Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-328/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Həsənov Vaqif İskəndər oğlu Behbudova Aytac Aşura qızının katibliyi ilə, Xüsusi ittihamçı Əliyeva Kifayət Niyazali qızının iştirakları ilə, Xüsusi ittihamçı Əliyeva Kifayət Niyazali qızının xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci, 148-1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Xüsusi ittihamçı Əliyeva Kifayət Niyazali qızı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci, 148-1-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 şikayəti onunla əsaslandırdı ki, Abşeron rayonu Xırdalan şəhərində ailə üzvləri ilə birgə yaşayır. 2021-ci il mart ayında qızı Əliyeva Sayalı İsrafil qızı sığorta şirkətində işləyən zaman barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X6 qızının dəfələrlə iş yerinə gələrək müxtəlif vasitələrlə narahat etmişdir. Sonradan qızı Əliyeva Sayalı İsrafil qızını cinsi zorakılığa məruz qoymaqla onun video və fotoşəkillərini paylaşmaqla şantaj etməklə yanaşı eyni zamanda həm onu, həmdə qızını və qızlarını Watsapp vasitəsi ilə nalayiq söyüşlərlə təhqir etmiş, pozğunluq da ittiham etmişdir. X1 Əliyeva Sayalı İsrafil qızına qarşı etdiyi cinayət əməlinə görə Nəsimi prokurorluğunda müvafiq materiallar toplanmışdır. Rövşən Həsənov öz profil hesabında onun və qızı Sayalının şəkillərini paylaşır və onu, yoldaşını və ümumilikdə ailəsini söyüşlə təhqir edir. Rövşən Həsənov həm Watsappda yazı, səsli mesajla ona qarşı ağır ittihamlar irəli sürmüşdür. Hesab edir ki, bu cür qanunsuz əməllərin qarşısını vaxtında hüquqi yolla alınmalıdır. Həsənov Rövşənin ona atdığı böhtan, şərəf və ləyaqətini təhqir etməsi, ailəsinə nalayiq söyüşlərlə hədələməsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Buna görə də şikayətin təmin olunmasını xahiş etmişdir. Barəsində şikayət verilən şəxs X4 şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan CPM-nin 299.9.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda iştirakı olmadan baxılır. Həmin Məcəllənin 299.11-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Xüsusi ittiham qaydasında şikayəti öyrənib hesab edirəm ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi, ərizədə şikayət verilən şəxs haqqında məlumatlar tam şəkildə öz əksini tapmamış, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X6 tərəfindən törədilməsinə dair sübutlar göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbinə görə isə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittihamçı Əliyeva Kifayət Niyazali qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci, 148-1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-328/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-328/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver