Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-327/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Möhsüm oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abdulhüseynov küçəsi, ev 19-da yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub X9 ödənilməsinə dair Zərdab Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(035)-770/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 14 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 sentyabr 2021-ci il tarixə kimi, cəmi 5150,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Əliyeva (Babayeva) Günel Elxan qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qəsdən qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Əliyeva (Babayeva) Günel Elxan qızı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan Məhəmməd, Əli və Yusif adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan onunla ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2019-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Zərdab Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(035)-770/2019 saylı qətnaməsinə əsasən, ondan 07 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub X9 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yerim olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəmdə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 5150,00 manat təşkil etmiş, özü Abşeron rayonu ərazisində olan bazarda yerləşən “Gold Market” meyvə satış nöqətəsində nəzarətçi kimi işəmuzd işləyir, aylıq qazancı 400,00 manat təşkil etməsinə baxmayaraq aliment borcunu tam ödəyə bilmir, lakin hazırda hissə-hissə borcunu ödəməsinə söz vermiş, həmçinin borcunun ödənilməsinə dair valideyinlərinə məxsus Ağsu rayonunda olan torpaq sahəsini sataraq aliment borcunu tam ödənilməsinə çalışacağını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır, lakin özü işəmuzd nəzarətçi kimi işləsə də, az məbləğdə aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Əliyeva (Babayeva) Günel Elxan qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci il tarixə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Məhəmməd, Əli və Yusif adlı övladları doğulmuş, ilk dövrdə Sərdarla münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2019-cu ildə faktiki ayrılaraq uşaqlarla birlikdə valideyinlərinin evinə köçmüş, həmin ərəfədə uşaqların saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(035)-770/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 07 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Sərdar Babyev tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 5150,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, uzun müddət Xırdalan şəhərində yerləşən “Gold market” mağazasında administrator kimi çalışmış, lakin hazırda 3-4 aya yaxındır hansı işlə məşğul olduğunu bilmir, Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci il tarixə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Məhəmməd, Əli və Yusif adlı övladları doğulmuş, ilk dövrdə Sərdarla münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2019-cu ildə onlar faktiki ayrılaraq qızı uşaqları ilə birlikdə onun evinə köçmüş, həmin ərəfədə uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı qızı Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(035)- 770/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 07 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub Əliyeva (Babayeva) Günel Elxan qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Sərdar Babyev tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 5150,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, uzun müddət Xırdalan şəhərində yerləşən “Gold market” mağazasında administrator kimi çalışıb, lakin hazırda 3-4 aya yaxındır nə işlə məşğul olduğunu bilmir. Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evlərinə heç bir köməklik göstərmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-770/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay cəmi 300,00 manat aliment pulu tutularaq X9 ödənilməsi qət olunmuş, göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Ağsu rayon İcra və Probasiya şöbəsi vasitəsilə icraata başlanılaraq xx.xx.2020-ci il tarixlərdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs şöbəyə dəvət edilərək onunla şifahi söhbətlər aparılaraq icra sənədinin icrasının vacibliyi və məcburiliyi qeyd olunmuş, bununla bağlı borcluya rəsmi xəbərdarlıq edilmiş, bundan sonra borclu Təqsirləndirilən şəxs yeri müəyyən olunmadığından və dəfələrlə şöbəyə dəvət olunmasına (telefon vasitəsiylə) baxmayaraq o, şöbəyə gəlməmiş və harda yaşaması barədə məlumat verməmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul olunaraq icra olunması üçün aidiyyəti üzrə Abşeron RPİ-yə göndərilmiş, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə təhvil verilmiş, borclunun izahatı alınmış, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimatla Abşeron rayon məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 8(012)-178/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, icra məmurunun qanunu tələblərini yerinə yetirmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən növbəti dəfə xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, Abşeron Rayon Məhkəməsinin 3(012)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmiş, borclu Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 770/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmçinin faktiki imkanlarından istifadə etməmişdir. Qeyd olunan icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 5150,00 manat borcu yaranmış və icra zamanı qətnamə üzrə cəmi 1750,00 manat ödəniş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərdab Rayon Məhkəməsinin 2(035)-770/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay cəmi 300 manat aliment pulu tutularaq X9 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. X5 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınsa da, iş təklifi üçün mərkəzə müraciət etməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərək 04 fevral 2022ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyindən onun barəsində həmin tarixdə axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 30 mart 2022-ci il tarixdə Babayev X12 Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi barədə məlumat daxil olmuşdur. 31 mart 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham Təqsirləndirilən şəxs elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 14 aprel 2021-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Zərdab Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(035)-770/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X8 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcunu tamamilə zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-327/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-327/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver