Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-327/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşd, Azərbaycan Respublikası vətəndaşı, evlidir, orta təhsilli, məhkumluğu olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi bina 68 mənzil 3 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona əlillik dərəcəsi düzəldəcəyinə yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Xırdalan dairəsi deyilən yerdə yerləşən «Lukoil» yanacaq doldurma məntəqsinin yaxınlığında 550 (beş yüz əlli) manat məbləğində nəğd pulunu taksi sürücüsü Şahid2 vasitəsi ilə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2019-cu ilin yay aylarında Milli onkologiya mərkəzinə arvadı X1 terapiyasına apararkən Əhməd adlı şəxslə tanış olmuş və sonuncu ilə yaxşı münasibəti yaranmış, Əhməd ona qohumu Yunisə veteran vəsiqəsi düzəltməsi üçün köməklik etməsini ondan xahiş etmiş, o, Yunis üçün veteran vəsiqəsi düzəltməsinə 550 manat pul tələb olunduğunu və əlavə olaraq onun üçün qoyun pendiri göndərməsini xahiş edib, telefon nömrəsini Əhmədə vermişdir. xx.xx.2019-cu il tarixdə Əhməd adlı şəxs ona zəng vuraraq, 550 manat pulu, sənədləri və 3 kq qoyun pendirini yol maşını ilə göndərdiyini, Bakı şəhəri, 3 MKR dairəsində çıxıb qarşılamağını bildirmiş, o, isə evində xəstəsi olduğunu, həmin yerə gedə bilməyəcəyini bildirmiş, bir neçə saat sonra istifadəsində olan telefon nömrəsinə bir nəfər şəxs zəng vuraraq Əhməd tərəfindən 550 manat pulun və 3 kq pendirin göndərildiyini və ona çatacağını bildirmiş, o, həmin şəxsə Abşeron rayonu, Xırdalan dairəsində onu gözləyəcəyini demiş, xx.xx.2019-cu il tarixdə günorta saatlarında o, adını bilmədiyi taksi sürücü ilə «Lukoil» yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüşlər. Taksi sürücüsü qara rəngli «Mercedes» markalı avtomobil ilə gəlmiş, həmin şəxs ona 550 manat pul, sənədlər və selofan torbanın içərisində 3 kq pendiri vermiş, o, pulu şəxsi ehtiyacı üçün xərcləmiş, Əhməd adlı şəxs ona bir neçə dəfə zəng vurub işin nə yerdə olduğunu soruşduqda, o, sonuncuya müxtəlif bəhanələr gətirərək yaxın günlərdə veteran vəsiqəsini düzəldəcəyini bildirmiş, həmin vaxt Əhməd telefonu Yunisə vermiş, həmin şəxs ona sənədlərin sahibi olduğunu və işinin nə yerdə olduğunu soruşmuş, o, həmin şəxsə işlərini yoluna qoyacağını bildirmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Ağcabədi rayonu, Poladlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 1993-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmiş, 1994-cü ilin fevral ayının 28-də dördüncü uşağı dünyaya gəldiyi üçün hərbidən təxris olunmuşdur. xx.xx.2019-cu il tarixdə dayısı oğlu Şahid1 arvadı X2 Mərkəzdə əməliyyat olunmuş, onu ziyarət etmək üçün Bakı şəhərinə gəlmiş, orada Şahid1la görüşmüş, onunla xəstəxananın yaxınlığında yerləşən çayxanada oturub çay içmişlər. Onlar söhbət edərkən onlara bir orta yaşlı kişi yaxınlaşıb dayısı oğlu Əhməd Ədmədovla və onunla görüşmüş, həmin vaxt Əhməd ona həmin şəxsin onun tanışı Zaur olduğunu bildirmiş, Əhməd onunla 2015-ci ildə tanış olduğunu və onu Zaura təqdim edib onun bibisi oğlu olduğunu demiş, söhbət əsnasında Əhməd ondan veteranlıq vəsiqəsini bərpa edib ala bildiyini soruşmuş, o da Əhmədə Müdafiə Nazirliyindən ona imtina cavabının gəldiyini demiş, Zaur həmin vaxt ondan nə səbəbə görə etiraz məktubunun gəldiyini soruşmuş, o ona şifahi olaraq neçənci ildə döyüşlərdə olduğunu və əlində arxiv sənədinin olduğunu və dördüncü uşağı anadan olduğu üçün təxris olunduğunu bildirmiş, Zaur da ona buna dair Nazirlər kabinetinin qərarı olduğunu, ona veteranlıq vəsiqəsinin bərpa olunmasında köməklik göstərə biləcəyini demiş, o, bu işlərin içində olduğunu və buna görə müəyyən sənədlərin düzəldilməsi üçün pul lazım olduğunu və əlavə olaraq özü üçün xidmət haqqı tələb olunduğunu bildirmiş və ümumilikdə ondan 550 manat pul və sənədlərinin hamısının notarial qaydada təsdiq olunmuş formada ona göndərməyini demiş və əlavə 3 kq qoyun pendiri pay istəmiş, o da onunla razılaşıb pulu düzəldən kimi sənədlərlə birlikdə göndərəcəyini demiş, həmin vaxt Zaurdan telefon nömrəsini almış, bundan sonra o, yaşadığı rayona gedib pulu və sənədləri düzəltdikdən sonra xx.xx.2019-cu il tarixdə dayısı oğlu Şahid1 zəng vurub onunla gedib Zaura pulu və sənədləri Ağdam rayonu, Quzanlı qəsəbəsində dayanan taksilərin biri ilə göndərməyi demiş, Əhməd onunla razılaşandan sonra taksilərin dayandığı yerə gedib orada taksi fəaliyyəti ilə məşğul olan Elçin adlı şəxsə 550 manat pulu, 3 kq qoyun pendirini, övladlarının doğum haqqında şəhadətnaməsinin, öz şəxsiyyət vəsiqəsinin, arvadının şəxsiyyət vəsiqəsinin və niкah şəhatnaməsinin notarial qaydada təsdiq olumuş surətlərini, Müdafiə Nazirliyindən müharibədə iştirak etməyi təsdiq edən sənədin əslini selofan torbanın içərisində bağlı formada, əlavə olaraq Elçinə xidmət haqqı kimi 5 manat da pulu və Zaurun telefon nömrəsini də verib həmin şəxslə görüşüb ona verməyi demiş, bir neçə saat sonra Elçin istifadəsində olan mobil telefona zəng vuraq Zaurla Xırdalan dairəsi adlanan yerin yaxınlığında görüşdüyünü, 550 manat pulu, 3 kq pendiri və sənədləri ona verdiyini bildirmiş, bundan sonra o, Zaura zəng vurub 550 manat pulu, sənədləri və 3 kq pendiri götürüb götürmədiyini soruşmuş, Zaur da ona göndərilən bağlamanı və pulu Elçindən aldığını və 10-15 günə işinin düzələcəyini bildirmişdir. Təxminən 15 gün keçdikdən sonra o, Zaura zəng vurub işinin nə yerdə olduğunu soruşmuş, Zaurda müxtəlif bəhanələr gətirərək onu aldatmış, bü günə kimi veteran vəsiqəsini düzətməyib, pulunu da geri qaytarmamışdır. Zaura ümumilikdə 550 manat pul vermiş, pendirlə yol xərci ilə birlikdə ona 100 manat maddi ziyan vurmuş və cəmi Zaur ona 650 manat məbləğində ziyan vurmuşdur. Ona vurulmuş ziyan ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2018-ci ildə o, Ağcabədi rayonu, Poladlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma bibisi oğludur. Arvadı X2 xəstədir. 2019-cu ilin may ayında arvadı X8 Onkoloji xəstəxanada əməliyyat olunmuşdur. Bakı şəhərində xəstəxanada olarkən 2015-ci ildən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsə də məlumat vermiş, onunla tanışlığı Papanin hospitalında olmuş, onun qardaşı oğlu hərbidə olan zaman həmin qospitalda xəstə yatmış, o zaman Zaur dediyinə görə hərbihəkim komissiyasında ekspert işləmiş və o, həmin vaxt qardaşı oğluna dəstək olmuş, onlara əvvəllər yaxşılıq etdiyi üçün onunla tanışlığı yaranmış, 2019-cu ilin may ayının 20də Zərərçəkmiş şəxs xəstəxanada əməliyyat olunnmuş xəstəsinə gəlib dəymiş, onunla xəstəxananın yaxınlığında yerləşən çayxanada çay içərkən oraya Təqsirləndirilən şəxs də gəlmiş, Zauru Yunislə tanış etmiş, onlar söhbət etməyə başlamış, söhbət əsnasında o, Yunisdən Müdafiə Nazirliyinə veteranlıqla əlaqədar göndərdiyi sənədlərin nə yerdə qaldığını soruşmuş, Yunis də Müdafiə Nazirliyindən ona imtina məktubu gəldiyini demiş, həmin vaxt Zaur da söhbətə müdaxilə edib qiyabi olaraq sənədlərlə tanış olmuş, bu zaman Zaur Yunisə onun üçün veteran vəsiqəsini düzəldə biləcəyini demiş, Yunisdən arxivdən gələn sorğunun cavabını soruşmuş, dördüncü uşağa görə Nazirlər kabinetinin qərarı olduğunu, o, bütün sənədlərin alınması üçün dövlət rüsumunun ödənilməsini və özü üçün xidmət haqqının verilməsini və ümumilikdə 550 manat pulun tələb olunduğunu bildirmiş və rayondan ona bütün sənədlərin və pulun göndərməsini, əlavə olaraq 2 kq pendirin göndərilməsini xahiş etmiş, 15 gün ərzində veteran vəsiqəsini də düzəldəcəyinə söz vermişdir. xx.xx.2019-cu il Yunis ona zəng vuraraq Ağdam rayonu, Quzanlı qəsəbəsində Bakıya Zaura veteran vəsiqəsini düzəltmək üçün 550 manat pulu, 3 kq pendiri və sənədlərini onunla gedib göndərməyini xahiş etmiş, Yunislə birlikdə taksilərin dayandığı yerə getmiş, orada Elçin adlı taksi sürücüsünə Yunis 550 manat pulu, 3 kq qoyun pendirini, sənədlərinin surətini notarial qaydada təsdiq olunmuş formada, Zaurun telefon nömrəsini və 5 manat xidmət üçün sürücüyə pul vermiş, bir neçə saat sonra Yunisin istifadəsində olan mobil telefona Elçin zəng vurub Xırdalan dairəsində Zaura pulu, pendiri və sənədləri verdiyini bildirmiş, Yunis də Zaurla əlaqə saxlamış, Zaur ona göndərdiyi bağlamanı və pulu aldığını, vəsiqəni də 15 gün ərzində düzəldəcəyini bildirmiş, təxminən 15 gün keçdikdən sonra Yunis ona Zaurun ona müxtəlif bəhanələr gətirərək pulu ələ keçirdiyini bildirmiş, bundan sonra Yunis polisə Zaurdan şikayət etmiş, bu günə qədər də Zaur pulu qaytarmamışdır. Zauru 2014-2015-ci illərdən Təqsirləndirilən şəxs kimi tanıyır, ata adı haqqında və harada yaşaması haqqında heç bir məlumatı yoxdur, əslən Fizuli rayonunda olduğunu bilir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Ağdam rayonu, Səfərili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 9 ilə yaxındır Ağdam-Bakı istiqamətində sərnişin daşıması ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxındır tanıyır, Yunis onun yaşadığı Ağdam rayonu, Səfərli qəsəbəsi ilə qonşuluqda yerləşən Ağcabədi rayonu, Poladlı kəndində yaşayır. Zərərçəkmiş şəxs bir neçə dəfə özünə məxsus avtomobillə Bakı şəhərinə sərnişin qismində aparmışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Ağdam rayonu, Quzanlı qəsəbəsində taksilərin dayandığı yerdə Zərərçəkmiş şəxs və Əhməd adlı şəxs ona yaxınlaşaraq Bakı şəhərinə bağlama göndərmək istədiklərini bildirmişlər. Onlara etiraz etməmiş və Zərərçəkmiş şəxs ona 550 (beş yüz əlli) manat pul, selofan torbanın içərisində sənədlər, 3 kiloqram pendir və həmin bağlamanı verəcəyi şəxsin telefon nömrəsini vermiş və ondan Zaur adlı şəxsə bağlamanı Abşeron rayonu, Xırdalan şəhərində verməyini xahiş etmişlər və ona xidmət haqqı 5 manat pul vermişlər. Bakı şəhərinə çatdıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefondan Zərərçəkmiş şəxs ona verdiyi Zaur adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurub ona bağlama göndərildiyini və harada ona həmin bağlamanı verə biləcəyini demiş, Zaur adlı şəxs ona Abşeron rayonu, Xırdalan dairəsi adlanan ərazidə görüşə biləcəyini demiş, Zaurla telefonla danışdıqdan sonra özünə məxsus «Mercedes E-240» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərinin girişində Xırdalan dairəsinin yaxınlığında «Lukoil» yanacaq doldurma məntəqəsinin qarşısında görüşmüş, Zaur həmin vaxt oraya ağ rəngli markası yadında qalmayan avtomobillə gəlmiş, ona Zərərçəkmiş şəxs verdiyi 550 (beş yüz əlli) manat 03 ədəd yüzlük, 05 ədəd əlillik əskinaslardan ibarət pulu, 3 kq pendiri və selofanın içərisində olan sənədləri vermiş, bundan sonra istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs zəng vurub pulu və bağlamanı Zaur adlı şəxsə verdiyini demiş, təxminən 20 gün sonra Yunis ona zəng vuraraq Zaur onları aldadıb pulu və bağlamanı ələ keçirdiyini demişdir. Zaur adlı şəxsi tanımır, onunla heç bir münasibəti olmamışdır. Zaur adlı şəxs uca boylu, orta bədən quruluşlu, ağ bənizdir. X10 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X10 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona olan 550 manat borcunu ödədiyi üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2019-cu il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, daha sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddələri ilə 1900 manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı istintaqdan gizləndiyi üçün axtarışda olmuş və xx.xx.2020-ci il tarixdə tutulmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş və ödənilməmiş 1900 (min doqquz yüz) manat miqdarında cərimə cəzası tamamilə birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Yuxarıda göstərilən qanunvericiliyin təələblərinə əsasən cərimə cəzası isə müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəmi 04 (dörd) gün müddət nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə aylıq gəlirinin 15 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzası və 1900 manat cərimə cəzası təyin edilsin. Ona təyin edilmiş 1900 manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-327/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-327/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver