Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-326/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Naxçıvan MR, Naxçıxan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində yaşamış, Abşeron Rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Orxideya” gözəllik salonunda 08 mart 2021-ci il tarixdə 2170 manat dəyərində 9,96 qram çəkidə qızıl boyunbağı və 1370 manat dəyərində 9,79 qram çəkidə sırğa olmaqla ümumi 3540 manat dəyərində bir dəst qızıl-zinət əşyasını, yaşadığı ünvan 3 ünvanında isə 09 mart 2021-ci il tarixdə qohumu kimi təqdim etdiyi Şahid1 vasitəsi ilə 10.25 qram çəkidə bir ədəd qızıl qolbaq, 8,51 qram çəkidə bir cüt qızıl sırğa. 6.47 qram çəkidə bir ədəd qızıl boyunbağı və 3.86 qram çəkidə bir ədəd qızıl üzük olmaqla ümumi 3300 manat dəyərində 1 dəst qızıl-zinət komplektini, 358 manat dəyərində 3,25 qram çəkidə 1 ədəd qızıl qolbaq, 2490 manat dəyərində 7,13 qram çəkidə 1 ədəd qızıl üzük və 9,50 qram çəkidə 1 cüt sırğa olmaqla ümumi 2848 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını, iş yoldaşı kimi təqdim etdiyi Şahid3 vasitəsi ilə 2930 manat dəyərində 19,53 qram çəkidə bir dəst “Feodorra” adlı qızıl-zinət komplektini və 980 manat dəyərində 8,90 qram çəkidə 1 ədəd qızıl klonu, 31 mart 2021-ci il tarixdə isə şəxsiyyəti istintaqa məlum olmayan Rəna kimi adını təqdim etdiyi şəxsin adına 3,07 qram çəkidə bir ədəd qızıl üzük, 7,55 qram çəkidə bir cüt qızıl sırğa, 6,83 qram çəkidə bir ədəd qızıl boyunbağı, 14,59 qram çəkidə bir ədəd qızıl qolbaq olmaqla ümumi 3520 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını və şəxsiyyəti istintaqa məlum olmayan Məryəm kimi təqdim etdiyi şəxsin adma isə ümumi 3300 manat dəyərində olan hər biri 10,55 qram,10.25 qram və 9,26 qram çəkidə üç ədəd qızıl qolbaqları nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 20,418 manat əmlakını ələ keçirərək vədinə əməl etməyib sonuncuya həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən “Kontakt Home” mağazalar şəbəkəsindən kredit yolu ilə onun adma mobil telefon götürməsinə Zərərçəkmiş şəxs2 inandıraraq hər ay 255,40 manat özü ödəyəcəyini yalandan vəd verib aldadaraq, 4212 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 4212 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisənin baş vermə yeri dəqiq göstərilmədiyini, hadisənin başa çatma yeri müəyyən edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Orxideya” gözəllik salonunda 08 mart 2021-ci il tarixdə 2170 manat dəyərində 9,96 qram çəkidə qızıl boyunbağı və 1370 manat dəyərində 9,79 qram çəkidə sırğa olmaqla ümumi 3540 manat dəyərində bir dəst qızıl-zinət əşyasını, yaşadığı ünvan 3 ünvanında isə 09 mart 2021-ci il tarixdə qohumu kimi təqdim etdiyi Şahid1 vasitəsi ilə qram çəkidə bir ədəd qızıl qolbaq, 8,51 qram çəkidə bir cüt qızıl sırğa. 6.47 qram çəkidə bir ədəd qızıl boyunbağı və 3.86 qram çəkidə bir ədəd qızıl üzük olmaqla ümumi 3300 manat dəyərində 1 dəst qızıl-zinət komplektini, 358 manat dəyərində 3,25 qram çəkidə 1 ədəd qızıl qolbaq, 2490 manat dəyərində 7,13 qram çəkidə 1 ədəd qızıl üzük və 9,50 qram çəkidə 1 cüt sırğa olmaqla ümumi 2848 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını, iş yoldaşı kimi təqdim etdiyi Şahid3 vasitəsi ilə 2930 manat dəyərində 19,53 qram çəkidə bir dəst “Feodorra” adlı qızıl-zinət komplektini və 980 manat dəyərində 8,90 qram çəkidə 1 ədəd qızıl klonu, 31 mart 2021-ci il tarixdə isə şəxsiyyəti istintaqa məlum olmayan Rəna kimi adını təqdim etdiyi şəxsin adına 3,07 qram çəkidə bir ədəd qızıl üzük, 7,55 qram çəkidə bir cüt qızıl sırğa, 6,83 qram çəkidə bir ədəd qızıl boyunbağı, 14,59 qram çəkidə bir ədəd qızıl qolbaq olmaqla ümumi 3520 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını və şəxsiyyəti istintaqa məlum olmayan Məryəm kimi təqdim etdiyi şəxsin adma isə ümumi 3300 manat dəyərində olan hər biri 10,55 qram, 10,25 qram və 9,26 qram çəkidə üç ədəd qızıl qolbaqları nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 20,418 manat əmlakını ələ keçirərək vədinə əməl etməyib sonuncuya həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən “Kontakt Home” mağazalar şəbəkəsindən kredit yolu ilə onun adma mobil telefon götürməsinə Zərərçəkmiş şəxs2 inandıraraq hər ay 255,40 manat özü ödəyəcəyini yalandan vəd verib aldadaraq, 4212 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 4212 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisənin baş vermə yeri dəqiq göstərilmədiyini, hadisənin başa çatma yeri müəyyən edilməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2021-ci il tarixdə sonuncu epizod üzrə zərərçəkmiş şəxslə sonuncunun yaşadığı ünvan 4 ünvanında görüşmədiyini, ümumiyyətlə həmin gün Xırdalan şəhərində olmadığını, qızıl-zinət əşyalarını Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi1 dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə etiraz etmədiyini bildirmiş və təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini xahiş etmişdir Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Müdafiəçi2 vəsatətin təmin edilməsinə etiraz etdi. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon İdarəsinin müstəntiqi X2 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisənin baş vermə yeri dəqiq göstərilməməsi, hadisənin başa çatma yeri düzgün müəyyən edilmədiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tatixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin mobil telefonları üzrə anten dairələri müvafiq operatorlardan götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 mobil nömrələrinin anten dairəsi xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində olmamışdır. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda sonuncu epizod üzrə xx.xx.2021-ci il tarixdə hadisənin baş vermə yeri dəqiq göstərilməmiş, hadisənin başa çatma yeri müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə sonuncu epizod üzrə zərərçəkmiş şəxslə sonuncunun yaşadığı ünvan 4 ünvanında görüşməməsi, qeyd olunan tarixdə Xırdalan şəhərində olmaması, qızıl-zinət əşyalarını Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində alması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən ittiham aktının nəticələrinə dair yekun protokolunun 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Dövlət ittihamçısı Hüsyn oğlunun vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisənin baş vermə yeri dəqiq göstərilməməsi, hadisənin başa çatma yeri müəyyən edilmədiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə qeyd olunan nöqsanların aradan qaldrılması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili tərəfindən verilmiş vəsatətə təmin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300-cü, 303-cü və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilsin. Ev dustaqlığı qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 17 iyul 2022-ci il tarixədək müəyyən edilsin. Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin, məhkəmə və istintaq orqanının çağırışları istisna olmaqla onun üzərinə Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Qərarın icrası Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə və Bakı İstintaq Tacridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-326/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-326/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver