Məhkəmə qərarları › İş №1(012)-328/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-328/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-328/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, X2, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndi, Duz zavod yolu, massiv 2, ev 2-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 internat məzunu olmuş arvadı X8 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2018-ci ilin aprel ayındaAbşeron rayonu Masazır qəsəbəsində 1500 manat puluələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iləinternat məzunu olmuşZərərçəkmiş şəxs2 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2018-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyinin yaxınlığında yerləşən stadionun yanında 2500 manat pulu Zərərçəkmiş şəxs2 tanışı Şahid1 ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iləZərərçəkmiş şəxs10 Nəhmət qızınainternat məzunu olmuş oğlu X1 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2018-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri, 4-cü mikrorayonda yerlən “Favarit” marketin qarşısında 2000 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 internat məzunu olmuş arvadı X9 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2018-ci ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu 20 yanvar dairəsində 2500 manat pulunu ələkeçirib, zərərçəkmiş Niyazi Əbilhəsənova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internat məzunu olmuş Zərərçəkmiş şəxs8 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2018-ci ilin sentyabr ayının axırlarında Abşeron rayonun Masazır qəsəbəsində1500 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internat məzunu olmuş Zərərçəkmiş şəxs6 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq,xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində isə 1000 manat pulu Lənkəran şəhərindən arvadı Şahid3 adına olan “xxxxxxxxxxxx” ASC-yə məxsus karta köçürtdürməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olnmuş qəsdə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi iləZərərçəkmiş şəxs9 internat məzunu olmuş arvadı Şahid4 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2019-cu ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 1 ünvanda 2000 manat pulunu ələ keçirib, zərərçəkmiş Məmmədli Məmmədova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internat məzunu olmuş Zərərçəkmiş şəxs3 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2019-cu ilin aprel ayında Abşeron rayonu Masazır qəsəbəsində1690 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə internat məzunu olmuş Zərərçəkmiş şəxs7 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2019-cu ilin aprel ayında Abşeron rayonu Masazır qəsəbəsində 1700 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 internat məzunu olmuş qaynı X12 Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün inşa edilmiş “Məzun evi” sosial xidmət müəssisəsindən mənzil verilməsi üçün onun adını mənzil verilməsi siyahısına qeyd etdirəcəyini yalandan vəd edib aldadaraq, 2019-cu ilin iyun ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində 2000 manat pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun uşaq vaxtlardan valideyinləri vəfat etmiş və kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş internat məktəbində böyümüşdür. 2008-ci ildə Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 10 saylı sanatoriya tipli İnternat Məktəbinin məzunu olmuşdur. 2017-ci ildən Əmək və X24 Nazirliyi yanında Dövlət X29 nəzdində fəaliyyət göstərən dövlət uşaq müəssələrinin valideyin himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Xidmət Müəssəsinin sakinidir. 2015-ci ilin yay aylarından həmin ilin sonlarına kimi X16 X3 könüllü olaraq fəaliyyət göstərmişvə feezbukda da gənclər fondunun fəal gənci kimi qeydiyyatdadır.İnternat məzunlarından bəziləri ona müraciət edərək onlara mənzil verilməsində dəstək olmağını, köməklik etməyini xahiş etmişlər. Məzunlara internatın fəal gənc məzunu kimi olan nüfuzundan istifadə edib, 2018-ci ildə Masazır qəsəbəsində internat məzunları üçün tikilən 3-cü binadan mənzil verilməsinə kömək edəcəyinə söz vermişdir. Belə ki, 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs5 ona müraciət edərək, arvadı X6 internat məzunu olduğunu, buna görə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi”ndən,arvadı Gülərəyə oradan mənzil verilməsinə kömək etməyimi xahiş etmişdir. Elnurun ona göstərdiyi sənədlərdə Gülərin həqiqətən internat məzunu olduğunu görmüş və ona mənzil verilməsinə köməklik edəcəyinə söz verib, bunun müqabilində ondan 1500 manat pul istəmişdir. 2018-ci ilin aprel ayında Elnur Abşeron rayonu Masazır qəsəbəsində, məzunlar evinin yaxınlığında onunla görüşərək, mənzil alması üçün ona 1500 manat pul vermişdir. Elnura söz vermişdir ki, 2 ay müddətində arvadı Gülərin adına mənzil veriləcək. Lakin ona məzil verilməsinə heç bir kömək edə bilməmişdir.Bundan başqa, internat məzunu Zərərçəkmiş şəxs2 tanışları Şahid1 və X19 2018-ci ilin təxminən aprel ayında ona müraciət edərək,Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Məzun evi”ndən Samirəyə mənzil verilməsinə kömək etməyimi xahiş etmişlər və onların ona göstərdiyi sənədləridən Samirənin internat məzunu olduğunu görüb,ona mənzil verilməsinə kömək edəcəyinə söz verib və bunun müqabilində 2500 manat pul istəmişdir. 2018-ci ilin avqust ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsi, Zəngilan şəhərciyin yaxınlığında olan stadiounun yanında Səlim və Vüqardan 2500 manat pulu almışdır. Mənzilin xx xxxx 2019-cu il tarixdə Samirəyə veriləcəyinə söz vermişdir.Lakin Samirəyə mənzil verilməsinə heç bir kömək edə bilməmiş, Səlim pulu geri istəmiş, puldan 1500 manat qaytarmış, lakin Samirə ondan şikayət etmişdir. Bundan başqa, 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs10 ona müraciət edərək internat məzunu olan oğlu X1 Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasında mənzil verilməsində kömək etməyinı xahiş etmişdir. İradənin ona göstərdiyi sənədlərindən oğlu Əmrahın internat məzunu olduğunu görüb, ona mənzil verilməsinə kömək edəcəyimə söz verərək, bunun müqabilində 2000 manat pul istəmişdir. 2017-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri, 4-cü mikrorayonda yerlən “Favarit” marketin qarşısında İradədən 2000 manat pulu alaraq, oğlu Əmraha 2 aya mənzil veriləcəyinə söz vermişdir.Lakin Əmraha mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs4 ona müraciət edərək internat məzunu olan arvadı X13 Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasında mənzil verilməsində kömək etməyimı xahiş etmişdir. Niyazinin ona göstərdiyi sənədlərində arvadı Aynurun internat məzunu olduğunu görüb, ona mənzil verilməsinə kömək edəcəyimə söz verərək, bunun müqabilində ondan 2500manat pul istəmişdir. Bir neçə gündən sonra Bakı şəhəri 20 yanvar dairəsində, şəhidlər abidəsinin qarşısında Niyazi ilə görüşmüş və ondan 2500 manat pulu alaraq, mənzilin 2 ay müddətinə veiləcəyinə söz verdım. Lakin Aynurəyə mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs8 ona müraciət edərək internat məzunu olduğunu, Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasından ona mənzil verilməsinə kömək etməyimi xahiş etdi. O, İbrahimə mənzil verlməsinə kömək edəcəyinə söz verib və bunun müqabilində ondan 1500 manat pul istəmişdir.2018-ci ilin sentyabr ayının axırlarında Abşeron rayonun Masazır qəsəbəsində, məzunlar evinin yaxınlığında İbrahimdən 1500 manat pul almış və təxminən 2 ay müddətinə ona mənzil veriləcəyinə söz vermişdir. Lakin İbrahimə mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, internat məzunu kimi tanıdığı Zərərçəkmiş şəxs6 2019-cu ilin yanvar ayında ona müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasından ona mənzil verilməsinə kömək etməyini xahiş etmişdir. Könülə mənzil verlməsinə kömək edəcəyinə söz verərək, bunun müqabilində ondan 3000 manat pul istəmişdir. Könül həmin vaxt Lənkəran şəhərində yaşadığına görə onun təklifi ilə arvadı Şahid3 adına olan karta Lənkəran şəhərindən bank vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində isə 1000 manat, cəmi 3000 manat pul köçürtmüşdür. Həmin pulları kartdan özü çıxartmış, arvadı Mahirənin isə bundan xəbəri olmamışdır.Lakin Könülə mənil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, onunla internat məktəbindəböyümüş bacısı Vüsalə Məmmədovnın yaşadığı Bakı şəhəri Əhmədli qəsəbəsindəki evində 2019-cu ilin fevral ayında olduğu vaxt, Vüsalənin əri Məmmədəliyə demişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində internat məzunları üçün tikilən yaşayış binasından, internat məzunu olan Vüsalənin adına 2000 manat müqabilində mənzil ala bilər. Məmmədəli və Vüsalə onun təklifi ilə razılaşmışlar. 2019-cu ilin ortalarında Məmmədəli ona zəng edərək yaşadığı evə çağırmış və evində ona Vüsalənin adına məzil verilməsinə kömək etmək üçün 2000 manat pul vermişdir. Pulu aldıqdan sonra 2019-cu ilin mart ayının axırlarında Vüsaləyə mənzil verilməsinə söz vermişdir. Lakin elə olmuşdur ki, Vüsaləyə də mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, 2019cu ilin əvvəllərində Zərərçəkmiş şəxs3 ona müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasından ona mənzil verilməsinə kömək etməyini xahiş etmişdir. Ülviyə mənzil verlməsinə kömək edəcəyinə söz verərək, bunun müqabilində ondan 2000 manat pul istəmişdir. Ülvi o qədər pulu olmadığını deyib, 2019-cu ilin aprel ayında Abşeron rayonu Masazır qəsəbəsində Ülvi ona 1690 manat pul vermiş, mənzil verilməsinə kömək etməyini demişdir. Ülvidən pulu aldıqda 2 ay müddətinə ona mənzil veriləcəyinə söz vermiş, lakin mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, 2019-cu ilin aprel ayın əvvəllərində Zərərçəkmiş şəxs7 ona müraciət edərək internat məzunu olduğunu, Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasından ona mənzil verilməsinə kömək etməyini xahiş etmişdir. Abdullaya mənzil verlməsinə kömək edəcəyinə söz verərək, bunun müqabilində ondan 1700 manat pul istəmişdir. 2019-cu ilin aprel ayının ortalarında, Abşeron rayonu, Masazır qəsəbəsindəki məzunlar evin yaxınlığında Abdulla ona 1700 manat vermişdir. Pulu aldıqdan sonra Abdullaya mənzilin 2 aya veriləcəyinə söz vermiş, lakin ona mənzil verilməsinə heç bir kömək edə bilməmişdir. Bundan başqa, 2019-cu ilin yayında onunla internat məktəbində oxuyan Zərərçəkmiş şəxs1 ona müraciət edərək, internat məzunu olmuş qaynı X14 Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasından mənzil verilməsinə kömək etməyini xahiş etmişdir. Elşada, qaynı Ruslana mənzil verlməsinə kömək edəcəyinə söz verib və bunun müqabilində Elşaddan 2000 manat pul istəmişdir. Həmin söhbətdən təxminən 15-20 gün sonra Abşeron rayonu Masazır qəsəbəsində məzunlar evinin qarşısında Elşad ona 2000 manat pul vermişdir. Pulu aldıqdan sonra Elşada iyul ayının ilk günlərində qaynına mənzil veriləcəyinə söz vermiş, lakin elə olmuşdur ki, ona məzil verilməsinə heç bir kömək edə bilməmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, uşaq evində böyümüş, oxuduğu orta məktəbin 9-cu sinifini 2007-ci ildə bitirmiş və uşaq evindən çıxaraq tək kirayədə yaşamağa başlamışdır.Müxtəlif yerlərdə günəmuzd işləmişdir. 2018-ci ildə uşaq evində böyümüş məzunlara dövlət hesabına mənzil verilməsini eşitmişdir. Buna görə özünə mənzil almaq üçün həmin vaxt Təhsil Nazirliyinin sosial yardım şöbəsinə müraciət etmiş və lazımı sənədləri toplayıb vermişdir. Bu barədə tanışları Şahid1 və Şahid2 demiş, onlarda ona kömək edəcəklərinə söz vermişlər. Sonra onlar feysbuk səhifəsində “Məzunlar evi” tikintisində və mənzillərin bölgüsündə Seymur Kazımov adlı şəxsin məşğul olduğunu öyrənmiş və Seymur ilə görüşərək, ona mənzil almaq istədiklərini demişlər. Səlim və Vüqar ona mənzil almaq üçün Seymurla danışıq aparmışlar. Seymur qadınla mənzil ilə əlaqədar heç bir danışıq aparmayacağını Səlim və Vüqara demişdir. Seymur ona 1 otaqlı mənzil verməsi üçün Səlim və Vüqardan 2500 manat pul istəmişdir. Bu barədə Səlim və Vüqar ona dedikdə, razılaşmışdır. xx xxxxxx 2018-ci il tarixdə tarixdə mənzil almaq üçün Səlim və Vüqara verdiyi 2500 manat pulu, onlar aparıb həmin tarixdə Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyinin yaxınlığında olan stadionun yanında Seymura vermişdir. Həmin vaxt Vüqarın avtomobilində oturub, onları gözləmişdir. Vüqar və Səlim qayıdıb avtomobilə gəldikdə pulu Seymura verdiklərini ona demişlər. Seymur mənzilin xx xxxx 2019-cu il tarixdə ona veriləcəyinə söz vermişdir. Buna görə xx xxxx 2019-cu ildə, saat 11 radələrində “Məzunlar evi” –nə getmiş və axşama qədər gözləmiş, başqalarına mənzillər verilmiş, lakin ona verilməmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 11 radələrində “Məzunlar evi”-nə gedib Seymuru görmüş və ona hansı səbəbdən mənzil verilmədiyini soruşduqda, Seymur ona narahat olmamasını, yaxın vaxtlarda mənzilin veriləcəyini demişdir. Ona görə də tanışı Vüqardan DİN-in 102 xidmətinə zəng etməsini xahiş etmiş və Vüqara da Seymura bir dəfə 2000 və bir dəfə də 5000 manat verməsi barədə məlumat verməsini demişdir. Həqiqətdə isə Seymura 2500 manat pul vermişdir. Seymur puldan 1000 manat qaytarmış, 1500 manatı qaytarmadığı üçün şikayət etmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uşaq olanda atası vəfat etdiyi üçün internat müəssisində böyümüşdür. Hazırda anası və bir qardaşı ilə yaşayır. 2019-cu ilin əvəllərində onunla internatda yaşamış Mirtağı Kazımlı adlı şəxsdən, qardaşı Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məzunlar üçün inşa edilmiş evdən mənzil verilməsinə köməklik etdiyini eşitmişdir. Seymurun mobil telefon nömrəsini almış və Seymura zəng edib danışdıqda, Seymur müəyyən pul müqabilində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məzun evindən mənzil verilməsi üçün onun adını həmin siyahıya saldıra biləcəyini demişdir. Sonra Seymur ilə görüşdükdə, Seymur ona 2000 manata adını mənzil alanların siyahısına saldıra biləcəyini demişdir. Seymura həmin məbləğdə pulu olmadığını bildirmişdir.Topladığı 1690 manat pulu 2019-cu ilin aprel ayında Abşeron rayonu Masazır qəsəbəsində Seymur ilə görüşüb mənzil alması üçün ona vermişdir. Bundan başqa Seymurundediyi sənədləri, sağlamlıq və ailə tərkibi haqqında arayışları da ona vermişdir.Seymur həmin binanın açılışı olanda ona oradan mənzil veriləcəyini demişdir. Lakin deyilən binanın açılışı olmuş, ona mənzil verilməmişdir. Bu barədə Seymurdan soruşanda, Seymur ona hər dəfə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, dövlət himayəsində olan internat məktəbində oxuyub qurtarmışdır. 2019-cu ilin aprel ayın əvvəllərində tanımadığı şəxsdən Abşeron rayonu Masazır qəsəbəsində, dövlət hesabına tikilmiş “Məzunlar evi” binasından internat məktəbini bitirən məzunlara dövlət tərəfindən mənzil verildiyini eşitmişdir.Özünə mənzil almaq üçün həmin ünvana gedib bununla maraqlandıqda, mənzilin verilməsi ilə internat məzunu Təqsirləndirilən şəxs məşğul olduğunu öyrənmişdir. Seymur ilə görüşərək, internat məzunu olduğunu və Məzunlar evindən özünə mənzil almaq istədiyini, buna görə ona kömək etməsini demişdir. Seymur ona mənzil alınmasında kömək edəcəyinə söz vermiş və bunun müqabilində ondan 1700 manat pul istəmişdir. 2019-cu ilin aprel ayının ortalarında, Abşeron rayonu, Masazır qəsəbəsindəki məzunlar evin yaxınlığında Seymura 1700 manat vermişdir. Seymur pulu aldıqdan sonra mənzilin 2 aya veriləcəyinə söz vermişdir. Lakin Seymurun dediyi müddətin keçməsinə baxmayaraq ona mənzil verilməmişdir. Bu barədə Seymura zəng edib narazılığını bildirdikdə, Seymur ona yaxın vaxtlarda mənzil veriləcəyini demişdir. Seymura inanmadığına görə, pulunu qaytarmasını tələb etməsinə baxmayaraqhazırki vaxta qədər pulunu qaytarmamışdır.Sonradan Seymurun başqalarından da pul alıb, lakin mənzil vermədiyinə görə barəsində polisdə araşdırma aparıldığını eşitmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, X21 arvadı Şahid4 qardaşıdır yəni, qaynıdır. Arvadı Şahid4 və onun Seymurla birlikdə digər qardaş və bacıları internat məktəbində böyümüşlər. 2019-cu ilin fevral ayında Seymur onun yaşadığı evə gələrək, Abşeron rayonun Masazır qəsəbəsində internat məzunları üçün tikilən yaşayış binasından, Vüsalənin adına 2000 manata mənzil almaq mümkün olduğunu, demişdir.Seymur qaynı olduğu üçün ona inanmış və 2019-cu ilin fevral ayının təxminən 15-16-da özünə məxsus VAZ-2106 markalı avtomobilini 2700manata satmış, həmin puldan 2000 manatı yaşadığı mənzilə gəlmiş Seymura mənzil almaq üçün vermişdir. 2019-cu ilin mart ayının əvvəllərində ailəsi ilə birlikdə Seymurun yaşadığı Masazır qəsəbəsinə gedən zaman Seymur onlar üçün alacağı mənzilin yerləşdiyi binanı göstrib, mart ayının ortalarında mənzilin onlara təhvil veriləcəyini demişdir. Seymurun söz verdiyi vaxt çatmış, lakin onlara mənzil verilməmişdir.Buna görə Seymura narazılığını bildirəndə Seymur bəhanələr gətirərək yaxın vaxtlarda mənzilin veriləcəyini demişdir. Sonradan Seymurun yalan danışdığını başa düşmüş və verdiyi pulu qaytarmasını tələb etməsinə baxmayaraq, pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, valideyinlərini uşaq vaxtından itirmiş və internat müəssisəsində böyümüşdür. Hazırda Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məzun evində ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci ilin yayında ona mənzil verilmişdir. Təqsirləndirilən şəxs ilə bir sinifdə oxuduğu üçün onu tanıyır.Qaynı X11 da valideyinləri olmadığı üçün internatda böyümüşdür. 2019-cu ilin iyun ayının əvvəllərində Seymur ona qaynı üçün də məzun evindən ev ala biləcəyini, qaynının adını siyahıya əvvələ saldıracağını, bunun üçün 2000 manat pul lazım olduğunu demişdir.Qaynının əvəzində 2000 manat pulu Abşeron rayonu Masazır qəsəbəsində məzunlar evinin qarşısında Seymura vermişdir. Seymur iyul ayının ilk günlərində mənzil veriləcəyini ona vəd vermiş. Lakin heç bir mənzil verilmədiyi üçün şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, internat müəssəsində böyümüş X20 ilə ailə qurmuşdur. İnternat müəssisəsində yaşamış Təqsirləndirilən şəxs xatırlamadığı bir tanışının vasitəsi ilə tanımışdır. Seymur ona 2018-ci ilin sentyabr ayında 2500 manat pulun müqabilində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məzun evindən mənzil verilməsi üçün həyat yoldaşı X7 adını həmin siyahıya saldıra biləcəyini demişdir.Buna görə də, həmin günlərdə 2500 manat pulu və dediyi arayışları Bakı şəhəri 20 yanvar dairəsində şəhidlər abidəsinin qarşısında Seymura vermişdir. Seymur iki ay müddətində açılışı olan həmin binadan onlara da mənzil veriləcəyini vəd vermişdir.Lakin binanın açılışının olmasına baxmayaraq,onlara mənzil verilməmişdir. Seymurdan bu barədə soruşanda hər dəfə yalan vədlər vermiş, pulu kiməsə verdiyini deməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Lənkəran şəhərindəki, Osman Mirzəyev adına uşaq evində böyümüşdür. Təqsirləndirilən şəxs da əvvəllər həmin uşaq evində olduna görə, həmin vaxtlardan onu tanıyır. 2018-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş məzun evindən internatda böyüyən uşaqlara mənzillər verildiyini, eşitmişdir. Mənzil almaq üçün 2018-ci ilin aprel ayında sənədlərini Sosial Müdafiə Nazirliyinə təqdim edilməsi üçün aparmışdır. Həmin vaxt Masazır qəsəbəsində məzun evində Seymurla görüşdükdə, Seymur ondan sənədləri almış və özü nazirliyə təqdim edəcəyini demişdir. 2019-cu ilin yanvar ayında Seymur ona ev verilməsi üçün sənədlərin hazırlanmasına 3000 manat pul lazım olduğunu demişdir. Buna görə xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 manat, 2019-cu ilin fevral ayının əvvəllərində isə 1000 manat pulu Seymurun arvadı Şahid3 adına olan karta, Lənkəran rayonundan göndərmişdir. Lakin digər məzunlara mənzillər verilmiş, ona isə verilməmişdir. Ondan sonra Seymurunbelə işlərə görə tutulduğunu eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, dövlət himayısində olan uşaq evində böyümüş və internat orta məktəbini bitirdikdən sonra, 2018-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasında internat məktəbini bitirən məzunlara dövlət tərəfindən mənzil verildiyini eşitmişdir. Həmin ünvana gedib bununla maraqlandıqda mənzilin verilməsi ilə məşğul olan internat məzunu Təqsirləndirilən şəxs ilə görüşərək, internat məzunu olduğuu deyib, özünə mənzil almaq istədiyini demişdir. Seymur ona məzunlar evindən mənzil verilməsinə kömək edəcəyinə söz vermiş və bunun müqabilində ondan 1500 manat pul istəmişdir. 2018-ci ilin sentyabr ayının axırlarında Abşeron rayonun Masazır qəsəbəsində, məzunlar evinin yaxınlığında Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Seymur pulu aldıqdan sonra təxminən 2 ay müddətinə ona mənzil veriləcəyinə söz verməsinə baxmayaraq, mənzil verilməmişdir. Seymura zəng edib narazılığını bildirdikdə, Seymur ona yaxın vaxtlarda mənzil veriləcəyini deməsinə baxmayaraq ona inanmadığı üçün pulumu qaytarmasını tələb etmiş, lakin Seymur pulunu qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, oğlu X4 dövlət himayəsində internat məktəbində yaşamış və orada oxuyub, qurtarmışdır. 2017-ci ilin əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsində dövlət hesabına “Məzunlar evi” binasında internat məktəbini bitirən məzunlara dövlət tərəfindən mənzil verildiyini eşitmişir.Həmin ünvana gedib, bununla maraqlandıqda tanımadığı bir nəfərdən mənzilin verilməsi ilə internat məzunu Təqsirləndirilən şəxs məşğul olduğunu eşitmişdir. Seymur ilə görüşüb oğlu Əmraha “Məzunlar ev” binasından mənzil almaq istədiyini demiş, Seymur ona mənzil alınmasında kömək edəcəyinə söz vermiş və bunun müqabilində ondan 2000 (iki min) manat pul istəmişdir. Buna görə 2017-ci ilin sentyabr ayının axırlarında oğlu Əmraha mənzil almaq üçün Bakı şəhəri, 4-cü mikrorayonda yerlən “Favarit” marketin qarşısında Seymurun təklifi ilə onunla görüşmüş və 2000 manat pulu ona vermişdir. Seymur pulu aldıqdan sonra mənzilin 2 aya veriləcəyinə söz vermişdir. Seymurun söz verdiyi müddətin keçməsinə baxmayaraq, ona mənzil verilməmişdir. Seymura zəng edərək narazılığını bildirərək pulunu tələb etməsinə baxmayaraq, pulu qaytarılmamışdır.Sonradan Seymurun başqalarından da pul alıb, lakin mənzil vermədiyinə görə barəsində polisdə araşdırma aparıldığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə ailə qurmuş və onunla birgə nikahdan iki az yaşlı uşaqları vardır. Seymur bir müddət Abşeron rayonu Masazır qəsəbəsində gül mağazasında işləmişdir. 2019-cu ilin iyun ayında gül mağazasını da sahibinə qaytarmışdır.2019-cu ilin iyun ayında Seymurdan internatda yaşamış şəxslər şikayət etməyə başlamışlar. Məlum olmuşdur ki, həyat yoldaşı Seymur internatda yaşamış şəxslərdən müxtəlif məbləğlərdə pulları onlara mənzil veriləcəyi adı ilə almışdır.Lakin bunları əvvəllər bilməmişdir. Bundan başqa onun adıma xxxxxxxxxxxx ASC-yə məxsus pul kartı vardır. Həmin kartı 2018-cı ilin təxminən əvvəllərində almışdır.Həmin kartı o məqsədlə almışdır ki, karta pul yığıb özümə avtomobil alsın. Həmin kart həyat yoldaşı Seymurda olurmuş. Hətta həmin karta qardaşı da ona pul göndərmişdir. Seymur tutulandan sonra o, bilmişdir ki, Seymur mənzil vermək adı ilə pul aldığı bəzi adamlar onun adına olan həmin karta da pul göndəriblər və Seymur həmin pulları kartdan çıxaratmışdır. Onun həmin şəxslərin Seymura nəyə görə və hansı məbləğlərdə pul verməklərindən xəbəri olmamışdır. Onun adına olan kartdan pulları çıxartmağından da xəbəri olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, lakin əlil və kimsəsiz uşaqlara yardımla məşğul olur, onlara dövlət və qeydi dövlət təşkilatlardan dəstək olunmasına köməklik və vasitəçilik etmişdir. Təqsirləndirilən şəxs da Abşeron rayonu Masazır qəsəbəsində məzunlar evində yaşayır və onu da uzun müddətdir ki, tanıyır. 2019cu ilin may ayında Seymur ona müraciət edərək demişdir ki, məzunlardan müxtəlif məbləğdə pullar alıb ki, onlara Abşeron rayonu Masazır qəsəbəsində yerləşən məzun evindən mənzillər verilməsində köməklik edəcək, lakin mənzillərin bir hissəsi verilmiş, onun pul aldığı şəxslərə mənzillər verilməmiş, həmin şəxslər ondan narazıdırlar və onu hətta döymək istəyirlər, o, da həmin şəxslərin pullarını pul aldığı şəxslərə özü qaytara bilmir.Ona görə ondan xahiş etmişdir ki, həmin pulları ona versin ki, həmin internat məzunlarını tanıdığı üçün onların pullarını onlara qaytarsın. Buna görə Seymura iradını bildirmişdir ki, nəyə görə və hansı məbləğdə adamlardan pulları almışdır. Seymur ona demişdir ki, orta hesabla hər şəxsdən 1500 manat məbləğində pullar almışdır ki, onlara mənzil verilməsində köməklik edəcək və hətta təxminən 10-15 nəfərdən pullar almışdır. Seymurun çətin vəziyyətdə qaldığını görüb, ona dedim ki, kimlərdən pul alıbsa aparıb həmin pulları sahiblərinə qaytarsın. Seymur da demişdir ki, pulları aldığı şəxslər ondan narazılıq edirlər və pulu ondan götürmürlər, ondan xahiş etmişdir ki, həmin şəxslərdən narazlıq edən olarsa həmin şəxslərlə danışsın ki, onlar pulu geri götürsünlər. Lakin elə olmuşdur ki, Seymur dedi özü həmin şəxslərlə danışıb problemini həll etmiş, daha onun Seymurun işlərindən xəbəri olmamışdır. Qeyd etmişdir ki, Seymur yalan göstərib, Seymur ona heç bir pul verməmiş və Samirəyə mənzil verilməsi üçün də pul almasından heç xəbəri olmamış, hər hansı şəxsə pul müqabilində mənzil veriləcəyini Seymura deməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə ilə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 5100 (beş min yüz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət işinə əlavə olunmuş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Qurbamova Könül Arif qızı, Zərərçəkmiş şəxs10 Nəhmət qızı, Zərərçəkmiş şəxs4, X22 və Zərərçəkmiş şəxs5 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Cinayət işinə əlavə olunmuş, iş üzrə şahid X17 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar