Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-324/2023 04.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2022-ci ilin noyabr ayının 12-də Zərərçəkmiş şəxs məxsus ünvan 3 saylı evdən sonuncunun arvadı Nuridə Həsənovanın evdən çıxdığını və qapını bağlamadağını görüb həmin evdən 150 manat ələ keçirmək üçün qapının açıq olmasından istifadə edib qanunsuz evə daxil olub evin ikinci mərtəbəsinə qalxmış, bu vaxt Zərərçəkmiş şəxs qızı Şahid1 evə daxil olub ikinci mərtəbəyə qalxarkən onu görüb qışqırdığı üçün O, evdən çıxıb qaçarkən Zərərçəkmiş şəxs tərəfindən tutulduğundan bilavasitə oğurluq cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xırdalan şəhərinə getmiş, bazar ətrafında kirayə ev axtarmağa başlamışdır. Bir neçə evə baxandan sonra evə qayıtmaq üçün piyada üzü Masazır dairəsi tərəfə Xırdalan şəhər tərəfdən məhəllələrin arasında gedəndə saat 22 radələrində bir fərdi yaşayış evinin küçəyə açılan qapının açıldığını və evdən bir qadın və bir azyaşlı uşağın çıxdığını görmüşdür. Həmin anda dayanmış və görmüş ki, qapını bağlamadan üzü yola tərəf getməyə başlamışlar. Evdən 150 manat pul oğurlamaq qərarına gəlmişdir. Fikirləşmiş ki,evdə kimsə yoxdur və evə girib oğurluq etsin. Təxminən 5-10 dəqiqə gözləmiş və kimsənin olmadığına əmin olub həmin evin həyətinə daxil olmuş,evdə və həyətdə sakitçilik olduğu üçün evə açıq qapıdan daxil olmuş və ikinji mərtəbəyə qalxan kimi evdə səs eşitmişdir.Qorxub qapının arxasında gizlənmişdir. Elə bu zaman səsdən başa düşmüş ki,kimsə qalxır.Olduğu otağa kimsənin girdiyini eşidəndə oturaq vəziyyətdə dayanmış,elə bu zaman tanımadığı bir qadın qapının aralayan kimi onu görmüş və qışqırmağa başlamışdır. Qorxub pilləkənlərdən qaçaraq düşməyə başlamış, lakin evdən çıxan və dalınja qışqıran kişi onu tutmuş və şalvarının kəmər hissəsindən tutub saxlamağa başlamışdır. Ora bir neçə qonşu yığışmış, onlardan kimsə polisə zəng vurmuşdur. Polislər gəlmiş və onu məni polis idarəsinə aparmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda həyat yoldaşı Nuridə qızı Telli və nəvələriilə birlikdə yaşayır. 12 noyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı fərdi yaşayış evin birinji mərtəbəsində televizora baxırmış. Arvadı nəvəsi ilə birlikdə qızını qarşılamaq üçün evdən çıxmışlar. Həmin otağın dəhlizə baxan qapısı isə bağlı olmuşdur. Bir neçə dəqiqədən sonra arvadı qızı və nəvəsi qayıtmışlar. Birdən qızının bərkdən səslə qışqırtısını eşitmiş,divandan qalxıb otaqdan çıxanda görmüş ki,bir nəfər tanımadığı şəxs pilləkənlərdən qaçaraq qaçıb küçəyə çıxmış,onun dalınja qaçıb onu tutmuşdur.Ondan nə üçün evə girdiyini və nə oğurlamaq istədiyini soruşanda ona 150 manat pul oğurlamaq istədiyini bildirmişdir.Səs küy saldıqdan sonra qonşuların köməkliyi ilə onun qaçmasına iman verməmişdir. Onun jiblərinə baxmış lakin jibində öz telefonundan başqa hər hansı bir əşya olmamışdır. Qonşulardan kimsə 102 xidmətinə zəng vurmuş və bir neçə dəqiqə sonra polislər gəlib həmin şəxsi polisə aparmışlar.Həmin şəxs evdən hər hansı bir əşya oğurlamaşıdır. Həmin şəxs heç kəsə xəsarət yetirməmişdir. Polis gələnə qədər həmin şəxsdən evinə nə üçün girdiyini və nə oğurlamaq istədiyini soruşmağa başlamış,həmin şəxs demiş ki, güya 150 manata ehtiyajı var ona görə evə girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhərindən evə qayıdırmış və telefonla anası ilə danışmış ki,qaranlıq olduğundan yolun qırağından onu qarşılasın. Anası avtobus dayanajağı tərəfdə onu oğlu ilə birlikdə qarşılamış və birlikdə evə getmişlər. Həmin vaxtı atası evdi idi. Öz otağına çıxmaq üçün ikinji mərtəbəyə qalxmış və otağa daxil olanda qapının arxasında bir nəfər şəxsin oturmuş vəziyyətdə olduğunu görmüş, elə bilmiş ki, xalası oğludur və onunla zarafat etmək istəyir, qapını tam açanda tamamilə yad adamı görmüş, bu zaman həmin şəxs yalvararaq «qurban olum bağışla məni» deyəndə qorxub qışqırmış, qışqıran kimi o otaqdan çıxıb pilləkənlərdən qaçıb bayıra çıxmış, lakin atası onun səsinə çıxdığı üçün onu küçədə tutub saxlamışdır. Həmin şəxs evdən heçnə oğurlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının 12-də saat 22 radələrində iş yoldaşı Şahid2la birlikdə patrul avtomobili ilə Abşeron rayonu ərazisində xidmət aparıran vaxtı Abşeron rayon polis idarəsinin növbətçi hissədən məlumat daxil olmuş ki, Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov küçəsində vətəndaşlar bir nəfər oğrunu tutublar. Məlumatı alan kimi həmin əraziyə yaxın olduqları üçün iş yoldaşı Şahid2la birlikdə həmin yerə getmişlər. Fərdi yaşayış evinin qarşısına yaxınlaşdıqda ev sahibinin bir nəfər adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi saxladıqlarını görmüşlər. Nə baş verdiyini soruşduqda onlara məlum olmuş ki, saxladıqları şəxsi evə oğurluğa girdiyi üçün saxlamışlar. Həmin şəxsi xidməti avtomobilə otuzdurub Abşeron rayon polis idarəsinə aparmışlar.İdarədə məlum oldu ki,həmin şəxs evə oğurluq məqsədilə daxil olmuşdur lakin hər hansı bir əşya oğurlaya bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in Çevik polis alayının 12 patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki,12 noyabr 2022-ci il tarixdə axşam saatlarında xidmətdə olduğu vaxtı Abşeron rayon polis idarəsinin növbətçi hissədən məlumat daxil olmuş ki, Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov küçəsində vətəndaşlar bir nəfər oğrunu tutublar.Həmin məlumat verilən kimi həmin əraziyə yaxın olduqları üçün iş yoldaşı Şahid3 ilə birlikdə həmin yerə getmişlər. Fərdi yaşayış evinin qarşısına yaxınlaşdıqda ev sahibinin bir nəfər adı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi saxladıqlarını görmüşlər. Ev sahibi jiblərinə baxdıqlarını və hər hansı bir əşya oğurlamadığın demişlər.Nə baş verdiyini soruşduqda onlara deyilmiş ki,həmin şəxs evə oğurluğa girmişdir. Evdən qaçmaq istəyən vaxtı evin sahibi onu tutub saxlamışdır.Həmin şəxsi idarə etdiyikləri xidməti avtomobilə otuzdurub Abşeron rayon polis idarəsinə aparmışlar. İdarədə məlum olmuş ki,həmin şəxs evə oğurluq məqsədilə daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbayjan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 05 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamağa cəhd etmə əməlləri Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-324/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-324/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver