Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-327/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilməmiş, Zəngilan rayonu Şərikan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,290 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib, Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, 03 avqust 2023-cü il tarixdə, saat 01:20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, “Yeni yol” adlanan ərazidə Azərbaycan Respublikası DİN-in X2 Alayının 12-ci Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilib həmin gün saat 02:20-dən 02:40-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan bükümündə həmin 0,290 qram çəkidə narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, 02 avqust 2023-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu ərazisində yolun kənarından 1 büküm “kokos” deyilən narkotik vasitə heroin tapmış və öz istifadəsi üçün götürüb siqaret qutusunun içərisində şalvarının sağ cibində qoyub saxlamışdır. 03 avqust 2023-cü il tarixdə, saat 01:20 radələrində yaşadığı Saray qəsəbəsində “yeni yol” adlanan ərazidə piyada hərəkət edərkən 2 nəfər X3 əməkdaşıları yaxınlaşıb ondan anket məlumatlarını soruşmuş, daha sonra onun narkotik vasitə istifadəçisi olduğundan şübhələnib onu Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçısı tərəfindən dövlət hesabına vəkilə təmin olunmaq istədiyini bildirmiş. Vəkil dəvət olunub ona təqdim edilmiş, mən dəvət edilmiş müdafiəçi Elşən Məmmədbəyliyə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiiş, şəxsi axtarış başlanılarkən polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmiş, bu zaman o, şalvarımın sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı həmin heroini Bakı şəhərində Xətai rayonu ərazisinə yerdən tapıb öz istifadəsi üçün üzərimdə saxladığını etiraf etmişdir. Təqdim etdiyi siqaret qutusu içərisindəki bükümlə birlikdə kağız zərfə qoyulub qablaşdırılmış və zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublkası DİN-in X2 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 03 avqust 2023-cü il tarixdə, 9681 çağırışlı avtopatrulla həmkarı Şahid2la birlikdə inzibati ərazidə xidmətdə olarkən, saat 01:20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi “yeni yol” adlanan ərazidə bir nəfər şəxsin yolun kənarında qaranlıq yerdə dayandığını görüb həmin şəxsdən şübhələnib ona yaxınlaşaraq özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Həmin şəxsin üzərində sənəd olmadığından, zahiri görünüş və hərəkətlərindən həmin şəxsin narkotik vasitə istifadəçisi olduğundan şübhələndiyi üçün, Abşeron RPİ-nin Saray Polis bölməsinə gətirmişlər. Bölmədə, həmin şəxsin xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra bölmə rəhbərliyinə raportla məruzə etmiş, araşdırmanın aparılması bölmənin təhqiqatçısı Nicat Həsənliyə həvalə olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunaraq Pərvizə təqdim edilmiş, bundan sonra onların və vəklinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş. Bu zaman Pərviz şalvarının sağ cibindən “sobranie” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Bükümün içərisindəki qəhvəyi rəngli maddənin “kakos” deyilən narkotik vasitə olduğunu, həmin bükümü 1 gün öncə Xətai rayonu ərazisində yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm siqaret qutusunu ilə birlikdə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublkası DİN-in X2 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənli tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 03 avqust 2023-cü il tarixdə, saat 02:20-də video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən “sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, qutunun içərisindən bir büküm şəffaf sellofanda qəhvəyi rəngli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri, Xətai rayonu ərazisində yerdən tapdığını şəxsdən öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli 6/4138 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildi-0,05 qram,qalıq-0,240 qramdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi- 0,290 qram narkotik vasitə heroin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və heroinin 0,240 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 03 avqust 2023-cü il tarixdə saat 02:20-də başlanır. Şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Həsənlinin, ƏÇPA-nın 12-ci Patrul bölüyünün polis nəfərləri Kənan Abbasovun və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Elşən Məmmədbəylinin iştirakı ilə süni işıqlandırma şəraitində, Saray Polis bölməsində xidməti otaqda aparılır. X1 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, bu zaman o, şalvarının sağ yan cibindən “Sobrani” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur, qutunun içərisində 1 büküm şəffaf sellofanda qəhvəyi rəngli maddə aşkar maddə aşkar olunur, həmin maddəni bir gün əvvəl Xətai rayonu ərazisindən tapdığını öz istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin bükülü siqaret qutusu ilə birgə zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6080 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhər,Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)- 64/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunan cəzaları Azərbaycan Respublikası CM- nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 19 sentyabr 2020-ci ildən 03 fevral 2021-ci il tarixinədək olan dövr üzrə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla qəti olaraq 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi,azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 iyun 2021-ci ildən hesablanması hökm edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər,Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-64/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 1 ay 22 gününü Bakı şəhər,Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş,xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, cinayətin residivini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, 03.08. 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, iş materiallarında olan Abşeron rayon məhkəməsinin 04.08. 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs”qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu vaxtdan 03.08. 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.240 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 65 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-in maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.240 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci 65 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №1(012)-327/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-327/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver