Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-324/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 20 may 2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus 5355 manat dəyərində əmlakı dələduzluq yolu ilə ələ keçirtdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə sonradan Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73-1.2-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam edilmiş cinayət işi Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində istintaqı aparılmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun tanışı X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyi müraciətlə bağlı köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 24 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində Səbuhi Əliyevin vasitəsilə göndərdiyi 1500 manat, 25 sentyabr 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətlə əlaqədar onun xeyrinə işin həll olunacağına dair yalandan vəd verib aldadaraq sonuncu tərəfindən yaşadığı ünvan 3 ünvanında olarkən özünə məxsus "xxxx" ASC-nə aid hesabına onlayn köçürtdürmək yolu ilə 1000 manat, ümumilikdə 2500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyi bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında həmkəndlisi Tərxan adlı şəxs ona özünün Səbuhi adlı tanışının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini və həmin şəxsə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o, Tərxana bu işlə bağlı Səbuhiyə köməklik edə biləcəyini demiş, bundan sonra o, Səbuhi, Tərxan və yanlarında olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində görüşmüşdür. Söhbət zamanı Səbuhi 50000 manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini demiş, o isə yalandan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışlarının olduğunu və bu işdə onlara köməklik edə biləcəyini demiş, həmçinin qaytarılacaq 50000 manat pulun müqabilində 3000 manat pul istəmişdir. Onlar 3000 manat pulun verilməsinə görə 1500 manat pulun əvvəlcədən, qalan 1500 manat pulun isə 50000 manat pulun qaytarılana yaxın verilməsinə razılaşmışlar. Həmçinin orada Elnarə 1500 manat pulu Səbuhinin əvəzindən özünün ona göndərəcəyini demişdir. 24 sentyabr 2022-ci il tarixdə Səbuhi Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində onunla görüşərək 1500 manat pulu vermiş, həmin gün Elnarə onunla əlaqə saxlayaraq pulu qəbul edib-etmədiyini soruşmuş, o, Elnarəyə Səbuhidən pulu aldığını bildirmişdir. Telefonla danışıqları zamanı Elnarə ona özünün də oxşar probleminin olduğunu demiş, belə ki, Ramil adlı şəxsin onu aldadaraq təxminən 11000 manat pulunu ələ keçirtməsi barədə Abşeron rayon Polis İdarəsinə müraciət etdiyini, lakin pulunun Ramil tərəfindən geri qaytarılmadığını bildirmiş, o, bu işdə də Elnarəyə köməklik edə biləcəyini demiş və bu işdə köməklik etmək üçün Elnarədən 1000 manat pul verməsini istəmişdir. Elnarə də 25 sentyabr 2022-ci il tarixdə onun göndərdiyi "xxxx" ASC-nə aid kart hesabına 1000 manat pul göndərmişdir. O, bir ay müddətində Elnarəyə pulunun qaytarılacağını bildirmiş, lakin Elnarənin ona verdiyi ümumilikdə 2500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, Elnarə onunla əlaqə saxladıqda isə yalandan artıq işə başlanıldığını və yaxın zamanda pulunun qaytarılacağını demiş, sonradan Elnarənin onun barəsində şikayət etməsindən məlumatı olmuş, lakin imkanı olmadığı üçün Elnarədən aldığı pulu geri qaytara bilməmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında iş yoldaşı X6 aldadılaraq 50000 (əlli min) manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdi. Bu ərəfədə Səbuhi və onun da tanıdığı Tərxan adlı şəxs özünün tanıdığı Təqsirləndirilən şəxs bu işdə köməklik göstərə biləcəyini demiş, bundan sonra o, Səbuhi və Tərxan Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində Elşənlə görüşmüş, söhbət zamanı Elşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışlarının olduğunu bildirərək bu işdə köməklik edə biləcəyini demiş, həmçinin qaytarılacaq 50000 manat pulun müqabilində 3000 manat pul tələb etmişdir. Onlar Elşənlə 3000 manat pulun verilməsinə görə 1500 manat pulun əvvəlcədən, qalan 1500 manat pulun isə 50000 manat pulun qaytarılana yaxın verilməsinə razılaşmış, həmin vaxt Səbuhinin pulu olmadığı üçün 1500 manat pulu o, vermişdir. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə Səbuhiyə Tərxanın yanında 1500 manat pul vermiş, onlar da həmin gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində pulu Elşənə çatdırmış, o, Elşənlə əlaqə saxladıqda pulu qəbul etdiyini təsdiq etmişdir. Telefonla danışıqları zamanı Elşənə özünün də oxşar probleminin olduğunu demiş, belə ki, X2 onu aldadaraq 11231 (on bir min iki yüz otuz bir) manat pulunu ələ keçirtməsi barədə Abşeron rayon Polis İdarəsinə müraciət etdiyini, lakin pulunun Ramil tərəfindən geri qaytarılmadığını bildirmiş, Elşən bu işdə də ona köməklik edə biləcəyini demiş və bu işdə köməklik etmək üçün 1000 manat pul verməsini istəmişdir. O, Elşənlə razılaşaraq növbəti gün, yəni 25 sentyabr 2022-ci il tarixdə Elşənin ona göndərdiyi "xxxx" ASC-nə aid “409858***7849” saylı kart hesabına özünə məxsus "xxxx" ASC-nə aid 4098 5844 6073 0938 saylı kart vasitəsilə 960 və digər xatırlamadığı kart hesabı vasitəsilə 40 manat olmaqla, ümumilikdə 1000 manat pul göndərmişdir. Elşən bir ay müddətdində 11231 (on bir min iki yüz otuz bir) manat pulunun qaytarılacağını bildirmiş, hər dəfə əlaqə saxladıqda isə artıq işə başlanıldığını, Ramil Həsənovun həbs olunduğunu və yaxın zamanda pulunun qaytarılacağını demiş, o, əvvəlcə Elşənə etibar etdiyi üçün dediklərinə inanmışdır. Lakin sonradan müddətin uzandığını, ona və Səbuhiyə heç bir pul qaytarılmadığını gördükdə Elşənin onu aldatmasından şübhələnmiş, bu barədə maraqlandıqda Elşənin dediklərinin tamamilə yalan olduğunu bilmişdir. Belə ki, Ramilin həbs olunmadığını, hətta Azərbaycan Respublikası hüdudlarını tərk edərək Rusiya Federasiyasında olduğunu öyrənmiş, bu səbəbdən də Elşəndən verdiyi pulları geri qaytarmasını tələb etmiş, buna baxmayaraq Elşən aldığı ümumilikdə 2500 manat pulu geri qaytarmamış, bundan sonra Elşən barəsində şikayət etmək qərarına gəlmişdir.Hazırda ona dəyən ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. İstintaqda şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, Elnarə onun iş yoldaşı olmuşdur. 2022-ci ilin sentyabr ayında Xalid adlı şəxs tərəfindən aldadılaraq 50000 (əlli min) manat pulunun ələ keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Bu ərəfədə tanıdığı Tərxan adlı şəxs özünün tanıdığı Təqsirləndirilən şəxs bu işdə köməklik göstərə biləcəyini demiş, bundan sonra o, Elnarə və Tərxan Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində Elşənlə görüşmüş, söhbət zamanı Elşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışlarının olduğunu bildirərək bu işdə köməklik edə biləcəyini demiş, həmçinin qaytarılacaq 50000 manat pulun müqabilində 3000 manat pul tələb etmişdir. Onlar Elşənlə 3000 manat pulun verilməsinə görə 1500 manat pulun əvvəlcədən, qalan 1500 manat pulun isə 50000 manat pulun qaytarılana yaxın verilməsinə razılaşmış, həmin vaxt onun pulu olmadığı üçün 1500 manat pulu Elnarə vermişdir. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə Elnarə Tərxanın yanında ona 1500 manat pul vermiş, o da Tərxanla birlikdə həmin gün günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksi ərazisinə gedərək orada 1500 manat pulu Elşənə vermişdir. Daha sonra Elnarə ona Ramil adlı şəxs tərəfindən aldadılması barədə Abşeron rayon Polis İdarəsinə müraciət etdiyini, lakin pulunun Ramil tərəfindən geri qaytarılmadığını, bu barədə Elşənlə danışdığını, Elşənin bu işdə də köməklik edə biləcəyini dediyini, Elşənin bu işdə köməklik etmək üçün 1000 manat pul istədiyini, onun da Elşənin kart hesabına 1000 manat pul göndərdiyini bildirmişdir. O və Elnarə Elşənin onlara həqiqətən də köməklik edəcəyinə inanmış, lakin sonrakı müddətdə ona və Elnarəyə heç bir pul qaytarılmadığını gördükdə Elşənin onları aldatmasından şübhələnmişdir. Bu barədə maraqlandıqda Elşənin dediklərinin tamamilə yalan olduğunu bilmiş, bu səbəbdən də o və Elnarə Elşəndən pulları geri qaytarmasını tələb etmiş, buna baxmayaraq Elşən müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamış, sonradan Elnarənin Elşən barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq 24 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində Elşənə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etdiyi müraciət əsasında aparılan araşdırma ilə əlaqədar köməklik göstərməsi üçün 1500 manat pul verdiyini, həmin 1500 manat pulun Elnarəyə məxsus olmasını, belə ki, həmin ərəfədə pulu olmadığı üçün Elnarənin onun əvəzindən pul verdiyini, pulu verən zaman yanlarında tanışı X1 olduğunu, Tərxan təxminən bir il müddətdir işləmək üçün Rusiya Federasiyasına getdiyini göstərmişdir. Burada məhkəmə qeyd edir ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli üzrə ittiham verilərkən Təqsirləndirilən şəxs bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 20 may 2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus 5355 manat dəyərində əmlakı dələduzluq yolu ilə ələ keçirtdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə sonradan Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73-1.2-ci maddələrinə əsasən Mingəçevir şəhər Polis idarəsinin müstəntiqinin 02 noyabr 2022-ci il tarixli Qərarı ilə bəraətverici əsaslar olmadan xitam edilməsinə və həmin qərar hazırda qüvvədə olmasına baxmayaraq onun bu əməli təkrarlıq kimi qiymətləndirilmişdir. Halbu ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, onun barəsində CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham CM-nin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 17 aprel 2024-cü il tarixli, iş № 5(012)-443/2024 saylı “maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi haqqında” qərarına əsasən Zərərçəkmiş şəxs 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus "xxxx" ASC-nə aid 4098 5844 6073 0938 saylı kart hesabından 960 manat pulu hansı kartın hesabına köçürməsi, həmin kartın nömrəsi, kimə məxsus olması, yaxud kart hesabından pulu çıxarmış şəxsin şəxsiyyəti, foto və ya videogörüntüləri, həmin pulun çıxarıldığı bankomatın ünvanı və sair zəruri məlumatların "xxxx" ASC-dən ələ keçirilməsinə dair haqqında məlumatların əks olunduğu "xxxx" ASCdən daxil olmuş 11 iyul 2024-cü il tarixli, HTİD-OUT-05060-2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 409858******0938 nömrəli kartdan xx.xx.2022-ci il tarixində 960 manat vəsait Təqsirləndirilən şəxs məxsus 409858******7849 nömrəli karta köçürülmüşdür. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 24 sentyabr 2022-ci il tarixdə, yəni onun barəsində Mingəçevir şəhər Polis idarəsinin müstəntiqinin 02 noyabr 2022-ci il tarixli yuxarıda qeyd edilən Qərarından daha əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bununla yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə 15.2. qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin, qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə və işə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cümaddəsinə əsasən təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı 15 aprel 2024-cü il tarixdə dayandırılmış, 25 iyun 2024-cü il tarixdə isə, yəni 02 ay 10 gün dayandırılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti də keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, 3 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2018-ci ildə Şəki rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin edilmiş və xx.xx.2018-ci ildə şərti cəzası bitmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-də Azərbaycan Respubliklası CPM-nin 40.3 və CM-nin 73-1.2-ci maddələrinə əsasən xitam verilmişdir. İş materiallarında olan seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs basrəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri hazırkı cinayət işi üzrə zərərçəkənə dəyən ziyanı tam ödədyindən, habelə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və 39.1.11-ci maddələrinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin,onu da qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəçisi olmuş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və 39.1.11-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-324/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-324/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver