Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-327/2019 05.07.2019 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil X5 iştirakı ilə xx xxxx 1993-cü ildə Abşeron rayonunun Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonunun Masazır kəndi, Ş.Qurbanov küçəsi, 08 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etdiyi 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini siqaretin gümüşü kağızına qablaşdırıb, üzərindəsaxlamaqlagəzdirmiş, xx xxxxx 2019-cu il tarixdə saat 18:10-da Abşeron rayonu Masazır kəndi Ş.Qurbanov küçəsində olan zaman həmin ərazidə xidmət aparan Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron RPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroi naşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1-də valideyinləri ilə birlikdə yaşayır. Təxminən 5-6 aydır ki, narkotik vasitələrin istifadəsinə başlamışdır. Hər dəfə şəxsi istifadəsi üçün narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında yenə də öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhərində yerləşən Gənclik metrostansiyasının yaxınlığına getmişdir. Orada 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini, tanımadığı şəxsdən 8 manata alıb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra bir müddət şəhərdə gəzdikdən sonra, saat 18 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsi ilə evinə gedərkən bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdim edərək, Abşeron RPİ-nin əməkdaşları olduqlarını və onun üzərində narkotik vasitə olmasına dair əməliyyat məlumatı olduğunu, buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyini demişlər. Etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifərləri izah edildikdən sonra, video çəkilişlə polis əməkdaşlarının iştirakları ilə üzərində axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bir neçə saat əvvəl Bakı şəhərində yerləşən Gənclik metrostansiyasının yaxınlığına tanımadığı şəxsdən 8 manata həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra həmin heroin kağız zərfə qoyularaq onun iştirakı ilə qablaşdırılmış və zərfin üzərində imza etmişdir. Üzərində axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ona ucadan oxunmuş, həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayından Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan X3 qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlayıb, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Abşeron rayon polis idarəsinin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmaqla həmin şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin gün saat 18 radələrində Abşeron rayonunun Masazır kəndində X1 polis idarəsinə gətirilmişdir. Daha sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişlə X3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı X3 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilmişdir. Sorğu zamanı X7 həmin kütlənin heroin olduğunu və bir neçə saat əvvəl Bakı şəhərində yerləşən Gənclik metrostansiyasının yaxınlığına tanımadığı şəxsdən 8 manata öz istifadəsi üçün aldığını demişdir. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdəki kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüş, fotoşəkillər çəkilmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən və X7 tərəfindən imzalanmışdır. Məhkəmə baxış iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 şahid Samior Hüseynovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 9058 №-li rəyindən görünür ki, X3 üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə təmiz çəkisi 0,218 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,168 qram-0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli,816 saylı rəyindən görünür ki, X4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş, Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X3 üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli protokoludan görünür ki, X7 xx xxxxx 2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı X3 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X3 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, X6 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X6 münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, X3 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 2019-cu ilin aprel ayının 06-dan aprel ayının 08-dək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan X3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,168 qram çəkidə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 2019-cu il aprel ayının 06-dan 2019-cu ilin aprel ayının 08-dək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən barəsində seçilmiş polis nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşron rayon Pİ-də saxlanılan, qalıq çəkisi 0,168 qram olan heroin məhvedilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-327/2019
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-327/2019
05.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver