Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-328/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmayan, Bakı Gəmiqayırma və Gəmi təmiri zavodunda mühəndis vəzifəsində çalışan, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində koronavirus(Covid 19) diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsində cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə” 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətinin yüksək olması ilə əlaqədar Koronavirus “Covid-19” virusu daşıyıcısı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə 11.12.2020-ci il tarixdə tibb müəssisəsində verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 12 dekabr 2020-ci il tarixdə saat 13:13 radələrində istifadəsində olan ***-***-**-** saylı azərcell mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 informasiya sistemi tərəfindən SMS göndərilərək Koronavirus “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyərək 22.12.2020-ci il tarixdə saat 11:00 radələrində yaşayış yerini, yəni yaşadığı Abşeron rayonu , Xırdalan şəhəri 9-cu məhəllə ərazisində yerləşən fərdi evini tərk edərək Abşeron rayonu, Xırdalan şəhəri “Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısında yerləşən avtobus dayanacağına gedib orada digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, səhhətinin pisləşməsi ilə əlaqədar olaraq koronavirus (Covid 19) virusuna yoluxub-yoluxmadığını müəyyən etmək məqsədi ilə 10.12.2020-ci tarixdə mövcud “Covid-19” pandemiyasına yoluxmağı ilə əlaqadar şübhələndiyi üçün analiz vermiş və 12.12.2020-ci il tarixdə saat 13:13 radələrində ona məxsus işlətdiyi (050)256-12-18 saylı mobil nömrəyə mesaj gələrək onun verdiyi Koronavirus “Covid- 19” virusu analiz testinin nəticəsinin pozitiv olması və karantin rejimini pozacağı təqdirdə inzibati xətalar və cinayət məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdarlıq mesajı daxil olmuşdur.Həmin vaxtdan etibarən 10 gün müddətində ev şəraitində müalicə almış və özünü yaxşı hiss etməyə başlamışdır. Bundan sonra O, koronavirus “Covid-19” virusundan sağalıb-sağalmadığını yoxlamaq yenidən test vermək üçün 22.12.2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı evdən çıxıb analiz verməyə getmişdir. O, yaşadığı evdən çıxıb Xırdalan şəhər “Kristal-Abşeron-1” yaşayış kompleksinin giriş hissəsində yerləşən avtobus dayanacağına gəlmiş burada avtobus gözləyən zaman polis əməkdaşları ona yaxınlaşaraq onun adını əllərində olan portal vasitəsi ilə yoxlayan zaman aydın olmuşdur ki, O, aktiv koronavirus xəsətəsi kimi qeydiyyatdadır. Bundan sonra videoçəkiliş ilə ona bəzi suallar verilmiş və həmin sual cavabdan sonra O, yaşadığı evə yola salınmış və ona evdən çıxmamağı barədə bir daha xəbərdarlıq edilmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlunun ifadəsindən görünür ki, Abşeron RPİ-nin PPXB-nin taqım komandiri vəzifəsində işləyir.Polis kapitanıdır. 22.12.2020-ci il tarixdə saat 11:00-dan Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısında hərbi vəziyyət rejimi qaydalarını yoxlayarkən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin portal məlumat sistemində 12.12.2020-ci il tarixdən aktiv Koronavirus(Covid 19) xəstəsi olduğu müəyyən edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs sorğu-sual edilmiş və ondan hansı tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyata alındığı və xəstə ola-ola nə üçün karantin qaydalarının tələblərini pozub başqa şəxslərə xəstəliyi yoluxdurma təhlükəsi yaradıb evdən çölə çıxdığı soruşulmuşdur. Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə “Covid-19” müayinə testindən keçmiş və 12.12.2020-ci il tarixdə “Covid-19” xəstəsi olması barədə ona telefonla mesaj gəldiyini və mesajda yaşayış yerini tərk etməməsi yazıldığını lakin özünü yaxşı hiss etdiyi üçün yenidən analiz vermək üçün yaşayış yerini tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğlunu müşayiət edərək yaşadığı evə yola saldıqlarını qeyd etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 digər şahid Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, 2009-cu ildən Abşeron rayon Poliklinikasında həkim terapevt vəzifəsində çalışır. Hal-hazırki mövcud pandemiya şəraitində vəzifəsi Koronavirus (Covid 19) infeksiyasına yoluxmuş şəxslərin müalicəsini təşkil etməkdən ibarətdir.11.12.2020-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs koronovirus (Covid 19) infeksiyasına yoluxması barədə işlədiyi tibb müəssisəsinə məlumat daxil olmuşdur. Məlumat aldıqdan dərhal sonra həmin şəxsin müalicəsi üçün lazımi tədbirlər görmüş, eləcədə həmin şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq virusun yayılma surətinin digər şəxsləri də yoluxdura biləcəyi ehtimalını nəzərə alınaraq 14 gün müddətində yaşayış yerini tərk etməməsi özünün və ailə üzvlərinin karantin , özünütəcrid qaydalarına riayət etməli olduğu barədə məlumat vermişdir. 11.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək Təqsirləndirilən şəxs Əkbər oğlunu müalicə etmişdir. 25.12.2020-ci il tarixdən isə Təqsirləndirilən şəxs praktiki olaraq sağalmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə Təqsirləndirilən şəxs oğlunun 22.12.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısında “Koronavirus” xəstəsi olması və yaşayış yerini tərk etməsinin aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan “CD” farmatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Abşeron RPİ-nin əməkdaşları Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron-1” yaşayış kompleksinin qarşısında saxlanılmış Koronavirus (Covid 19) xəstəsi Təqsirləndirilən şəxs oğlundan koronavirus (Covid 19) xəstəsi ola-ola nə üçün evdən çıxdığını və hazırda haradan gəldiyini həmçinin hansı tarixdən xəstə kimi qeydiyyata alındığını və bu barədə ona məlumat verilib-verilməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, 12.12.2020-ci il tarixdə “Covid-19” xəstəsi olması barədə ona telefonla mesaj gəlmiş, lakin o, buna baxmayaraq 22.12.2020-ci il tarixdə saat 11 radələrində özünü yaxşı hiss etdiyi üçün yenidən analiz verməyə gedmək üçün evdən çıxmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğluna məxsus ***- ***-**-** saylı azercell mobil telefon nömrəsi ilə istifadə olunan “Samsung” markalı mobil telefonunun SMS bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, SMS bölməsində 12.12.2020-ci il tarixdə saat 13:13-də daxil olan məktubda “Hörmətli Təqsirləndirilən şəxs Sizin 10.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”sözləri yazılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs oğlunun koronavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Abşeron rayon Mərkəzi Xəstəxanasına sorğu edilmiş və sorğuya alınmış 26.03.2021-ci il tarixli 430 saylı məktubdan görünür ki, Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu Abşeron rayon Mərkəzi Xəstəxanasında Koronavirus “Covid-19” testinin pozitif olması barədə Abşeron rayon Mərkəzi Xəstəxanasına 11.12.2020-ci il tarixdə məlumat daxil olmuş və bu barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və 11.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixə qədər ev nəzarətinə götürülmüşdür.Xəstəliyin 11.12.2020-ci il tarixdən 25.12.2020-ci il tarixə qədər olan müddəti əhatə etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs oğlunun Karonavirus “Covid-19” xəstəsi kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya idarəsinə sorğu verilmiş, sorğuya alınmış 26.03.2021-ci il tarixli 020-3547- 1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun (AA1736789) “Covid-19” virusuna yoluxduğu və 10.12.2020-ci il saat 15:10:30 tarixdən 24.12.2020-ci il saat 15:10:30 tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 11.12.2020-ci il saat 22:59:08 tarixdə Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 4№-lı MTİİTS-nin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ələ\kbər oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, V.Xəlilov küçəsi, bina 3, mənzil 4 ünvanında yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.06.2017-ci il təvəllüdlü Məryəm Əkbərova və 16.10.2018-ci il təvəllüdlü Hüseyn Əkbərov adlı iki azyaşlı övladı var. İş materiallarında olan 26.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu, himayəsində iki azyaşlı övladı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhər və Abşeron rayon hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun 22.12.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhərində “Kristal Abşeron-1” yaşayış kompleksinin giriş hissəsində Təqsirləndirilən şəxs oğlunun “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Abşeron rayon icra və probasiya Şöbəsinə həvalə olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğlunun 22.12.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhərində “Kristal Abşeron-1” yaşayış kompleksinin giriş hissəsində Təqsirləndirilən şəxs oğlunun “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanıınmış Təqsirləndirilən şəxs 22.12.2020-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhərində “Kristal Abşeron-1” yaşayış kompleksinin giriş hissəsində Təqsirləndirilən şəxs “Koronavirus” xəstəsi olmasının aşkar olunması ilə bağlı video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD farmatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sərlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-328/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-328/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver