saxlamış və avtomobilin Masazır kəndində olduğunu ona bildirdikdə Orxan Şahmargilin evini göstərə biləcəyini ona bildirmişdir. Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin qarşısında Təqsirləndirilən şəxs2la görüşmüş, Orxan idarə etdiyi Jeep markalı avtomobili ilə onların qarşısına gəlib onları “Chevrolet Camara” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə gətirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə oturmuş, İmaməddin idarə etdiyi avtomobildən düşüb Şahmarın yaşadığı evin qapısına yaxınlaşmış, o, Ayaz ilə birlikdə gəldiyi avtomobildə əyləşmiş, Təqsirləndirilən şəxs1 səslədikdə sonuncu küçəyə çıxmış və İmaməddin ona özünü təqdim edərək avtomobilin kredit borcunu nə üçün ödəmədiyini soruşduqda Şahmar evə gedib əyninə paltar geyinib gələcəyini demiş, İmaməddin küçədə onu gözləyən zaman Şahmargilin evindən başı bağlı bir qadın küçəyə çıxmışdır. Həmin vaxtı maşında əyləşdiyi üçün onları uzaqdan görmüş, onlar maşında söhbət etdiyi üçün əvvəlcə küçədə baş verənlərdən xəbəri olmamış, yalnız bir anda adını sonradan bildiyi Orxanla Şahmarın bir-biri ilə tutaşdığını görüb maşından düşmüş, bu vaxtı İmaməddin onlara yaxınlaşıb Orxanı Şahmardan ayırmış və maşınına tərəf gətirmiş, sonra İmaməddin onlara yaxınlaşıb maşını bir qədər irəli sürüb saxlamağı bildirmiş, onlar maşını bir qədər kənara çəkdikdən sonra İmaməddin gəlib maşına minərək oradan uzaqlaşaraq şirkətə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir, onunla 2012-ci ildə ailə həyatı qurmuş, onların birgə nigahdan iki övladı anadan olmuşdur. Əvvəllər əri Orxanla qardaşı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonunda və Suraxanı rayonu ərazisində şərikli aptek işlətmiş, lakin hal hazırda arada olan narazılıqlara görə qardaşı əri ilə olan şərikli işinə son qoymuşdur. Əri Təqsirləndirilən şəxs2la ailə münasibəti pozulduğu üçün uşaqları ilə birlikdə qardaşı evinə gəlmişdir. 30.08.2019-cu il tarixdə saat 16:30 radələrində qardaşının Masazır kəndindəki evində olmuşdur. Həmin radələrdə evin darvaza qapısı döyülmüş, qardaşı Şahmar bayıra çıxmış, lizinq şirkətinin işçiləri ilə birlikdə Orxanın qapıya gəldiyini görmüşdür. Məlum olmuşdur ki, Orxan qardaşına zamin dayandığı üçün qardaşının lizinqlə götürdüyü maşının kreditinin ödəmədən ölkədən qaçacağı barədə məlumat verərək lizinqin işçilərini onların ünvana gətirmişdir. Həmin vaxtı Orxan özünə məxsus avtomobilin salonunda əyləşmiş, ondan nə baş verdiyini soruşmuş, ona heç nə demədən maşından düşmüş, lakin sonradan qayıdıb yenidən maşına minmiş, sonra Orxan maşının yan tərəfinə çıxıb onu heç bir səbəb olmadan söyüb təhqir etmiş və ona tərəf yaxınlaşanda onun əlində bıçaq olduğunu görmüşdür. Bu vaxtı qardaşı Şahmarın özünü ona tərəf çatdırdığını görüb arxaya çəkilmiş, bu anda Şahmarla Orxan tutaşıb dalaşmış və nəticədə qardaşı Şahmarın qolu kəsilmişdir. Həmin vaxtı qonşu Eldənizi, lizinqin işçilərini orada görmüş, o dava dalaş yarandığını görüb telefonla DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, uşaqlar evdə narahat olduqları üçün evə keçmişlər. Yaranmış davaş dalaş zamanı Orxanın hansı şəraitdə xəsarət aldığını görməmiş, yalnız Orxanın əlindəki bıçaqla qardaşının sol çiyin nahiyəsindən xəsarət yetirdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Qasımova Şəbnəm onun gəlinidir. Şəbnəm 2012-ci ildə oğlu Orxanla ailə həyatı qurmuş, onların birgə nigahdan iki övladları anadan olmuşdur. Orxanla Şahmar tələbə yoldaşı olmuşlar və əvvəllər oğlu Orxanla qaynı Təqsirləndirilən şəxs1 şərikli aptek işlətmişlər. Lakin sonradan oğlu ilə Şahmar şəriklikdən ayrılmışlar. Gəlini Şəbnəm isə hadisədən təxminən bir ay əvvəl qardaşı evinə küsülü getmiş və orada yaşayır. Son vaxtlar Orxanla Şahmarın ailəsi arasında münasibətlər pozulduğundan oğlunun evində qalır. 30 avqust 2019-cu il tarixdə saat 16:30 radələrində oğlu Orxanın evində olmuş, bu vaxt Faktor lizinq şirkətinin işçiləri Orxana zəng edərək qaynı Şahmarın aldığı avtomobilin kreditini ödəmədiyini bildirmiş və oğlu Şahmara zamin olduğu üçün pulun onun tərəfindən ödənilməsini tələb etmişlər. Oğlu da şirkət işçilərinə Şahmardan gedib pulu tələb etmələrini demiş, lakin "xxxx" şirkətin işçiləri Şahmarın ev ünvanını bilmədikləri üçün Orxan onlara Masazır kəndinə gəldikləri təqdirdə Şahmarın evini göstərəcəyini bildirmişdir. Bundan sonra lizinq şirkətinin işçiləri Masazır kəndinə gəlmiş və oğlu onları qarşılayıb onların qonşuluğunda yerləşən Şahmarın evinin qapısına aparmış, o da Orxanın oraya getdiyini görüb sonuncuların arxasınca getmişdir. Oraya getdikdə "xxxx" şirkətinin işçilərinin Şahmarla söhbət etdiklərini görmüş, həmin vaxtı Orxanın maşının qapısının qarşısında dayanmış ki, maşından düşməsin. Həmin vaxtı Şahmarın anası Gülnarə bir əlində «Quran» kitabı, digər əlində isə şiş dəmir parçası qapıya çıxmış və Orxanın «JEEP» markalı maşınına tərəf gəlmiş, Gülnarə «Quran» kitabını maşının kapotunun üzərinə qoyduqda Orxan da maşına zədə yetirilməsindən ehtiyat edib sükan arxasından düşmüş, Şahmarın bacısı Şəbnəmi qapının qarşısında görüb Gülnarəni kənara çəkmək üçün ona yaxınlaşmışdır. Həmin vaxtı hər ehtimala qarşı əlindəki telefonla 102 xidmətinə zəng etməyə çalışmış, lakin Şəbnəm əlindəki mobil telefonu alıb yerə atmış, o çevrilib telefona tərəf baxdıqda oğlu Orxanın yerə uzandığını görüb haray qışqırıq edib köməyə adam çağırdıqda ani anda Gülnarə növbəti zərbə ilə Orxanın başından vurmuş və sonra təpikləməyə başlamışdır. Həmin anda Şahmarın əlində bıçaq olduğunu və Şahmarın zərbə ilə əlindəki kiçik bıçaqla oğlu Orxanın kürəyindən vurduğunu görmüşdür. Sonradan növbəti zərbəni Şahmar vurmaq istədikdə oğlu Orxan fırlanmış və zərbədən yayınmış, sonra Şahmarın əlindən bıçağı alıb atmışdır. Həmin vaxtı haray qışqırıq edib köməyə adamları çağırsa da, heç kəs onlara kömək etməmiş və ailə məsələsi olduğunu bildirib yaxın gəlməmişlər. Hadisəni yaxınlıqdakı evdə işləyən ustalar, eyni zamanda orada olan lizinq şirkətinin işçiləri də kənarda dayanıb baxmışlar. Oğlu Orxanın baş nahiyəsi və üst-başı qana bulaşıq vəziyyətdə olan oğlu Orxanı oradan götürüb hadisə yerindən uzaqlaşdırmış və evinin həyətinə gətirmişdir. Həyətdə oğlunun yarasına yardım etdikdə polis əməkdakşları hadisə yerinə gəlib onları polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Abşeron rayonun Masazır kəndində Yeni Bakı yaşayış kompleksinin arxasında yeni məhəllədə Urfan adlı şəxsin evində usta işləyərkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1ı və onun kürəkəni Orxanı tanımışdır. 30 avqust 2019-cu il tarixdə Urfan adlı şəxsin evində təmir işləri ilə məşğul olmuş, təxminən saat 16:30 radələrində küçədə səs-küy eşitmişdir. Həmin vaxtı evin ikinci mərtəbəsində tək işləmiş, səs küyə evin ikinci mərtəbəsindən baxdıqda küçədə, yəni Şahmarın evinin qarşısında dava-dalaş baş verdiyini görmüşdür. Həmin anda Orxanın yerə uzanıqlı vəziyyətdə olduğunu, Şahmarın və anası Gülnarənin isə onu təpikləyib döydüklərini görmüşdür. Həmin vaxtı Gülnarənin əlində yaşıl rəngli dəyənəyə oxşar alət olmuş, Gülnarə həmin alətlə Orxanın başından zərbələr vurmuş, dava dalaş yerində qonşu Eldənizi, orada yerləşən mağazada işləyən qadını və tanımadığı şəxsləri görmüşdür. Qonşu Eldənizin dava dalaş anında Gülnarəni kənara çəkdiyini, dava anında Orxanın müdafiə olunmasını, orada olan əvvəllər tanımadığı, lakin sonradan həmin şəxsin bank işçisi olduğunu bildiyi şəxsin Orxanı kənara çəkməyə çalışdığını görmüşdür. Hadisə müşahidə etdiyi andan sonra təxminən 10 dəqiqə müddət davam etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə zamanı nə Orxanın və nə də ki, Şahmarın əlində bıçaq və yaxud digər kəsici alət olduğunu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin may ayından "xxxx" MMC-də işləyir. Təqsirləndirilən şəxs1 “Chevrolet Camara” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq yolu ilə onun işlədiyi şirkət vasitəsi ilə almışdır. Təqsirləndirilən şəxs1 dörd aya yaxın olar ki, avtomobilin kredit borcunu ödəməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 bir neçə dəfə telefonla əlaqə saxlayıb kredit borcunun ödənməsini bildirmiş, hər dəfə Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək krediti ödəyəcəyini bildirsə də, vədinə əməl etməmişdir. 30 avqust 2019-cu il tarixdə səhər saatlarında Sputnik vasitəsi ilə avtomobilin Abşeron rayonu, Masazır kəndi, Salatın Əsgərov küçəsində olduğu müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs1 zamin dayanmış Təqsirləndirilən şəxs2 da bir neçə dəfə zəng edərək avtomobilin pulunun ödənilməsi barədə xəbərdar etmişdir. 30 avqust 2019-cu il tarixdə saat 17 radələrində şirkətin digər əməkdaşları İmran və Ayaz birlikdə Masazır kəndi istiqamətində hərəkət edərkən yolda olan zaman Təqsirləndirilən şəxs2la yenidən əlaqə saxlamış və avtomobilin Masazır kəndində olduğunu ona bildirdikdə Orxan Şahmargilin evini göstərə biləcəyini bildirmişdir. Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin qarşısında Təqsirləndirilən şəxs2la görüşmüş, Orxan onları “Chevrolet Camara” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə gətirdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə oturmuş, o, idarə etdiyi avtomobildən düşüb, Şahmarın yaşadığı evin qapısına yaxınlaşıb, Təqsirləndirilən şəxs1 səsləmişdir. Şahmar qapıya çıxmış və ona özünü təqdim edərək avtomobilin kredit borcunu nə üçün ödəmədiyini soruşduqda Şahmar evə gedib əyninə paltar geyinib gələcəyini demişdir. O da qapının qarşısında küçədə onu gözləyən zaman Şahmargilin evindən başı bağlı bir qadın küçəyə çıxmış, həmin qadının əlində dəmirdən turba olmuş, bundan sonra Şahmar da küçəyə çıxmışdır. Sonradan başı bağlı qadının Şahmarın anası olduğunu bilmiş, həmin qadın küçəyə çıxandan sonra Orxanı avtomobildə görüb əsəbi halda “əl çəkin mənim uşaqlarımdan, nə istəyirsən mənim uşaqlarımdan”- deyə qışqırmışdır. Bu zaman küçədə digər bir yaşlı qadın da olmuş, sonradan ona həmin qadının Orxanın anası olduğu məlum olmuşdur. Şahmarın anası yüksək səslə qışqıran zaman evdən sonradan Şahmarın bacısı olduğunu bildiyi bir xanım da çıxmış, həmin vaxtı Şahmarın lizinq krediti ilə götürdüyü “Chevrolet Kamaro” markalı avtomobilin saxlanıldığı yerdə avtomobilin xarici görünüşünü mobil telefonu ilə çəkmişdir. Bundan sonra Şahmar küçəyə çıxmış və onu kənara çəkib kredit borcununun ödənilməməsi ilə bağlı onunla söhbət etməyə başlamışdır. Şahmar söhbət zamanı müdiriyyəti ilə danışdığını və səhəri günü gəlib şirkətə kredit borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtı onunla birlikdə gəlmiş İmran və Ayaz adlı şəxs də olmuş, lakin onlar gəldiyi maşında əyləşmişlər. Bu anda Şahmar onun yanından iti addımla Orxangilin olduğu istiqamətdə getmiş və onlar tutaşmışlar. Həmin vaxtı İmranı və Ayazın əyləşdikləri maşına yaxınlaşmış və onlara maşınla bir qədər kənara çəkilmələrini bildirib, Şahmarla danışıb gələcəyini demişdir. Bundan sonra Orxanla Şahmara tərəf çevrilib baxdıqda onların bir-biri ilə tutaşıb yerdə süpürləşdiklərini görmüş, həmin vaxtı Orxanın qolundan tutub kənara maşınına tərəf çəkmiş və maşınına əyləşdirmək istəmiş, Şahmarı isə anası kənara çəkmiş, bundan sonra onlardan ayrılıb gəldiyi avtomobilə əyləşmiş və oradan çıxıb getmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 sentyabr 2019-cu il tarixli 1943 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağının bayır səthinin deşilmiş-kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmaqların kəsilmiş yaraları deşici kəsici alətimn təsirindən törənmişdir, o cümlədən ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların təsirindən əmələ gələ bilərdi, qərarda qeyd edilən müddətdə və şəraitdə, yəni 30.08.2019-cu il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 sentyabr 2019-cu il tarixli 1925 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gicgah-təpə nahiyəsinin və sol gicgah nahiyəsinin şişkin və ağrılı fonda geniş həcmli dərialtı hematomaları (dərialtı hematomalar), sol gicgah nahiyəsinin əzilmiş yarası, sol əlin 2-ci barmağının və sağ baldır nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən törənmişdir, sol kürəkaltı nahiyənin və sağ əlin ovuc səthinin kəsilmiş yaraları iti kənara malik olan alətin və ya əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 30.08.2019-cu il tarixdə dava dalaş nəticəsitndə əmələ gələ bilərdi; dərəcəsinə görə: - sağ gicgah-təpə nahiyəsinin və sol gicgah nahiyəsinin şişkin və ağrılı fonda geniş həcmli dərialtı hematomaları (dərialtı hematomalar), sol gicgah nahiyəsinin əzilmiş yarası, sol kürəkaltı nahiyənin kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül zərər vurmaya aiddir. - sol əlin 2-ci barmağının və sağ baldır nahiyəsinin sıyrıqları, sağ əlin ovuc səthinin kəsilmiş yaraları – sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış 18 yanvar 2021-ci il tarixli 37 nömrəli rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, öz quruluşuna, ölçülərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqsirləndirilən şəxs1 məxsus qara rəngli maykanın sol çiyin qurşağının bayır səthində olan bir ədəd zədənin yaranma mexanizmi sağdan sol istiqamətə öndən qabaq tərəfə kəsici deşici alətlə vurulması nəticəsində yaranıb və təqdim edilmiş bıçaqla da vurulması istisna edilmir. Bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist cib bıçağı və bir ədəd qara rəngli mayka sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Belə ki, onlar xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda Özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydam kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığm subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısım almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-cı il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarina uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004- cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ila törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuiiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuiiqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuiiqanlıq cinayətini xuiiqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuiiqanlıq niyyəti konkret cinayətin motivi kimi Özünü büruzə verdiyi halda, xuiiqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə onlara elan edilmiş həmin ittiham üzrə özlərini təqsirli bilməməsi barədə göstərdikləri, onlara elan edilmiş həmin ittiham üzrə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək bir-biri ilə barışdıqlarını, barışıqlarının nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də onlar təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən islah olunmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, digər təqsirləndirilən şəxslərin ondan şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqların olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. O, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs etmənin əvvəli həbsə alındığı 24.09.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, digər təqsirləndirilən şəxslərin ondan şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqların olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. O, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs etmənin əvvəli həbsə alındığı 24.09.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, digər təqsirləndirilən şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, digər təqsirləndirilən şəxslərin ondan şikayət və tələbinin olmamasını, qadın və ana olmaqla yaşlı olmasını, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş və cinayətin aləti olmuş bir ədəd ümumi təyinatlı cib bıçağı həmin Məcəllənin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli və bir ədəd qara rəngli mayka Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 oğluna 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. O, dərhal məhkəmə zalında həbsə alınsın və həbs etmənin əvvəli həbsə alındığı 24.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. O, dərhal məhkəmə zalında həbsə alınsın və həbs etmənin əvvəli həbsə alındığı 24.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəksin. Abşeron rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş və cinayətin aləti olmuş 01 ədəd ümumi təyinatlı cib bıçağı məhv edilsin və 01 ədəd qara rəngli mayka Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğluna ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 oğluna 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs3 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan və ya rəsmən təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar